Məhkəmə qərarları › İş №e-2(3-8)-880/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-880/2026

27.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-880/2026 27.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İslamova Vüsalə Yusif qızına qarşı mülki iş üzrə (kredit müqaviləsi üzrə borc tələbi, miras qoyanın öhdəliklərinə görə vərəsələrin məsuliyyəti.) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı xxxx” ASC-nin nümayəndəsi nümayəndə2, Cavabdeh İslamova Vüsalə Yusif qızının iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə İslamov Yusif Vasil oğlu arasında bağlanmış BPM************ nömrəli, ##.##.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 48 ay müddətində 3450 manat məbləğində kreditdən istifadəyə görə illik 22 faiz ödəmək şərtilə kredit verməyi öhdəsinə götürmüşdür.

2. BPM************ nömrəli, ##.##.2022-ci il tarixli kredit müqaviləsinə * saylı Əlavədən görünür ki, həmin kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti ## #### 2022-ci il tarixdən ## #### 2026-cı il tarixədək müəyyənləşdirilmişdir.

3. İddiaçı İddiaçı ASC ilə İslamov Yusif Vasil oğlu arasında bağlanmış ##.##.2022-ci il tarixli, BPM************ nömrəli tam kart müqaviləsindən görünür ki, bank müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, müştərinin adına bank hesablarını açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 faizədək ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə illik bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən təyinatı üzrə istifadə etməyi, müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürmüşdür.

4. ##.##.2022-ci il tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan görünür ki, İddiaçı ASC ilə İslamov Yusif Vasil oğlu sonuncuya 36 ay müddətinədək illik 24 faiz ödəmək şərtilə 300 manat məbləğində kredit xəttinin ayrılması ilə bağlı razılaşmışlar.

5. AZ-II ****** saylı ölüm haqqında şəhadətnamədən görünür ki, İslamov Yusif Vasil oğlu ##.##.2024-cü ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2024-cü ildə 894 nömrə ilə qeyd edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin ##.##.2025-ci il tarixli, **** saylı məktubundan görünür ki, ##.##.2024-cü il tarixdə ölmüş İslamov Yusif Vasil oğlundan miras qalmış əmlaka dair ##.##.2025-ci il tarixdə vərəsəsi İslamova Vüsalə Yusif qızı “mirasın qəbul edilməsi” barədə ərizə ilə müraciət etmiş, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

7. ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, borclu İslamov Yusif Vasil oğlunun banka olan 1730,54 manat məbləğində əsas borcunu və bu borca görə müvafiq olaraq hesablanmış faiz məbləğini 3 gün müddətində banka ödənilməsi tələb edilmiş, əks halda tərəfindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

8. İddiaçı “xxxx” ASC tərəfindən tərtib edilmiş maliyyə arayışlarında qeyd olunmuşdur ki, İslamov Yusif Vasil oğlunun ##.##.2022-ci il tarixli kart krediti üzrə 117,86 manat əsas borc, 7,84 manat faiz borcu, cəmi 125,7 manat borcu, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1730,54 manat əsas borc, 28,65 manat faiz borcu, cəmi 1759,19 manat borcu vardır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin ##.##.2026-cı il tarixli, *** nömrəli məktubundan görünür ki, ##.##.2024-cü ildə vəfat etmiş İslamov Yusif Vasil oğlundan miras qalmış əmlaka dair qızı İslamova Vüsalə Yusif qızı “mirasın qəbul edilməsi” barədə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, mirasqoyanın adında mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmamış, Sumqayıt şəhəri, Yataqxana 1, məhəllə 41 ünvanda yerləşən *** saylı mənzil (order əsasında) mövcuddur. Bununla bağlı ##.##.2025-ci il tarixdə 119 nömrəsi ilə müvafiq orqana həmin mənzilə Forma 37 arayışının verilməsinə dair sorğu verilmişdir. Lakin bugünə kimi bu barədə heç bir sənəd və ya məlumat notariat ofisinə daxil olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı İddiaçı ASC cavabdehlər İslamova Vüsalə Yusif qızına qarşı iddia qaldıraraq İslamov Yusif Vasil oğlunun vərəsəsi İslamov Vüsalə Yusif qızından İddiaçı ASCnin xeyrinə nağd kredit üzrə 1730,54 manat əsas borc, 28,65 manat faiz borcu olmaqla, cəmi 1759,19 manat məbləğində kredit borcunun, kart krediti üzrə 117,86 manat əsas borc, 7,84 manat faiz borcu olmaqla, cəmi 125,7 manat məbləğində kredit borcunun və ödənilmiş 38,85 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə İslamov Yusif Vasil oğlu arasında ##.##.2022-ci il tarixli, BPM************ nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İslamov Yusif Vasif oğluna illik 22%-lə, 48 ay müddətinə 3450 manat məbləğində nağd kredit verilmişdir. Əlavə olaraq, İddiaçı ASC ilə İslamov Yusif Vasil oğlu arasında ##.##.2022-ci il tarixli, BPM************ nömrəli tam kart müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İslamov Yusif Vasif oğluna illik 24%-lə, 36 ay müddətinə 300 manat məbləğində kart krediti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kreditlərin məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əldə olunan məlumata əsasən, borclu İslamov Yusif Vasil oğlu ##.##.2024-cü il tarixdə vəfat etmişdir. * saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş **** nömrəli məktubdan görünür ki, İslamova Vüsalə Yusif qızının adına * saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən cavabdeh İslamova Vüsalə Yusif qızının ##.##.2025-ci il tarixədək nağd kredit üzrə banka borcu 1730.54 manat əsas borc, ödənilməmiş faiz borcu 28.65 manat borcu olmaqla, cəmi 1759.19 manat təşkil edir. Kart krediti üzrə isə ##.##.2025-ci il tarixədək kart krediti üzrə banka borcu 117.86 manat əsas borc, ödənilməmiş faiz borcu 7.84 mant borcu olmaqla, cəmi 125.7 manat təşkil edir. Cavabdeh mərhum İslamov Yusif Vasil oğlundan qalmış mirası qəbul barədə ərizə ilə müraciət etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın İddiaçı ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə ##.##.2025-ci il tarixində 6-2-22/2 *****/**** nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər.

12. Sumqayıt Şəhər Məhkəməsinin (hakim V.Şirəliyeva) ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı işdə miras qoyan İslamov Yusif Vasil oğluna aid olduğu iddia edilən əmlak kimi yalnız Sumqayıt şəhəri, yataqxana 1, məhəllə 41 ünvanında yerləşən *** saylı yaşayış sahəsi göstərilmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, həmin yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla order əsasında istifadəyə verilmiş, miras qoyanın adına daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmamış, həmin əmlak üzrə çıxarış (mülkiyyət hüququnu təsdiq edən sənəd) mövcud deyildir. Məhkəmə hesab edib ki, order əsasında verilmiş yaşayış sahəsinə yalnız istifadə (yaşayış) hüququ yaradır və mülkiyyət hüququnun yaranmasına səbəb olmur. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatı əsasında yaranır. Miras qoyanın mülkiyyətində olan və özgəninkiləşdirilə bilən əmlak hüququ mövcud olmadığından, həmin yaşayış sahəsi Mülki Məcəllənin 1151-ci maddəsi mənasında miras aktivinə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı hal istisna olmaqla, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Lakin bu norma yalnız miras aktivinin hüquqi baxımdan mövcud olduğu hallarda tətbiq edilir. Miras aktivinin mövcudluğu sübuta yetirilmədiyi halda həmin normanın tətbiqi hüquqi əsasdan məhrumdur, çünki sübutetmə yükünün vərəsə üzərinə keçirilməsi üçün əvvəlcə miras kütləsinin hüquqi baxımdan müəyyən olunması zəruridir. İş üzrə təqdim edilmiş sübutlarla miras qoyanın adına qeydə alınmış daşınmaz və ya daşınar əmlakın, eləcə də digər real aktivlərin mövcudluğu təsdiq olunmadığından iddia təmin edilə bilməz.

14. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 (əvvəlki redaksiya), 442, 443.1, 448.1, 425.1, 1133.1, 1133.2, 1151.1, 1307, 1309-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # #### 2018-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı “xxxx” ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın tam təmin olunması və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 19.5 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini rədd edən məhkəmə qətnaməsi əsassız və qanunsuzdur. Məhkəmə vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsinin olmasına diqqət yetirməmişdir. Belə ki, cavabdeh vəfat etmiş İslamov Yusif Vasil oğlundan qalmış əmlaka dair “mirasın qəbul edilməsi” barədə ərizə ilə notariusa müraciət etmiş həmin ərizə əsasında vərəsəlik işi açılmışdır. Bununla da cavabdeh mirası qəbul etmişdir. Miras qoyanın borclarının mirasdan çox olduğunu cavabdeh sübut etməli olsa da, məhkəməyə mərhumdan qalan miras kütləsinin bununla yekunlaşması barədə heç bir sübut təqdim etməmişdir. Bu isə mülki və mülki-prosessual qanunvericiliyin kobud pozulmasıdır. Eyni zamanda məhkəmə Mülki Məcəllənin 1306.5-ci maddəsinin tələbini nəzərə almamışdır. Belə ki, MM-in 1306.5ci maddəsinin tələbinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Bundan başqa vərəsəlik haqqında şəhadətnamənin mövcud olubolmaması mirasın notarius tərəfindən siyahıya alınması demək deyil. Ona görə də vərəsə vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Məhkəmə öz mülahizəsinə əsasən mərhumdan miras qalmış əmlakı yalnız order əsasında sonuncunun istifadəsində olan mənzillə məhdudlaşdırmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı təcrübəyə əsasən vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. İşə baxan məhkəmə isə miras qoyanın borcunun mirasdan çox olması halını araşdırmadan və sübut olmadan mülki iş üzrə əsassız qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə iş üzrə qərar qəbul edərkən vahid məhkəmə təcrübəsinin tələbini də pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı qərarının (3 ulduzla işarələnmiş) 33-cü bəndində qeyd olunur ki, “Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Yuxarda qeyd edilən hüquq normalarından da görünür ki, vərəsə miras qoyanın borclarını kreditor qarşısında miras aktivi həddində ödəməyə borcludur. Həmçinin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi vərəsələrin üzərinə qoyulmuşdur. Lakin işə baxan məhkəmə bütün bu tələbləri pozaraq, öz mülahizəsinə uyğun qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi nümayəndə2 izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə əsassız və qanunsuz nəticəyə gəlmişdir. Belə ki, kredit müqaviləsi üzrə borc mərhumun vərəsəsindən tutulmalıdır. Məhkəmə qətnaməsindən müvafiq sorğuların verilməsi müəyyən edilmir. Mərhum borcludan hər hansı əmlakın qalmamasını sübut etmək isə cavabdeh tərəfin üzərinə düşür. Mərhumun vəfatından sonra faizlərin hesablanması dayandırılmışdır. İddiada tələb olunan borc məbləği əsas borcdur. Məhkəmə sübutetmə prosesini tərəflər arasında düzgün bölməmişdir. Göstərilənlərə əsasən nümayəndə sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Vüsalə İslamova apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mərhum atasından ona hər hansı miras əmlak qalmamışdır. Onda olan məlumata əsasən bankdan götürülən məbləği mərhum sağlığında qaytarmışdır. Hazırda bankın tələb etdiyi borc məbləği faiz borcudur. Mərhum atasından hər hansı aktiv əmlak qalmamışdır. Sözügedən kredit müqaviləsi üzrə o tərəf, yaxud zamin olmamışdır. Atasından heç bir əmlak qalmadığı halda ondan kredit müqaviləsi üzrə öhdəliyin tələb edilməsi əsassızdır. Mərhum atasından qalan yataqxanada yerləşən otaqdır ki, o da özəlləşməmişdir. Ona görə də həmin əmlak miras əmlak hesab edilə bilməz. Göstərillənlərə əsasən cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir; Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır Madə 739.1. (## ####### 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. (## ####### 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada ) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar; Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti və kreditorların təmin edilməsi zamanı sübutetmə yükü 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli Qərar:

“Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Həmçinin müraciətdə qeyd olunduğu kimi, bu müddət iddia müddətlərinə də aid edilə bilməz. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Yəni iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla tələb hüquqlarına xarakterikdir və hüququn məhkəmə qaydasında realizəsi imkanı üçün nəzərdə tutulmuş müddətlərdir.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərar:

“... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.”

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 0# #### 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır.

23. “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlamağı vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır, hesab edir ki, işə baxan məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edildiyindən, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

27. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı bank hazırkı iş üzrə cavabdehə qarşı ölmüş şəxsin kredit borcunun vərəsələrdən tutulmasını xahiş etmişdir.

28. İş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Hər şeydən əvvəl kollegiya hesab edir ki, mərhum İslamov Yusif Vasil oğlu kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.

30. Baxılan işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə İslamov Yusif Vasil oğlu arasında bağlanmış BPM************ nömrəli, ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana 48 ay müddətində 3450 manat məbləğində kreditdən istifadəyə görə illik 22 faiz ödəmək şərtilə kredit verməyi öhdəsinə götürmüşdür.

31. Yenə işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin ##.##.2025-ci il tarixli, **** saylı məktubundan görünür ki, ##.##.2024-cü il tarixdə ölmüş İslamov Yusif Vasil oğlundan miras qalmış əmlaka dair ##.##.2025-ci il tarixdə vərəsəsi İslamova Vüsalə Yusif qızı “mirasın qəbul edilməsi” barədə ərizə ilə müraciət etmiş, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

32. İddia tələbini rədd edən məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, miras qoyan İslamov Yusif Vasil oğluna aid olduğu iddia edilən əmlak kimi yalnız Sumqayıt şəhəri, Yataqxana 1, məhəllə 41 ünvanında yerləşən *** saylı yaşayış sahəsi göstərilmişdir. Lakin həmin yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla order əsasında istifadəyə verilmiş, miras qoyanın adına daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmamış, həmin əmlak üzrə çıxarış (mülkiyyət hüququnu təsdiq edən sənəd) mövcud deyildir. Miras qoyanın mülkiyyətində olan və özgəninkiləşdirilə bilən əmlak hüququ mövcud olmadığından, həmin yaşayış sahəsi Mülki Məcəllənin 1151-ci maddəsi mənasında miras aktivinə aid edilə bilməz.

33. Birinci instansiya məhkəməsi öz qətnaməsini cavabdehə münasibətdə həm də onunla əsaslandırmışdır ki, borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlakının olması, həmin əmlakın vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul edilməsi, vərəsəlik işinin açılması və sair kimi halların mövcudluğu vərəsələr tərəfindən deyil, vəfat etmiş əsas borclunun kreditoru tərəfindən sübuta yetirilməlidir

34. Kollegiya işə baxan məhkəmənin gəlmiş olduğu nəticə ilə razılaşmır və mövqeyini aşağıdakılarla əsaslandırır.

35. Belə ki, notariat ofisinin müvafiq məktubundan aydın olur ki, ##.##.2024-cü il tarixdə ölmüş İslamov Yusif Vasil oğlundan miras qalmış əmlaka dair ##.##.2025-ci il tarixdə vərəsəsi İslamova Vüsalə Yusif qızı “mirasın qəbul edilməsi” barədə ərizə ilə notariat ofisinə müraciət etmişdir. Bununla da mərhum şəxsin vərəsəsi artıq müəyyən edilmişdir. Bu səbəbdən iddiaçı bankın cavabdehə qarşı hazırkı iddia tələbi əsaslı hesab edilməlidir.

36. Kollegiya qeyd edir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

37. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir.

38. Vərəsəliyə gəldikdə isə bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.

39. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.

40. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir.

41. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur.

42. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir.

43. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailətəminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir.

44. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.

45. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

46. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.

47. “Mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur.

48. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.

49. Bu mənada, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş əşyanın mülkiyyətçisi vəfat edərsə, bu əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun zamansız olması, başqa sözlə, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur.

50. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər

51. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir.

52. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.

53. Kollegiya həmçinin onu da qeyd edir ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Belə olan halda iş üzrə mərhum mirasqoyanın borclarının miras əmlakdan daha çox olmasını sübut etmək yükü cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

54. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

55. MPM-in 119-cu maddəsinin tələbinə əsasən iddia tələbi təmin edildiyindən, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçı bankın xeyrinə tutulmalıdır.

56. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddia tələbinin qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilsin. Cavabdeh İslamova Vüsalə Yusif qızından İddiaçı ASC-nin xeyrinə nağd kredit üzrə 1730,54 manat əsas borc, 28,65 manat faiz borcu olmaqla, cəmi 1759,19 manat məbləğində kredit borcu, kart krediti üzrə 117,86 manat əsas borc, 7,84 manat faiz borcu olmaqla, cəmi 125,7 manat məbləğində kredit borcu tutulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 38.85 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 19.50 manat məbləğində dövlət rüsumu cavabdeh İslamova Vüsalə Yusif qızından İddiaçı ASC-nin tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar