Məhkəmə qərarları › İş №e-2(3-8)-653/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-653/2026

24.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-653/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Yaqublu (Həsənova) Aysu Nəriman qızının cavabdeh Cavabdeh qarşı alimentin məbləğinin artırılması və maddi yardım tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması və maddi yardım tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı Yaqublu (Həsənova) Aysu Nəriman qızının iştirakı, İddiaçı Yaqublu (Həsənova) Aysu Nəriman qızının cavabdeh Cavabdeh qarşı alimentin məbləğinin artırılması və maddi yardım tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: 1.İşin halları 2.AZ-V seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından ##.##.2024-cü il təvəllüdlü X4 doğulmuşdur. 3.Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətanməsindən görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı Həsənova (Yaqublu) Aysu Nəriman qızı ilə cavabdeh Cavabdeh arasında * saylı Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində ##.##.2024-cü il tarixdə bağlanmış, 246 nömrə ilə qeydə alınmış nikahın pozulması, ##.##.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər anası Həsənova (Yaqublu) Aysu Nəriman qızının yanında qalması, cavabdeh Cavabdeh iddiaçı Həsənova (Yaqublu) Aysu Nəriman qızının xeyrinə ##.##.2024-cü il tarixdən başlayaraq ##.##.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 4.İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ##.##.2026-cı il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası üçün 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci Həsənova (Yaqublu) Aysu Nəriman qız tərəfindən ödənilmişdir. 5.##.##.2024-cü il tarixli ödəniş qəbzinə əsasən hamiləliklə bağlı qan analizlərinə görə 130 manat, ##.##.2024-cü il tarixli ödəniş qəbzlərinə əsasən ginekoloq müayinəsinə görə 50 manat, ##.##.2024-cü il tarixli ödəniş qəbzinə əsasən hamiləliklə bağlı həkim müayinəsinə görə 30 manat, ##.##.2024-cü il tarixli ödəniş qəbzinə əsasən hamiləliklə bağlı həkim qəbuluna görə 50 manat, ##.##.2024-cü il tarixli ödəniş qəbzinə əsasən ginekoloq müayinəsinə görə 50 manat, ##.##.2024-cü il tarixli ödəniş qəbzinə əsasən hamiləliklə bağlı həkim qəbuluna görə 50 manat, ##.##.2024-cü il tarixli ödəniş qəbzinə əsasən keysəriyyə əməliyyatına görə 1130 manat olmaqla, ümumilikdə 1490 manat ödəniş edilmişdir. 6.Birinci instansiya məhkəməsində icraat 7.İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə birgə nikahdan ##.##.2024-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş aliment məbləğinin artırılaraq hər ay minimum əmək haqqı (400 manat) məbləğinin 0.65 mislində müəyyən olunması, uşağın 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində sabit maddi yardımın, hamiləlik və doğum zamanı ödədiyi 1260 manat məbləğində pulun 1/2 hissəsinin, yəni 630 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 8.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ## #### 2024-cü il tarixdə cavabdeh Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahları * saylı Sumqayıt “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Belə ki, birgə nikahdan ##.##.2024-cü il təvəllüdlü X4 adlı bir övladları olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra xasiyyətləri uyğun gəlməmiş, aralarında sözsöhbət yaranmışdır. Bu səbəbdən o, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən, iddiası təmin olunmuş, aralarında olan nikahın pozulması, ##.##.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər onun yanında qalması, cavabdeh Cavabdeh onun xeyrinə ##.##.2024-cü il tarixdən başlayaraq ##.##.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qeyd edir ki, onunla olan evlilik cavabdehin ikinci evliliyidir. Bu baxımdan uşağa aliment müəyyən edilərkən cavabdehdən digər azyaşlı övladı üçün aliment tutulması barədə əvvəl qəbul edilmiş məhkəmə qərarının qüvvədə olması nəzərə alınmışdır. Məhz bu səbəbdən cavabdehin digər aliment öhdəliyi, maddi yükü nəzərə alınaraq aşağı həddə müəyyən edimişdir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2021-ci il tarixli qətnaməsi əsasında cavabdeh başqa nikahdan olan ##.##.2020ci il təvəllüdlü X2 adlı övladının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bütün növ qazancının ¼ hissəsində aliment ödəyirdi. Lakin sonradan cavabdeh keçmiş həyat yoldaşı ilə arasında barışıq sazişi imzalamış və həmin barışıq sazişi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən, məhkəmə qaydasında təsdiqlənmişdir. Həmin qərardad Bakı şəhəri Nizami rayon icra şöbəsinə yönləndirilmiş və alimentlə bağlı icra işinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin aliment öhdəliyi tam aradan qalxmışdır. Bununla da onun maddi və ailə vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Bundan əlavə cavabdeh halhazırda Azərbaycan Respublikası DİN-nin əməkdaşıdır. Daimi və stabil gəlirli işdə çalışır. Onun digər aliment öhdəliyinin olmaması səbəbindən gəlirləri azyaşlı uşağın saxlanılması üçün daha yüksək məbləğdə aliment ödəməyə imkan verir. Cavabdehin hal-hazırda ödədiyi aliment məbləği cavabdehin real gəlirlərinə uyğun deyil və bu, azyaşlı uşağın mənafelərinin pozulmasına səbəb olur. Eyni zamanda, o, hamiləlik və doğum zamanı, doğumdan sonra isə azyaşlı övladı müxtəlif zamanlarda tibbi müayinələrdən, müalicələrdən keçmişdir. Bütün bunlarla bağlı xəstəxana və dərman xərcləri çəkilmişdir. Həmin xərclər valideyn olaraq cavabdeh tərəfindən ödənilməmişdir. Bu xərcləri təsdiq edən bəzi çeklər və tibbi sənədlər də mövcuddur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 9.Cavabdeh ##.##.2026-cı il tarixə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, müraciətinə iki sənəd əlavə edilmişdir ki, bu sənədlər birbaşa olaraq iddianın əsassız olmasını təsdiq edir. İlk olaraq onu bildirmək lazımdır ki, iddiaçı iddiasında qeyd edir ki, “Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi əsasında cavabdeh başqa nikahdan olan ##.##.2020-ci il təvəllüdlü X2 adlı övladının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bütün növ qazancının ¼ hissəsində aliment ödəyirdi. Lakin sonradan cavabdeh keçmiş həyat yoldaşı ilə arasında barışıq sazişi imzalamış və həmin barışıq sazişi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən, məhkəmə qaydasında təsdiqlənmişdir. Həmin qərardad Bakı şəhəri Nizami rayon İcra şöbəsinə yönləndirilmiş və alimentlə bağlı icra işinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin aliment öhdəliyi tam aradan qalxmışdır.” Lakin bu əslində belə deyildir. Çünki o, həmin işdə qarşı tərəflə razılaşmış və hər ay üçün alimentin əmək haqqısından tutulmasını deyil, şəxsən özünün ödəməsini razılaşdırmışlar. Yəni, alimentin rəsmi olaraq əmək haqqına yönəldilməsi dayandırılmışdır. Faktiki olaraq aliment hər ay ödənilir. Bu səbəbdən iddiada qeyd edilən bu hal həqiqəti əks etdirmir. İddiaçı bu hala əsaslansa da cavabdehin maddi imkanlarının yaxşılaşmasına dair faktiki heç bir sübut təqdim etməmişdir. Məhkəmə nəzərə almalıdır ki, nikahdan olan övladın saxlanılması hər iki valideynin vəzifəsidir. Bu vəzifəni yalnız cavabdehin üzərinə qoymaq qanunsuzdur və əsassızdır. Alimentin məbləği artırıldığı təqdirdə cavabdeh onu ödəmək imkanında olmayacaqdır. Bu halları nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. 10.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, ##.##.2026-cı il tarixdən başlayaraq ##.##.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh Yaqublu (Həsənova) Aysu Nəriman qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.625 misli həddində sabit pul məbləğində aliment tutulması, ##.##.2026-cı il tarixdən başlayaraq ##.##.2024-cü il təvəllüdlü X4 3 yaşına çatanadək, yəni ##.##.2027-ci il tarixədək saxlanması üçün Cavabdeh hər ay 40 manat məbləğində aliment (maddi yardım) Yaqublu (Həsənova) Aysu Nəriman qızının xeyrinə tutulması, hamiləlik və doğuş zamanı çəkilmiş xərcin yarısı, yəni 630 manat məbləğində pul Cavabdeh alınaraq Yaqublu (Həsənova) Aysu Nəriman qızına verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Pərvin İmamverdiyeva). 11.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 81.1, 81.2, 81.3, 84.1, 84.2, 84.2.2, 100.2 və 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2016-cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarına, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” ##.##.2024-cü il tarixli Sərəncamına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119 və 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 12.Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları 13.Apellyasiya şikayətinin dəlilləri 14.Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 15.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o bu qətnamə ilə razı deyil. Belə ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən bir çox halları nəzərə almamışdır. İlkin olaraq onu bildirmək istəyir ki, məhkəmə qətnamə qəbul edərkən bütün halları nəzərə almamışdır. Belə ki, iddiaçı elektron sistemə iki iddia ərizəsi yerləşdirmişdir. Birinci iddia ərizəsində yalnız alimentin miqdarının qaldırılması ilə bağlı tələb olmuşdur. Sonradan eyni gündə ikinci iddia ərizəsi əlavə edilmişdir. Bu iddiada isə əlavə əsassız tələblər yer almışdır. Məhkəmə isə heç bir müzakirə aparmadan, əlavə məlumat almadan və vermədən ikinci iddia ərizəsini icraata götürmüşdür. Elə bu səbəbdən də aliment məsələsinə münasibət bildirsələr də, digər iddialara münasibət bildirə bilməmişlər. Alimentin miqdarının qaldırılması ilə bağlı bildirir ki, o, məhkəməyə əmək haqqı barədə rəsmi arayış da təqdim etmişdir. Həmçinin məhkəməyə digər nikahdan olan övladına aylıq olaraq aliment ödənişləri də etdiyini bildirmişdir. Məhkəmə isə qətnamə qəbul edərkən qarşı tərəfin təqdim etdiyi "razılığa" əsaslanmışdır ki, guya o, digər övladı ilə bağlı aliment ödəmir. Amma o, məhkəməyə bildirmişdir ki, bu razılığ rəsmi bağlansa da formal xarakter daşıyır və o, hər ay həmin övladına baxılması üçün aliment ödəməkdə faktiki olaraq davam edir. Məhkəmə qətnaməsində "Hamiləlik və doğuş zamanı çəkilmiş xərcin yarısı, yəni 630 manat məbləğində pul Cavabdeh alınaraq Yaqublu (Həsənova) Aysu Nəriman qızına verilməsinə dair iddianı" təmin etmişdir. Məhkəmə bu iddianı təmin edərkən nəzərə almamışdır ki, iddiaçı hal-hazırda alimentin məbləğinin artırılmasına dair iddia qaldırmışdır. Bu məsələ mediasiya prosesində irəli sürülməmişdir. Mediasiya sessiyasına dair arayışdan da görünür ki, iddiaçı yalnız alimentin məbləği və maddi yardım məsələni irəli sürmüşdür. Belə olan təqdirdə məhkəmənin bu iddiaya baxması və təmin etməsi tam qanunsuz olmuşdur. Bir daha qeyd edir ki, iddia alimentin məbləğinin artırılması olmuşdur. Yəni, bu iddiaçı əvvələr də ona qarşı iddia qaldırmışdır. Sual yaranır ki, bu şəxs doğum zamanı çəkdiyi xərclər var idisə, nədən bu iddianı o zaman qaldırmamışdır? Bu ritorik sualdır və cavabı bəllidir ki, o zaman bütün xərclərin çəkilməsində o faktiki olaraq iştrak etmişdir. İddiaçı bunun əksini sübüt edə bilmir və bilməz. Belə olan təqdirdə, iddianın təmin edilməsi tam qanunsuzdur. Alimentin məbləği ilə bağlı hissədə o, yuxarıda da, birinci instansiyada da öz arqumentlərini demişdir. Amma məhkəmə bu arqumentlərin heç birini nəzərə almamışdır. Bununla yanaşı bildirir ki, qanunvericiliyin tələblərinə əsasən uşaqları saxlamaq hər iki valideyinin borcudur. Bu yükün tək onun üzərinə qoyulması qanunsuzdur və əsassızdır. Apellyasiya şikayətinə əlavə edilmiş sənəddən də görünür ki, iddiaçı rəsmi olaraq fəaliyyətlə məşğuldur. İddiaçı mərkəzlərdən birində "gözəllik salonu" işlədir və özünün bildirdiyinə görə günlük 200-300 manat gəlirləri vardır. Belə olan təqdirdə, alimentin məbləğinin artırılması və uşağın 3 yaşına çatana kimi saxlanması üçün əlavə ödənişin tutulması əsassızdır. 16.Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 17.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. 18.Apellyasiya icraatı iştirakçılarının izahatları 19.Məhkəmə iclasında iddiaçı Yaqublu (Həsənova) Aysu Nəriman qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxılanılmasının xahiş etdi. 20.İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də o məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası ərizəyə baxılmasını mümkün hesab etmişdir. 21.Tətbiq edilən hüquq 22.Azərbaycan Respublikasının Konstitusiyası 23.Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 24.Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. 25.“Uşaq hüquqları haqqında” Konvensiya 26.Maddə 27.2. Valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. 27.“Uşaq hüquqları haqqında” Qanun 28.Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 29.Azərbaycan Respublikasının Ailə Məcəlləsi 30.Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 31.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 32.Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 33.Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 34.Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 35.Maddə 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 36.84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. 37.Maddə 85.1., 85.1.1. Ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. 38.Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 39.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 40.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 41.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 42.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 43.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 44.Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 45.Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. 46.Apellyasiya baxışının hədləri 47.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 48.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 49.Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Ona görə də kollegiya hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli tam həcmdə yoxlanılmasını vacib hesab edir. 50.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 51.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərin birgə nikahından doğulmuş uşaqlarının 3 yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 52.Məhkəmə kollegiyası apellyasiya şikayətini qismən əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən etdiyi aliment məbləğini düzgün və ədalətli hesab edir. 53.Belə ki, istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. 54.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti qismən əsaslı hesab edir. 55.Belə ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları isə alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. 56.Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, iddia tələbinin həcmi, uşaqların mənafeləri, onların əvvəlki təminat səviyyəsi, cavabdehin aliment verməsinə dair maddi imkanları, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması müəyyən meyar kimi çıxış etsə də, iddiada göstərilən aliment məbləğin tam ödənilməsi vəzifəsinin əlavə sübutlar olmadan cavabdehin üzərinə qoyulması yolverilməzdir. 57.Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, iddiaçının öz iddiasını dəyişməyə, artırmağa və ya azaltmağa prosessual hüququ vardır (MPM 53-cü maddəsi.) İkinci dəlilə münasibətdə məhkəmə kollegiyası izah edir ki, doğum üçün çəkilmiş xərclər iddiaçı tərəfindən tək ödənilməsi qəbzlərlə təsdiqini tapdığını nəzərə almaqla sübuta yetirilmişdir ki, bununla da həmin xərclər iddiaçının maddi vəziyyətini pisləşdirmişdir. Digər dəlilə münasibətdə məhkəmə kollegiyası həmin dəlillə qismən razılaşaraq qeyd edir ki, məhkəmə iclası zamanı iddiaçının izahatına və vergi ödəyicisi məlumatların əsasən müəyyən olunur ki, həqiqətən iddiaçı əmək fəaliyyəti ilə məşğuldur. Bu halda kollegiya hesab edir ki, cavabdehin uşağın üç yaşına qədər əmək fəaliyyəti ilə məşğul olan keçmiş arvadın xeyrinə pul tutulması əsaslı deyildir. 58.Kollegiya qeyd olunan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə əsas hissədə razılaşsa da, uşağın 3 yaşına çatanadək keçmiş arvadın xeyrinə alimentin tutulmaması hissəsi ilə razılaşmır. 59.Apellyasiya şikayətini qismən əsaslı hesab edən kollegiya əvvəla qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85-ci maddəsinin tələbinə görə nikah pozulduqdan sonra ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. 60.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə bu hissədə razılaşmayaraq qeyd edir ki, qanunvericiliyin tələbindən görünür ki, Ailə Məcəlləsinin 85-ci maddəsinin tələbinə görə nikah pozulduqdan sonra ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Göründüyü kimi, iddiaçı uşağın doğulduğu gündən 3 il ərzində keçmiş ərinin aliment ödəməyi zəruri maddi imkana malik olmasını sübuta yetirə bilməmişdir. 61.Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 62.“Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının ##.##.1959-cu il tarixli 1386 (XIV) saylı qətnaməsi ilə elan edilmişdir) * saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 63.Həmin Bəyənnamənin * saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. 64.“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir 65.Həmin Qanunun 13-cü maddəsinə və “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının (## ###### 1989-cu ildə qəbul edilib) 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. 66.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli, qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. 67.Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanları, eləcə də iddiaçının aliment verməsinə dair maddi imkanları, mövcud iqtisadi vəziyyətdə inflyasiya nəzərə alınmalıdır. 68.Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. 69.Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə ##.##.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə ##.##.1982-ci il tarixli, “X3rşı” iş üzrə ##.##.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. 70.Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi qismən – “##.##.2026-cı il tarixdən başlayaraq ##.##.2024-cü il təvəllüdlü X4 3 yaşına çatanadək, yəni ##.##.2027-ci il tarixədək saxlanması üçün Cavabdeh hər ay 40 manat məbləğində alimentin (maddi yardım) Yaqublu (Həsənova) Aysu Nəriman qızının xeyrinə tutulması” hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 71.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi qismən – “##.##.2026-cı il tarixdən başlayaraq ##.##.2024-cü il təvəllüdlü X4 3 yaşına çatanadək, yəni ##.##.2027-ci il tarixədək saxlanması üçün Cavabdeh hər ay 40 manat məbləğində alimentin (maddi yardım) Yaqublu (Həsənova) Aysu Nəriman qızının xeyrinə tutulması” hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə çıxarılsın, iddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar