Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-975/2026 25.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçının nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nağıyev Babaxan Əli oğlunun vərəsələri cavabdeh1, cavabdeh3 və cavabdeh2 iddiaçı İddiaçı ASC-nin xeyrinə ##.##.2023-cü il tarixli CL-EE********* nömrəli kredit müqaviləsinə əsasən 1811,08 manat əsas borcu olmaqla, cəmi 1811,08 manat məbləğində borc, ##.##.2023-cü il tarixli CL-EE********* nömrəli kredit müqaviləsinə əsasən 17514,7 manat əsas borc və 21,8 manat məbləğində cərimə borcu olmaqla, cəmi 17536,5 manat məbləğində borc və ##.##.2023-cü il tarixli BPM************ nömrəli kredit müqaviləsinə əsasən 4128,43 manat əsas borc olmaqla, cəmi 4128,43 manat kredit borcu, ödənilmiş 160,41 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Nağıyev Babaxan Əli oğlu arasında bağlanan ##.##.2023-cü il tarixli CL-EE********* nömrəli kredit müqaviləsinə əsasən Nağıyev Babaxan Əli oğluna illik 13,9 %-lə, 24 ay müddətinə 18625 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC ilə Nağıyev Babaxan Əli oğlu arasında bağlanmış CL- EE********* nömrəli, ##.##.2023-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən, Nağıyev Babaxan Əli oğluna 59 ay müddətinə, illik 16,9 faiz dərəcəsi hesablanmaqla 20300 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Nağıyev Babaxan Əli oğlu arasında bağlanmış BPM************ nömrəli, ##.##.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, Nağıyev Babaxan Əli oğluna 36 ay müddətinə, illik 24 faiz dərəcəsi hesablanmaqla 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əldə olunan məlumata əsasən, Nağıyev Babaxan Əli oğlu ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Nağıyev Babaxan Əli oğlunun vərəsələri cavabdeh1, cavabdeh3 və cavabdeh2 mirası qəbul etmək üçün notariat ofisinə müraciət etmişdirlər. Notarius tərəfindən 2V-*** reyestr nömrəli ##.##.2025- ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak 309013024052- ***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Şirvan-Yaşma” B/Y 311 ünvanında yerləşən ümumi sahəsi 45,4 kv/m olan bağ evindən və ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarətdir. Təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən, Nağıyev Babaxan Əlioğlunun Banka ödənilməmiş ##.##.2023-cü il tarixli CLEE********* nömrəli kredit müqaviləsinə əsasən 1811,08 manat əsas borcu olmaqla, cəmi 1811,08 manat kredit borcu qalmışdır. Təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən, Nağıyev Babaxan Əli oğlunun ##.##.2023-cü il tarixli CL-EE********* nömrəli kredit müqaviləsinə əsasən banka ödənilməmiş 17514,7 manat əsas borcu, 21,8 manat məbləğində cərimə borcu olmaqla, cəmi 17536,5 manat kredit borcu qalmışdır. Təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən, Nağıyev Babaxan Əli oğlunun ##.##.2023-cü il tarixli BPM************ nömrəli kredit müqaviləsinə əsasən banka ödənilməmiş 4128,43 manat əsas borcu olmaqla, cəmi 4128,43 manat kredit borcu qalmışdır. Cavabdehlər mərhum Nağıyev Babaxan Əli oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın İddiaçı ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə ##.##.2025-ci il tarixində *-*-**/*-*****/**** nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 160,41 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddia tələbinin təmin edilməsi, cavabdehlər Nağıyev Babaxan Əli oğlunun vərəsələri olan cavabdeh3, cavabdeh2 və cavabdeh1 ##.##.2023-cü il tarixli CL-EE********* nömrəli kredit müqaviləsinə əsasən 1811,08 manat əsas borc, ##.##.2023-cü il tarixli CL- EE********* nömrəli kart krediti müqaviləsinə əsasən 17514,7 manat əsas və 21,8 manat məbləğində cərimə borcu, ##.##.2023-cü il tarixli BPM************ nömrəli kart krediti müqaviləsinə əsasən 4128,43 manat əsas borc olmaqla, ümumilikdə 23476,01 manat pul, 160,41 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,4 manat bank xidmət haqqının əvəzi tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməməsi və bunun nəticəsində iddiaçının qarşısında icra edilməmiş öhdəlik yaranması, cavabdehlər borclunun vərəsələri olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında əsas borcunu vaxtında ödəməməsi, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas borcunu tələb etmək hüququnun yaranması ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atası Nağıyev Babaxan Əli oğlu “Azneft” İB “Neft Daşları” NQÇİ-də mühəndis vəzifəsində işləmişdir. Qəfil onkoloji xəstəliyə tutulmuş, əməliyyat olunmuşdur. Mərhum onkoloji xəstəlikdən deyil, əməliyyatdan sonra ürək çatışmazlığından ##.##.2024-ci il tarixdə vəfat etmişdir. O, anası və qardaşı atasının vərəsələridir. Atasının vəfatından sonra onun iş yerindən əmək qanunvericiliyinə əsasən ailəyə müavinət verilmişdir. Həmin müavinət mərhumun yasına, dəfninə, qəbrinə, baş daşına xərclənmişdir. Həmin müavinət iddiaçının iddia etdiyi kimi miras əmlak hesab edilə bilinməz. Mərhum atasından onlara Yaşma bağlar ərazisində 0,6 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 45,4 kv.metr olan bağ evi miras qalmışdır. Atasının vərəsələri olaraq həmin bağ evini miras olaraq qəbul etmişlər. Atasının banka kredit borcu vardır. Hesab edir ki, cavabdeh qarşısında qəbul etdiyi miras əmlakın dəyərinə münasib həcmdə məsuliyyət daşıyırlar. Ona görə də hesab edir ki, atasından miras qalmış bağ evinin dəyəri müəyyən edilməli və həmin həmin həcmdə iddia təmin edilməlidir. Məhkəmə yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalı olduğu halda, ehtimallara əsaslanmışdır. Məhkəmə faktiki halları aydınlaşdırmış və düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kreditin məbləğini, miras əmlakın vərəsələr tərəfindən qəbul edildiyini aydınlaşdırmış, lakin mirasın dəyəri ilə kredit məbləğinin tərs mütənasib olduğunu aydınlaşdırmamışdır. Nə iddiaçı, nə də məhkəmə tərəfindən miras əmlak dəyərləndirilib qiyməti müəyyənləşdirilməmişdir. Qətnamədə bank kreditinin vərəsələrdən tutulması qət edilmişdir. Lakin qəbul etdiyi mirasa diqqət yetirilməmişdir. Nə iddiaçı, nə də məhkəmə tərəfindən miras əmlak dəyərləndirilib qiyməti müəyyənləşdirilməmişdir. O işiylə əlaqədar məhkəmə iclasında iştirak edə bilməmişdir. Lakin iştirak etdiyi məhkəmə iclasında qəbul etdikləri mirasın həcmində bank qarşısında məsuliyyət daşıdığını bildirmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
12. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh cavabdeh2 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
14. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməməsi və bunun nəticəsində iddiaçının qarşısında icra edilməmiş öhdəlik yaranması, cavabdehlər borclunun vərəsələri olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında əsas borcunu vaxtında ödəməməsi, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas borcunu tələb etmək hüququnun yaranması ilə əsaslandırmışdır.
15. Cavabdeh cavabdeh2 birinci instansiya məhkəməsinin gəldiyi nəticədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. İşdən görünür ki, mərhum Nağıyev Babaxan Əli oğlunun İddiaçı ASC ilə bağlamış olduğu ##.##.2023-cü il tarixli CL-EE********* nömrəli, ##.##.2023-cü il tarixli CL-EE********* nömrəli və ##.##.2023-cü il tarixli, BPM************ nömrəli kredit müqavilələri üzrə öhdəlik münasibətləri yaranmış, Nağıyev Babaxan Əli oğlu ##.##.2024-cü il tarixdə ölmüş, ##.##.2025ci il tarixli, 2V-*** reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2024-cü il tarixdə ölmüş Nağıyev Babaxan Əli oğlunun vərəsələri arvadı cavabdeh1, oğlu cavabdeh3 və oğlu cavabdeh2dur. Miras əmlak “Azneft” İB “Neft Daşları” NQÇİ-nin verdiyi ##.##.2025-ci il tarixli, **-*-*-*/*-***/**** nömrəli məktuba əsasən 1183 manat və ##.##.2025-ci il tarixli, **-*-*-*/*-***/*** nömrəli məktuba əsasən 9809,56 manat pul məbləğindən ibarətdir. ##.##.2025-ci il tarixli, 2V-*** reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə əsasında verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi idarəsi tərəfindən ##.##.2019-cu il tarixdə Nağıyev Babaxan Əli oğluna verilmiş 309013024052-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, "Şirvan-Yaşma” B/Y 311 ünvanında yerləşən ümumi sahəsi 45,4 kv.m olan bağ evindən və ümümi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarətdir, iddiaçı həmin kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehlərdən tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdeh cavabdeh2 tərəfindən mübahisələndirilmiş və borcun miras əmlakın həddi miqdarında tutulmasını xahiş etmişdir.
18. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 743-cü maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
19. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin.
20. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir.
21. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # #### 2018ci il tarixli Qərarı).
22. ##.##.2025-ci il tarixli, 2V-*** reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2024-cü il tarixdə ölmüş Nağıyev Babaxan Əli oğlunun vərəsələri arvadı cavabdeh1, oğlu cavabdeh3 və oğlu cavabdeh2dur. Miras əmlak “Azneft” İB “Neft Daşları” NQÇİ-nin verdiyi ##.##.2025-ci il tarixli, **-*-*-*/*-***/**** nömrəli məktuba əsasən 1183 manat və ##.##.2025-ci il tarixli, **-*-*-*/*-***/*** nömrəli məktuba əsasən 9809,56 manat pul məbləğindən ibarətdir. ##.##.2025-ci il tarixli, 2V-*** reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə əsasında verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi idarəsi tərəfindən ##.##.2019-cu il tarixdə Nağıyev Babaxan Əli oğluna verilmiş 309013024052-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, "Şirvan-Yaşma” B/Y 311 ünvanında.yerləşən ümumi sahəsi 45,4 kv/m olan bağ evindən və ümümi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarətdir.
23. Göründüyü kimi, qanunvericilik Mülki Məcəllənin 1306.5-ci maddəsində miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsini iddiaçının və ya məhkəmənin deyil, vərəsənin, hazırkı iş üzrə cavabdehlərin üzərinə qoymuşdur. Bu zaman yeganə istisna kimi mirasın notarius tərəfindən siyahıya alındığı hal qeyd olunmuş olsa da, hazırda mərhum Babaxan Nağıyevdən qalmış mirasın notarius tərəfindən siyahıya alınması müəyyən edilmir. Bu baxımdan da miras qoyanın borclarının ondan qalmış mirasdan çox olduğunu sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin cavabdeh həmin halı təsdiq edən hər hansı sübut təqdim etməmiş, formal mülahizələrlə kifayətlənmişdir.
24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.
25. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.