Məhkəmə qərarları › İş №e-2(3-9)-1053/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-1053/2026

10.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-1053/2026 10.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədov Ilham Qoşunəli oğlundan oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Imişli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli e-*(*-***)- ***/**** saylı qətnaməsindən (hakim Zaur Pirverdiyev) cavabdehlərdən cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Imişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 32250 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmsını xahiş etmişdir. Imişli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli e-*(*-***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq cavabdeh cavabdeh1 32250 manat məbləğində borcun və ödənilmiş 188,62 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı verilməsi, iddianın Əmrah Əkbər oğluna aid hissədə rədd edilməsi qət edilmişdir. # #### 2026-ci il tarixdə cavabdeh cavabdeh1 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmiş, Imişli Rayon Məhkəməsi apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayaraq # ###### 2026-cı il tarixli müşaiətedici məktubla həmin apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. # ###### 2026-cı il tarixdə cavabdeh cavabdeh1 ərizə ilə Imişli Rayon Məhkəməsinə müraciət edərək apellyasiya şikayətinin geri qaytarılmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1-ci maddəsinə əsasən aellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.4. apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa. 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da, qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermiş tərəfin həmin şikayətin qaytarılmasına birinci instansiya məhkəməsinə müraciəti nəzərə alınmalı, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməklə, iş materialları apellyasiya şikayətinin qaytarılmasından ötrü birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 364, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya qeyri-mümkün hesab edilsin. Iş materialları cavabdeh cavabdeh1 apellyasiya şikayətinin geri qaytarılması məsələsinə baxılmasından ötrü Imişli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qərardad qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Ilham Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar