Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-686/2026 08.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 İsmayıl oğlu və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun onun vərəsələrindən tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı QSC-nin nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 İsmayıl oğlu və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: 1.İşin halları 2.##.##.2022-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Şirinov Feyruz Həmdulla oğluna 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Şirinov Feyruz Həmdulla oğlu İddiaçı QSC ilə bağladığı ##.##.2022-ci il tarixli ***R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24000 (iyirmi dörd min) manat məbləğində kredit götürmüşdür. 3.Xaçmaz rayon * saylı notariat ofisinin ##.##.2023-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətamənin surətindən müəyyən olunur ki, ##.##.2023-cü il tarixdə vəfat etmiş - Şirinov Feyruz Həmdulla oğlunun vərəsələri: arvadı - Xaçmaz rayon Balaünvan 1 ünvanında qeydiyyatda olan cavabdeh1 (AA*******, ##.##.2022-Xaçmaz RPŞ QvŞV bölməsi, FIN:*******, d/t:##.##.1971) miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - "FİNOKO" BOKT ASC Exspress Xaçmaz filialı tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş arayışa əsasən 68.16 qram qızıl-zinət əşyalarından ibarətdir. 4.Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı tarixli, */**** saylı rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və ## #### 2022ci il tarixli ***R********** saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla cavabdeh Şirinov Feyruz Həmdulla oğlunun iddiaçı İddiaçı QSC-yə ##.##.2023-cü il tarixə 21.882,28 AZN (əsas borc üzrə - 19.991,93 AZN, faiz borcu üzrə 1890,35 AZN) borcu müəyyən edilir. 5.İddiaçı QSC-nin ünvanladığı ##.##.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, “xxxx” QSC ilə bağlanmış ##.##.2022-ci il tarixli müqaviləyə əsasən ödəniş planına uyğun olaraq 36 ay müddətinə aylıq ödəmək şərti ilə 24000,00 AZN məbləğində götürülmüş kredit üzrə borcun ödənilmədiyi barədə Şirinov Feyruz Həmdulla oğluna dəfələrlə şifahi xəbərdarlıqlar olunmuş, ##.##.2023-cü il tarixinə gecikdirilmiş ödəniş məbləğinin 9396,33 AZN (əsas məbləğ 5 395,08 AZN, faiz ödənişi 3019,01 AZN, cərimə məbləği 982,24 AZN) təşkil etdiyi, ##.##.2023-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi təklif olunmuş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilərək banka olan 23562,27 AZN borc məbləğinin (19 488,98 AZN təşkil edən əsas məbləğ, 3091,05 AZN faiz məbləği və 982,24 AZN cərimə məbləği), həmçinin ##.##.2023-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. 6.İddiaçı QSC-nin cavabdeh2 İsmayıl oğluna və cavabdeh3 ünvanladığı ##.##.2023-cü il tarixli məktublardan müəyyən olunur ki, “xxxx” QSC ilə Şirinov Feyruz Həmdulla oglu arasında bağlanmış kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 36 ay müddətinə aylıq ödəmək şərti ilə 24000,00 AZN məbləğində kredit verilmişdir. cavabdeh2 İsmayıl oğlunun və cavabdeh3 Şirinov Feyruz Həmdulla oğlunun öhdəliklərinə zamin durmaları və zaminlik müqaviləsinə əsasən borclu ilə eyni məsuliyyət daşımaları və borcu ödəmək barədə üzərlərinə öhdəlik götürdükləri, Şirinov Feyruz Həmdulla oglunun kredit müqaviləsinin şərtlərini pozduğu və krediti ödəməkdən yayındığı, ##.##.2023-cü il tarixinə gecikdirilmiş ödəniş məbləğinin 9396,33 AZN (əsas məbləğ 5 395,08 AZN, faiz ödənişi 3019,01 AZN, cərimə məbləği 982,24 AZN) təşkil etdiyi, ##.##.2023-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi təklif olunmuş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilərək banka olan 23562,27 AZN borc məbləğinin (19 488,98 AZN təşkil edən əsas məbləğ, 3091,05 AZN faiz məbləği və 982,24 AZN cərimə məbləği), həmçinin ##.##.2023-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. 7.##.##.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Şirinov Feyruz Həmdulla oglu ##.##.2023-cü ildə Xaçmaz rayonu Balaqusar kəndində vəfat etmişdir. 8.Birinci instansiya məhkəməsində icraat 9.İddiaçı İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh1, cavabdeh2 İsmayıl oğlu və cavabdeh3 müştərək qaydada iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ***R********** saylı kredit razılaşması üzrə 19488.98 manat məbləğində kredit borcu, 4122.10 manat məbləğində faiz borcu və 1469.48 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 25080.56 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 165.24 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Şirinov Feyruz Həmdulla oğluna 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz) min manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Şirinov Feyruz Həmdulla oğlu İddiaçı QSC ilə bağladığı ##.