Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-1119/2026 11.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), X1 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı MMC iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək ##.##.2024cü il tarixli müqavilə üzrə 1089,44 manat ödənilməmiş hissə, 108,94 manat cərimə borcu olmaqla, ümumilikdə 1198,38 manat və ödənilmiş 31,99 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh iddiaçı İddiaçı MMC-nin xeyrinə ##.##.2024-cü il tarixli müqavilə üzrə 1089,44 manat ödənilməmiş hissə, 108,94 manat cərimə borcu olmaqla, ümumilikdə 1198,38 manat və ödənilmiş 31,99 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Cavabdeh Cavabdeh Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*- ***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim: Elmir Ismayılov) Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh Cavabdeh Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli "Apellyasiya şikayətinin geri qaytarılması haqqında" qərardadı ilə apellyasiya şikayəti müddət keçdikdən sonra verildiyi əsası ilə geri qaytarılmışdır. Məhkəmənin bu qərardadı qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə qətnaməsi şəxsimə rəsmi qaydada (poçtla və ya imza qarşılığında) təbliğ olunmamışdır. Təbliğat aparılmadığı üçün apellyasiya şikayətini vaxtında təqdim etmək mümkün olmamışdır. Təbliğatın olmaması müddətin ötürülməsində üzrlü səbəb hesab olunmalı və MPMin 133-cü maddəsinə əsasən buraxılmış prosessual müddət bərpa edilməlidir. Məhkəmənin şikayəti geri qaytarmaq barədə qərardadı işin faktiki halları ilə ziddiyyət təşkil edir. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı şikayət üzrə araşdırılmalı məsələ birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılması üçün prosessual əsasların olub-olmamasıdır. Bu baxımdan, ilk növbədə, qətnamənin cavabdehə rəsmi qaydada təqdim edildiyi vaxt, apellyasiya şikayətinin verilmə tarixi və şikayətin geri qaytarılması məsələsi həll edilərkən buraxılmış müddətin bərpası barədə müraciətin mövcudluğu müəyyən edilməlidir. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin müddətin başlanması qətnamənin qəbul edilməsi ilə deyil, onun qanunla müəyyən olunmuş qaydada təqdim edilməsi ilə bağlıdır. Buna görə də qətnamənin rəsmi təqdim edilməsi barədə şikayətin dəlili apellyasiya şikayətinin vaxtında verilibverilmədiyinin müəyyənləşdirilməsi üçün hüquqi əhəmiyyət daşıyır. Bununla yanaşı, məhkəmə sənədinin rəsmi qaydada təqdim edilməsi yalnız onun poçt vasitəsilə göndərilməsi və ya kağız daşıyıcıda imza qarşılığında verilməsi ilə məhdudlaşmır. MPM-in 135.5 və 135.6-cı maddələrinin əlaqəli məzmununa görə, “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş şəxsin elektron kabinetində məhkəmə sənədinin yerləşdirilməsi və bu barədə məlumatın həmin şəxsə sistem vasitəsilə elektron qaydada çatdırılması məhkəmə sənədinin rəsmi verilməsi üsullarındandır. Məcəllənin 10-1.5-ci maddəsi də elektron icraatın müəyyən edilmiş qaydalarına uyğun təqdim olunmuş sənədin digər qaydada verilməsinin tələb edilməsini istisna edir. Göstərilən normalardan irəli gəlir ki, elektron təqdimetmə qanunun tələblərinə uyğun həyata keçirildikdə, qətnamənin əlavə olaraq poçtla göndərilməməsi və ya cavabdehdən kağız daşıyıcıda imza alınmaması özlüyündə rəsmi təqdimetmənin baş vermədiyini göstərmir. Belə halda təqdimetmə faktı poçt qəbzi ilə yanaşı, qanunla tanınan elektron məlumatlar əsasında da müəyyən edilə bilər. “Elektron məhkəmə” informasiya sisteminə baxış nəticəsində ##.##.2026-cı il tarixli qətnamənin ##.##.2026-cı ildə cavabdehin elektron kabinetinə yerləşdirildiyinin müəyyən olunduğu göstərilmişdir. Həmin məlumatlar birlikdə qiymətləndirilməklə qətnamənin rəsmi təqdim edilməsinin qanunla müəyyən olunmuş elektron üsulla həyata keçirildiyi müəyyən olunur. Buna görə də cavabdehin yalnız poçt qəbzinin və ya imza qarşılığında təqdimetmə sənədinin olmamasına istinad etməsi elektron təqdimetmənin hüquqi nəticələrini aradan qaldırmır. MPM-nin 10-1.3.-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5.-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Qətnamənin ##.##.2026-cı ildə rəsmi qaydada təqdim edildiyi nəzərə alındıqda, MPM-in 128.3, 129.1 və 360-cı maddələri üzrə hesablanan bir aylıq apellyasiya şikayəti vermə müddəti ##.##.2026-cı ildə başa çatmışdır. Cavabdehin apellyasiya şikayəti isə ##.##.2026-cı ildə verilmişdir. Beləliklə, şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra təqdim olunmuşdur. MPM-in 130.3-cü maddəsi müddətin bərpası barədə vəsatət verilmədikdə, prosessual müddətlər keçdikdən sonra təqdim edilən şikayət və sənədlərin geri qaytarılmasını nəzərdə tutur. Məcəllənin 363.1.3-cü maddəsi də apellyasiya şikayətinin müəyyən edilmiş müddət keçdikdən sonra verilməsini onun qaytarılması əsası kimi müəyyən edir. Bu normalar birlikdə tətbiq olunarkən həm müddətin ötürülməsi, həm də onun bərpası barədə müraciətin olub-olmaması nəzərə alınmalıdır. Mübahisələndirilən qərardadda müəyyən edilmişdir ki, cavabdehin ##.##.2026-cı ildə təqdim etdiyi apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpası barədə ərizə əlavə edilməmişdir. Hazırkı şikayətdə də belə müraciətin apellyasiya şikayəti geri qaytarılanadək verildiyi göstərilmir. Deməli, birinci instansiya məhkəməsi ##.##.2026-cı ildə apellyasiya şikayətinin geri qaytarılması məsələsini həll edərkən qarşısında müddətin bərpasına dair həll edilməli tələb olmamışdır. Kollegiya nəzərə alır ki, cavabdeh apellyasiya şikayətinin geri qaytarılması haqqında qərardaddan verdiyi ##.##.2026-cı il tarixli şikayətdə müddətin bərpasını da xahiş etmişdir. Həmin tələb mövcuddur və onun şikayət mətnində ifadə olunması tələbin nəzərə alınmamasına əsas vermir. Bununla belə, qərardad qəbul edildikdən sonra irəli sürülmüş müddətin bərpası tələbi, özlüyündə, qərardadın qəbul edildiyi vaxt mövcud olmuş prosessual vəziyyəti dəyişdirmir və apellyasiya şikayətinin geri qaytarılmasını qanunsuz etmir. Burada apellyasiya şikayətinin geri qaytarılmasının qanuniliyinin yoxlanılması ilə sonradan irəli sürülmüş müddətin bərpası tələbinin həlli fərqləndirilməlidir. MPM-in 133.2-ci maddəsinə əsasən, müddətin bərpası barədə ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. MPM-in 362-ci maddəsi üzrə apellyasiya şikayətinin birinci instansiya məhkəməsinə təqdim edildiyi nəzərə alınmaqla, sonradan irəli sürülmüş bərpa tələbi Füzuli Rayon Məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş qaydada həll edilməlidir. Hazırkı qərardadın dəyişdirilmədən saxlanılması həmin tələbin mahiyyəti üzrə rədd edilməsi kimi qiymətləndirilə bilməz. Cavabdehin qətnamədən şikayət etmək hüququnun həyata keçirilməsi qanunla müəyyən olunmuş müddətə və həmin müddət buraxıldıqda onun bərpası proseduruna riayət edilməsini tələb edir. Qətnamənin kağız daşıyıcıda təqdim edilməməsi barədə dəlil qanuna uyğun elektron təqdimetməni təkzib etmədiyindən, həmin dəlil apellyasiya şikayətinin vaxtında verildiyini qəbul etmək üçün kifayət etmir. Eyni zamanda, sonrakı bərpa tələbinə ayrıca baxılması imkanı cavabdehin müddətin buraxılması səbəblərini səlahiyyətli məhkəmə qarşısında əsaslandırmaq hüququnu saxlayır. Beləliklə, qətnamənin cavabdehə rəsmi qaydada təqdim edilməsindən sonra apellyasiya şikayəti vermə müddətinin keçməsi və şikayətin geri qaytarılması məsələsi həll edilənədək müddətin bərpası barədə müraciətin verilməməsi baxımından birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslıdır. Buna görə də cavabdeh Cavabdeh şikayəti təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263- 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-1119/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-1119/2026
11.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver