Məhkəmə qərarları › İş №e-2(3-8)-702/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-702/2026

17.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № e-2(3-8)-702/2026 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsi Mülki Kollegiyasının hakimlәri X1 (mәruzәçi hakim), Mahmudov Ayaz Akif oğlu vә Hüseynzadә Afiq Hüseyn oğlundan ibarәt tәrkibdә, İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı borcun silinmәsi tәlәbinә dair mülki iş üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** nömrәli qәrardadından iddiaçı İddiaçı İstehsalat Birliyi tәrәfindәn verilmiş şikayәtә apellyasiya qaydasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏN ETDİ İddiaçı İddiaçı İstehsalat Birliyi cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq Sumqayıt şәhәri, İnşaatçılar qәsәbәsindә yaşayan Cavabdeh istehlak edilmiş qaza görә borclu olduğu 709,73 manat vәsaitin vә ödәnilmiş 30,40 manat dövlәt rüsumunun cavabdehdәn tutularaq İddiaçı İB-nin bank hesabına ödәnilmәsi barәdә tәlәbinә kiçik iddialara dair işlәr üzrә sadәlәşdirilmiş icraat qaydasında baxaraq iddia tәlәbinin tәmin olunması barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin e-*(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qәrardadı ilә iddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı “borcun silinmәsi tәlәbi”nә dair iddia әrizәsi vә ona әlavә edilmiş sәnәdlәrin geri qaytarılması qәrara alınmışdır. Hәmin qәrardaddan narazı qalan iddiaçı İddiaçı İstehsalat Birliyi qәrardaddan şikayәt verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(*-***)****/**** saylı qәrardadının lәğv olunması barәdә yeni qәrardad qәbul edilmәsini, әks tәqdirdә işin baxılması üçün Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, iddiaçı İddiaçı İB iddia әrizәsi ilә ilә mәhkәmәyә müraciәt edәrәk cavabdeh Cavabdeh qarşı “borcun ödәnilmәsi tәlәbi” barәdә kiçik iddialara dair işlәr üzrә sadәlәşdirilmiş icraat qaydasında qәtnamә qәbul edilmәsini xahiş etmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(*- ***)-****/**** saylı qәrardadı ilә iddia әrizәsi geri qaytarılmışdır. Mәhkәmә öz qәrardadında qeyd etmişdir ki, mübahisәnin qabaqcadan mәhkәmәdәn kәnar (pretenziya qaydasında) hәll edilmәsi qaydalarına düzgün riayәt edilmәmişdir. Mübahisәnin mәhkәmәdәnkәnar qaydada hәll edilmәsi mәqsәdilә cavabdehә ünvanlanmış xәbәrdarlıq iddia әrizәsinә әlavә edilsә dә, bu xәbәrdarlığın hәqiqәtәn cavabdehin ünvanına göndәrilmәsini tәsdiq edәn müvafiq sәnәdlәr (poçt reyestri, xәbәrnamә, qәbz vә s.) iddia әrizәsinә әlavә edilmәmişdir. Bu sәbәbdәn dә Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026cı il tarixli e-2(5-155)-2253/2026 qәrardadı ilә iddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı “borcun ödәnilmәsi tәlәbi” barәdә kiçik iddialara dair işlәr üzrә sadәlәşdirilmiş icraat qaydasında olan iddia әrizәsi vә ona әlavә edilmiş sәnәdlәr geri qaytarılmışdır. İddiaçı İstehsalat Birliyi hesab edir ki, mәhkәmәnin iddia әrizәsinin geri qaytarılmasına dair gәldiyi nәticә sәhvdir vә bu sәbәbdәn әsassız qәrardad qәbul edilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsi tәqdim olunmuş sübutları, elәcә dә işin faktiki, hәqiqi hallarını tam, obyektiv vә hәrtәrәfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymәt vermәmiş, qüvvәdә olan maddi vә prosessual hüquq normalarını mülki iş üzrә düzgün tәtbiq etmәmiş, nәticәdә iddia әrizәsinin geri qaytarılması barәdә qanunsuz vә әsassız qәrardad qәbul etmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026cı il tarixli, e-*(*-***)-****/**** saylı qәrardadında qeyd edilәn hallarla bağlı bildirir ki, iddiaçı Azәriqaz İstehsalat Birliyi tәrәfindәn mübahisәnin mәhkәmәyәdәk hәlli qaydasına riayәt edilmişdir. Belә ki, cavabdeh Cavabdeh ünvanlanmış vә tәrәfindәn iddia әrizәsinә әlavә edilmiş **-*-*-*/*-***/**** saylı, ##.##.2026cı il tarixli xәbәrdarlıq mәktubu birliyin әmәkdaşları tәrәfindәn ##.##.2026-cı il tarixdә onun yaşadığı ünvana tәqdim edilmiş, lakin cavabdeh hәmin xәbәrdarlıq mәktubunu qәbul etmәkdәn imtina etmişdir. Göstәrilәn halla bağlı aidiyyәti әmәkdaşlar tәrәfindәn müvafiq akt tәrtib edilmişdir. Bu isә öz növbәsindә xәbәrdarlığın cavabdehә tәqdim edilmәsinә cәhd göstәrildiyini, cavabdehin isә ondan imtina etdiyini tәsdiq edir. Belә olan halda, yalnız poçt qәbzi vә ya xәbәrnamәnin olmaması mübahisәnin mәhkәmәyәdәk hәlli qaydasına әmәl edilmәmәsi kimi qiymәtlәndirilә bilmәz. Eyni zamanda qeyd edilmәlidir ki, әhali abonentlәrinә hәr ay Azәriqaz İstehsalat Birliyi tәrәfindәn onların “AGİS” informasiya bazasında qeydiyyata alınmış mobil telefon nömrәlәrinә sәrf edilmiş tәbii qazın mәblәği, aparılmış ödәnişlәr vә yekun debitor borc barәdә elektron bildirişlәr göndәrilir. Bu sәbәbdәn cavabdeh yaranmış borc öhdәliyindәn vә hәmin borcun mәblәğindәn mәlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı tәrәfindәn cavabdehin borc barәdә mәlumatlandırılması vә mübahisәnin mәhkәmәdәnkәnar qaydada hәllinә cәhd göstәrilmәsi üçün zәruri tәdbirlәr hәyata keçirilmişdir. Bu baxımdan, mәhkәmәnin iddiaçı tәrәfindәn mübahisәnin mәhkәmәyәdәk hәlli qaydasına riayәt edilmәmәsi barәdә gәldiyi nәticә işin faktiki hallarına vә tәqdim edilmiş sübutlara uyğun deyildir. Buna görә dә iddia әrizәsinin geri qaytarılması barәdә qәrardadın lәğv edilmәsi mәqsәdәmüvafiq hesab edilmәlidir. Yuxarıda qeyd etdiklәrindәn göründüyü kimi iş materiallarında yer alan formal, әsassız sübutlara әsaslanaraq birinci instansiya mәhkәmәsi sәhv nәticәyә gәlmiş vә işә iş materiallarında faktlara әsaslanmadan iddia әrizәsinin geri qaytarılması barәdә qәrardad qәbul etmişdir. Belә olan halda Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cıil tarixli e-*(*-***)-****/**** saylı iddia әrizәsinin geri qaytarılması barәdә qәrardadı qanunsuz vә әsassız hesab edilmәli, Mülki-Prosessual Mәcәllәnin tәlәblәrinә zidd olduğu üçün lәğv edilmәlidir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrәli qәrardadı ilә iddiaçı tәrәfindәn verilmiş şikayәtin tәmin edilmәmәsi vә mülki işlә birlikdә Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası MPM-nin 372.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi tam hüquqlu mәhkәmә kimi işә, işdә olan vә әlavә tәqdim olunmuş sübutlar әsasında mahiyyәti üzrә baxır. Hәmin Mәcәllәnin 372.7-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Qeyd edilәn Mәcәllәnin 10.8-1-ci maddәsinә әsasәn, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 vә 437-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda işlәrә yazılı icraat qaydasında, yәni mәhkәmә iclası keçirilmәdәn vә tәrәflәr izahatları dinlәnilmәk üçün çağırılmadan baxılır. Bu Mәcәllәnin 394-1, 397.2 vә 414.1-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda mәhkәmәnin qәrardadına әsasәn işә mәhkәmә iclasında baxıla bilәr. Azәrbaycan Respublikası MPM-nin 397.2-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Hazırkı şikayәt birinci instansiya mәhkәmәsinin qәrardadından verildiyinә görә mәhkәmә kollegiyası mübahisәyә MPM-nin 10.8-1 vә 397.2-ci maddәlәrinә әsasәn yazılı icraat qaydasında baxmışdır. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini vә iş materiallarını araşdıraraq hesab edir ki, şikayәt tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrәli qәrardadı lәğv edilmәli, qәrardadda sadalanan xüsusatlar nәzәrә alınıb yenidәn baxılması üçün mülki iş birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Belә ki, birinci instansiya mәhkәmәsi gәldiyi nәticәni onunla әsaslandırmışdır ki, mübahisәnin qabaqcadan mәhkәmәdәn kәnar (pretenziya qaydasında) hәll edilmәsi qaydalarına düzgün riayәt edilmәmişdir. Mübahisәnin mәhkәmәdәnkәnar qaydada hәll edilmәsi mәqsәdilә cavabdehә ünvanlanmış xәbәrdarlıq iddia әrizәsinә әlavә edilsә dә, bu xәbәrdarlığın hәqiqәtәn cavabdehin ünvanına göndәrilmәsini tәsdiq edәn müvafiq sәnәdlәr (poçt reyestri, xәbәrnamә, qәbz vә s.) iddia әrizәsinә әlavә edilmәmişdir. Mәhkәmә hesab edir ki, bu vәziyyәtdә iddiaçı orqan tәrәfindәn mübahisәnin mәhkәmәdәnkәnar hәlli qaydalarına riayәt edildiyinә әminlik yarana bilmәz, çünki bu sәnәdlәrin iddia әrizәsinә әlavә edilmәmәsi hәmin xәbәrdarlığın cavabdehә göndәrilmәdiyi, sadәcә formal olaraq iddia әrizәsinә әlavә edildiyi fikri yaradır. Belә olan halda mәhkәmә hesab edir ki, iddiaçı İddiaçı İstehsalat Birliyi tәrәfindәn mübahisәnin mәhkәmәyә qәdәr hәlli qaydasına riayәt edilmәmişdir. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin mövqeyi ilә razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli xәbәrdarlıq mәktububdan görünür ki, cavabdeh yaranmış debitor borc barәdә mәlumatlandırılmışdır. Аzәrbаycаn Respublikаsı Mülki Prоsessuаl Mәcәllәsinin 152.1.6-cı maddәsinә әsasәn, müqavilә ilә vә ya hәmin kateqoriya işlәr üçün qanunla nәzәrdә tutulmuşsa, iddiaçı cavabdehlә mübahisәnin mәhkәmәyә qәdәr (pretenziya qaydasında) nizama salınmasına riayәt edilmәsinә dair sәnәd tәqdim etmәdikdә, hakim iddia әrizәsini vә ona әlavә edilmiş sәnәdlәri geri qaytarır. Аzәrbаycаn Respublikаsı Mülki Prоsessuаl Mәcәllәsinin 398.0.2-ci mаddәsinә görә, аpellyаsiyа instаnsiyаsı mәhkәmәsinin qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vаrdır. Hәmin Mәcәllәnin 399-cu maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Yuxarıda göstәrilәnlәrә әsasәn mәhkәmә kоllegiyаsı bu qәnaәtә gәlir ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadı lәğv edilmәli vә sonrakı prosessual hәrәkәtlәrin edilmәsi üçün iş birinci instansiya mәhәkәmәsinә qaytarılmalıdır. Birinci instansiya mәhkәmәsi işә yenidәn baxarkәn sadalanan xüsusatları nәzәrә almalı, ondan sonra mübahisәyә hüquqi qiymәt vermәlidir. Şәrh edilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398.0.2 vә 400, 402-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası QƏRARA A L D İ: Şikayәt tәmin edilsin. İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı borcun silinmәsi tәlәbinә dair mülki iş üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** nömrәli qәrardadı lәğv edilsin. Hazırki qәrardadda sadalanan xüsusatlar nәzәrә alınıb yenidәn baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә qaytarılsın. Qәrardaddan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar