Məhkəmə qərarları › İş №e-2(3-8)-776/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-776/2026

13.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-776/2026 13.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh1, cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Iddiaçı İddiaçı QSC-nin nümayəndəsi nümayəndə1, Cavabdehlər cavabdeh1 və cavabdeh2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları

1. ##.##.2023-cü il tarixli, ***A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.7917% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 29500 manat kredit vermişdir.

2. Maliyyə arayışından görünür ki, cavabdehin ##.##.2025-ci il tarixə əsas borc üzrə 22506.73 manat, 2341.94 manat faiz, cərimə borcu üzrə 496.96 manat olmaqla, cəmi 25345.63 manat borcu vardır.

3. Cavabdehə məxsus bank hesabından çıxarışdan görünür ki, son bank kredit ödənişi ##.##.2025-ci il tarixdə edilmişdir.

4. ##.##.2023-cü il tarixli ***G************ nömrəli zaminlik müqaviləsinə əsasən, zamin cavabdeh2 borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.

5. Xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdur.

6. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */*** nömrəli, ## #### 2026-cı il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlərə əsasən (ərizə və ödəniş qrafiki) "xxxx" QSC tərəfindən 2023-cü ilin oktyabr ayının 5-də cavabdeh1 verilmiş ***A********** saylı kredit müqaviləsi əsasında kreditin faiz dərəcəsi aylıq 1.7917 faiz (illik 21,5%) təşkil edir. Iş materiallarında olan sənədlərə əsasən (ödəniş qrafiki, cari hesabdan çıxarış) "xxxx" QSC tərəfindən 2023- cü ilin oktyabr ayının 5-də cavabdeh1 verilmiş ***A********** saylı kredit müqaviləsi üzrə komission haqları 305,00 (295,00+10,00) manat təşkil edir. Iş materialları olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış ##.##.2023-cü il tarixli, 003A2327892049 istehlak kredit müqaviləsinin şərtlərini əsas götürməklə cavabdeh cavabdeh1 iddiaçı "xxxx" QSC-nə ##.##.2025-ci il tarixinədək borcu əsas borc üzrə 22.501,95 manat, faiz borcu üzrə 1.935,17 manat təşkil etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1 və cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 22506.73 manat məbləğində kredit bоrcu, 2341.94 manat məbləğində faiz bоrcu və 496.96 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 25345 (iyirmi beş min üç yüz qırx beş) manat 63 (altmış üç) qəpik məbləğində bоrcun və ödənilmiş 166.04 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh1 İddiaçı QSC ilə ##.##.2023-cü il tarixdə bağladığı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh1 aylıq faiz dərəcəsi 1.7917% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan * saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 29500 (iyirmi doqquz min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, ##.##.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 6993.27 manat ödəniş etmiş və оnun iddiaçıya 22506.73 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 158 gün üçün hesablanmış faiz borcu 2341.94 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 158 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 496.96 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir.

9. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.Behbudova) ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər cavabdeh1, cavabdeh2 müştərək qaydada 22.501,95 manat əsas, 1.935,17 manat faiz, 200 manat cərimə olmaqla, cəmi 24.637,12 manat borc və ödənilmiş 163.91 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilməsi, cavabdeh cavabdeh1 ekspertiza tədqiqatının dəyəri qismində 75 (yetmiş beş) manat, cavabdeh cavabdeh2 75 (yetmiş beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək və müqavilənin tələblərini pozaraq iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə ekspertiza rəyini əsas götürərək, hesab edib ki, cavabdehlər cavabdeh1, cavabdeh2 müştərək qaydada əsas borc üzrə 22.501,95 manat, faiz borcu üzrə 1.935,17 manat tutulmalıdır. Cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edərək, məhkəmə hesab edib ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə qeyd edib ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan 200 manat cərimə mütənasiblik baxımından məqsədə müvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 470.1, 472.1, 476, 739.1, 739.2, 746.1, maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh cavabdeh1 oğlu apellyasiya şikayəti vermişdir.

13. Cavabdeh apellyasiya şikayətində göstərir ki, bankın iddiasını qismən qəbul edir. Birinci instansiya məhkəməsində icraat zamanı da iddianı qismən qəbul etdiyini bildirmişdir. Ancaq hakim tərəfindən çıxarılmış qətnamədə iddianı qəbul etmədiyi göstərilmişdir. Hansı ki, məhkəmə iclasının video çəkilişlə qeydə alındığı bildirilmişdir. Iddiaya münasibətinin qətnamədə təhrif olunma səbəbi bəlli deyil. Məhkəmədən xahiş etmişdir ki, banka sorğu verilsin, ödəniş etdiyi məbləğ və tarixlər dəqiq müəyyən olunsun, ondan sonra müvafiq ekspertizalar təyin olunsun. Hətta bildirdi ki, iş məhkəmənin icraatında olan vaxtı belə bankın nümayəndəsi zəng edərək sözü gedən iddiadan başqa həmin banka əlavə olaraq 20 000 ABŞ dolları kredit borcunun olduğunu bildirməklə ona təzyiq edir. Bununla bağlı ##.##.2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək banka rəsmi sorğu verilməsini, nəticəsi barədə isə iş üzrə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Lakin hakim həmin vəsatətə də yazılı və şifahi olaraq münasibət bildirmədi. Bildirir ki, pensiyasının ödəniş tarixində dəyişiklik olması barədə 2025-ci ilin yanvar ayında banka müraciət edərək ödəniş tarixinin pensiyanın verildiyi yeni tarixə dəyişilməsi haqqında dəfələrlə xahiş etmiş, buna baxmayaraq təklifi rədd edilmişdir. Həmin halın məhkəmə tərəfindən araşdırılması üçün məhkəməyə vəsatət vermişdir, həmin vəsatətə də münasibət bildirilməyib. Göründüyü kimi kreditor pensiya ödənişi vaxtının dəyişilməsi barədə tərəfindən vaxtında xəbərdar olunmasına baxmayaraq ödəniş tarixinin dəyişdirilməsi xahişini təmin etməmiş, beləliklə ödəmə qabiliyyətinə ciddi ziyan vurmuşdur. Belə hesab edir ki, qeyd olunan halın araşdırılması barədə vəsatəti hakim tərəfindən araşdırılmalı, qanunun qeyd olunan tələbi tətbiq olunmaqla hüquqi qiymət verilməli idi. Çünki, o pensiyaçıdır və bank həmin krediti aldığı pensiya məbləğinə görə vermişdir. Yuxarıda göstərdiyi halları bildirməklə vəsatətlə məhkəməyə müraciət edərək sorğu verilməsini xahiş etsə də, təmin olunmayıb. Məhkəmə bu halları araşdırmadan, məhkəmə mühasibatlıq eksprtizası təyin etmişdir. Onun sorğu ilə tələb olunmasını xahiş etdiyi sənədləri sonradan ekspert vəsatətlə məhkəmədən istəmişdir. Ekspertiza keçirilən zaman sualların qoyulmasında məhkəməyə təqdim etdiyi vəsatət təmin olunmamış, məhkəmə tərəfindən qoyulmuş suallar isə iş üçün əhəmiyyətli halların müəyyən olunmasını təmin etməmişdir. Ekspertin əlavə sübutların təqdim edilməsi barədə vəsatəti ilə tanış olmuşdur. Ondan sonra vəsatətlə məhkəməyə müraciət edərək ekspertizanın keçirilməsində iştirakının təmin olunması barədə xahişi təmin olunmamışdır. Ekspertizanın rəyi ilə razı olmadığı üçün əlavə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə məhkəməyə vəsatətlə müraciət etmiş, lakin təmin olunmayıb. Məhkəmə kreditin “Kapital” bankdan İddiaçı ASC-yə köçürülməsi, həmin kredit müqaviləsinin qanunvericiliyə uyğun olub-olmaması, faiz dərəcəsinin həmin vaxt üçün bankın internet saytlarında göstərilən faiz dərəcəsinə uyğun olub-olmamasını aydınlaşdırılmamışdır. Həmçinin pensiya ödəniş tarixinin dəyişməsi səbəbindən banka müraciəti təmin olunmadığı üçün bu barədə vəsatətlə məhkəməyə müraciət etdim. Lakin həmin vəsatət də təmin edilmədi. Hesab edir ki, İddiaçı digər bankda olan öhdəliyini özünə gətirməklə ona maliyyə böhranı yaşadıb. Bu hallar məhkəmə tərəfdən araşdırılmayıb və qiymət verilməyib. Qeyd olunanlara əsasən qətnamə qismən ləğv edilməli, göstərilən halların araşdırılması, iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunması məqsədilə iş birinci instansiya məhkəməsinə göndərilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (apellyator) cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o güzəştli şərtlərlə pensiya hüququ olan şəxsdir. Bankla kredit müqaviləsi imzalanan zaman o pensiyasını hər ayın ortaları alırdı. Sonradan pensiyalar hər ayın axrı verilməyə başladı. Həmin günlər üçün ondan yüksək həddə faiz tutulduğuna görə banka müraciət edərək, ödəniş qrafikinin pensiya aldığı tarixə uyğunlaşdırılmasını xahiş etdi. Lakin bank tərəfindən onun müraciəti təmin edilmədi. Nəticədə o məcbur olub, ödənişləri dayandırmalı oldu. Bank tərəfindən ona hesablanan faiz borcunun məbləği ilə razı deyil. Hesab edir ki, borc məbləği dəqiq müəyyən edilməlidir. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

16. Cavabdeh cavabdeh2 apellyasiya şikayətinə hər hansı əlavəsinin olmadığını bildirdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı QSC-nin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəmə bankın tələb etdiyi faiz borcunu ekspert rəyinə uyğun şəkildə azaltmışdır. Yenə məhkəmə bankın tələb etdiyi cərimə məbləğini də əsaslı şəkildə azaltmışdır. Cavabdehin ödəniş qrafikinin dəyişdirilməsi barədə müraciəti isə bank tərəfindən təmin edilməmişdir. Əgər cavabdeh iddia etdiyi 1 həftə ərzində borcu gecikdirsəydi, onun əhəmiyyətli dərəcədə pul itkisi olmayacaqdı. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Iddia tələbindən görünür ki, iddiaçının tələbi mövcud kredit müqaviləsi üzrə yaranmış borcun (o cümlədən əsas, faiz və cərimə borcunun) cavabdehdən alınması barədədir.

24. Işə baxan məhkəmə iddia tələbini qismən təmin etmiş, narazı qalan cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Iddiaçı bank və digər cavabdeh (zamin) qətnamədən apellyasiya şikayəti verməmişdir. Ona görə də kollegiya hazırkı halda qətnaməni apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.

25. Işin məhkəmə tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh arasında kredit müqaviləsi bağlanmış, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməmişdir. Belə ki, ##.##.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh kredit borcunu 48 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdehlər tərəfindən yerinə yetirilməmişdir. Nəticədə cavabdehlərin banka 22506.73 manat, 2341.94 manat faiz borcu yaranmışdır. Iddiaçı bank borcun ödənilməsini tələb etmişdir.

26. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı Bankla cavabdehlər arasında müvafiq olaraq kredit və zaminlik müqavilələri bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəlində razılaşdırmışlar. Cavabdeh tərəf isə kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməyib. Başqa sözlə iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdehlər kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir.

27. Cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, borcun cavabdehdən tutulması haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır.

28. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür.

29. Kollegiyanın qənaətinə görə apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir.

30. Belə ki, əsas və faiz borcunun əsassız olaraq artıq hesablandığını qeyd edən cavabdeh əlavə ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət isə təmin oluna bilməz.

31. Işdən görünür ki, birinci instansiya məhkəməsi işin obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspert rəyində cavabdehin ##.##.2025-ci il tarixinədək əsas borc üzrə 22.501,95 manat, faiz borcu üzrə 1.935,17 manat borcu olduğu qeyd edilmişdir. Həmin rəyin əsassızlığına dair cavabdeh tərəfindən hər hansı ciddi tutarlı arqument gətirilməmiş, cavabdeh bu istiqamətdə şikayətini formal mülahizələrlə əsaslandırmağa çalışmış, ümumiyyətlə bir tərəfdən borcu qismən etiraf etdiyini, digər tərəfdən isə borc münasibətini təşkil edən kredit müqaviləsinin etibarlılığını mübahisələndirməyə çalışmışdır.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar