Məhkəmə qərarları › İş №e-2(3-8)-917/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-917/2026

08.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-917/2026 08.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: maddi ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və cavabdeh Cavabdeh iştirakı ilə, Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2985,66 manat pulun və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin cavabdeh Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. ##.##.2022-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. ##.##.2024-cü il tarixli, **-x saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin – OBA Salyan 3 mağazasında çalışdığı zaman, ##.##.2023-cü il və 04.03.024-cü il tarixlərində aparılmış İnventarizasiya(mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 3314 manat 66 qəpik və 2450 manat 83 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya nəticələrinə” dair Aktda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yəümumilikdə 2985 manat 66 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də heç bir ödəniş həyata keçirilməmişdir.

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Şabran Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş və cavabdeh Cavabdeh 2985,66 (iki min doqquz yüz səksən beş manat altmış altı qəpik) manat və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat pul tutulub iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

6. Birinci instansiya məhkəməsi işə Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsaəsn işə sadələşdirilmiş icraat qaydasında baxmış və öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191.1, 194.1, 194.2, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ilə mülki iş üzrə Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxılması qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, İddiaçı MMC ilə ##.##.2022-ci il tarixində bağlanmış əmək müqaviləsi əsasında işə qəbul olunmuş və ##.##.2022-ci il tarixindən etibarən administrator vəzifəsində fəaliyyət göstərmişdir. Tərəflər arasında maddi məsuliyyət barədə müqavilə imzalansa da İddiaçı MMC ilə faktiki əmək münasibətlərinə və müqavilə öhdəliklərinə ##.##.2023-cü il tarixində rəsmən xitam verilmişdir. Bu hal dövlət informasiya sistemi olan "xxxx" (e-sosial) portalından çıxarılmış rəsmi X2 (Müqavilə № *******000103) ilə tam sübuta yetirilir. Lakin iddiaçı İddiaçı MMC birinci instansiya məhkəməsinə reallığı əks etdirməyən və qeyri-mötəbər məlumatlar təqdim edərək, guya əmək müqaviləsinə ##.##.2024-cü il tarixli **-x saylı əmrlə xitam verildiyini iddia etmişdir. İddiaçı bu hüquqi manipulyasiya vasitəsilə onun faktiki olaraq çalışmadığı və hüquqi əlaqəsinin kəsildiyi dövrlərdə, yəni ##.##.2023-cü il və ##.##.2024cü il tarixlərində keçirilmiş daxili inventarizasiya (sayım) nəticəsində yaranmış ümumi çatışmazlıqları asanlıqla onun üzərinə yükləməyə çalışmışdır. Əmək münasibətlərinə rəsmən xitam verildikdən sonra iddiaçı tərəfindən daxili intizam qaydaları pozulmuş, Əmək Məcəlləsinin 87-ci maddəsinin tələblərinə zidd olaraq əmək kitabçası ona qaytarılmamış və qanunsuz olaraq saxlanılmışdır. Həmçinin məhkəmədənkənar qaydada heç bir hüquqi əsası olmayan 5000 manat məbləğində vəsaitin ödənilməsi tələb olunmuş, bundan imtina etdiyi təqdirdə isə subyektiv xarakter daşıyan və qərəzli mahiyyət kəsb edən məhkəmə iddiası qaldırılmışdır. Şabran Rayon Məhkəməsi isə işə iştirakı olmadan, sadələşdirilmiş icraat qaydasında baxmışdır. Qətnamənin mətnindən də aydın olur ki, məhkəmə bildirişi ona çatdırılmamışdır. Məhkəmə onun konstitusion müdafiə və ədalətli məhkəmə araşdırması hüququnu məhdudlaşdıraraq, dövlət reyestrinin obyektiv məlumatlarını araşdırmadan, yalnız iddiaçının təqdim etdiyi daxili sənədlərə istinadən əleyhinə, 2985,66 manat məbləğində pulun tutulması barədə əsassız qətnamə qəbul etmişdir. Göstərilən maddi və prosessual qüsurlara görə birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız hesab edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsində məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Həmçinin bildirir ki, 2024-cü il tarixdə İddiaçı MMC-də işləməmiş, Salyan-3 mağazasında isə ümumiyyətlə işləməmiş, həmin mağazanın harada yerləşməsi barədə məlumatı yoxdur. Lakin qarşı tərəf iddia ərizəsində 2024-cü ildə Salyan-3 mağazasında işlədiyini qeyd etmişdir. O, Sumqayıt şəhəri, “Sevgilim” şadlıq sarayının yanında yerləşən Sumqayıt-25 mağazasında işləmişdir. Sumqayıt şəhərində yerləşən marketdə təhvil-təslim zamanı borc qeyd olunmamış, lakin 2023-cü ildə mağazada işdən öz arzusu ilə azad olunmağı üçün ərizə ilə müraciət etmiş, həmin zaman ondan 5000 manat tələb etmişdirlər. İşdən azad olunma barədə ərizəni 2023-cü ildə vermiş, hansı ayda verdiyini xatırlamır. Xeyli vaxt keçdiyindən tarixi unutmuşdur. Sumqayıt mağazasının inventarizasiyasında iştirak etmiş, hər hansı çatışmazlığın olduğunu bildirməmişdirlər. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, ola bilsin ki, üzərindən çox vaxt keçdiyindən işdən çıxma vaxtını düzgün ifadə etməmişdir. ##.##.2024-cü il tarixli işdən azad olunma barədə ərizədəki imza ona məxsusdur. ##.##.2024-cü ilədək əmək haqqı almışdır. İşlədiyi müddətdə əmək haqqı almışdır. ##.##.2023-cü il tarixli birinci inventarizasiya zamanı qeydə alınan 3314.66 manat kəsrlə bağlı maaşından tutulmalar olmuşdur. Aylıq 650 manat maaşından 300 manat tutulmalar olmuş, ona görə də iddia olunan məbləğlə razı deyil, əmək haqqından tutulmalar nəzərə alınmamışdır. 1-ci invertarizasiyada qeydə alınmış kəsrlə razı olmuşdur. Təhvil-təslimdə iştirak etmişdir. İkinci invertarizasiyadan sonra ona sayımın nəticələri barədə məlumat verilməmiş, şirkətə yaxınlaşmış, şirkətin əməkdaşları tərəfindən 5000 manat tələb edilmiş, həmin məbləği ödəmədiyi təqdirdə əmək kitabçasını, məzuniyyət pulunu verməyəcəklərini, əlavə olaraq məhkəmədə iddia qaldıraraq 15000 manat alacaqlarını bildirmişlər. İkinci invertarizasiya yoxlamasında iştirak etmişdir. Lakin ondan 5000 manat tələb etdiklərinə görə akta imza etməmişdir. Onun da əmək haqqından 20 faiz tutulmuşdur. Əvvəlcə satıcı-kassir vəzifəsində işləmiş, administrator kimi isə mağazanı idarə etmiş, məhsulları təhvil almış, işçilərə nəzarət etmişdir. Məhsulları həm o, həm də satıcı təhvil almışdır. Əmək haqqından 20 faiz tutulmuş, hər ay 120 manat çıxılmışdır. Aldığı maaş məbləği dəyişkən olduğundan, eyni zamanda, həmin vaxtdan xeyli keçdiyindən hazırda dəqiq nə qədər tutulma olduğunu xatırlamır.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddia ərizəsində Salyan-3 mağazasının qeyd olunması texniki səhvdir, cavabdeh Sumqayıt-25 mağazasında işləmişdir. Əmək haqqından tutulmaların olduğunu təsdiq etmir. Cavabdeh ##.##.2022ci il tarixdə satıcı-kassir işə qəbul olunmuş, ##.##.2022-ci il tarixdə adminsitrator vəzifəsinə keçirilmiş, ərizə ilə müraciət edərək öz təşəbbüsü ilə işdən azad olmuşdur. ##.##.2023-cü il tarixli birinci inventarizasiya zamanı 3314.66 manat çatışmazlıq aşkar edilmiş, cavabdeh yekun sənədləri imzalamış, kəsri qəbul etdiyini bildirmişdir. İşdən ayrılması ilə əlaqədar son təhvil-təslim yoxlaması ##.##.2024-cü il tarixdə keçirilmiş, cavabdeh özü şəxsən iştirak etmiş, yekun aktı imzalamqdan imtina etmiş, bununla bağlı cavadehə həm şifahi qaydada, həm də ##.##.2026-cı il tarixli məktubla yazılı qaydada xəbərdarlıq olunmuş, aktın imzalanması təklif edilmişdir. Qarşı tərəf inventarizasiya aktını imzalamaqdan imtina etdiyindən komissiya üzvləri tərəfindən imtina aktı tərtib olunmuşdur. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Cavabdeh administrator vəzifəsində çalışmaqla tam maddi məsul şəxs olmuş, bununla bağlı müqaviləni imzalamışdır. Bununla yanaşı, məhkəməyə təqdim etdiyi Ali Məhkəmənin qərarında qeyd olunur ki, inventarizasiya aktını imzalamaqla kəsrin olduğunu qəbul etmiş şəxs əgər məhsul çatışmazlığının onun təqsirindən baş vermədiyini bildirirsə, bu zaman sübutetmə yükü cavabdehin üzərinə düşür. İki inventarizasiya zamanı qeydə alınan kəsr məbləği əslində daha böyük olmuş, lakin məhkəmədə iddia qaldırılan zaman bütün hallar nəzərə alınaraq cavabdehə güzəşt olunmuş və daha az məbləğ tələb olunmuşdur. İnventarizasiya yoxlaması qanunvericiliyə uyğun qaydada keçirilmişdir. Onlarda cavabdehin məhsulu mənimsəməsinə dair sübutlar yoxdur, olduğu təqdirdə hüquq mühafizə orqanlarına müraciət edərdilər. Cavabdeh tam maddi məsul şəxs olmuşdur, o hələ də malın hansı səbəbdən mövcud olmadığını izah edə bilməmiş, sadəcə malın mövcud olmadığını etiraf etmişdir. Əmək haqqında tutulmalar olması ilə bağlı izahatı isə sadəcə müdafiə xarakterli izahatdır, həqiqətə uyğun deyil. Güzəştləri inventarizasiya şöbəsi tətbiq etmişdir, iddia ərizəsində yekun məbləği göstərmişlər. Əmək haqqından tutulmalar olmasına razılıq verməsi barədə ərizəsi mövcud olmamışdır. Məbləğin hissəhissə ödənilməsi ilə bağlı saziş bağlaya bilərlər, lakin məbləğ barədə kifayət qədər güzəşt olunmuşdur.

İşdə olan sübutlar

13. İş materiallarından görünür ki, Cavabdeh ilə işəgötürən İddiaçı MMC arasında ##.##.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, Cavabdeh satışıcı-nəzarətçi, kassir vəsifəsinə işə qəbul edilmiş, onunla işəgötürən arasında ##.##.2022-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, ##.##.2022-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilmiş və administrator vəzifəsinə təyin edilmişdir.

14. ##.##.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh ərizə ilə müraciət edərək ##.##.2024-cü il tarixdən əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir.

15. ##.##.2024-cü il tarixli, ** saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsinə ##.##.2024-cü il tarixindən Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X2 ##.##.2024-cü ildə sistemə daxil edilmişdir.

16. İnventarizasiyanın nəticələrinə dair ## ###### 2023-cü il tarixli aktın surətindən görünür ki, ##.##.2023-cü il tarixində Oba-Sumqayıt 25 mağazasında aparılan yoxlama zamanı 3314,66 manat məbləğində çatışmazlıq aşkar olunmuş, cavabdeh həmin akta imza edərək, nəticə ilə razılaşmışdır.

17. ##.##.2024-cü il tarixdə imzalanmış ##.##.2023-cü il tarixli iltizamnamədən görünür ki, kənarlaşması olan mallara dair məlumatlar və sənədlər sistem üzərindən tam yoxnaıldıqdan sonra 3314,66 manat əksik kənarlaşma aşkar olunmuş, iltizamnamə cavadbeh tərəfindən “etirazım yoxdur“ qeyd edilməklə imzalanmışdır.

18. İnventarizasiyanın nəticələrinə dair ## ##### 2024-cü il tarixli aktın surətindən görünür ki, ##.##.2024-cü il tarixində Oba-Sumqayıt 25 mağazasında aparılan yoxlama zamanı 2450,83 manat məbləğində çatışmazlıq aşkar olunmuşdur. Cavabdeh həmin akta imza etməmişdir.

19. ##.##.2024-cü il tarixli imtina aktından görünür ki, Oba-Sumqayıt 25 mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh Xubyar oğlunun iştirakı ilə ##.##.2024-cü il tarixinə inventarizasiya keçirilmiş, çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənıədlər toplanmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamış və heç bir səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-2450,82 AZN) yaranması səbəbləri barıədə izahat verməkdən imtina etmişdir.

20. ##.##.2024-cü il tarixdə imzalanmış iltizamnamədən görünür ki, Oba-Sumqayıt 25 mağazasında aparılan inventarizasiya zamanı maddi məsul şəxs sayım prosessində iştirak etmiş və sayımın qaydalara uyğun keçirildiyini təsdiqləmişdir.

21. ##.##.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işılərinin nəticəsi olaraq hesabında ##.##.2023-cü il tarixində 3314,66 manat və ##.##.2024-cü il tarixində 2450,83 manat çatışmazlıq müəyyən edilmişdir. Satış dövriyyəsi qarşılandığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əksikgəlmələrə görə ümumi olaraq 2985,66 manat borcu qalmışdır.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərərin vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194.1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

199. 1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

25. Məhkəmə kollegiyası tərəfindən Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyasının iclasında müəyyən edimişdir ki, cavabdeh Cavabdeh ilə işəgötürən iddiaçı İddiaçı MMC arasında ##.##.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, Cavabdeh satışıcı-nəzarətçi, kassir vəsifəsinə işə qəbul edilmişdir. Həmçinin, onunla işəgötürən arasında ##.##.2022-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, ##.##.2022-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilmiş və administrator vəzifəsinə təyin edilmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçı iləəmək münasibətlərinə və müqavilə öhdəliklərinə ##.##.2023-cü il tarixində rəsmən xitam verildiyini iddia etsə də bu hal öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh ərizə ilə müraciət edərək ##.##.2024-cü il tarixdən əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmiş, ##.##.2024-cü il tarixli, ** saylı əmrlə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X2 ##.##.2024-cü ildə sistemə daxil edilmişdir.

28. Həmçinin, iş materialları ilə müəyyən edilr ki, cavabdehin işlədiyi müddət ərzində, yəni ##.##.2023-cü il tarixində, administratoru olduğu Oba-Sumqayıt 25 mağazasında aparılan yoxlama zamanı 3314,66 manat məbləğində çatışmazlıq aşkar olunmuş və həmin çatışmazlıq ## ###### 2023-cü il tarixli aktla rəsmiləşdirilmiş, cavabdeh də həmin akta imza edərək, nəticə ilə razılaşmış, o cümlədən iltizamnaməyə imza edərək, 3314,66 manat kənarlaşmaya dair etirzının olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh həmin kənarlaşma ilə məbləği ilə razı olduğunu bildirməklə, həmin məbləğin müəyyən hissəsinin əmək haqqından tutulduğunu iddia etsə də buna dair ziddiyyətli izahatlar vermişdir. Belə ki, cavabdeh həmin məbləğ üzrə əmək haqqında gah ayda 300 manat, gah da əmək haqqısının 20 faizi olmaqla, 120 manat tutulduğunu iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı tərəf isə bu halı təsdiq etməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası nəzərə alımışdır ki, həmin inventarizasiyanın nəticələrinin rəsmiləşdiirlməsindən sonra cavabdeh cəmi 5 ay işləmişdir. Yəni, cavabdehin iddia etdiyi kimi əmək haqqından aylıq 300 manat tutulduğu qəbul edildiyi halda 2000 manatadək, 120 manat tutulduğu qəbul edildiyi halda isə 2500 manadan çox əksik məbləğin olmasını cavabdeh dolayısı ilə təsdiq etməkdədir. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında müəyyən edimişdir ki, cavabdehin işdən azad olunma barədə ərizəsinə müvafiq olaraq onun işlədyi mağazada sonuncu dəfə, yəni ##.##.2024-cü il tarixində yoxlama aparılmış və aparılan yoxlama zamanı 2450,83 manat məbləğində çatışmazlıq aşkar olunmuşdur. Cavabdeh həmin akta imza etməmiş və həmin əksik məbləğə görə izahat verməkdən imtina etmişdir ki, onun bu imtinası işəgötürən tərəfindən aktlaşdırılmışdır. Hərçənd ki, ##.##.2024-cü il tarixdə imzalanmış iltizamnamədən görünür ki, Oba-Sumqayıt 25 mağazasında aparılan inventarizasiya zamanı maddi məsul şəxs sayım prosessində iştirak etmiş və sayımın qaydalara uyğun keçirildiyini təsdiqləmiş, lakin yoxlamanın nəticələrini hər hansı bir əsas gətirmədən imzalamaqdan imtina etmişdir.

29. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabehin işlədiyi müddət ərzində iddiaçıya tələb olunan məbləğdə zərər vurması iş materialları ilə təsdiq olunmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar