Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-933/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh ##.##.2019-cu il tarixli, CC/*****/**/** saylı müqaviləyə əsasən 2687.45 manat əsas, 18.81 manat faiz, cəmi 2706.26 manat və 48 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 149.2.4 və 152.1.6-cı maddələrinə istinad edərək, iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilməməsi əsası ilə iddia ərizəsini geri qaytarmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı İddiaçı ASC-nin nümayəndəsi X2 qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(*-***)-****/**** nömrəli qərardadının ləğv edilərək, icraata götürülməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2019-cu il tarixli kredit müqaviləsində, nə də qanunvericilikdə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydasına riayət edilməsinə dair hər hansı məcburi və ya imperativ müddəa nəzərdə tutulmamışdır. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2015ci il tarixli, *(***)-****/** saylı qərarını da qeyd etmək olar. Həmin qərarda göstərilmişdir ki, “cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatın iddia ərizəsində göstərilməsi yalnız o halda məcburidir ki, bu müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuş olsun. Əgər pretenziya qaydasına riayət edilməsinin məcburiliyi müqavilədə və ya qanunda nəzərdə tutulmamışdırsa, bu zaman həmin qaydaya riayət edilməsi barədə məlumatın iddia ərizəsində göstərilib-göstərilməməsi, iddia ərizəsinə bu barədə sənəd əlavə edilibedilməməsi iddiaçının öz mülahizəsindən asılıdır. Yuxarıda qeyd edilənlərə əsasən yekun olaraq bu nəticəyə gəlmək olar ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** saylı qərardadı prosessual hüquq normalarını pozmaqla yanaşı əvvəllər formalaşmış məhkəmə təcrübəsinin də ziddinə olaraq qəbul edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə geri qaytarır. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı qeyd olunan hüquqi mövqe nəzərə alındıqa, yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin ləğvi tələbinin irəli sürülməsi üçün Mülki Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan pretenziya qaydasına riayət edilməsi zəruri hesab olunur. Əks halda nəiniki müqavilənin ləğvi tələbinin irəli sürülməsi üçün müvafiq pretenziya qaydasına riayət edilməsinə, hətta müqavilənin ləğv edilməsi tələbinin irəli sürülməsinə də zərurət olmamaqla, mübahisə tərəfi üçün müqavilənin ləğv edilməsi ilə əlaqədar yaranmış öhdəliklərlə bağlı tələblərin irəli sürülməsi də kifayət etmiş hesab olunur. Hazırkı mübahisə üzrə isə iddiaçının tələbi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı ilə əlaqədar müqavilənin ləğvi ilə əlaqədar olmamaqla, ikitərəfli müqavilədə öhdəliyin icra edilməməsi ilə əlaqədar iddiaçının müqavilədən imtinası ilə bağlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı və həmin qərardadla bağlı ##.##.2026 il tarixli 2(5-155)-3393/2026 nömrəli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı İddiaçı ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-8)-933/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-933/2026
30.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver