Məhkəmə qərarları › İş №e-2(3-8)-736/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-736/2026

25.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-736/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: qarşılıqlı iddia ərizəsinin geri qaytarılması) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “kredit müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “kredit müqvailəsinə xitam verilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq adına yaradılmış kredit müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Şamaxı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Qürur Abasov) İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “kredit müqvailəsinə xitam verilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

3. Həmin qərardaddan iddiaçı İddiaçı şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.

4. Şamaxı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Qürur Abasov) Şamaxı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e- *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri:

6. İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qarşılıqlı iddia ərizəsini geri qaytarmağını onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsi ilk iddia üzrə açılmış işə əlavə formasında təqdim olunmalıydı. Məhkəmənin gəldiyi həmin nəticə hesab edir ki, tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə yanaşı iddiaçıya qarşılıqlı iddia ərizəsi verməyə haqlıdır. Qarşılıqlı iddia ərizəsi həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddia, iddianın verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Qanunvericiliyin tələbindən də görünür ki, qarşılıqlı iddia ərizəsi, iddia ərizəsi hansı qaydada təqdim olunursa, eyni qaydada təqdim olunmalıdır. Yəni məhkəmənin gəldiyi nəticədə qeyd etdiyi kimi artıq icraatda olan iddia ərizəsinə əlavə ərizə formasında deyil, çünki elektron kabinetdə artıq icraata götürülmüş iddia ərizəsinə əlavə yalnız ərizə, etiraz, vəsatət, məktub və fail əlavə etmək formasında hər hansı bir sənədi əlavə etmək olur. Ümimiləşdirsək görərik ki, qanunun tələbində göstərildiyi kimi qarşılıqlı iddia ərizəsi də, iddia ərizəsi məhkəməyə necə verilibsə, eyni təqdimatda tərtib olunaraq verilir. Bundan əlavə qarşılıqlı iddia ərizəsinin dəftərxana tərəfindən qeydiyyatı aparılarkən ciddi səhvə yol verilərək, iddia ərizəsini icraata götürmüş hakimə deyil, digər hakimə təqdim olunmuşdur. Bundan əlavə qarşılıqlı iddia ərizəsi icraatına verilmiş hakimin həmin işlə bağlı digər hakimin icraatında iddia ərizəsinin olduğu məlum olduğundan, hər iki işin birləşdirilməsi barədə qərardad qəbul etməklə mülki işlərin birləşdirilərək mahiyyəti üzrə baxılmasına şərait yaratmalıydı. Qanunvericiliyin tələblərindən və işin faktiki hallarından da görünür ki, məhkəmə qarşılıqlı iddianın geri qaytarılması barədə qərardad qəbul edərkən prosessual hüquq normalarına əməl etməmişdir və bu səbəbdən də hesab edir ki, məhməmənin qərardadı ləğv olunaraq qarşılıqlı iddia ərizəsi icraata götürülməlidir. Hesab edir ki, məhkəmə mülki işə qanun əsasında deyil öz şəxsi mülahizəsi əsasında yanaşmış və nəticə olaraq da yalnış qərar qəbul etməklə ərizəni geri qaytarmışdır. Şamaxı rayon Məhkəməsinin ##.##.2026 cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv olunaraq qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi barədə qərardadın qəbul olunması xahiş olunur.

Şikayətə qarşı etirazın dəlilləri

7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

9. Şikayətdən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Şamaxı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Maddə 154.1 İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Maddə 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Maddə 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsi və əlavə edilmiş sənədlərin qaytarılmasına dair mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı qarşılıqlı iddia ərizəsini ilk iddia ilə birlikdə baxılması ilk iddia üzrə mülki işin icraatı daxilində deyil, müstəqil şəkildə ayrıca iddia formasında vermişdir. Bu hal isə yuxarıda istinad olunan mülki prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Həmin qərardaddan iddiaçı İddiaçı şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir. Məhkəmə Kollegiyasının mövqeyinə görə Şamaxı Rayon Məhkəməsinin sözügedən qərardadı ilə Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinin tələbi nəzərə alınaraq, düzgün olaraq qarşılıqlı iddia geri qaytarılmışdır. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, qərara aldı:

İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar