Məhkəmə qərarları › İş №e-2(3-8)-735/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-735/2026

29.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-735/2026 29.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (qətnamə ilə müəyyən edilmiş borcun ipoteka predmetinə yönəldilməsi ipoteka predmetinin ilkin satış qiyməti, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması, apellyasiya şikayətinin ekspert (mütəxəssis) rəyi ilə bağlı dəlilləri) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X7, cavabdeh cavabdeh2 iştirakı ilə Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. Şabran Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər cavabdeh2, X6, X4 müştərək qaydada iddiaçı İddiaçı QSC-nin xeyrinə ***R********** saylı kredit razılaşması üzrə 20697,6 ABŞ dolları məbləğində kredit borcu, 10279,34 ABŞ dolları məbləğində faiz borcu və 48,64 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 31025,58 ABŞ dolları məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir.

2. Şabran Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəlmişdir.

3. cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanan ##.##.2014-cü il tarixli, ***M************ saylı ipoteka müqaviləsindən görünür ki, kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə cavabdeh2 xüsusi mülkiyyətində olan Şabran şəhəri, Ziya Bünyadov küçəsi, 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2, yardımçı 72,5 m2 sahədən ibarət ** nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.

4. ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanına cavabdeh2 hüququ rəsmiləşdirilmişdir.

5. ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şabran şəhəri, Ziya Bünyadov küçəsi,18 ünvanında 0,12 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ##.##.2014-cü il tarixdən öhdəliklər tam yerinə yetirilənədək İddiaçı QSC-nin xeyrinə hüquq yüklü edilmişdir.

6. Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhəri üzrə nümayəndəsinin * saylı forma arayışına əsasən cavabdeh2 həqiqətən Şabran şəhəri, Ziya Bünyadov küçəsi, ** saylı, ümumi sahəsi 129,9 m2, yaşayış sahəsi 57,1 m2 olan 4 otaqlı, 2 mərtəbəli evin 2 mərtəbəsində yaşayır.

7. X2, cavabdeh3 və cavabdeh1 tərəfindən verilən ##.##.2014-cü il tarixli ərizələrdən görünür ki, onlar cavabdeh2 məxsus olan və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,12 ha torpaq sahəsinin İddiaçı QSC-yə və ya onun hər hansı filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdırlar. İpoteka qoyulmuş yaşayış evinə və torpaq sahəsinə tutma yönəldildikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəklərini öhdələrinə götürürlər.

8. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh2 və cavabdeh1 ##.##.2008-ci il tarixdə nikah bağlamışlar.

9. İddiaçı QSC tərəfindən cavabdeh2 ünvanlanan ##.##.2024-cü il tarixli bildirişdən görünür ki, qət edilmiş borcun ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsinə başlamaları barədə xəbərdar edilmişdir.

10. İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi İdarəsinə ünvanlanan ##.##.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizədən görünür ki, ipoteka predmeti olan ünvan 2 ünvanında 0,12 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan cavabdeh2 göndərilmiş bildirişin ##.##.2024-cü il tarixdə ünvana çatdırılması diqqətə çatdırılaraq tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir.

11. ****** nömrəli qaimədən görünür ki, sözügedən bildiriş ##.##.2024-cü il tarixdə cavabdeh2 ünvanına göndərilmişdir.

12. “xxxx” MMC tərəfindən İddiaçı QSC-yə ünvanlanan ##.##.2024-cü il tarixli məktubdan görünür ki, ##.##.2024-cü il tarixdə İddiaçı QSC tərəfindən “xxxx” MMC sürətli poçt xidməti vasitəsilə (******) nömrəli qaimə ünvan 1 ünvanına cavabdeh2 adına məktub göndərilmişdir. Kuryer göstərilən əraziyə getmiş, lakin qeyd olunan şəxsi ərazidə tanıyan olmadığına görə məktub İddiaçı QSC-yə geri qaytarılmışdır.

13. Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir.

14. “xxxx” MMC tərəfindən verilmiş Şabran şəhəri, Ziya Bünyadov küçəsində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ** saylı fərdi yaşayış evinin dəyərinin müəyyən edilməsi barədə ##.##.2025-ci il tarixli, *** saylı hesabatdan görünür ki, Şabran şəhəri, Ziya Bünyadov küçəsində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ** saylı fərdi yaşayış evinin bazar dəyəri 59859,9 yuvarlaq, 60000 manat, likvid dəyəri 54000 manat təşkil etmişdir.

15. “xxxx” MMC tərəfindən verilən ##.##.2026-cı il tarixli ekspert rəyindən görünür ki, Şabran şəhəri, Ziya Bünyadov küçəsində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2, yardımçı 72,5 m2 sahədən ibarət ** nömrəli fərdi yaşayış evinin bazar dəyəri 55000, likvid dəyəri 47000 manat təşkil etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə cavabdeh2, Hüseynov Mənsur oğlundan, X4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı olan 52825,58 ABŞ dolları borcun və ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının ipoteka predmeti olan Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2, yardımçı 72,5 m2 sahədən ibarət ** nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi, Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2, yardımçı 72,5 m2 sahədən ibarət ** nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdeh2, X5, cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinə əsasən cavabdehlər cavabdeh2, X6, X4 müştərək qaydada cəmi 52825,58 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. cavabdeh2 kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə İddiaçı QSC ilə bağladığı ##.##.2014-cü il tarixli, ***M************ saylı ipoteka müqaviləsi əsasında Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2, yardımçı 72,5 m2 sahədən ibarət ** nömrəli fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2014-cü il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla cavabdeh2 xüsusi mülkiyyətində olan Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2, yardımçı 72,5 m2 sahədən ibarət ** nömrəli fərdi yaşayış evi cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ##.##.2024-cü il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi İdarəsinə təqdim olunmuş və ##.##.2024-cü il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir. Göstərilənlərə əsasən iddiaçı bank yuxarıda qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

18. İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi üzrə cavabdeh2, X6, X4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı olan 31025,58 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının, o cümlədən, 100 manat dövlət rüsumunun, ipoteka predmeti olan Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2 , yardımçı 72,5 m2 sahədən ibarət ** nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına xxxx QSC-yə olan borcun ödənilməsi, Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2, yardımçı 72,5 m2 sahədən ibarət ** nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdeh2, X5, cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Cavabdeh cavabdeh2 etiraz ərizələri ilə məhkəməyə müraciət edərək etirazlarını onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsində cavabdehlər cavabdeh2, X6 və X4 müştərək qaydada iddiaçı İddiaçı QSC-nin xeyrinə ***R********** saylı kredit razılaşması üzrə 20697,6 ABŞ dolları məbləğində kredit borcu, 10279,34 ABŞ dolları məbləğində faiz borcu və 48,64 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 31025,58 ABŞ dolları məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması göstərilmişdir. Bu da o deməkdir ki, həmin qətnamədə 52825,58 ABŞ dolları qət edilməmişdir. Ona və ya zaminlərinə İddiaçı QSC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında hər hansı bildiriş və ya xəbərdarlıq gəlməmişdir. Bildirir ki, Şabran Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsində girov və ya hər hansı bir ipoteka predmeti göstərilməmişdir. Şabran Rayon Məhkəməsinin ##.##.2020ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinə əsasən 31025,58 ABŞ dolları məbləğində borc puldan təxminən 15000 manat məbləğində pul Şabran Rayon İcra Şöbəsi tərəfindən onun və zamini X4 əmək haqqısından tutularaq İddiaçı QSC nin hesabına ödənilmişdir. Şikayət müddəti bitdiyindən evdən çıxartma və ya boşaldılma barəsində iddia təmin edilə bilməz. Müddətdən artıq 11 il keçmişdir. Əgər ipoteka predmeti var idisə, bu hal Şabran Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsində göstərilməli idi. Yaxud bank narazı idisə, həmin qətnamədən apellyasiya şikayəti verə bilərdi. Həmin qətnaməyə əlavə olunması ilə bağlı iddia müddətindən 5 il keçmişdir. Bu səbəbdən İddiaçı QSC-nin şikayət müddətinin vaxt məhdudiyyətinin bitməsi ilə bağlı iddiası təmin olunmalı deyildir. O, kredit borcunu 2014-cü il tarixdə 36 ay müddətinə götürmüşdür. Sonuncu ödəniş tarixi 2017ci ilə təsadüf edir. İddiaçının 2020-ci il tarixə qədər şikayət müddəti var idi. Həmin müddətdə Şabran Rayon Məhkəməsi qətnamə qəbul etmişdir. Həmin qətnamənin hissə-hissə icrası davam edir. Hesab edir ki, iddiaçı eyni predmet üzrə ikinci dəfə məhkəməyə müraciət etmişdir, hansı ki eyni predmet üzrə bir dəfə müraciət olunmalıdır. Ekspert rəylərinə də etiraz edərək bildirir ki, ona məxsus olan evin dəyəri çox aşağı həddə qeyd olunub. Onun həmin torpaq ərazisində obyekt mənşəli kommersiya məqsədli tikilmiş qeyri-fərdi yaşayış sahəsi də vardır. Ona məxsus olan evin və torpaq sahəsinin hal-hazırda satış qiyməti 90000 civarında təşkil edir. Etirazlarının nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

20. Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim K.Mirzəfərova) iddia tələbi təmin edilərək, - Şabran Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi üzrə cavabdeh2, X6, X4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı olan 31025,58 ABŞ dolları borc və 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı, 100 manat dövlət rüsumunun, ipoteka predmeti olan Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2, yardımçı 72,5 m2 sahədən ibarət ** nömrəli fərdi yaşayış evinə yönəldilməsi; - Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2, yardımçı 72,5 m2 sahədən ibarət ** nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 47000 (qırx yeddi min) manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına iddiaçı İddiaçı QSCyə olan borcun ödənilməsi; - Şabran şəhəri, Ziya Bünyadov küçəsində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2, yardımçı 72,5 m2 sahədən ibarət ** nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdeh2, X5, cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması qət edilmişdir.

21. Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli əlavə qətnaməsi ilə (hakim K.Mirzəfərova) iddiaçının əlavə qətnamə çıxarılması barədə ərizəsi təmin edilərək, “xxxx” MMC tərəfindən verilən ##.##.2026-cı il tarixli rəyə əsasən "xxxx" QSC tərəfindən ödənilmiş 300 manat məbləğində ekspertiza xərcinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" QSC-yə və “xxxx” MMC tərəfindən verilən ##.##.2025-ci il tarixli rəyə əsasən 200 manat məbləğində ekspertiza xərcinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir.

22. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirdiyi halda, cavabdehin hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və iddia tələbi təmin edilməlidir.

23. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 317.1, 385.1, 386.1, 421.2, 442-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 39.3, 59.3, 59.4-cü maddələrinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

24. Qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti vermişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, məhkəmənin gəldiyi nəticə ilə razı deyil. 2020-ci ilin qətnaməsinə əsasən 31025.58 ABŞ dolarından bu günə qədər hər ay ödənişlər olunub. Bundan başqa, 2020-ci ilin qətnaməsindən 5 il keçməsinə baxmayaraq, etirazını bildirsə də, məhkəmə iddianı ləğv etməmişdir. Hansı ki, birinci qətnamənin vaxtından 5 il müddət keçib. Bundan başqa, ona və ailə üzvlərinə məxsus olan fərdi yaşayış evinin qiymətini çox aşağı dəyərləndirmişdir. Hesab edir ki, prosesdə onun təqdim etdiyi sübutlara məhkəmə əhəmiyyət verməyib. Hakim ədalətli məhkəmə araşdırması hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, sübutları araşdırmamışdır. Sübutlarını təqdim etmək üçün məhkəmə onun iştirakını təmin etməmişdir. Məhkəmə onun fərdi yaşayış evinin bugünki satış qiymətini nəzərə almayıb. Bundan başqa, hesablanmış əlavə faiz və cərimə borclarının silinməsini də məhkəmə nəzərə almayıb. Hətta onun etdiyi ödənişlər belə hesaba alınmayıb. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh (apellyator) cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ondan bankın xeyrinə borcun tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsi tarixindən 5 ildən artıq müddət keçmişdir. Bu illər ərzində onun və zaminin əməkhaqqısından müəyyən məbləğlərdə tutulmalar olmuşdur. Bank ilk dəfə iddia ilə məhkəməyə müraciət edən zaman ipoteka tələbinə tutmanın yönəldilməsi tələbini irəli sürməmişdir. Aradan 5 ildən artıq müddət keçmişdir. Qətnamə üzrə tutulmalı məbləğin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsinə etiraz edir. Bundan əlavə əmlakın qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyi əsassızdır. O, banka borclu olmasını inkar etmir. İcra sənədi üzrə borcun onun və zaminin əməkhaqqısından tutulma yolu ilə ödənilməsini xahiş edir. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

28. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, məhkəmə qətnaməsi üzrə mövcud borcdan bu illər ərzində müəyyən tutulmalar həyata keçirilmişdir. Lakin ödəniş yüksək məbləğdə həyata keçirilmədiyindən bank hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. İddiaçının nümayəndəsi sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

29. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər cavabdeh3 və cavabdeh1 lazımı qaydada və vaxtında məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

30. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 739.1. (## ####### 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. (## ####### 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada ) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MMin 740-cı maddəsi).

32. "İpoteka Haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 34.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Maddə 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Maddə 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: Maddə 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya Maddə 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya şikayətində apellyator qətnamənin dəyişdirilməsini xahiş etdiyini bildirsə də, şikayətin məzmununda qətnamə bütöv hissədə mübahisələndirilmişdir.

35. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə tam və hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Tələb tərəflər arasında mövcud olmuş kredit münasibətlərindən irəli gələn mübahisə üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun ipoteka predmetinə yönəldilməsi barədədir.

38. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, Şabran Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər cavabdeh2, X6, X4 müştərək qaydada iddiaçı İddiaçı QSC-nin xeyrinə ***R********** saylı kredit razılaşması üzrə 20697,6 ABŞ dolları məbləğində kredit borcu, 10279,34 ABŞ dolları məbləğində faiz borcu və 48,64 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 31025,58 ABŞ dolları məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir.

39. Yenə işin hallarından müəyyən edilir ki, cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanan ##.##.2014-cü il tarixli, ***M************ saylı ipoteka müqaviləsinə əsasən kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə cavabdeh2 xüsusi mülkiyyətində olan Şabran şəhəri, Ziya Bünyadov küçəsi, 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2, yardımçı 72,5 m2 sahədən ibarət ** nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.

40. Şabran Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi icraya yönəlmiş, lakin qətnamənin qəbul edildiyi tarixdən 5 ildən artıq müddət keçməsinə baxmayaraq, qətnamə icra olunmamış, müəyyən edilmiş borc məbləği tam şəkildə banka ödənilməmişdir.

41. Bu səbəbdən iddiaçı bank ipoteka hüququndan istifadə edərək borcun ödənilməsini təmin etmək məqsədilə tutmanın ipoteka predmetinə yönəldilməsini məhkəmədən xahiş etmişdir.

42. İşə baxan məhkəmə qeyd olunan əsasla iddiaçı bankın tələbini təmin etmişdir ki, hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmaqla əsaslı və qanuni mövqedir.

43. Cavabdeh cavabdeh2 həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Cavabdehin apellyasiya şikayətinin əsasən iki dəlili vardır.

44. Apellyatorun şikayətinin birinci dəlili ondan ibarətdir ki, Şabran Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 5 il müddət keçmişdir. Ona görə iddiaçının hazırkı iddia tələbi əsassız hesab edilməlidir.

45. Məhkəmə kollegiyası cavabdeh tərəfin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, əvvəla cavabdehin bu hissədə öz dəlilinin qanuni əsası aydın deyil. Belə ki, cavabdeh şikayətində əsasən ona istinad edir ki, Şabran Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi qəbul edilərkən iddiaçının iddia tələbində tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi olmamışdır.

46. Qeyd edilir ki, Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrasının təmin edilmə üsullarından biri də girovdur. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

47. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

48. İstinad olunan normaların işin hallarına tətbiqi onu deməyə imkan verir ki, tərəflər arasında mövcud kredit müqaviləsinin təminatı qismində bağlanmış ipoteka müqaviləsinin predmeti olan daşınmaz əşyaya tutmanın yönəldilməsi barədə iddiaçı bankın tələbi haqlı və əsaslı tələbdir. Qanunverici mövcud borcun ipoteka predmeti olan tutmaya yönəldilməsi fəslini tənzimləyən normalarda, ipoteka predmetinə tutma barədə tələbin məhkəmə qətnaməsi çıxarıldıqdan sonra irəli sürülməsinin mümkünsüzlüyü kimi hal nəzərdə tutmamışdır. Ona görə cavabdehin məhkəmə qətnaməsinin qəbul edilməsi tarixindən 5 il müddət keçməsi əsası ilə hazırkı iddia tələbinin yolverilməzliyi barədə dəlili əsassız hesab edilməlidir.

49. Apellyasiya şikayətinin digər, ikinci dəlili isə ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin qeyri-obyektiv olması barədədir. Belə ki, cavabdeh ona məxsus olan ipoteka ilə yüklü edilmiş Şabran şəhəri, Ziya Bünyadov küçəsi, 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi 129,9 m2, yardımçı 72,5 m2 sahədən ibarət ** nömrəli fərdi yaşayış evinin real bazar dəyərinin daha çox olmasını bildirir.

50. Kollegiya, apellyatorun bu dəlilinə tənqidi yanaşaraq bildirir ki, cavabdeh bu hissədə öz dəlilini heç bir tutarlı sübut növü ilə əlaqələndirməmiş, formal izahatdan başqa bu hissədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

51. Kollegiyanın qənaətinə görə sonuncu qiymətləndirici tərəfindən verilmiş hazırki hesabat (rəy) digərinə münasibətdə ona görə daha mötəbər sayılır ki, bu MMC “Qiymətləndiricilərin ixtisas şəhadətnaməsini” əlavə etməklə səlahiyyətli olmasını təsdiq etmiş, eləcə də bu qiymətləndirmə hesabatının (rəyinin) təsviri-əsaslandırıcı hissəsindən müəyyən edilir ki, konkret olaraq mübahisəli əmlaka yerində baxış keçirilmiş və hesabat təqdim edilərkən qanunvericiliklə yanaşı, həm də Milli Qiymətləndirmə Standartlarına (ESG), həmçinin digər normativ sənədlərə, eləcə də müasir metodologiyaya istinad olunmuşdur.

52. Digər tərəfdən, apellyator məhkəmə kollegiyasının araşdırması zamanı daha çox ödəmənin əvvəlki vəziyyətə qaytarılaraq, özünün və ya zaminin əmək haqqından tutulmanın davam etdirilməsini xahiş etmişdir. Ona görə də kollegiya onun bu dəlilini də əsassız hesab edir.

53. Beləliklə apellyasiya çikayətinin dəlillərinə ümumilikdə qiymət verən kollegiya belə qənaətə gəlir ki, şikayətdə qeyd olunanlar formal mülahizələr olmaqla yanaşı, həm də işin süni şəkildə uzadılmasına xidmət edir.

54. Kollegiya sonda, birinci instansiya məhkəməsinin qərarının “nəticə” hissəsində əmlakın dəyərinin “ilkin satış qiyməti” kimi göstərilməsinə də münasibət bildirərək qeyd edir ki, qiymətləndirici hesabatında və qərarın təsviri-əsaslandırma hissədə bu “likvid” dəyər kimi göstərilmişdir. Ona görə də kollegiya, qeyd olunmuş 47 000 manat məbləği “likvid” dəyər kimi qiymətləndirərək, qərarın formal əsaslara görə dəyişdirilməməsi qənaətinə gəlir.

55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar