Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-811/2026 13.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kredit tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İş materiallarında olan iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh bankdan illik 15.9 faiz olmaqla 36 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür.
2. İş materiallarında olan maliyyə arayışından göründüyü kimi cavabdehin banka ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 3232.19 manat əsas borc, 367.02 manat faiz borcu və 3.27 manat cərimə borcu (gecikdirilmə faizləri) olmaqla ümumilikdə, cəmi 3602.48 manat məbləğində borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh İddiaçı ASC-nin xeyrinə ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 3232.19 manat əsas borc, 367.02 manat faiz borcu və 3.27 manat cərimə borcu (gecikdirilmə faizləri) olmaqla ümumilikdə, cəmi 3602.48 manat məbləğində borcun və 56.02 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 15.9 faizlə 36 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış, 2026-cı il ######ın ##-dək Cavabdeh banka ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 3232.19 manat əsas borc, 367.02 manat faiz borcu və 6.53 manat cərimə borcu (gecikdirilmə faizləri) olmaqla ümumilikdə, cəmi 3605.74 manat borcu vardır. Cavabdeh ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu (gecikdirilmə faizləri) 6.53 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 % miqdarında olmaqla, yəni 3.27 manat məbləğindətələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırımışdır.
5. Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-168)-75/2026 qətnaməsi ilə (hakim Z.Gülsarə) iddia təmin edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh bankdan dən illik 15.9 faiz olmaqla, 36 ay müddətinə 5000 manat məbləğində kredit götürmüş, lakin cavabdeh müqavilənin şərtlərini pozmuş, belə ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, cavabdeh borc öhdəliyini icra etməkdən boyun qaçırmış, nəticə ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka 3232.19 manat əsas borc, 367.02 manat faiz borcu və 6.53 manat cərimə borcu (gecikdirilmə faizləri) olmaqla, cəmi 3605.74 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edib ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh oğundan ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 3232.19 manat əsas borc, 367.02 manat faiz borcu və 3.27 manat cərimə borcu (gecikdirilmə faizləri) olmaqla, cəmi 3602.48 manat məbləğində borc iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulmalıdır..
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 445.2, 448.1, 739.1, 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermiş, Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-168)-75/2026 qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətində göstərir ki, qətnamədən narazıdır. Məhkəmə iddianı təmin edərkən maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir. Cavabdeh banka olan borcunu vaxtlı vaxtında ödəsə də, iddiaçı məhkəməyə müraciət etmişdir. İş yerini dəyişmişdir, hal-hazırda işləyir, işlədiyi müəssisənin adı “xxxx” (minatəmizləmə) MMC-dir. O, məhkəmə iclaslarına dəvət olunmamış və öz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Tez-tələsik qərar verməklə məhkəmə qanunla qorunan hüququnu pozmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, tətbiq edilməli olan qanunun normasını tətbiq etməmiş, qanunu səhv tətbiq etmişdir. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq edilməklə və lazımi əsaslandırılmadan qəbul edilmişdir. Ona görə də qətnamə tamamilə qanunsuz və əsassızdır. Hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*- ***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, lakin iddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq işə bankın nümayəndəsinin iştirakı olmadan baxılb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Madə 739.1. (## ####### 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır Maddə 740. (## ####### 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada ) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi).
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayətində apellyator qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Ona görə də kollegiya Zəngilan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. İddia tələbindən görünür ki, iddiaçının tələbi mövcud kredit müqaviləsi üzrə yaranmış borcun (o cümlədən əsas, faiz və cərimə borcunun) cavabdehdən alınması barədədir.
18. İşə baxan məhkəmə iddia tələbini təmin etmiş, narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası öz mövqeyini aşağıdakı şəkildə əsaslandırır.
19. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh bankdan illik 15.9 faiz olmaqla 36 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür. Müqavilə üzrə razılaşdırılmış ödəniş qrafikinə uyğun olaraq, cavabdeh banka olan borcunu ödəməyi öhdəsinə götürsə də, nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik yerinə yetirilməmişdir. Nəticədə bank mövcud borcun ödənilməsi barədə məhkəməyə müraciət etmişdir.
20. İş materiallarında olan maliyyə arayışından göründüyü kimi cavabdehin banka ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 3232.19 manat əsas borc, 367.02 manat faiz borcu və 3.27 manat cərimə borcu (gecikdirilmə faizləri) olmaqla ümumilikdə, cəmi 3602.48 manat məbləğində borcu vardır.
21. Göründüyü kimi bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği cavabdeh Cavabdeh borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəlində razılaşdırmışlar. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, borcun cavabdehdən tutulması haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır.
22. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür.
23. Hazırkı halda apellyatorun şikayətinin dəlilləri qeyri-müəyyən olmaqla konkret olaraq məhkəmə qətnaməsinin hansı hissədə və nə üçün əsassız olması əsaslandırılmamışdır.
24. Cavabdeh şikayətində ödənişlərin vaxtı-vaxtında icra edildiyini bildirsə də, bu barədə onun fikirləri şəxsi mülahizələrdən irəli keçməmiş, rəsmi sənədlər isə müqavilə üzrə borc öhdəliyinin aşkar şəkildə pozulmasına dəlalət edir. Ona görə də məhkəmə kollegiyası da işə baxan məhkəmənin əsaslandığı mövqeyi işin hallarına uyğun və qətnaməni əsaslandırılmış hesab edir.
25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası MPM-in 402.1-ci maddəsinin tələbini nəzərə alaraq, qeyd edir ki, hazırkı halda qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan cavabdehin qətnamədən kassasiya şikayəti vermək hüququ istisna edilir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.