##.2022-ci il tarixli ***R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24000 (iyirmi dörd min) manat məbləğində kredit götürmüşdür. Şirinov Feyruz Həmdulla oğlu uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti ##.##.2023-cü il tarixdən qaytarmamışdır. Şirinov Feyruz Həmdulla oğlu götürdüyü kredit borcundan 4511.02 manat ödəmiş, onun 19488.98 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Şirinov Feyruz Həmdulla oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2024-cü il tarixə 377 gün üçün hesablanmış faiz borcu 4122.10 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. ##.##.2024-cü il tarixə 377 gün üçün hesablanmış cərimə 1469.48 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ölüm şəhadətnaməsindən göründüyü kimi, X2 Həmdulla oğlu vəfat etmişdir. Vəkil sorğularına verilən cavab məktublarından Şirinov Feyruz Həmdulla oğlunun adına vərəsəlik işinin açıldığı və cavabdeh1 qanun üzrə vərəsə olduğu görünür. Şirinov Feyruz Həmdulla oğlu VÖEN-dən istifadə edərək İddiaçı QSC ilə ##.##.2022ci il tarixli ***L**HU******** saylı uzunmüddətli kredit və təminat müqaviləsi bağlamışdır. Lakin kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Belə ki, həmin Məcəllənin 1151.1ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, Şirinov Feyruz Həmdulla oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. 11.Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh1, cavabdeh2 İsmayıl oğlu və cavabdeh3 müştərək qaydada 19488.98 manat məbləğində əsas kredit bоrcunun, 1890.35 manat məbləğində faiz bоrcunun, 150 manat məbləğində cərimə borcunun və ödənilmiş 154.59 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 10.65 manatı iddiaçıya aid edilməsi, cavabdeh1, cavabdeh2 İsmayıl oğlu və cavabdeh3 müştərək qaydada 200 manat məbləğində pul alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin AZ**CTRE******************** saylı hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Samir Bayramov) 12.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 386.1, 442, 448.1, 462.1, 467, 558.1, 739.1, 739.2, 1151.1, 1153, 1243.2, 1243.3 və 1306-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarındakı hüquqi mövqeyə, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə, həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı və ##.##.2026-cı il tarixli, */**** saylı rəylərinə istinad etməklə əsaslandırmışdır. 13.Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları 14.Apellyasiya şikayətinin dəlilləri 15.Cavabdeh cavabdeh2 İsmayıl oğlu apellyasiya şikayəti verib Xaçmaz rayon məhkəməsinin bu iş üzrə çıxardığı qətnaməsini qismən faizə və cəriməyə aid hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Cavabdeh cavabdeh2 İsmayıl oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o həmin qətnamə ilə razı deyil. Hesab edir ki, məhkəmənin çıxardığı qətnamə qanunsuz və əassızdır. Belə ki, o qismən təmin edilmiş qətnamə üzrə faiz borcundan narazıdır faiz borcu şişdirilmiş qaydada hesablanmışdır. Bildirmək istəyir ki, brinci instansiya məhkəməsində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilmiş, lakin o ekspert rəyi ilə ümumiyyətlə razı olmadığını bildirmişdir, lakin ekspertiza təkrar təyin edilməmişdir. Hesab edir ki, bu qətnamə yuxarıda göstərilənlərə əsasən ləğv edilməlidir. Bildirmək istəyir ki, o ailəlidir himayəsində həyat yoldaşı və üç azyaşlı uşaqları var. Məktəbli uşaqlardır, xahiş edir ki, yazılanları nəzərə alaraq təkrar mühasibatlıq ekspertizasını keçirilməsi üçün mülki işi Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərilsin. Çünki iddiaçı təşkilatın ondan və digərlərindən əsas və faiz tələb etməsi qanunsuzdur. Hesab edir ki, bu qətnamə yuxarıda göstərilənlərə əsasən ləğv edilməlidir. 17.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli tam və obyektiv tədqiqinə lazimi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların pressesual hüquqi və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prossesual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə işə yalnız iddiaçının maraqları baxımından yanaşmışdır. Məhkəmə banka olan kredit borclarının, əsas borca hesablanmış faizlərin düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək üçün heç bir tədbir görməmiş, iddiaçının təqdim etdiyi müaliyyə arayışını tədqiq etmədən, maliyyə arayışında göstərilən məbləğlərin düzgünlüyünü yoxlamaq üçün müvafiq ekspertiza təyin etməmişdir. 18.Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 19.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. 20.Apellyasiya icraatı iştirakçılarının izahatları 21.Məhkəmə iclasında iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 22.Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 23.Tətbiq edilən hüquq 24.Azərbaycan Respublikasının ## ####### 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəlləsi 25.Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 26.Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 27.Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 28.Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsi 29.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 30.Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 31.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 32.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 33.Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 34.Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 35.Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 36.Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 37.Maddə 1309 Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. 38.“N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. 39.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # #### 2018-ci il tarixli Qərarı 40.Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. 41.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 42.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 43.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 44.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 45.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 46.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 47.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 48.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 49.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 50.Apellyasiya baxışının hədləri 51.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 52.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 53.Apellyasiya şikayətindən görünür ki, cavabdeh cavabdeh2 İsmayıl oğlu apellyasiya şikayəti verib, Xaçmaz rayon məhkəməsinin bu iş üzrə çıxardığı qətnaməsini qismən faizə və cəriməyə aid hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 54.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissəsində yoxlanılmalıdır. 55.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 56.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 57.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. 58.Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, ##.##.2022-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Şirinov Feyruz Həmdulla oğluna 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz) min manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilə əsasında Şirinov Feyruz Həmdulla oğlu İddiaçı QSC ilə bağladığı ##.##.2022-ci il tarixli ***R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24000 (iyirmi dörd min) manat məbləğində kredit götürmüşdür. Şirinov Feyruz Həmdulla oğlu uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti ##.##.2023-cü il tarixdən qaytarmamışdır. Şirinov Feyruz Həmdulla oğlu götürdüyü kredit borcundan 4511.02 manat ödəmiş, onun 19488.98 manat məbləğində kredit borcu qalmışdır. X2 Həmdulla oğlu ##.##.2023-cü ildə vəfat etmişdir. Borclunun arvadı Xaçmaz rayon Balaünvan 1 ünvanında qeydiyyatda olan cavabdeh1 Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətaməyə əsasən vərəsə olaraq miras əmlakı qəbul etmişdir. Şirinov Feyruz Həmdulla oğlunun ölümü ilə bağlı onun öhdəliyi icra edilmədiyindən kreditorun borclunun vərəsəsi cavabdeh1 qarşı tələb hüququ yaranmışdır. 59.İşdən həmçinin görünür ki, birinci instansiya məhkəməsinin icraatı zamanı iş üzrə iki dəfə müvafiq ekspertizalar təyin olunmuş, birinci instansiya məhkəməsi əldə olunmuş rəylərə uyğun olaraq cavabdehlərdən kredit borcunu tutmuşdur. 60.Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin faiz və cərimənin tutulması hissəsində razılaşaraq, hesab edir ki, təkrar ekspertizanın keçirilməsinə əsas görmür. 61.Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mülki qanunvericiliyin göstərişinə görə mirası qəbul etmiş vərəsə miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır. 62.Kollegiya həmçinin qeyd edir ki, Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 63.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # #### 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. 64.Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # #### 2018-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. 65.Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 66.Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 67.Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmiş, dəlilləri sübut edə bilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 68.Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. 69.Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 70.Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən qətnamənin mübahisələndirilən hissəsi 5000 manatı keçmədiyindən, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. 71.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-8)-686/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-686/2026
08.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver