Məhkəmə qərarları › İş №e-2(3-8)-748/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-748/2026

06.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-748/2026 06.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (faktiki nikahda olan şəxslər arasında pul mübahisəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2, (sonuncu məhkəmə iclasında iştirak etmir) cavabdeh Cavabdeh, nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. ##.##.2025-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqısı” müqaviləsindən görünür ki, satıcı (İddiaçı) ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 42,35 kv/m olan mənzili ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən ##.##.2010 tarixdə İddiaçı verilmiş 309011000132-05101-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 76000 manat qiymətinə alıcı X5.

2. Asan-Sumqayıt tərəfindən təqdim olunmuş ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, Cavabdeh, X3 və Kuluzadə Lalə Əliş qızı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 5/2 ünvanında yerləşən ** saylı mənzildə qeydiyyatda olan şəxslərdir.

3. ##.##.2026-cı il tarixli “Daşınmaz əmlakın alqı-satqısı” müqaviləsindən görünür ki, satıcı Babayeva Leyla Fərhad qızı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 28,5 kv/m, yaşayış sahəsi 0,1 kv/m olan 1 otaqlı mənzilin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən qeyd edilən hissəni 116000 manat qiymətinə alıcı X3.

4. Sumqayıt şəhəri * saylı notariat ofisi tərəfindən təqdim olunmuş ##.##.2025ci il tarixdə göstərilən vaxta dair kamera görüntülərindən məlum olur ki, cavabdeh 76000 manat məbləğində pul vəsaitini alaraq oranı tərk edir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 5/2 ünvanında yerləşən ** saylı mənzilin satışından əldə edilmiş 76000 manat pulun 38000 manatının, hüquqi yardım üçün ödənilmiş 325 manat pulun və ödənilmiş 204 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 5/2də yerləşən 2 otaqlı ** saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. Cavabdeh Cavabdeh ilə 2002-ci ildə faktiki nikahla evlənmiş və faktiki nikahlarından iki qızları doğulmuşdur. Cavabdeh iddiaçını mübahisəli mənzili satmağa və əvəzində qızlarına Bakı şəhərindən mənzil almağa inandırmış, ##.##.2025ci il tarixdə mənzili Sumqayıt şəhər * saylı notariat ofisində 76000 manata satmışdır. Cavabdeh Sumqayıt şəhər * saylı notariat ofisinin 2-ci mərtəbəsində yerləşən “Kapital Bank”dan 76000 manat pulu alaraq torbaya yığmış və pulu özü ilə aparmışdır. Bütün bu hadisələr notariat ofisinin kameraları qarşısında baş vermişdir. Cavabdeh nə mənzil almış, nə də mənzilin satışından əldə edilmiş puldan iddiaçıya heç nə verməmişdir. Cavabdehin iddiaçını aldadaraq mənzilin satılmasına nail olması və yeni mənzil almaq niyyətinin olmamasını anlamış və bu barədə Sumqayıt şəhər Polis İdarəsinə şikayətlə müraciət etmişdir. Hazırda isə məcbur qaldığı üçün qeyd olunan tələblə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

7. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, iddiada göstərilən tələblərin heç bir hüquqi əsası yoxdur. ünvan 2 ünvanda yerləşən 2 otaqlı yaşayış evi 15 il əvvəl bilavasitə cavabdehin maliyyə vəsaiti hesabına alınaraq vətəndaş nikahında olduğu və onun yaşadığı İddiaçı adına sənədləşdirilmişdir. Tərəflərin razılığı əsasında ##.##.2025-ci il tarixdə bu mənzilin satılmasında tərəflərin məqsədi X3 (##.## 2003-cü il təvəllüdlü) və Kuluzadə Lalə Əliş qızı (##.##.2008-ci il təvəllüdlü) adlı qızları üçün Bakı şəhərində ev almaq olmuşdur. Cavabdeh bu evdə yaşamaqla həm də daimi istifadə hüququna malik olmuşdur. Cavabdehin və bütün ailə üzvlərinin ümumi razılığı əsasında bu mənzil Sumqayıt şəhər * saylı notariat ofisində satılmaqla satışdan 76000 manat pul əldə olunmuşdur. Lakin bir neçə gün keçdikdən sonra İddiaçı ona və anası X4 pul lazım olduğundan bunu cavabdehə bildirməklə onların binasında cavabdehdə olan pulun 38000 manatın özünə lazım olduğunu bildirməklə şəxsi istidadə məqsədi üçün almışdır. 17 iyul tarixdən ## #### 2025-cı ıl tarixə qədər cavabdeh müalicə məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində olduğu zaman hazırda yaşadığı evdən, yəni Sumqayıt şəhəri, 3- cü mkr, 5/2, mənzil 65-dən cehiz məqsədilə illər boyu yığıb qızları üçün alıb saxladığı 150000 manat dəyərində qızıl və sairə zinət əşyaları yoxa çıxdığından və bu vəsaitlərin qanunsuz olaraq İddiaçı və onun anası tərəfindən onların arasında olan ziddiyyət zəminində aparmalarını bilərək qızıl-zinət əşyalarını geri tələb etdiyindən İddiaçı əvvəllər satılan mənzilin dəyərinin yarısını cavabdehdən yenidən tələb edir.

9. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim E.Kazımov) iddia təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri * saylı notariat ofisi tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixdə göstərilən vaxta dair kamera görüntülərindən məlum olur ki, cavabdeh 76000 manat məbləğində pul vəsaitini alaraq oranı tərk etmiş, qısa zaman keçdikdən sonra razılaşmalarına əsasən həmin vəsaitə bacısından almış olduğu 40000 manatı əlavə edərək qızı X3 adına 116000 manat dəyərində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 28,5 kv/m, yaşayış sahəsi 0,1 kv/m olan 1 otaqlı mənzil almışdır. Bunu həm iddiaçının özü, həm də iş materiallarında olan ##.##.2026-cı il tarixli “Daşınmaz əmlakın alqı-satqısı” müqaviləsi təsdiq edir. Ona görə də iddia tələbi təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 178.1, 386, 567, 646.1, 646.2, 648.1, 1091.1, 1092-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər 2002-ci il tarixdən faktiki nikah əsasında birlikdə yaşayırlar. İddiaçı və cavabdeh aralarında şifahi saziş bağlayaraq razılığa gəlmişlər ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 5/2-də yerləşən 2 otaqlı ** saylı mənzili satıb qızlarının adına Bakı şəhərindən ev alacaqlar, cavabdeh orada yaşayacaq. Eyni binada yerləşən iddiaçının mülkiyyətində olan ** saylı mənzildə isə iddiaçı qızları ilə birlikdə yaşayacaqdır. Bu razılaşmaya əsasən iddiaçı ** saylı mənzilin alqı-satqı müqaviləsində iştirak etmişdir. Mənzilin satışından əldə edilən 76 min manatı cavabdeh götürmüşdür və bu halı məhkəmə iclasında etiraf etmişdir. Lakin cavabdeh 76 min manat pulu götürdükdən sonra ** saylı mənzilin giriş qapısının açar hissəsini dəyişmiş və iddiaçının öz mülkiyyətinə daxil olmağına əngəl yaratmışdır. Bu səbəbdən iddiaçı hazırda xxxx MTK ərazisində qızları ilə birlikdə kirayədə yaşayır. Məhkəmə baxış iclasında hakim qarşı tərəfə aralarında əmlak bölgüsü ilə bağlı şifahi razılığın olub olmadığını soruşur və cavabdeh tərəf aralarında şifahi sazişin olduğunu təsdiqləyir. Göründüyü kimi tərəflər arasında ümumi mülkiyyətin bölgüsü ilə bağlı sazişin olması işin mübahisəsiz halıdır. Sözügedən sazişə əsasən iddiaçı öz üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh tərəf üzərinə düşən öhdəliyi icra etməmişdir .Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək ümumi mülkiyyətdən ona düşən ½ pay olan 38 min manat məbləğində pulu cavabdehdən tələb etmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “cavabdeh ev satıldıqdan qısa müddət sonra öhdəliyini icra edib qızlarının adına ev aldığı üçün iddia rədd edilməlidir”. Hakim nəzərə almamışdır ki, alqı-satqı müqaviləsinin üzərindən 3 aya yaxın müddət keçdikdən və iddiaçı tərəf cavabdehi məhkəməyə verdikdən sonra cavabdeh öhdəliyini icra etmişdir. Digər tərəfdən məhkəmə yalnız iddiaçının öhdəliyi üzərindən araşdırma apararkən cavabdehin öhdəliyini icra etməməsi məsələsinə toxunmamışdır. Cavabdeh özü tərəflər arasında şifahi əmlak bölgüsü sazişi olduğunu təqsdiqləsə də, məhkəmə bu istiqamətdə araşdırma aparmamışdır. Yəni tərəflər arasında öhdəliklərin qarşılıqlı icrası olduğu halda cavabdeh öhdəliyini icra etməmişdir və məhkəmə qətnamədə bununla bağlı heç bir münasibət bildirməmişdir. Qətnamədə qeyd olunur ki, “cavabdeh tərəf satılmış əmlakın üzərinə bacısından aldığı 40000 min manat məbləği əlavə edərək qızları X3 adına Bakı şəhərində ev almışdır və bunu iddiaçının özü belə təsdiq edir”. Halbuki, iddiaçının bunu təsdiq etməsi ilə bağlı nə yazılı nə şifahi heç bir sübut yoxdur. Hakim həmin 40000 manat məbləğin formalaşmasının birgə faktiki təsərrüfatdan yaranmadığını düşünərək sırf cavabdehin ifadəsinə görə əsassız qərar qəbul etmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil2 izahatında şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, tərəflər 2002-ci ildə faktiki nikaha daxil olublar və bu nikahdan 2 qız övladı doğulmuşdur. Faktiki nikah dövründə eyni zamanda 2 əmlak – Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 63 və ** saylı mənzillər alınmışdır. Mənzillərin hər ikisi iddiaçının adına olub. Artıq münasibətlər pozulduqda 2025-ci ildə tərəflər arasında şifahi əmlak sazişi olub və tərəflər razılaşıblar ki, ** saylı mənzili cavabdeh tərəf sataraq, əldə edilən vəsaitə qızının adına Bakı şəhərində ev alır və özü orada yaşayır, ** saylı mənzil isə iddiaçıya qalır. ** saylı mənzilin satışından əldə edilən 76000 manat məbləğində pulu cavabdeh tərəf götürüb. İddiaçının uşaqları ilə birgə qalması barədə tərəflərin razılaşdıqları digər mənzilin açarını isə cavabdeh tərəf dəyişib və iddiaçının öz əmlakına daxil olmasına süni maneələr yaradıb. İddiaçı uşaqları ilə hal-hazırda “xxxx” MTK-da kirayədə qalır. Hazırda mübahisə satılan ** saylı mənzillə bağlıdır. Cavabdeh tərəf öhdəliyi pozmasını onunla əsaslandırır ki, evdən qızıllar oğurlanıb və ona görə aralarındakı sazişi pozub. Qızılların oğurlanması ilə bağlı heç bir sübut yoxdur. Cavabdeh yalnız məhkəmə mübahisəsi olandan sonra qızına ev alıb. İddiaçı hazırda mənzilin satışından əldə edilən pulun yarısını tələb edir. İşə baxan məhkəmə mübahisəyə əsassız varlanmanın müddəalarını tətbiq etməli idi. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili sonda apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mənzillərin hər ikisini o, öz vəsaiti hesabına əldə edib. ** saylı mənzili 76000 manata satmış, 130000 manata qədər məbləğdə də pul verib Nərgiz adlı qızının adına Bakı şəhərində mənzil alımışdır. Müqavilədə 116000 manat yazılsa da, makler xərci, eləcə də qızının istədiyi evin əşyaları da daxil olmaqla 128000 manatdan çox məbləğdə pul sərf etmişdir. Keçən müddət ərzində ev almaq üçün vaxt sərf edilib. Onun iddiaçı ilə aralarındakı şifahi razılaşma pozulmamışdır. İddia tələbi tamamilə əsassızdır. Ona görə də cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəkil1 izahatında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, şikayətin heç bir hüquqi əsası yoxdur. Belə ki, faktiki olaraq ** saylı mənzil ## ###### 2025-ci ildə satılıb. Təqdim edilən bağışlama müqaviləsindən görünür ki, ## ###### 2025-ci ildə iddiaçı ** saylı mənzili anasına bağışlayıb. İddiaçının anası Zoya Sərkərova mənzil üzərində hüquqlarını qeydiyyata aldırdıqdan dərhal sonra ## ###### 2025-ci il tarixində şəxsin həmin mənzildən çıxarılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Göründüyü kimi iddiaçı öz öhdəliyini pozmuş, lakin əsassız şəkildə cavabdehin öhdəliyi pozmasına istinad edərək, ondan mənzilin satışından əldə edilən vəsaitin yarısını tələb edir. ** saylı mənzil 76000 manata satılmış, daha sonra tərəflərin qızları Nərgizin adına Bakı şəhərində mənzil alınmışdır. Mənzilin əşyalı vəziyyətdə əldə edilməsinə təxminən 130000 manata yaxın vəsait sərf edilmişdir. İddiaçının hazırkı halda yeganə məqsədi cavabdehdən əsassız şəkildə pul almaqdır. Onun iddiasının eləcə də apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. İşə baxan məhkəmə iddia tələbini rədd etməklə əsaslı və qanuni qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi və vəkili sonda apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili vəkil2 kollegiyanın iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi; Maddə 14.2.1.Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Maddə 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.

22. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İddia tələbi satılmış mənzilin dəyərinin (alqı-satqı müqaviləsindəki satış məbləğinin yarısının) cavabdehdən alınması barədədir.

25. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya ilk növbədə qeyd edir ki, yalnız iddia tələbində qeyd olunan əsaslarla iddia irəli sürüldükdə, bu həmin tələblərin birmənalı olaraq təmin olunması anlamına gəlinə bilməz. Həmin iddiaların təmin olunması üçün ilk növbədə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

26. Nəzərə alınmalıdır ki, əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

27. İddiaçı iddia edir ki, cavabdehlə (iddiaçının faktiki nikah üzrə əri) aralarında şifahi razılaşmaya əsasən iddiaçı onun adına qeydə alınmış mənzili satmalı, əldə edilən vəsait hesabına qızlarının adına Bakı şəhərində yeni mənzil alınmalı idi.

28. İddia tələbinin və oxşar məzmunlu apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı İddiaçı razılaşmanın şərtlərini icra edərək mənzilin satılmasına razı olsa da, cavabdeh mənzilin satışından əldə edilən vəsaiti-76000 manatı tam həcmdə özünə götürmüşdür.

29. Cavabdeh isə öz növbəsində iddiaya və apellyasiya şikayətinə etiraz edərək bildirir ki, mübahisələndirilən mənzilin satışından əldə edilən vəsaitin üzərinə əlavə 40 000 manat pul qoyaraq qızının adına Bakı şəhərində mənzili almışdır. Ona görə də iddia rədd edilməlidir.

30. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşan kollegiya bildirir ki, əvvəla tərəflər arasında qeyd olunan əmlaka dair (Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 5/2-də yerləşən 2 otaqlı ** saylı mənzil) bu və ya digər formada şifahi razılaşmanın mövcud olması hər iki tərəfin izahatına əsasən işin mübahisəsiz halını təşkil edir.

31. İkincisi, araşdırılan işin hallarından görünür ki, sözügedən mənzil ##.##.2025ci il tarixdə iddiaçının özü tərəfindən öz iradəsinə uyun qaydada notarial qaydada satılmışdır.

32. Baxılan iş üzrə təqdim olunmuş “audio-video yazını əks etdirən fləşkartdakı” görüntülərdən müəyyən edilir ki, mənzilin satışından əldə olunmuş məbləğ iddiaçının iştirakı ilə cavabdeh Cavabdeh verilir.

33. Lakin mənzilin satışından bir neçə gün, təxminən 17-18 gün keçən kimi iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir (İddia ərizəsi ##.##.2025-ci il tarixdə tərtib edilərək elektron sistemə yerləşdirilmişdir).

34. İş materiallarında olan ##.##.2026-cı il tarixli “Daşınmaz əmlakın alqı-satqısı” müqaviləsindən görünür ki, satıcı Babayeva Leyla Fərhad qızı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 28,5 kv/m, yaşayış sahəsi 0,1 kv/m olan 1 otaqlı mənzilin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən qeyd edilən hissəni 116000 manat qiymətinə alıcı X3.

35. Kollegiyanın araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili də cavabdehin artıq qızına mənzil aldığını mübahisələndirməmiş, sadəcə mənzilin məhkəmə mübahisəsi gedən ərəfədə alındığını bildirmişdir. Cavabdeh isə buna etiraz olaraq bildirmişdir ki, bir mənzilin alınması üçün bir neçə ay vaxt tələb olunur. Ona görə də qızı mənzil axtarıb bəyəndikdən sonra həmin məzili almışdır.

36. Göründüyü kimi iddiaçının iddia tələbində və əlaqəli olaraq apellyasiya şikayətində mübahisələndirdiyi dəlillər məhkəmədən kənar öz həllini tapmışdır. Yəni mübahisli mənzilin satışından əldə olunmuş məbləğ (əlavə məbləğlə birlikdə) hesabına tərəflərin birgə övladı olan Nərgiz Kuluzadənin adına məzil alınmaqla, şifahi razılaşma cavabdeh tərəfindən icra edilmişdir.

37. Apellyasiya şikayətinin digər dəlillərinə, yəni iddiaçının hazırda kirayədə yaşaması ilə bağlı isə kollegiya bildirir ki, işdən göründüyü kimi Sumqayıt şəhəri 3-cü mkr, ev 5/2, mənzil 65 iddiaçının mülkiyyətində olmaqla, onun tərəfindən ##.##.2025ci il tarixdə (digər mənzilin alqı-satqısından 14 gün sonra) anası Zoya Sərkərovaya bağışlanmışdır.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və. Bildirir ki, qeyd olunan dəlillər təkrarlanmaqla həm iddianın, həm də apellyasiya şikayətinin dəlilləri artıq aradan qalxdığından apellyasiya şikayəti təmin edilə bilməz.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar