Məhkəmə qərarları › İş №e-2(3-8)-797/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-797/2026

13.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-797/2026 13.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı kredit tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, cavabdeh Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli, ******- ******/* nömrəli istehlak krediti müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 16,5% dərəcəsi ilə 29,700 manat məbləğində kredit verilmişdir.

2. İddiaçı ASC tərəfindən verilmiş ##.##.2026-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Banka ##.##.2024-cü il tarixli ******-******/* nömrəli istehlak krediti müqavilə üzrə 20763,46 manat əsas, 1430,95 manat faiz borcu olmaqla, cəmi 22194,41 manat borcu vardır.

3. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli, ******- PC********** nömrəli istehlak kredit xətti müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır.

4. İddiaçı ASC tərəfindən verilmiş ##.##.2026-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Banka ##.##.2024-cü il tarixli ******-PC********** nömrəli kredit müqavilə üzrə 303,08 manat əsas, 10,99 manat faiz borcu olmaqla, cəmi 314,07 manat borcu vardır.

5. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı ##.##.2026-cı il tarixli bildirişlərdən görünür ki, Cavabdeh ##.##.2024-cü il tarixli ******-******/* nömrəli istehlak krediti müqavilə üzrə 20763,46 manat əsas, 1342,42 manat faiz borcu olmaqla, cəmi 22105,88 manat, ##.##.2024-cü il tarixli ******-PC********** nömrəli kredit müqavilə üzrə 303,08 manat əsas, 9,14 manat faiz borcu olmaqla, cəmi 312,22 manat borcunun olduğu bildirilmiş, borcun 7 gün müddətində qaytarılması, əks təqdirdə bütün borc məbləğinin qaytarılması üçün məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış ## ###### 2024 il tariхli, ******-******/* nömrəli istehlak krеdit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 16,5% dərəcəsi ilə 29,700 manat və ## ###### 2024 il tarixli ******-PC********** nömrəli Krеdit müqaviləsinə əsasən 24 faiz dərəcəsi ilə, 36 ay müddətinə 300,00 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. ## ###### 2024 il tarixli ******-PC********** nömrəli kredit xətti müqaviləsinin 2.11-ci bəndinə əsasən kredit xətti üzrə aylıq faiz ödənişi 30 gündən artıq gecikdirilərsə və ya kredit xətti üzrə istifadə müddəti bitdikdə kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 təqvim günü ərzində qalıq borc məbləği (vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesablanmış faizlər, vaxtı keçmiş və gecikdirilmiş əsas borc, faiz borcu, əsas borc) kapitallaşdırılaraq avtomatik olaraq bank daxili qaydalar ilə tənzimlənən məhsulun şərtinə uyğun olaraq növbəti 12 və ya 24 aylıq annuitet (aylıq bərabər) ödənişi forması ilə olan kreditə çevrilir və 2.3 bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır. Odur ki, borcalan X3 ## ###### 2024 il tarixli ******- PC********** nömrəli kredit xətti müqaviləsi üzrə şərtləri icra etmədiyindən qalıq borc kapitallaşdırılaraq annuitet ödəniş qrafikinə çevrilmişdir. ## ###### 2026-cı il tarixinə cavabdehin ## ###### 2024 il tarixli, ******-******/* nömrəli istehlak krediti müqaviləsi üzrə 20763,46 manat məbləğində əsas borc və 1430,95 manat faiz borcu olmaqla, cəmi 22194,41 manat və ## ###### 2024 il tarixli ******-PC********** nömrəli Kredit müqaviləsi üzrə 303,08 manat əsas borc və 10,99 manat faiz borcu olmaqla, cəmi 314,07 manat kredit borcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Göstərilənlərə əsasən, X3 ilə bağlanmış ## ###### 2024 il tarixli, ******-******/* nömrəli istehlak krediti müqaviləsi üzrə 20763,46 manat məbləğində əsas borc və 1430,95 manat faiz borcu olmaqla, cəmi 22194,41 manat və ## ###### 2024 il tarixli ******-PC********** nömrəli kredit müqaviləsi üzrə 303,08 manat əsas borc və 10,99 manat faiz borcu olmaqla, cəmi 314,07 manat kredit borcunun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 21066,54 əsas və 1441,94 faiz borcu olmaqla, cəmi 22508,48 manat borcun və 158,31 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Ş.Həxiyeva) ##.##.2026-cı il tarixli, e- 2(5-155)-365/2026 qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh ##.##.2014-cü il tarixli, ******-******/* nömrəli istehlak kredit müqaviləsinə əsasən 20763,46 (iyirmi min yeddi yüz altmış üç manat, qırx altı qəpik) manat əsas, 1342,42 (bir min üç yüz qırx iki manat, qırx iki qəpik) manat faiz borcu olmaqla, cəmi 22105,88 (iyirmi iki min bir yüz beş manat, səksən səkkiz qəpik) manat, ##.##.2014-cü il tarixli, ******-PC********** nömrəli kredit müqaviləsinə əsasən 303,08 (üç yüz üç manat, səkkiz qəpik) manat əsas, 9,14 (doqquz manat, on dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 312,22 (üç yüz on iki manat, iyirmi iki qəpik) manat, ümumi 22418,10 (iyirmi iki min dörd yüz on səkkiz manat, on qəpik) məbləğində pulun və 157,25 (bir yüz əlli yeddi manat, iyirmi beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ASC-yə verilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də əsas borcun cavabdehdən tutulması hissəsində iddia təmin edilməlidir. İddiaçı iddia qaldırarkən ##.##.2024-cü il tarixli, ******-******/* nömrəli istehlak kredit müqaviləsi üzrə 1430,95 manat, ##.##.2024-cü il tarixli, 800797- PC********** nömrəli kredit müqaviləsi üzrə 10,99 manat faiz hesablandığını göstərmişdir. Məhkəmə qeyd edib ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş göndərildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Belə olan halda, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə ondan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Odur ki, kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edib ki, iddia faiz borcu hissəsində qismən, ##.##.2026-cı il tarixli bildirişlərdə göstərilən məbləğlərdə (******-******/* nömrəli kredit müqaviləsi üzrə 1342,42 manat, ******- PC********** nömrəli kredit müqaviləsi üzrə 9,14 manat) təmin edilməlidir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.2, 448.1, 449.1, 743.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin qismən, yəni cavabdehdən 1351,56 manat faiz borcunun tutulması hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətində göstərir ki, qətnamə ilə qismən, yəni faiz borcunun tutulması hissəsində razı deyil, çünki məhkəmə faiz borcunun müəyyən edilməsi barədə heç bir əsaslı tədqiqat aparmamış, bu hissədə iddianı təmin edərkən sadəcə qarşı tərəfin verdiyi maliyyə arayışına istinad etmişdir. İşdən görünür ki, cavabdehə bank tərəfindən ##.##.2026-cı il tarixdə pretenziya məktubu göndərilmişdir. Qüvvədə olan qanunvericiliyə görə bu tarixdən müqavilə ləğv edilmiş sayılır və cavabdeh heç bir faiz tətbiq edilə bilməzdi. Lakin bankın maliyyə arayışından görünür ki, müqavilələr üzrə faiz tətbiq edilməsi 9 gün də davam etdirilmiş, qanunun tələbləri pozulmuşdur. Məhkəmə iclasında izahatında bildirib ki, iddianın faiz hissəsindən narazıdır. Belə olan halda, məhkəmə bu hissədə iş üzrə ekspertiza tədqiqatı təşkil etməli olduğu halda, bunu etməmiş, mübahisəni obyektiv həll etməmişdir. Hesab edir ki, ədalətli qərar çıxarılması üçün hazırki məhkəmə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək hər iki müqavilə üzrə real borc müəyyən edilməlidir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, o bankdan kredit götürmüş və ödəniş qrafiki üzrə borcunu ödəyirdi, lakin sonradan işdən çıxmış və ödənişləri vaxtında həyata keçirə bilməmişdir. Hesab edir ki, faiz borcu yüksək həddədir. Eyni zamanda bildirir ki, özünə məxsus torpaq sahəsini satışa çıxarmışdır, əgər torpaq sahəsi satılarsa, banka olan borcunu birdəfəlik ödəmək fikrindədir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə bankın nümayəndəsinin iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1 qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətində apellyator qətnamənin qismən yalnız faiz borcu hissəsində ləğv edilməsi və bu hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İddia tələbindən görünür ki, iddiaçının tələbi mövcud kredit müqaviləsi üzrə yaranmış borcun (o cümlədən əsas, və faiz borcunun) cavabdehdən alınması barədədir.

22. İşə baxan məhkəmə iddia tələbini qismən təmin etmiş, narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdehin apellyasiya şikayəti iş üzrə qəbul edilmiş qətnamənin faiz borcunun düzgün hesablanmaması ilə bağlıdır. Ona görə də kollegiya hazırkı halda qətnaməni apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.

23. İşin məhkəmə tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh arasında eyni tarixdə iki ayrı kredit müqaviləsi bağlanmış, cavabdeh kredit müqavilələri üzrə vəsaiti əldə etsə də, öz öhdəliklərini icra etməmişdir. Belə ki, ## ###### 2024 il tariхli, ******-******/* nömrəli istehlak krеdit müqaviləsinə və ## ###### 2024 il tarixli, ******-PC********** nömrəli krеdit müqaviləsinə əsasən cavabdeh kredit borcunu uyğun olaraq 48 ay və 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik yerinə yetirilməmişdir. Nəticədə bank mövcud borcun ödənilməsi barədə məhkəməyə müraciət etmişdir.

24. Göründüyü kimi bank, kredit müqavilələri üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləğləri cavabdeh Cavabdeh borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəlində razılaşdırmışlar. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, borcun cavabdehdən tutulması haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır.

25. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür.

26. Hazırkı halda apellyatorun yeganə şikayəti hər iki müqavilə üzrə ondan faiz borcunun əsassız olaraq tutulması ilə bağlıdır. Kollegiya apellyatorun bu hissədə şikayətini əsassız və dəlillərini qeyri-müəyyən hesab edərək mövqeyini bu şəkildə əsaslandırır.

27. İşdən müəyyən edilir ki, bank iddia qaldırarkən ##.##.2024-cü il tarixli, ******- ******/* nömrəli istehlak kredit müqaviləsi üzrə 1430,95 manat, ##.##.2024-cü il tarixli, 800797- PC********** nömrəli kredit müqaviləsi üzrə 10,99 manat faiz hesablandığını göstərmişdir.

28. Məhkəmə isə haqlı olaraq qeyd edib ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Artıq qeyd olunan bildirişin göndərilməsi bankın müqavilədən imtina ilə bağlı iradə ifadəsini əks etdirdiyindən, bildiriş göndərildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Göstərilən konteksdən çıxış edərək məhkəmə hesab edib ki, iddia faiz borcu hissəsində qismən, ##.##.2026-cı il tarixli bildirişlərdə göstərilən məbləğlərdə (******-******/* nömrəli kredit müqaviləsi üzrə 1342,42 manat, ******-PC********** nömrəli kredit müqaviləsi üzrə 9,14 manat) təmin edilməlidir.

29. Apellyasiya kollegiyası da işə baxan məhkəmənin faiz borcu hissəsində əsaslandığı mövqeyi işin hallarına uyğun və bu hissədə qətnaməni əsaslandırılmış hesab edir.

30. Faiz borcunun əsassız olaraq artıq hesablandığını qeyd edən cavabdeh məhkəmə mühasibatlıq ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət isə təmin oluna bilməz.

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası MPM-in 402.1-ci maddəsinin tələbini nəzərə alaraq, qeyd edir ki, hazırkı halda qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan cavabdehin qətnamədən kassasiya şikayəti vermək hüququ istisna edilir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar