Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-757/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı İddiaçı (Abşeron Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər cavabdeh1 MMC-yə, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 MMC və iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü ƏY Y Ə N E T D İ: İddiaçı İddiaçı cavabdehlər “Topxana Layihə İnşaat” MMC-yə, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti) qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ** saylı 5 mərtəbəli binanın 3-cü blokunda, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 70 kv metr olan 3 otaqlı, ** saylı mənzilinə dəymiş 7000 manat maddi zərərin, 2000 manat mənəvi zərərin və 110 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınıb ona ödənilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ** saylı 5 mərtəbəli binanın 3-cü blokunda, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 70 kv metr olan 3 otaqlı, ** saylı mənzilinə dəymiş 7300 manat maddi zərərin, 2000 manat mənəvi zərərin, 110 manat dövlət rüsumunun əvəzinin və ##.##.2025-ci il tarixli Qiymətləndirmə hesabatına görə “xxxx” MMCnin ********** saylı VÖEN hesabına ödədiyi 400 manat xidmət haqqının cavabdehlərdən alınıb ona ödənilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ** saylı 5 mərtəbəli binanın 3-cü blokunda, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 70 kv metr olan 3 otaqlı, ** saylı mənzili ##.##.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən onun mülkiyyətindədir. ** saylı binanın damı dəmir beton örtüyündən ibarət olmuşdur. Lakin sonradan, yəni 11 il bundan öncə binanın üzəri şiferlə örtülmüşdür. 2023-cü il ## ###### tarixində, qış fəslində iş üzrə cavabdeh Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları bina sakinlərini xəbərdar etmədən, yeni dam örtüyü quraşdırmaq məqsədilə binanın şiferdən olan dam örtüyünü sökməyə başlamışlar. Lakin söküntü materiallarını və əvvəldən şiferin altında qalmış tullantıları təmizləmədən, oraya qaldırıcı kranla armatur, taxta və beton qarışığı yığaraq, binanın üzərində evlərlə balkonun birləşdiyi yerdə dairəvi olaraq armaturdan taxtadan apalovka yığaraq, apalovkanın içərisinə hündürlüyü 40 sm olan beton qarışığı tökmüşlər və sanki binanın üzərində hovuz yaratmışlar. Betonun altından su axmaq üçün savacaq qoymamışlar. Bundan bir gün sonra, yəni yağan leysan yağışı nətcəsində binanın üzrərində dərin yağış suyu yığılması nəticəsində ona məxsus 3 otaqlı və bir mətbəxdən ibarət olan mənzilin və 3-cü, 4-cü və 5-ci mərtəbələrdə yerləşən qonşuların mənzillərinin içərisinə yağış suyu axmağa başlamışdır. Nəticədə ona məxsus mənzilin içərisi tamamilə yararsız hala düşmüş, mənzilin bütün otaqlarının tavanı dağılmış divar kağızları qopmuş, mənzildə yerləşən laminatdan olan rəflər və mətbəx mebeli şişərək yararsız hala düşmüş, evin xalçaları pal-paltar tamamilə korlanmış və ev yaşamaq üçün yararsız hala düşmüşdür. O və qonşular Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Abşeron rayon İcra Hakimiyyəti Başçısına şikayətlər etsələr də heç bir tədbir görülməmiş, cavabdeh binanın dam örtüyünü tullantılardan təmizləmək və betonu söküb suyun axması üçün savacaq açmaq əvəzinə, öz qanunsuz və peşəkarlıqdan kənar hərəkətlərini davam etdirmiş və binanın üstündə qanunsuz tikinti işləri aparılmasını davam etdirmişdir. Nəticədə ona məxsus mənzilə xeyli miqdarda maddi zərər dəymiş və mənzil yaşamaq üçün yararsız hala düşmüşdür. Cavabdeh Nümayəndəliyin əraziyə gələn vəzifəli şəxsi sakinlərə dəymiş maddi zərərin qarşılanacağına söz versə də aradan 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq heç bir ziyan qarşılanmamışdır. O, ##.##.2024-cü il tarixli ərizə ilə cavabdeh Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyəti Başçısına müraciət etdim ki, mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ** saylı 5 mərtəbəli binanın 3-cü blokunda, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 70 kv metr olan 3 otaqlı, ** saylı mənzilinə dəymiş maddi zərərin ödənilməsi təmin edilsin. Lakin cavabdeh İcra nümayəndəliyi heç bir zərər ödəməmişdir. Ona görə də o, Sumqayıt İnzibati Məhkəməsində Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı maddi zərərin ödənilməsi tələbi ilə bağlı iddia qaldırdı. Sumqayıt İnzibati Məhkəməsinin e-*- *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə iddia qeyri-mümkün hesab edilmişdir. Əsas kimi qeyd edilmişdir ki, o, dəymiş maddi zərərin ödənilməsi tələbi ilə mülki məhkəmədə iddia qaldırmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli Qərardadı ilə Sumqaıt İnzibati Məhkəməsinin e*-*(***)****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Abşeron rayon İcra Hakimiyyətinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərdiyi ##.##.2024-cü il tarixli məktubda Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ** saylı 5 mərtəbəli binanın dam örtüyünün Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə “Topxana Layihə İnşaat” MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, ** nömrəli tender müqaviləsi əsasında dəyişdirildiyi bildirilmişdir. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddianı qismən təmin edilərək, iddiaçı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ** saylı 5 mərtəbəli binanın 3-cü blokunda, 5ci mərtəbəsində yerləşən, ümumi sahəsi 70 kv metr olan 3 otaqlı, ** saylı mənzilinə dəymiş 6000 (altı min) manat maddi zərər, 100 (yüz) manat dövlət rüsumu əvəzi və ekspertiza tədqiqatlarınının ümumi dəyəri olaraq 400 manat pul vəsaiti cavabdeh cavabdeh1 MMC-dən alınıb iddiaçı İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Abşeron rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsini iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə və apellyasiya şikayəti verməsi üçün ödənilmiş 55.4 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınıb ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh1 MMC və iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin e-2(012)-510/2025, ##.## 2026-cı il tarixli qətnaməsini ləğv edilərək, iddia tələbinin xxxx MMC-yə aid hissə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı iddiaçı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 MMC tərəfindən ona dəymiş zərər tamamilə ödənildiyindən, *(*-*)-***/**** nömrəli mülki iş üzrə iddiadan imtina edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materiallarını və tərəflərin ərizələrini araşdıraraq hesab edir ki, iddiaçı İddiaçı iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı iddiadan imtina barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Buna görə də, iddiaçının iddiadan imtinası qəbul edilməklə, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı iddiadan imtinası qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.4, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı İddiaçı (Abşeron Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər cavabdeh1 MMC-yə, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçı İddiaçı iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-8)-757/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-757/2026
30.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver