Məhkəmə qərarları › İş №e-2(3-9)-1008/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-1008/2026

24.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-1008/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə, məhkəmə katibi X1, cavabdeh cavabdeh2 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı (ləğv prosesində olan) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsindən irəli gələn pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: ##.##.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən, İddiaçı ASC ilə cavabdeh2 arasında bağlanmış Kredit müqaviləsinə əsasən sonuncuya 36 (otuz altı) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 6.640 (altı min altı yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. ##.##.2014-cü il tarixli *********/ZM nömrəli zaminlik müqaviləsinə əsasən cavabdeh1 kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalan cavabdeh2 ilə birlikdə öhdəlik götürmüşdür. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 6.198,66 (altı min bir yüz doxsan səkkiz ABŞ dolları 66 sent) ABŞ dollarının - bundan 2.468,89 (iki min dörd yüz altmış səkkiz ABŞ dolları 89 sent) ABŞ dolları əsas borc, 1.205,05 (bir min iki yüz beş ABŞ dolları 05 sent) ABŞ dolları faiz borcu, 2.178,94 (iki min bir yüz yetmiş səkkiz ABŞ dolları 94 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 345,78 (üç yüz qırx beş ABŞ dolları 78 sent) ABŞ dolları faiz borcu və iş üzrə dövlət rüsumuna görə ödənilmiş 121,61 (bir yüz iyirmi bir manat 61 qəpik) manat vəsaitin cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kredit müqaviləsinə ## ### 2015-ci il tarixdə ** saylı Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 5.992,98 (beş min doqquz yüz doxsan iki ABŞ dolları 98 sent) ABŞ dolları təşkil edir. Əlavə Sazişə əsasən cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra həmin Kredit müqaviləsinə ## ###### 2017-ci il tarixdə ** nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 6.091,65 (altı min doxsan bir ABŞ dolları 65 sent) ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədəkdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Əlavə Sazişə əsasən cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **-*/*-M-**-****/**** saylı ##.##.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh cavabdeh2 ##.##.2025-ci il tarixə kredit üzrə cəmi borcu 6.198,66 (altı min bir yüz doxsan səkkiz ABŞ dolları 66 sent) ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsində cavabdehlər cavabdeh2 və cavabdeh1 iştirak etməmişlər. Lənkəran Rayon Məhkəməsinin (hakim E.Ələsgərov) ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ##.##.2014-cü il tarixli ********* saylı Kredit müqaviləsi üzrə cavabdehlər cavabdeh2 və cavabdeh1 birgə qaydada əsas borc üzrə 2468,89 ABŞ dolları, faiz borcu üzrə 658,27 ABŞ dolları, gecikdirilmiş faiz borcu üzrə 246 ABŞ dolları, AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 345,78 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3718,94 ABŞ dolları və iddia verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 121.61 manat tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 tutulacaq 3718,94 ABŞ dolları məbləğində kredit borcun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanması, iş üzrə ekspertiza xərci təşkil edən 560 manat cavabdehlər cavabdeh2 və cavabdeh1 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə qeyd edilir ki, Məhkəmə Ekspertiza mərkəzinin ##.##.2025-ci il tarixli */**** nömrəli və ##.##.2026-cı il tarixli **/**** nömrəli rəyləri əsasında iddia tələbini 50 faiz azaltmışdır. Ekspertiza mərkəzinin rəyləri iddiaçının ziyanına rəy verməsinə baxmayaraq 560,00 manat eksperti xərcini cavabdehlərə şamil etmişdir. Halbuki, məhkəmə həmin xərci cavabdehlərə deyil, iddiaçıya şamil etməli idi. Məhkəmə hazırlıq iclaslarında dəfələrlə məhkəmədən xahiş etmişdir ki, mübahisə tam araşdırılsın, qanunlara və fərmanlara əsaslanaraq tam obyektiv qərar qəbul etsin. Məhkəmə iclası zamanı o, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli, *** saylı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanını əsas gətirərək, iddia olunan kredit borcunun həmin Fərmanın təsir dairəsinə düşdüyünü və tamamilə tənzimləndiyini (bağışlandığını- güzəşt edildiyini) bildirsə də, birinci instansiya məhkəməsi bu qanuni arqumentinə heç bir hüquqi qiymət verməmiş, işin faktiki hallarını araşdırmamışdır. Sözügedən Fərman normativ-hüquqi aktdır və məhkəmələr tərəfindən məcburi qaydada tətbiq olunmalıdır. Onun ********* saylı, ##.##.2014-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borcu Fərmanın qüvvəyə mindiyi dövrdə onun şərtlərinə (məbləğ və gecikmə müddəti baxımından) tam uyğun gəlmişdir. Fərmanın şərtlərinə görə, fiziki şəxslərin problemli kreditləri dövlət büdcəsi hesabına kompensasiya olunmalı və ya qalıq borclar güzəştli şərtlərlə restrukturizasiya edilməli idi. Məhkəmə iclasında bu barədə vəsatət qaldırmağına baxmayaraq, məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankına və ya müvafiq icraçı banka rəsmi sorğu göndərib onun bu proqrama daxil edilib-edilmədiyini, yaxud adı ilə bağlı vəsaitin ayrılıb-ayrılmadığını yoxlamamışdır. Bu isə işin birtərəfli aparılmasına gətirib çıxarmışdır. Apellyasiya şikayətinə görə, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Hazırda cavabdeh olduqca çətin bir vəziyyətdə qalmışdır. Qanunla qorunan hüquqları kobud surətdə pozulmuşdur. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən maddi və prosessual qanunvericiliyinin tələblərini pozmuş, işin hallarını hərtərəfli tam və obyektiv araşdırılması üçün tədbirlər görməmiş, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar müzakirə belə edilməmişdir. Birinci instansiya məhkəməsi borcun Azərbaycan Respublikası Prezidentinin 28 fecral 2019-cu il tarixli *** saylı Fərmanının təsir dairəsinə düşdüyünü araşdırmamışdır. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şiakyətin təmin edilməsini, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, əgər onun borcu olmuşdursa, ona kompensasiya verilməsi mümkün deyildi. Prezidentin *** saylı Fərmanının tələbləri icra edilməmişdir. Sözügedən Fərman normativ-hüquqi aktdır və məhkəmələr tərəfindən məcburi qaydada tətbiq olunmalıdır. Onun ********* saylı, ##.##.2014-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borcu Fərmanın qüvvəyə mindiyi dövrdə onun şərtlərinə tam uyğun gəlmişdir. İddiaçının təmsilçisi və cavabdeh cavabdeh1 apellyasiya baxışında iştirak etməmişlər. İddiaçının nümayəndəsi ##.##.2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müəyyən edilmiş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə tərəfə məlumat verilməsinə baxmayaraq, cavabdeh cavabdeh1 məhkəmə iclasında gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası işin hallarına dair məruzəni, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 (otuz altı) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 6.640 (altı min altı yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. ##.##.2014-cü il tarixli *********/ZM nömrəli zaminlik müqaviləsinə əsasən cavabdeh1 kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borclanan cavabdeh2 ilə birlikdə öhdəlik götürmüşdür. ##.##.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə ## ### 2015-ci il tarixli Əlavə Saziş № ** müəyyən olunur ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 5992.98 ABŞ dolları təşkil edir. Müqavilənin 2.3-cü bəndinə əsasən kreditin müddəti 48 ay təyin edilir. 2.4bəndinə əsasən kreditin illik fazi dərəcəsi 23 % təyin edilir. Müqavilənin 2.5 bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi hesablanan illik faiz dərəcəsi 46 % təyin edilir. ##.##.2014-cü il tarixli ********* saylı zaminlik müqaviləsinə ## ### 2015-ci il tarixli Əlavə Saziş № ** müəyyən olunur ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 5992.98 ABŞ dolları təşkil edir. Müqavilənin 2.3-cü bəndinə əsasən kreditin müddəti 48 ay təyin edilir. 2.4 bəndinə əsasən kreditin illik fazi dərəcəsi 23 % təyin edilir. Müqavilənin 2.5 bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi hesablanan illik faiz dərəcəsi 46 % təyin edilir. ##.##.2014-cü il tarixli ********* saylı zaminlik müqaviləsinə ## ###### 2017-ci il tarixli Əlavə Saziş № ** dəyişikliklə müəyyən olunur ki, borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) 6091.65 USD təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1USD= 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə, borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənilir. Borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığının tərkibini 4279.02 USD əsas borc, 1543.14 USD faiz borcu və 269.49 USD cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8% təşkil edir. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 16 % dəbbə pulu hesablanır. Ödəniş cədvəli olan * saylı Əlavədən görünür ki, kredit alan cavabdeh2 36 ay müddətində hər ay ilkin olaraq 257.08 ABŞ dolları, sonuncu ay 256.73 ABŞ dolları olmaqla ##.##.2024-cü il tarixdən başlayıb sonuncu ödənişi ##.##.2017-ci il tarixədək ödəniş etməlidir. Maliyyə arayışına görə, cavabdeh2 İddiaçı ASC-yə ##.##.2014-cü il tarixli ********* saylı Kredit müqaviləsi üzrə cəmi borcu 6.198,66 (altı min bir yüz doxsan səkkiz ABŞ dolları 66 sent) ABŞ dolları ABŞ dolları - bundan 2.468,89 (iki min dörd yüz altmış səkkiz ABŞ dolları 89 sent) ABŞ dolları əsas, 1.205,05 (bir min iki yüz beş ABŞ dolları 05 sent) ABŞ dolları faiz, 2.178,94 (iki min bir yüz yetmiş səkkiz ABŞ dolları 94 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 345,78 (üç yüz qırx beş ABŞ dolları 78 sent) ABŞ dolları faiz borcu təşkil edir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: İddiaçı kredit müqaviləsi üzrə borcunu tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bununla belə, işin hallarından görünür ki, cavabdehin borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya olunmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli Fərmanına uyğun olaraq, problemli kreditlərin kompensasiyası ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının portalından çıxarışdan görünür ki, ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönələn hissədə cavabdeh2 borcu 0 manat təşkil edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının portalının məlumatına görə, cavabdeh2 “ xxxx” ASC-yə borcu yoxdur. Belə halda iddia təmin edilə bilməz. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Beləliklə, Məhkəmə Kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Мəhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsindən irəli gələn pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar