Məhkəmə qərarları › İş №e-2(3-8)-719/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-719/2026

29.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-719/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərər) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.##.##.2024-cü il tarixli, ******** saylı qəbzdən görünür ki, İddiaçı Hilal Karakılınc adlı şəxsin adından Cavabdeh 4960 ABŞ dolları pul köçürmüşdür. Həmin pulun köçürülməsi ilə əlaqədar 40 ABŞ dolları xidmət haqqı ödənilmişdir. 2.##.##.2024-cü il tarixli, ******** saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh 4960 ABŞ dolları pul köçürmüşdür. Həmin pulun köçürülməsi ilə əlaqədar 40 ABŞ dolları xidmət haqqı ödənilmişdir. 3.##.##.2024-cü il tarixli, ******** saylı qəbzdən görünür ki, İddiaçı Ceyhun İldırım oğlu Qasıminin adına 4960 ABŞ dolları pul köçürmüşdür. Həmin pulun köçürülməsi ilə əlaqədar 40 ABŞ dolları xidmət haqqı ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 51000 manat, mənəvi zərərə görə 10000 manat, hüquqi yardım xərcləri üzrə 2900 manat və “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən ödənilmiş 274 manat dövlət rüsumu olmaqla, ümumilikdə 64174 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı beynəlxalq yükdaşıma ilə məşğul olan TIR sürücüsüdür və işinin xarakterinə görə tez-tez Azərbaycana səfər edir. 2022-ci ildə Azərbaycanda olarkən cavabdeh Cavabdehla tanış olmuşdur. Cavabdeh DAF FTXF markalı, AZ **-KN-*** nömrəli yük maşını idarə etdiyindən və eyni sahədə işlədikləri üçün aralarında ünsiyyət yaranmışdır. Cavabdeh zamanla iddiaçı ilə yaxın dostluq münasibəti quraraq onun etibarını qazanmağa çalışmış, hətta bir dəfə 3000 ABŞ dolları məbləğində borc alıb geri qaytarmaqla etibarlılığını nümayiş etdirmişdir. Bu davranışı ilə cavabdeh iddiaçıda güvən hissi yaratmış və gələcək birgə iş barədə vədlərinə inam formalaşdırmışdır. 2023-cü ildə iddiaçı gələcək planlarından yeni bir TIR alıb iş qurmaq istəyindən cavabdehə bəhs etmişdir. Bunu eşidən kimi cavabdeh iddiaçıya birlikdə yükdaşıma şirkəti qurmağı təklif etmiş, “Yaşar oğulları” adında şirkət quracağını bildirmişdir. O, iddiaçıya bu birgə iş sayəsində daha çox gəlir əldə ediləcəyini və əgər plan baş tutmazsa pulun geri qaytarılacağına dair təminat vermişdir. Lakin cavabdeh belə bir işi başlamaq üçün ilkin kapitala ehtiyacı olduğunu bildirərək iddiaçıdan pul tələb etmişdir. İddiaçı əvvəlcə öz imkanlarının məhdud olduğunu desə də, cavabdeh qalan məbləği özü bank krediti kimi götürəcəyini söyləmişdir. İddiaçı cavabdehin inandırıcı vədlərinə güvənərək nəticədə tələb olunan vəsaiti ona verməyə razı olmuşdur. ## ###### 2024-cü il tarixdə iddiaçı Türkiyədə olarkən cavabdeh Cavabdeh adına iki dəfəyə (5000 + 5000 ABŞ dolları) olmaqla, cəmi 10000 ABŞ dolları məbləğində bank köçürməsi etmişdir. Ertəsi gün, yəni ## ###### 2024-cü il tarixdə cavabdehin istəyi ilə onun söylədiyi “əmisi oğlu” Ceyhun İldırım oğlu Qasımi adına əlavə 5000 ABŞ dolları göndərilmişdir. Beləliklə, 9-## ###### 2024-cü il tarixlərində iddiaçı tərəfindən cəmi 15000 ABŞ dolları cavabdeh tərəfə çatdırılmışdır. Bu köçürmələri təsdiqləyən bank qəbzləri iddiaçıda mövcuddur və lazım gələrsə məhkəməyə təqdim edilə bilər. Daha sonra, ## ######## 2024-cü il tarixində iddiaçı yenidən Azərbaycana gəlmiş, bu zaman cavabdeh əlavə kapitala ehtiyac yarandığını bildirmişdir. ## ######## 2024-cü il tarixində, yük boşaltma işi zamanı iddiaçı nağd şəkildə 15000 ABŞ dollarını cavabdehə şəxsən təhvil vermişdir. Bu ödəniş “X4”nun anbarı yaxınlığındakı kafedə baş tutmuşdur. Bununla da, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 30000 ABŞ dolları (bank köçürmələri və nağd birlikdə) verilmişdir ki, həmin məbləğ halhazırda təxminən 51000 manat təşkil edir. Qeyd olunan məbləğin cavabdeh tərəfindən alınmasından xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh vəd etdiyi kimi nə yeni TIR alıb iş qurmuş, nə də iddiaçının təklif etdiyi TIR-ların alınmasını qəbul etmişdir. Əksinə, iddiaçı müşahidə etmişdir ki, cavabdeh vəsaiti şəxsi məqsədlərlə xərcləmiş, birgə iş qurmaq barədə verdiyi sözləri yerinə yetirməmişdir. 2024-cü ilin sonlarına doğru iddiaçının Türkiyədəki şəxsi avtomobili nasaz vəziyyətə düşdüyü üçün iddiaçı təcili olaraq 2000 ABŞ dollarına ehtiyac duymuş və məcbur qalıb öz pulundan həmin məbləği cavabdehdən geri istəmişdir. Cavabdeh əvvəlcə bu məbləği Türkiyəyə gələndə nağd verəcəyini desə də, sonradan göndərdiyi mesajda yalnız 3000 ABŞ dolları avans ala bildiyini, bu pulun öz ehtiyaclarına güclə yetdiyini bildirib və iddiaçıya “narahat olmamağı, pulunu yeməyəcəyini, gec-tez qaytaracağını” yazmışdır. Bu mesajlardan iddiaçı aydın şəkildə başa düşmüşdür ki, cavabdeh iddiaçıdan aldığı bütün pulu artıq xərcləmişdir və əslində vəsaiti qaytarmaq niyyəti yoxdur. Daha sonra cavabdeh Türkiyədən Azərbaycana dönmüş və əlaqəni tamamilə kəsmişdir. İddiaçı 2025-ci ilin əvvəllərində Sumqayıt şəhərindəki TIR parkında təsadüfən cavabdehə rast gəlmiş və pulunu tələb etdikdə cavabdeh açıq şəkildə pulun qaytarılmayacağını demişdir. Yalnız iddiaçının polisi məlumatlandıracağından ehtiyatlanaraq cavabdeh son anda “3 aya qaytaracağam” deyə bir vəd vermiş, lakin bu vədə də əməl etməmişdir. Göstərilənlərə əsasən aydın olur ki, cavabdeh əvvəlcədən planlı şəkildə iddiaçını aldadaraq onun 30000 ABŞ dolları məbləğində əmlakını ələ keçirmişdir. Cavabdeh klassik dələduzluq sxemindən istifadə etmiş, əvvəlcə kiçik məbləği alıb geri qaytararaq etibar qazanmış, ardınca böyük məbləği mənimsəmişdir. İddiaçıya vurulan maddi zərər 30000 ABŞ dolları (təxminən 51000 AZN) təşkil edir. Yuxarıdakı hallarla əlaqədar iddiaçı pulların mənimsənilməsi faktını dələduzluq kimi qiymətləndirərək Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Hazırda cavabdehin əməlləri üzrə polis tərəfindən araşdırma aparılır, bununla əlaqədar olaraq iddiaçı polisdə izahat da yazmışdır. Lakin cinayət işinin mövcudluğu və ya əksi mülki qaydada dəymiş zərərin tələb edilməsinə mane olmur. Əksinə, Azərbaycan qanunvericiliyi və məhkəmə təcrübəsinə əsasən, törədilmiş eyni əmələ görə şəxs cinayət məsuliyyətinə cəlb olunsa belə, zərərçəkənin mülki qaydada maddi və mənəvi zərərin ödənilməsini tələb etmək hüququ qalır. Buna görə də iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edərək dəymiş maddi və mənəvi zərərin əvəzinin tutulmasını tələb edir. Cavabdehin iddiaçıya qarşı etdikləri Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülki hüquq pozuntusu hesab olunur. 6.Belə ki, cavabdeh yalan vədlərlə iddiaçının əmlakını ələ keçirməklə onun mülki hüquqlarını pozmuşdur. Cavabdeh öz qanunsuz hərəkətləri ilə iddiaçıya dəymiş maddi zərəri tam olaraq ödəmək və iddiaçını əvvəlki maddi vəziyyətinə qaytarmaq vəzifəsini daşıyır. İddiaçının 30000 ABŞ dolları (təxminən 51000 AZN) məbləğində əmlak hüququ pozulduğundan, həmin məbləğin cavabdeh tərəfindən tam ödənilməsi mülki qanunla tələb olunur. Bundan əlavə, cavabdehin qanunsuz və etibardan sui-istifadə etməklə törətdiyi əməlləri nəticəsində iddiaçının hüquqlarının müdafiəsi məqsədilə hüquqi yardım almağa zərurət yaranmışdır. İddiaçı bu məqsədlə iki ayrı müqavilə bağlamış və ümumilikdə 2900 manat vəsait xərcləmişdir. Bu məbləğin 1000 manatı cavabdehin əməlləri üzrə aparılan cinayət araşdırması zamanı polis orqanlarında hüquqlarının müdafiəsi üçün vəkilə verilmiş, 1900 manatı isə hazırkı mülki iş üzrə məhkəmədə iddia qaldırmaq və təmsilçilik xidmətləri üçün nəzərdə tutulmuşdur. Sözügedən vəkil xərcləri hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi real zərər kimi qiymətləndirilməlidir. Bu xərclər qanunvericiliyə əsasən maddi zərərin tərkib hissəsi hesab edilir və cavabdeh tərəfindən qarşılanmalıdır. Hazırkı mülki mübahisə üzrə cavabdeh şəxs Cavabdeh iddiaçının etibarından sui-istifadə etməklə ona yaxınlıq göstərmiş, birgə iş qurmaq adı altında vədlər verməklə ümumilikdə 30000 ABŞ dolları məbləğində vəsaiti ələ keçirmiş, lakin bu vəsaiti nə təyinatı üzrə istifadə etmiş, nə də vəd etdiyi kimi geri qaytarmışdır. Vəsaitin bir hissəsi bank köçürməsi ilə sənədləşdirilsə də, digər hissəsi şəxsi etibara əsasən nağd şəkildə təhvil verilmişdir. İddiaçı uzun müddət qarşı tərəfdən öhdəliklərin yerinə yetirilməsini gözləmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə süründürməçilik etmiş, nəhayət isə açıq şəkildə pulu qaytarmayacağını bildirmişdir. Nəticədə iddiaçı maddi baxımdan ailə büdcəsinin əsas hissəsini itirmiş, planlaşdırdığı iş və gəlir imkanlarından məhrum olmuş, psixoloji cəhətdən isə ağır mənəvi sarsıntıya məruz qalmışdır. İddiaçının xarici ölkə vətəndaşı olması, yaşlı olması və Azərbaycanda hüquqlarını müdafiə etməkdə üzləşdiyi çətinliklər, cavabdehin bu prosesdə nümayiş etdirdiyi məsuliyyətsiz və laqeyd münasibət onun mənəvi iztirablarını daha da dərinləşdirmişdir. Pulun qaytarılması üçün hüquqmühafizə orqanlarına müraciət etmək, izahatlar vermək, vəkillərə müraciət edib ödənişlər etmək, müxtəlif prosedurlardan keçmək zərurəti də onu davamlı gərginlik, stress və psixoloji təzyiqə salmışdır. Eyni zamanda, ailə üzvləri qarşısında çətin duruma düşməsi və həyat planlarının pozulması da mənəvi yükünü artırmışdır. Bütün bu hallar hüquqi sənədlərdə göstərilən meyarlara əsasən şəxsə mənəvi zərər vurulmasının tipik göstəricilərindəndir. Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli və Ali Məhkəmənin ##.##.2008-ci il tarixli qərarlarında göstərildiyi kimi, şəxsin qeyriəmlak hüquqlarının pozulması, mənəvi sarsıntı və stressə səbəb olan hüquqazidd davranışlar mülki məsuliyyət doğurur və kompensasiya edilməlidir. Bu səbəbdən, iddiaçının 10000 manat məbləğində mənəvi zərərin əvəzi kimi kompensasiya tələbi, cavabdehin hərəkətlərinin təqsirli xarakterini, iddiaçının yaşadığı psixoloji sarsıntının ağırlığını, maddi və sosial vəziyyətinə mənfi təsirini nəzərə alaraq, hüquqi cəhətdən əsaslı və ədalətlidir. Hazırkı işdə cavabdeh məqsədli şəkildə etibardan suiistifadə etmiş, ciddi məbləğdə vəsaiti mənimsəmiş, iddiaçını uzun müddət aldadaraq onu hüquqmühafizə orqanlarına müraciətə, izahatlara, hüquqi yardımlara və ailə büdcəsinin dağılmasına məruz qoymuşdur. İddiaçının yaşlı olması, xarici ölkə vətəndaşı kimi hüquqi prosedurlarda üzləşdiyi əlavə çətinliklər və maddi sıxıntılar da nəzərə alındıqda, göstərilən məbləğ həm ağlabatan, həm də ədalətli hesab olunmalıdır və çəkilən iztirabların minimum kompensasiyası funksiyasını daşıyır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. 7.Məhkəmə gedişatında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 30000 (otuz min) ABŞ dolları, mənəvi zərərə görə 10000 (on min) manat, hüquqi yardım xərcləri üzrə 2900 (iki min doqquz yüz) manat və "Dövlət rüsumu haqqında" Qanunun 8.1.3-cü maddəsinə əsasən ödənilmiş 274 (iki yüz yetmiş dörd) manat dövlət rüsumu olmaqla, ümumilikdə 30000 (otuz min) ABŞ dolları və 13174 (on üç min yüz yetmiş dörd) manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh maddi ziyana görə 15000 ABŞ dolları məbləğində pul vəsaitinin (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq), hüquqi yardıma görə ödənilmiş 1900 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 166.50 manat pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş 115.50 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli). 9.Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.2.8, 21, 385.1, 386.1, 425.1, 439.1, 439.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 121.1, 217.4, 218.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri 10.Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli Qətnaməsinin ləğv edilməsini, iddianı qismən təmin edərək cavabdehdən maddi ziyana görə 5.000 (beş min) ABŞ dolları, hüquqi yardıma görə 300 (üç yüz) manat tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə sübutları araşdırarkən 3 köçürmədən yalnız birinin iddiaçı tərəfindən cavabdehə köçürüldüyünü, qalan 2 köçürmədən birində pulun cavabdehə iddiaçı deyil, digər şəxs tərəfindən, digərində isə köçürmənin cavabdehə deyil, başqa şəxsə olduğunu nəzərə almamışdır. Bununla da İddiaçı tərəfindən cavabdehə yalnız bir köçürmə olduğu sübut olunur. Bundan başqa Məhkəmə hüquqi yardıma görə həddindən artıq yüksək məbləğ təyin edərkən Respublika üzrə orta əmək haqqını, işin sadə olmasını, həcminin böyük olmamasını nəzərə almamışdır. Bu isə onsuz da cavabdehin çətin vəziyyətini daha da ağırlaşdırmışdır. Məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün sübutları daha dəqiq araşdırsaydı cavabdehin hüquqlarının məhkəmə müdafiəsi hüququ pozulmazdı. Məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün sübutları daha dəqiq araşdırsaydı cavabdehin ədalətli məhkəmə araşdırması hüququ pozulmazdı. Məhkəmə sübutlara obyektiv, hərtərəfli və tam baxmadan onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məhkəmə sübutları araşdırarkən 2 köçürmənin birində pulun cavabdehə iddiaçı deyil, digər şəxs tərəfindən, digərində isə köçürmənin cavabdehə deyil, başqa şəxsə olduğunu nəzərə almadan hər 3 köçürmənin İddiaçının cavabdehə göndərdiyi qənaətinə gəlmişdir ki, qeyd etdiyi faktlar cavabdehin iddiaçıya 15.000 ABŞ dolları borcunun olmasını sübut etmir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 12.İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil yazılı etiraz verərək, cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmasını, məhkəmə xərcləri qismində vəkillə hüquqi yardıma görə bağlanmış müqavilə üzrə ödənilmiş 1300 (min üç yüz) manat məbləğində pulun cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir 13.Etirazını onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən maddi ziyana görə 15.000 ABŞ dolları məbləğində pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 1.900 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 166,50 manat tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. 14.Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın yalnız 5.000 ABŞ dolları və 300 manat hüquqi yardım xərci hissəsində təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Cavabdeh apellyasiya şikayətində əsasən aşağıdakı dəlillərə istinad edir: 16.Üç köçürmədən yalnız birinin iddiaçı İddiaçı tərəfindən birbaşa cavabdeh Cavabdeh adına göndərildiyini,“ikinci köçürmənin iddiaçı tərəfindən deyil, Hilal Karakılınç adlı şəxs tərəfindən göndərildiyini, üçüncü köçürmənin isə cavabdeh Cavabdeh adına deyil, Ceyhun İldırım oğlu Qasıminin adına göndərildiyini qeyd edir. Buna görə cavabdehin yalnız 5.000 ABŞ dolları məbləğində borcunun olduğunu bildirir. Eyni zamanda, hüquqi yardıma görə 1.900 manatın həddindən artıq yüksək olduğunu və 300 manatla məhdudlaşdırılmalı olduğunu; Bundan başqa, məhkəmənin sübutlara obyektiv, hərtərəfli və tam qiymət vermədiyini iddia edir. Göstərilən dəlillər formal xarakter daşıyır və iş materialları ilə təkzib olunur. Cavabdehin 15.000 ABŞ dolları məbləğində vəsaiti qəbul etməsi həm qəbzlərlə, həm də öz izahatı ilə təsdiq olunmuşdur. 17.Belə ki, birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh iddianı qismən qəbul etmiş və iddiaçı İddiaçı 15.000 ABŞ dolları borcunun olduğunu bildirmişdir. Cavabdeh həmçinin bu halı polis idarəsində verdiyi izahatında da qeyd etdiyini göstərmişdir. Bu fakt birinci instansiya məhkəməsinin qətnaməsində də əksini tapmışdır. Yəni hazırkı işdə 15.000 ABŞ dolları məbləğində vəsaitin cavabdeh tərəfindən qəbul edilməsi yalnız bank köçürmə qəbzləri ilə deyil, həm də cavabdehin özünün məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsində 15.000 ABŞ dolları borcu qəbul etdiyi halda, apellyasiya şikayətində eyni məbləğin yalnız 5.000 ABŞ dolları hissəsini qəbul etməyə çalışır. Bu mövqe ziddiyyətlidir və iş materiallarında olan sübutların məcmusuna uyğun deyildir. Cavabdehin apellyasiya şikayətində üç köçürmədən yalnız birinin iddiaçı tərəfindən cavabdehin öz adına göndərilməsi barədə dəlili formal xarakter daşıyır və işin həqiqi hallarını təhrif edir. 18.Belə ki, iddiaçının izahatına görə, pulun üç ayrı əməliyyatla göndərilməsi, köçürmələrdən birinin iddiaçının qızı tərəfindən cavabdehə, digərinin isə cavabdehin təqdim etdiyi şəxsə göndərilməsi məhz cavabdehin öz tələbi və göstərişi əsasında baş vermişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, eyni şəxsdən birbaşa onun adına böyük məbləğdə pul göndərilməsi onun başını ağrıda bilər, əlavə suallar və problemlər yarada bilər. Bu səbəbdən cavabdeh pulun bir hissəsinin iddiaçı tərəfindən onun adına, bir hissəsinin başqa şəxs tərəfindən yenə də onun adına, digər hissəsinin isə iddiaçı tərəfindən cavabdehin öz qohumu kimi təqdim etdiyi Ceyhun İldırım oğlu Qasıminin adına göndərilməsini istəmişdir. 19.Məhz cavabdehin bu göstərişi əsasında: 20.##.##.2024-cü il tarixdə İddiaçı tərəfindən Cavabdeh adına 5.000 ABŞ dolları məbləğində köçürmə edilmişdir. Həmin məbləğin 4.960 ABŞ dolları alıcıya ödəniləcək məbləğ, 40 ABŞ dolları isə xidmət haqqı kimi göstərilmişdir. Yenə ##.##.2024-cü il tarixdə iddiaçının doğma qızı Hilal Karakılınç tərəfindən Cavabdeh adına eyni qaydada 5.000 ABŞ dolları məbləğində köçürmə edilmişdir. Bu köçürmədə də 4.960 ABŞ dolları alıcıya ödəniləcək məbləğ, 40 ABŞ dolları isə xidmət haqqı kimi göstərilmişdir. ##.##.2024-cü il tarixdə İddiaçı tərəfindən cavabdehin öz qohumu kimi təqdim etdiyi Ceyhun İldırım oğlu Qasıminin adına 5.000 ABŞ dolları məbləğində köçürmə edilmişdir. 21.Göründüyü kimi, hər üç köçürmədə əməliyyat strukturu eynidir: ümumi ödəniş 5.000 ABŞ dollarıdır. Köçürmələr ardıcıl tarixlərdə — ##.##.2024 və ##.##.2024-cü il tarixlərində həyata keçirilmişdir. Bu hal həmin köçürmələrin ayrı-ayrı, təsadüfi və müstəqil əməliyyatlar olmadığını, əksinə, eyni hüquqi münasibətin tərkib hissəsi olduğunu göstərir. 22.Bundan əlavə, iki köçürmədə göndərən şəxsə dair məlumatların eyni olması (İddiaçı), ünvan və əlaqə məlumatlarının uyğunluğu da həmin əməliyyatların bir mənbədən və bir məqsədlə həyata keçirildiyini təsdiq edir. Cavabdeh apellyasiya şikayətində ##.##.2024cü il tarixli, ******** saylı qəbz üzrə pulun iddiaçı İddiaçı tərəfindən deyil, Hilal Karakılınç tərəfindən göndərilməsi faktına istinad edir. Lakin bu dəlil əsassızdır. 23.Hazırkı etiraza əlavə edilən Türkiyə Respublikasına aid nüfus kayıt örneğindən görünür ki, Hilal Fırat iddiaçı İddiaçı doğma qızıdır. Həmin sənəddə Hilal Fıratın ata adı Mehmet, ana adı Güley / Gülay olmaqla İddiaçı qızı kimi qeyd edilmişdir. Bundan əlavə, həmin nüfus kayıt örneğində Hilal Fıratın ##.##.2023-cü il tarixdə nikaha daxil olduğu və evlilik soyadının “Karakılınç” olduğu göstərilmişdir. Təqdim olunan Türkiyə Respublikası kimlik kartında da həmin şəxs Hilal Karakılınç kimi göstərilir və ata adı Mehmet kimi qeyd olunur. 24.Bu səbəbdən, ##.##.2024-cü il tarixli, ******** saylı köçürmənin göndərən qrafasında Hilal Karakılınçın göstərilməsi həmin köçürmənin iddiaçı İddiaçıla əlaqəsiz üçüncü şəxsin müstəqil ödənişi olması anlamına gəlmir. Əksinə, bu köçürmə iddiaçının doğma qızı tərəfindən, iddiaçının cavabdehlə olan eyni hüquqi və iqtisadi münasibəti çərçivəsində, cavabdehin göstərişinə uyğun həyata keçirilmişdir. 25.Cavabdehin apellyasiya şikayətində ##.##.2024-cü il tarixli, ******** saylı qəbz üzrə pulun onun adına deyil, Ceyhun İldırım oğlu Qasıminin adına göndərilməsi barədə dəlili də əsassızdır. 26.Belə ki, qəbzə diqqət yetirəndə görmək olur ki, qeyd olunan köçürmə əvvəlki iki köçürmədən dərhal sonra — ##.##.2024-cü il tarixdə həyata keçirilmişdir. Bundan başqa, köçürmə digər iki köçürmədə olduğu kimi Gaziantepdən eyni məbləğdə edilmişdir. Hətta iki köçürmə Gaziantepdə eyni ünvandan İddiaçı tərəfindən edilmişdir. Digər tərəfdən hazırki köçürmədə vəsaiti alacaq adamın soyadı “Qasımi”, bu da cavabdeh Cavabdeh yaxın qohumu olması iddiası ilə üst-üstə düşür. 27.Bu hallar məcmu halında həmin köçürmənin də ayrıca və təsadüfi əməliyyat olmadığını, cavabdehin istəyi ilə həyata keçirilmiş üçüncü köçürmə olduğunu təsdiq edir. 28.İş materiallarında olan qəbzlər məcmu halda qiymətləndirildikdə, aşağıdakı hallar müəyyən olunur: 29.köçürmələr ardıcıl olmaqla, ikisi ##.##.2024, digəri isə ##.##.2024-cü il tarixlərində həyata keçirilmişdir; 30.hər üç əməliyyat eyni məbləğdə — ümumi 5.000 ABŞ dolları formasında aparılmışdır; 31.köçürmələr eyni ölkəyə — Azərbaycan Respublikasına yönəldilmişdir; 32.birinci (İddiaçı tərəfindən) və ikinci (İddiaçı doğma qızı Hilal Karakılınç tərəfindən) köçürmələr birbaşa cavabdeh Cavabdeh adına aparılmışdır; 33.üçüncü köçürmə İddiaçı tərəfindən eyni məbləğdə və cavabdehin təqdim etdiyi Ceyhun İldırım oğlu Qasıminin adına aparılmışdır; 34.Hilal Karakılınçın iddiaçının doğma qızı olması rəsmi sənədlərlə təsdiq olunur; 35.cavabdeh birinci instansiya məhkəməsində 15.000 ABŞ dolları məbləğində borcu olduğunu, ona görə iddianı 15.000 dollar həcmində qismən qəbul etdiyini bildirmişdir; 36.cavabdeh polisdə verdiyi izahatında da qeyd edilən məbləğdə pulu iddiaçıdan borc olaraq götürdüyünü bildirmişdir (Sabunçu Rayon Polis İdarəsində müstəntiq Cavabdeh izahatı barədə məlumat verərkən demişdir). 37.Bu hallar ayrı-ayrılıqda deyil, məcmu halda qiymətləndirilməlidir. Cavabdeh isə apellyasiya şikayətində qəbzləri süni şəkildə bir-birindən ayırmağa, onların vahid hüquqi münasibətlə bağlı olduğunu görməməzliyə vurmağa çalışır. Halbuki əməliyyatların tarixi ardıcıllığı, məbləğlərin eyniliyi, eyni şəhərdən icra edilməsi, hətta iki əməliyyatın eyni şəhərdə və eyni ünvandan icra edilməsi, tərəflər arasındakı münasibət, Hilal Karakılınçın iddiaçının doğma qızı olması, Ceyhun İldırım oğlu Qasıminin cavabdeh tərəfindən təqdim edilməsi və cavabdehin məhkəmədə 15.000 ABŞ dolları qəbul etməsi bir yerdə qiymətləndirildikdə, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin əsassız olduğu aydın görünür. 38.Cavabdeh apellyasiya şikayətində Konstitusiyanın 60-cı maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə istinad edərək məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edir. 39.Bu dəlil tam əsassızdır. 40.Belə ki, cavabdeh birinci instansiya məhkəməsində keçirilmiş hazırlıq iclasında iştirak etmişdir. Həmin iclasda məhkəmə iddiaçıdan iddianı müdafiə edib-etmədiyini, cavabdehdən isə iddianı qəbul edib-etmədiyini soruşmuşdur. Cavabdeh həmin vaxt iddianı qismən qəbul etdiyini, 15.000 ABŞ dolları məbləğində pulu qəbul etdiyini bildirmiş, bu barədə polis orqanında da izahat verdiyini qeyd etmişdir. 41.Bundan sonra cavabdeh vəkillə gələcəyini, vəkilinin bəzi sənədləri tələb etdiyini və sənədlərlə tanış olmaq istədiyini bildirmişdir. Cavabdeh vəkilin orderini təqdim etməsə də, hakim, cavabdehə vəkilin tələb etdiyi sənədlərin surətlərini təqdim etmiş və onun müdafiə hüququnun təmin edilməsi məqsədilə hazırlıq iclasını təxirə salmışdır. 42.Buna baxmayaraq, cavabdeh sonrakı məhkəmə iclaslarına gəlməmiş, hər hansı ərizə, yazılı etiraz, əlavə sübut və ya vəkil orderi təqdim etməmişdir. Məhkəmə cavabdehin hüquqlarının tam təmin edilməsi və sonradan “məhkəmə araşdırmasında iştirak imkanı olmadı” məzmunlu dəlil irəli sürməməsi üçün iclası əlavə olaraq bir dəfə də təxirə salmışdır. Lakin cavabdeh həmin imkandan da istifadə etməmişdir. 43.Belə olan halda cavabdehin məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüququnun pozulması barədə dəlili əsassızdır. Cavabdehə işdə iştirak etmək, sənədlərlə tanış olmaq, vəkil cəlb etmək, sübut təqdim etmək və etiraz bildirmək üçün real imkan yaradılmışdır. Cavabdehin həmin imkanlardan istifadə etməməsi məhkəmə tərəfindən hüquq pozuntusu kimi qiymətləndirilə bilməz. 44.Cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə istinad edərək məhkəmənin sübutlara obyektiv, hərtərəfli və tam baxmadığını iddia edir. 45.Əslində isə birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları araşdırmış, qəbzləri ayrı-ayrılıqda göstərmiş, tərəflərin izahatlarını dinləmiş, cavabdehin etirafını nəzərə almış və yalnız sübutlarla təsdiq olunan hissədə iddianı təmin etmişdir. 46.Bu xüsusilə ondan görünür ki, məhkəmə iddiaçının 30.000 ABŞ dolları tələbini tam təmin etməmiş, yalnız bank qəbzləri və cavabdehin etirafı ilə təsdiq olunan 15.000 ABŞ dolları hissəsində iddianı əsaslı hesab etmişdir. Nağd şəkildə verildiyi bildirilən əlavə 15.000 ABŞ dolları isə sübut olunmadığı üçün təmin edilməmişdir. 47.Deməli, məhkəmə sübutlara birtərəfli yanaşmamış, əksinə, hər bir tələb hissəsini ayrıca qiymətləndirmiş, sübut olunan hissəni təmin etmiş, sübut olunmayan hissəni isə rədd etmişdir. Bu da birinci instansiya məhkəməsinin obyektiv və balanslı yanaşdığını göstərir. 48.Cavabdeh apellyasiya şikayətində hüquqi yardıma görə 1.900 manat məbləğin həddindən artıq yüksək olduğunu, işin sadə olduğunu, həcminin böyük olmadığını və Respublika üzrə orta əmək haqqının nəzərə alınmalı olduğunu bildirir. 49.Əvvəla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim olunmuş məlumatlar nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 50.Hazırkı işdə 1.900 manat hüquqi yardım xərci müqavilə və ödəniş qəbzi ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi bu məbləği tam avtomatik şəkildə deyil, işin konkret hallarını nəzərə almaqla ağlabatan hesab etmişdir. 51.Bundan əlavə, məhkəmə iddiaçının tələb etdiyi bütün hüquqi yardım xərclərini təmin etməmişdir. İddiaçı ümumilikdə 2.900 manat hüquqi yardım xərci tələb etsə də, məhkəmə yalnız hazırkı mülki iş üzrə Abşeron Rayon Məhkəməsində hüquqlarının müdafiəsi ilə əlaqədar ödənilmiş 1.900 manat hissəsini təmin etmiş, polis araşdırması ilə bağlı ödənilmiş 1.000 manat hissəni isə nə hazırkı məhkəmə xərci, nə də ki, maddi ziyan hesab etməyərək təmin etməmişdir. 52.Bu da göstərir ki, birinci instansiya məhkəməsi hüquqi yardım xərci məsələsinə də obyektiv yanaşmış, yalnız hazırkı mülki işlə birbaşa bağlı olan və sənədlərlə təsdiq olunan hissəni təmin etmişdir. 53.Cavabdehin “Respublika üzrə orta əmək haqqı” arqumenti hüquqi yardım xərclərinin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş meyar deyildir. Vəkil xidməti tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir və belə xərclərin qarşı tərəfdən tutulması zamanı əsas meyar həmin xərclərin sənədlərlə təsdiq olunması, işlə əlaqəli olması və ağlabatan məbləğdə olmasıdır. Ağlabatlıq meyarına gəldikdə isə, nəzərə alınmalıdır ki, hüquqları müdafiə və təmsil olunan şəxs Türkiyə Respublikası vətəndaşıdır və xarici ölkə vətəndaşına hüquqi yardım göstərilməsi işin aparılmasını obyektiv olaraq çətinləşdirən bir sıra hallarla müşayiət olunur. Belə ki, müştərinin Azərbaycan Respublikasının hüquq sistemi, məhkəmə və inzibati prosedurlar barədə kifayət qədər məlumatlı olmaması səbəbindən ona hər bir məsələ üzrə əlavə izahların verilməsi zərurəti yaranır. Bununla yanaşı, ünsiyyətin yalnız yazılı formada deyil, mütəmadi telefon danışıqları və digər əlaqə vasitələri ilə aparılması, sənədlərin, izahların və hüquqi mövqelərin tərcüməsi ilə bağlı əlavə vaxt və resurs tələb olunması, dil baryeri səbəbindən məlumatların dəqiqləşdirilməsində çətinliklərin yaranması hüquqi yardımın göstərilməsini daha mürəkkəb edir. Eyni zamanda, müştərinin tez-tez ölkəyə gəlməsi, hər səfər zamanı onun qarşılanması, müşayiət olunması, müxtəlif qurumlar və şəxslərlə görüşlərinin təşkil edilməsi, praktiki məsələlərdə davamlı dəstək göstərilməsi və yüksək gözləntilərinin qarşılanması vəkilin üzərinə adi hüquqi məsləhət və sənəd hazırlığı çərçivəsindən daha geniş faktiki yük qoyur. Bu səbəbdən işin “sadə” olması barədə cavabdehin dəlili əsassızdır. 54.1.900 manat hüquqi yardım xərci işin xarakterinə, həcminə və iddiaçının hüquqlarının müdafiəsi üçün görülmüş işlərə uyğun, ağlabatan məbləğdir. Cavabdehin bu məbləğin 300 manata endirilməsi barədə tələbi hüquqi və faktiki əsasdan məhrumdur. 55.Hazırkı etiraza İddiaçı ailə tərkibini və Hilal Fıratın onun doğma qızı olduğunu təsdiq edən Türkiyə Respublikasına aid nüfus kayıt örneği, habelə Hilal Karakılınçın kimlik kartının surəti əlavə olunur. Faktiki iki yeni sübut təqdim olunur. 56.Bu sənədlər iddia tələbinin predmetini, əsasını və həcmini dəyişmir. Onlar yalnız cavabdehin apellyasiya şikayətində ilk dəfə irəli sürdüyü formal dəlilin — “köçürmələrdən biri iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən edilmişdir” arqumentinin əsassızlığını göstərmək üçün təqdim edilir. 57.Cavabdeh apellyasiya şikayətində ilk dəfə olaraq Hilal Karakılınç tərəfindən edilmiş köçürməni iddiaçı ilə əlaqəsiz ödəniş kimi təqdim etməyə çalışdığından, həmin şəxsin iddiaçının doğma qızı olması və soyad fərqinin evliliklə bağlı yaranması hazırkı etirazla birlikdə əlavə sənədlərlə izah olunur. 58.Yuxarıda göstərilənlərə əsasən, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır. 59.Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları düzgün qiymətləndirmiş, iddianı yalnız sübutlarla təsdiq olunan hissədə təmin etmiş, sübut olunmayan hissədə isə rədd etmişdir. 60.Cavabdehin 15.000 ABŞ dolları məbləğində vəsaiti qəbul etməsi qəbzlər, köçürmə tarixlərinin ardıcıllığı, eyni məbləğlərdə və eyni eyni şəhərdən həyata keçirilməsi, əməliyyatlardan ikisinin eyni şəhərdə və eyni ünvandan icra edilməsi, tərəflərin münasibəti, Hilal Karakılınçın iddiaçının qızı olması, Ceyhun İldırım oğlu Qasıminin cavabdeh tərəfindən təqdim olunması və cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatla təsdiq olunur. 61.Bundan əlavə, iddiaçının hüquqlarının müdafiəsi ilə əlaqədar peşəkar hüquqi yardım almaq zərurəti yaranmış və bu məqsədlə vəkil xidmətindən istifadə edilmişdir. Hazırkı iş üzrə iddianın əsaslı olduğu, cavabdehin mövqeyinin isə hüquqi və faktiki əsaslara söykənmədiyi nəzərə alınmaqla, iddiaçının vəkil xidmətinə görə çəkdiyi xərclər də məhkəmə xərcləri kimi qiymətləndirilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119 və 121-ci maddələrinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 62.Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçının nümayəndəsi hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməmli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 63.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. 64.Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. 65.Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. 66.Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 67.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 68.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 69.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 70.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 71.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 72.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 73.Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 74.Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 75.Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 79.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 80.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 81.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 82.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 83.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 84.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 85.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 86.Apellyasiya şikayətindən görünür ki, cavabdeh Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli Qətnaməsinin ləğv edilməsini, iddianı qismən təmin edərək cavabdehdən maddi ziyana görə 5.000 ABŞ dolları, hüquqi yardıma görə 300 manat tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 87.Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 88.Apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 89.Hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. Mübahisəli məsələ verilmiş borcun məbləği ilə bağlıdır. 90.Məhkəmə kollegiyası apellyasiya şikayətinin “3 köçürmədən yalnız birinin iddiaçı tərəfindən cavabdehə köçürüldüyünü, qalan 2 köçürmədən birində pulun cavabdehə digər şəxs tərəfindən, digərində isə köçürmənin cavabdehə deyil başqa şəxsə olması ilə bağlı” dəlilinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 91.İşdən görünür ki, birinci instansiya məhkəməsinin icraatı zamanı ##.##.2026-cı il tarixli iclasda cavabdeh Cavabdeh iddianı qismən qəbul etmiş və iddiaçı İddiaçı 15000 ABŞ dolları məbləğində borcunun olduğunu bildirmişdir. Cavabdeh həmçinin bu halı polis idarəsində verdiyi izahatında da göstərmişdir. 92.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 93.Belə olan halda, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşaraq, hesab edir ki, apellyasiya şikayətində qeyd olunan dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. 94.“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində, 129-cu maddəsinin III hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. 95.X5 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. 96.Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh öz apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmiş, məhkəməyə heç bir mötəbər və legitim, əsaslı şübhələrdən kənar sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 97.Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. 98.Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. 99.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq, Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar