Məhkəmə qərarları › İş №e-2(3-8)-928/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-928/2026

30.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-928/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 100000 ABŞ dolları, 8 il 6 ay ərzində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş inflyasiyasının 7,25 faizi miqdarında 62350 ABŞ dolları olmaqla, cəmi 162350 ABŞ dollarının məhkəmə qətnaməsi qəbul olunan gündən valyuta məzənnəsinə uyğun olaraq manatla, vəkilin göstərdiyi hüquqi yardıma görə 320 manat, vurulmuş mənəvi zərərə görə isə 10000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim ELman Məmmədov) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 98884 ABŞ dolları əsas borc, 39553,6 ABŞ dolları faiz borcu olmaqla, cəmi 138437,6 ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və hüquqi yardıma görə ödənilmiş 320 manat xərcin alınaraq iddiaçı İddiaçı verilməsi və iddia tələbinin vurulmuş mənəvi zərərə görə 10000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin olunmaması qərara alınmışdır. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və ##.##.2025-ci il tarixli, 2(012)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilərək, mülki işin baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, 2(3-8)-609/2026 nömnrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsinə yenidən baxılması üçün mülki işin Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixində vermiş olduğu apellyasiya şikayətinin ona əlavə edilmiş müddətin bərpa edilməsinə dair ərizə ilə birlikdə geri qaytarılması qərara alınmışdır. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununda iddiaçı İddiaçı məhkəməyə iddia ərizəsi təqdim edərkən hər hansı qanuni əsas olmadan dövlət rüsumunun ödənilməsini təmin etmədiyini və «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə istinad edərək, dövlət rüsumunun ödənilməsindən yayındığını, hazırkı məhkəmə aktı üzrə apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumunun ödənilib-ödənilməməsinə dair mübahisə mövcud olduğunu bildirmiş və Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Halbuki iddiaçı İddiaçı «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə istinad edərək, iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunu ödəməkdən azad olunduğunu bildirməkdə haqlı olmuşdur. Belə ki, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı 1989-cu il tarixdən Ermənistandan qaçqın düşərək Azərbaycana gəlmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı İddiaçı iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunun ödənilməsindən azad edilməsi cavabdeh Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməkdən azad etmir. Cavabdeh Cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün 262,7 manat dövlət rüsumu ödənilməlidir. Cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(012)- ****/**** saylı qərardadından ##.##.2026-cı il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** saylı, ##.##.2026cı il qərardadının məcburiliyinə riayət edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh şikayəti belə əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** saylı, ##.##.2026-cı il qərardadı ilə şikayət qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qərardadının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsinə yenidən baxılması üçün mülki işin Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Təəssüf ki, məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyinə əhəmiyyət vermədən belə qənaətə gəlmişdir ki, guya “cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununda iddiaçı İddiaçı məhkəməyə iddia ərizəsi təqdim edərkən hər hansı qanuni əsas olmadan dövlət rüsumunun ödənilməsini təmin etmədiyini və «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə istinad edərək, dövlət rüsumunun ödənilməsindən yayındığını, hazırkı məhkəmə aktı üzrə apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumunun ödənilibödənilməməsinə dair mübahisə mövcud olduğunu bildirmiş və Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Halbuki iddiaçı İddiaçı «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə istinad edərək, iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunu ödəməkdən azad olunduğunu bildirməkdə haqlı olmuşdur. Belə ki, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı 1989-cu il tarixdən Ermənistandan qaçqın düşərək Azərbaycana gəlmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı İddiaçı iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunun ödənilməsindən azad edilməsi cavabdeh Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməkdən azad etmir”. İlk növbədə qeyd edir ki, mülki prosessual qanunvericiliyin əsas tələblərindən biri də budur ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Halbuki məhkəmə ##.##.2026-cı il tarixdə tərəfindən verilmiş apellyasiya şikayətinin və ona əlavə edilmiş prosessual müddətin bərpasına dair ərizənin geri qaytarılmasına dair qərardad qəbul etməmiş, əksinə ##.##.2026-cı il tarixə, ##.##.2026-cı il tarixə və ##.##.2026-cı il tarixə ərizəyə baxış prosesi müəyyən etməklə prosessual müddətin bərpasına dair ərizəyə baxmışdır. Hesab edir ki, məhkəmə 1 aya yaxın müddət ərzində ərizəyə baxarkən ərizəsində göstərilən xüsusatları araşdırmaq əvəzinə apellyasiya şikayətinin dəlilərinə əsasən mülki iş üzrə yol verdiyi prosessual pozuntuları aradan qaldırmaq məqsədilə mötəbər olmayan sübutların təqdim olunmasına şərait yaratmış və nəticədə onun məhkəmə müdafiəsi təminatını məhdudlaşdırmaqla düzgün hüquqi mövqedə olmamışdır. Belə ki, məhkəmə iddiaçı tərəfin iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən hər hansı mötəbər sübut təqdim olunmadığından onun dövlət rüsumundan azadolma əsaslarının olub-olmamasını araşdırmadan iddia ərizəsini icraatına əsassız olaraq qəbul edərək mülki iş kimi mahiyyəti üzrə baxmış və qanunsuz yekun qərar qəbul etmişdir. Bu səbəbdən də məhkəmə onun apellyasiya şikayətində dəlil kimi göstərdiyi bu xüsusatı aradan qaldırmaq üçün sonradan, yəni mülki iş üzrə yekun qərar qəbul etdikdən sonra ##.##.2026-cı il tarixdə iddiaçının qeyri-hökumət təşkilatının üzvü olmasına dair vəsiqəyə, hətta ##.##.2026-cı il tarixdə elektron məhkəmə portalına yerləşdirilmiş, sübutun mötəbərliyi məhkəmə tərəfindən qiymətləndirilməyən sair sübutlara istinad etməklə hazırkı qərardadı əsaslandırmağa çalışmışdır. Halbuki mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır və məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi məhkəmə hazırkı mülki iş üzrə yekun qərar qəbul edərkən özünün ##.##.2025-ci il tarixli qətnaməsində də iddiaçının dövlət rüsumundan azad olunmasına dair hər hansı sübuta əsaslanmamışdır. Əksinə, iddiaçı tərəfindən elektron məhkəmə portalı vasitəsilə verilmiş elektron iddia ərizəsindən görünür ki, o, iddia ərizəsinin başlığını “İddianın təmin etmə tədbirinin edilməsi haqqında ərizə” kimi, dövlət rüsumunun ödənilməsi haqqında məlumatı isə “X2 Azaddır - İcra üzrə icraat zamanı borclunun və ya onun əmlakının tapılması ilə əlaqədar elan olunmuş axtarış üzrə xərcləri ödəməkdən borclu imtina etdikdə və ya yayındıqda, tələbkar tərəfindən çəkilmiş xərclərin əvəzinin ödənilməsi barədə iddialar üzrə — tələbkar” kimi qeyd etdiyi halda, iddia ərizəsinə əlavə olunan sənədlərdə qanunvericiliklə təsdiq olunmuş iddia ərizəsinin nümunəsinə uyğun olaraq tərtib olunmuş ərizənin 5.9-cu bəndində mülki iş üzrə hər hansı mötəbər sübut təqdim etmədən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən “məhkəmədə verilən iddialar üzrə — şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobil AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar” kimi qeyd aparmışdır. Bu səbəbdən də hazırkı məhkəmə aktı üzrə apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumunun ödənilib-ödənilməməsinə dair mübahisə doğurduğundan dövlət rüsumunun ödənilməsi onun tərəfindən icra edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə apellyasiya şikayətinin prosessual müddətin bərpa edilməsinə dair onun tərəfindən verilmiş ərizəyə baxarkən qəbul etdiyi ##.##.2026cı il tarixli qərardadında, həmçinin həmin qərardadın ləğv edilməsinə dair şikayətinə baxarkən qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadında onun dövlət rüsumu ödəməli olduğu qənaətində olmamış və bu barədə hər hansı əsaslandırılmış mövqe irəli sürülməmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, məhkəmənin qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilən “cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş müddətin bərpa edilməsinə dair ərizə ilə birlikdə geri qaytarılmalı, apellyasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müddətin bərpasına dair ərizə əlavə edilməklə qətnamədən apellyasiya şikayəti ilə müraciət etmək hüququ izah olunur” kimi mövqeyi qanunsuz və əsassızdır. Məhkəmə apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamış, dövlət rüsumuna dair hər hansı prosessual pozuntu olduğunu müəyyən etməmiş, hazırkı günədək qəbul etdiyi prosessual qərarlarda bu barədə əsaslandırma aparmamışdır. Təəssüf ki, məhkəmə prosessual müddətin bərpasına dair ərizəyə yenidən baxılmasının məcburiliyini nəzərə almadan MPM-in 363-cü maddəsinə istinad etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə sözügedən imperativ xarakterli prosessual hüquq normasını pozmaqla Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** saylı, ##.##.2026-cı il qərardadının məcburiliyinə əhəmiyyət verməmiş və məhkəmə iddiaçı tərəfindən məhkəmənin yekun aktı qəbul edildikdən sonra elektron məhkəmə portalına yerləşdirilən, mötəbərliyi məhkəmə tərəfindən tərəflərin çəkişməsi və bərabərliyi prinsipləri əsasında qiymətləndirilməyən materiallara istinad etməkdə haqlı olmamışdır. Məhkəmə iddiaçı tərəfindən məhkəmənin yekun aktı qəbul edildikdən sonra elektron məhkəmə portalına yerləşdirilən, mötəbərliyi məhkəmə tərəfindən tərəflərin çəkişməsi və bərabərliyi prinsipləri əsasında qiymətləndirilməyən materiallara istinad etməkdə haqlı olmamışdır. Qeyd olunanlara əsasən o, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(012)- ****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(012)- ****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənn 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100000 manatdan 1000000 manatadək olduqda qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 390 manat və əlavə olaraq 100000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi miqdarında dövlət rüsumu ödənilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Hazırki işdən görünür ki, iddiaçı iddia tələbində 162350 ABŞ dolları (275995 manat) və 10000 manat mənəvi zərər tələb etmişdir. Belə olan halda ödənilməli məbləğ 576 manat olduğundan, apellyasiya şikayəti verilərkən həmin məbləğin 50% hissəsi, yəni 288 manat rüsum ödəməlidir. Lakin, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərəkən qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməmiş, buna dair qəbzi şikayətə əlavə etməmişdir. Şikayətin sonunda dövlət rüsumundan azad edilməsi qeyd edilmişdir. Halbuki, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. İddiaçının dövlət rüsumunu ödəməkdən azad olub-olmaması məsələsi ilə hazıkı icraatın predmetinə aid olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin prosessual müddətin bərpasına dair ərizəyə yenidən baxılmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** saylı, ##.##.2026-cı il qərardadının məcburiliyi ilə bağlı şikayətin dəlilinə münasibətdə isə qeyd edir ki, dövlət rüsumunun ödənilməməsi şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə mahiyyəti üzrə baxılmasını istisna etməklə yanaşı, buraxılmış prosessual müddətin baxılmasına dair ərizəyə baxılmasına dair yuxarı instansiya məhkəməsinin göstərişi geniş mənada həmin ərizəyə baxılması üçün həmçinin prosessual əsaslar olub-olmamasını yoxlamanı da özündə ehtiva etməkdədir. Buna görə də məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası şikayətçinin nəzərinə çatdırır ki, apellyasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müddətin bərpasına dair ərizə əlavə edilməklə, qətnamədən apellyasiya şikayəti ilə müraciət etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar