Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-723/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X5 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 X2 və cavabdeh1 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 vəkili və nümayəndəsi vəkil1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 X2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 PHŞ və cavabdeh1 maddi zərərin əvəzi olaraq 15000 manat və mənəvi zərərin əvəzi olaraq 15000 manat olmaqla ümumilikdə 30000 manat məbləğində pulun, 180 manat ödənilmiş dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 320 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-cu il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) mülki iş üzrə məhkəmə tibbi-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 həvalə edilməsi qərara alınmış, mülki iş üzrə icraat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 255.0.5-ci maddəsinə əsasən, dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 ##.##.2026-cı il tarixli, *** nömrəli rəyi ##.##.2026-cı il tarixində Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) mülki iş üzrə təkrar məhkəmə tibbi-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 həvalə edilməsi qərara alınmış, mülki iş üzrə icraat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 255.0.5-ci maddəsinə əsasən dayandırılmışdır. Cavabdeh cavabdeh1 nümayəndəsi vəkil1 həmin qərardaddan ##.##.2026-cı il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadının iş üzrə icraatın dayandırılması hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş qərardadla iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Halbuki iş materiallarından açıq şəkildə görünür ki, hazırkı mübahisə üzrə əvvəllər keçirilmiş məhkəmə-tibbi ekspertizanın ##.##.2026-cı il tarixli, ****/KEŞ nömrəli rəyində iddiaçının cavabdeh tibb müəssisəsində müalicə almasına dair heç bir tibbi sənədin mövcud olmadığı, ambulator kitabçanın tərtib edilmədiyi və məhz bu səbəbdən hansı konkret tibbi müdaxilələrin hansı şəxs tərəfindən həyata keçirilməsi barədə fikir söyləməyin mümkün olmadığı birbaşa qeyd edilmişdir. Buna baxmayaraq məhkəmə həmin ekspert rəyində müəyyən edilmiş fundamental qeyri-müəyyənlikləri aradan qaldırmadan və həmin halların hüquqi nəticələrini qiymətləndirmədən yenidən təkrar ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Hazırkı iş üzrə isə iddiaçı tərəf nə cavabdeh tibb müəssisəsində müalicə almasını təsdiq edən tibbi sənədləri, nə ambulator qeydiyyatı, nə də konkret tibbi müdaxiləni təsdiq edən obyektiv sübutları təqdim edə bilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən işin həqiqi hallarının müəyyən edilməsinə yönəlmiş, əvvəlki stomatoloji müdaxilələrin, digər tibb müəssisələrində aparılmış sonrakı müdaxilələrin, əvvəlki travmaların və mövcud vəziyyətin konkret cavabdehlə tibbi baxımdan əlaqələndirilməsinin mümkün olub-olmamasının araşdırılmasına dair təqdim edilmiş 4 suala iddiaçı tərəf formal və əsassız etiraz etmişdir. Halbuki həmin suallar birbaşa olaraq mübahisənin predmetinə, səbəb-nəticə əlaqəsinin mövcudluğuna və iddia edilən zərərin konkret cavabdehin hərəkətləri ilə bağlı olubolmamasına aydınlıq gətirilməsinə yönəlmişdir. İddiaçı tərəfin bu suallara etiraz etməsi faktiki olaraq iş üzrə həqiqi halların müəyyən edilməsindən yayınmağa, tibbi sənədlərlə təsdiq olunmayan iddiaların ehtimallar əsasında saxlanılmasına və ekspertiza predmetinin məqsədli şəkildə daraldılmasına xidmət edir. Belə olan halda təkrar ekspertiza vasitəsilə sübutetmə yükünün faktiki olaraq cavabdeh tərəfin üzərinə keçirilməsi və qeyri-müəyyən halların ehtimallar əsasında doldurulmasına cəhd edilməsi mülki prosesin əsas prinsiplərinə ziddir. Eyni zamanda məhkəmə təqdim edilmiş sualların rədd edilməsinin səbəblərini ümumiyyətlə əsaslandırmamış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.4-cü maddəsinin imperativ tələbini pozaraq cavabdeh tərəfin təqdim etdiyi sualların hansı səbəbdən ekspertiza predmetinə aid hesab edilmədiyini göstərməmişdir. Halbuki qanunvericiliyin birbaşa tələbinə əsasən tərəflərin təqdim etdiyi suallar rədd edilirsə, məhkəmə bunu əsaslandırmağa borcludur. Əksinə, məhkəmə tərəfindən ekspert qarşısında mahiyyət etibarilə ümumi, qeyrimüəyyən və abstrakt xarakterli suallar qoyulmuşdur. Həmin suallar iş üzrə mövcud əsas ziddiyyətləri aradan qaldırmağa deyil, əksinə tibbi sənədlərlə təsdiq olunmayan ehtimallar əsasında ümumi nəticə əldə edilməsinə şərait yaradır. Halbuki birinci ekspertiza rəyi artıq müəyyən etmişdir ki, tibbi sənədlərin olmaması səbəbindən konkret tibbi müdaxilənin xarakterini və onu həyata keçirən şəxsi müəyyən etmək mümkün deyildir. Bundan başqa, iş üzrə ##.##.2026-cı il tarixdə qəbul edilmiş qərardad tərəfə yalnız ##.##.2026-cı il tarixdə elektron məhkəmə sistemi vasitəsilə təqdim edilmişdir. Prosessual sənədin qəbul edilməsindən sonra uzun müddət ərzində tərəfə təqdim olunmaması mülki prosessual qanunvericiliyin operativlik və tərəflərin məlumatlandırılması prinsiplərinə uyğun deyildir. Hazırkı hal məhkəmənin işə münasibətini, prosessual hərəkətlərin qeyri-operativ həyata keçirilməsini və tərəfin müdafiə hüququnun effektiv şəkildə həyata keçirilməsinə maneə yaradan halları açıq şəkildə nümayiş etdirir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab edir. Belə ki, Cavabdeh cavabdeh1 nümayəndəsi vəkil1 qərardaddan verdiyi şikayətdən müəyyən edilir ki, qərardadın icraatın dayandırılması hissəsi mübahisələndirilmiş və şikayət əsasında işə mahiyyəti üzrə baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 258.1-ci maddəsinə əsasən, iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 258.2-ci maddəsinə əsasən, iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından görünür ki, sualların cavablandırılması üçün *(***)-****/**** saylı mülki işin materialları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsə təqdim edilməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının aparılması üçün iş materialları ekspertə təqdim edilməli olduğundan, bu halda iş materialları olmadan işə mahiyyəti üzrə baxılması mümkün olmayacaqdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraatın dayandırılması barədə gəlinmiş nəticə qanunun tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Kollegiya işin qeyd olunan hallarına qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır və şikayətdə göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir. Odur ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-8)-723/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-723/2026
25.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver