Məhkəmə qərarları › İş №e-2(3-9)-1163/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-1163/2026

21.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-1163/2026 21.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakı ilə, Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 30855 manat (18150 ABŞ dolları) pulun və 183 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ondan 18500 ABŞ dolları məbləğdə pul almışdır. Cavabdeh həmin puldan 350 ABŞ dolları qaytarmış, qalan məbləğ isə ödənilməmiş qalmışdır. Dəfələrlə borcun qaytarılmasına dair cavabdehə müraciət etsə də, cavabdeh qalan 18150 ABŞ dolları məbləğində borc pulu qaytarmamışdır. Buna görə də cavabdehə pretenziya ilə müraciət etmişdir. Lakin cavabdeh hələ də pulunu qaytarmır, müxtəlif bəhanələr edir və bildirir ki, xəstədir, Azərbaycanda deyil. Cavabdeh pulunu qaytarmadığından həmin pulun illik 5 faiz məbləğində də əlavə pul istəyir. Ona görə də, 18150 ABŞ dolları borc pulun qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh sonuncu dəfə ona cəmi 350 manat ödəniş etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək verdiyi izahatında əlavə olaraq bildirdi ki, İddiaçı cavabdehlə aralarında tanışlıq olmuş, əvvəllər də bir neçə dəfə müəyyən məbləğdə borc pul alıb həmin borcu ona qaytardığı üçün cavabdehə yenidən borc verməyi etibar etmişdir. Ümumiyyətlə cavabdeh 18500 ABŞ dolları məbləğində borc almış və həmin borcdan cəmi 350 ABŞ dolları qaytarmışdır. Qalan məbləği isə hissə-hissə qaytarmağa söz versə də, sonradan yayınmış, xeyli vaxt keçməsinə baxmayaraq borcunu qaytarmamışdır. Hazırda onun harada olması barədə də məlumatları yoxdur. Əslində cavabdehə borc verərkən Cəmilə adlı qadın ona zamin qaldığı üçün Zemfira da ona borc vermişdir. Iddiaçı ilə cavabdeh arasında danışıqlara dair səs yazıları var. Həmin yazıda tələbdə qeyd olunan məbləği cavabdeh iddiaçıdan aldığını etiraf etməsə də, ona borcunun olduğunu, üzbə-üz danışıb görüşərək həll etməyi təklif etmişdir. Hazırda cavabdehlə əlaqə saxlamaq mümkün deyil, borcunu qaytarmır və onunla məhkəmədən kənar razılıq əldə edilə bilmədikləri üçün həmin borcun məhkəmə qaydasında tutularaq ödənilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikir bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qətnaməsi (Hakim: Anar Pənahov) ilə, iddia tələbinin təmin edilməməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı 30.855 manat (18500 ABŞ dolları) məbləğində pul tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 183 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı İddiaçı nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, iddiaçı Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Iddiaçı İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qətnaməsinin iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.(hüquq münasibəti baş verən zaman qüvvədə olan) 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (hüquq münasibəti baş verən zaman qüvvədə olan) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin rədd edilməsini, iddiaçının tələbinin əsaslarını təsdiq edən halları sübut edə bilməməsi ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermiş, şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli dəyərləndirmə aparmayaraq, prosessual qanunvericiliyin tələblərini pozmuş, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normalarını səhv tətbiq və təfsir etmişdir. Bununla da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iddiaçının iddia tələbindən müəyyən edilir ki, İddiaçı cavabdehlə aralarında tanışlıq olmuş, əvvəllər də bir neçə dəfə müəyyən məbləğdə borc pul alıb həmin borcu ona qaytardığı üçün cavabdehə yenidən borc verməyi etibar etmişdir. Ümumiyyətlə cavabdeh 18500 ABŞ dolları məbləğində borc almış və həmin borcdan cəmi 350 ABŞ dolları qaytarmışdır. Qalan məbləği isə hissə-hissə qaytarmağa söz versə də, sonradan yayınmış, xeyli vaxt keçməsinə baxmayaraq borcunu qaytarmamışdır. Hazırda onun harada olması barədə də məlumatları yoxdur. Əslində cavabdehə borc verərkən Cəmilə adlı qadın ona zamin qaldığı üçün Zemfira da ona borc vermişdir. Iddiaçı ilə cavabdeh arasında danışıqlara dair səs yazıları var. Həmin yazıda tələbdə qeyd olunan məbləği cavabdeh iddiaçıdan aldığını etiraf etməsə də, ona borcunun olduğunu, üzbəüz danışıb görüşərək həll etməyi təklif etmişdir. Hazırda cavabdehlə əlaqə saxlamaq mümkün deyil, borcunu qaytarmır və onunla məhkəmədən kənar razılıq əldə edilə bilmədikləri üçün həmin borcun məhkəmə qaydasında tutularaq ödənilməsini xahiş edir. Cabandeh birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini müəyyən etmək mümkün olmamışdır. Apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən və izahat verən cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, pandemiya dövründə iddiaçıdan borc almış, borcunun bir hissəsini qaytarmışdır. Hazırda iddiaçının göstərdiyi 18500 ABŞ dolları yığılmış faizlərdir. Borcu qaytarmasına dair hər hansı sübutu yoxdur. Kollegiya qeyd edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibəti yaranmışdır. Bu müqaviləyə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). Hüquq münasibəti baş verən zaman qüvvədə olan Mülki Məcəllənin 740.1 və 740.2-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2026-cı il tarixli qərarında qeyd edilmişdir ki, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir. Bundan başqa həmin qərarda qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Hazırki işdən görünür ki, qeyd edilən qərar qəbul edildiyi zaman iş məhkəmə icraatında olmuşdur. Ona görə də Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarı hazırkı borc münasibəti üzrə mülki işə tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, tərəflər arasında aparılan danışıqların həqiqətən də İddiaçı ilə Cavabdeh arasında aparıldığı müvafiq surətdə təsdiq edilmədiyindən və digər sübutlarla təsdiqini tapmadığından həmin danışıqların həqiqətən də cavabdeh Cavabdeh ilə iddiaçı İddiaçı arasında aparıldığını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları tərəflərin izahatı və apellyasiya şikayəyinin dəlilləri ilə birlikdə müqayisəli tədqiq edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini iddiaçı tərəfindən kifayət qədər sübut verməməsi əsası ilə təmin etməməkdə haqlı olmamışdır. Belə ki, Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Nəzərə almaq lazımdır ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Birinci instansiya məhkəməsində toplanılmış iş materiallarından müəyyən edilir ki, məhkəmə baxışı iclasında cavabdeh Cavabdeh iştirakının təmini üçün lazımi qaydada tədbirlər görülsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənsə də, təqdim edilən sübutlara hüquqi qiymət verərkən prosessual məcəllənin tələblərinə əməl etməmiş və iddia tələbini təmin etməməkdə səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi ilk öncə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən, qeyd edir ki, “məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq olundu ki, iddiaçı cavabdehə hissəhissə 18500 ABŞ dolları məbləğində pulu qaytarmaq şərtilə verdiyini qeyd etsə də, iddiaçı həmin pulu cavabdehə verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Hazırkı mülki işdə iddiaçı iddia tələbi ilə bağlı cavabdehə qarşı iddia qaldırdığından məhkəməyə bu tələbin təmin edilməsini şərtləndirən mötəbər sübutlar təqdim etməli idi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş və məhkəmə iclasında dinlənilmiş danışıqlara (səs yazılarına) qiymət verərək hesab edir ki, aparılan danışıqların həqiqətən də İddiaçı ilə Cavabdeh arasında aparıldığı müvafiq surətdə təsdiq edilmədiyindən və digər sübutlarla təsdiqini tapmadığından həmin danışıqların həqiqətən də cavabdeh Cavabdeh ilə iddiaçı İddiaçı arasında aparıldığını müəyyən etmək mümkün olmamışdır.” Göründüyü kimi məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları qəbul etsə də, heç bir əsas olmadan həmin sübutların mötəbərliyini şübhə altına almaqla sübutların əhəmiyyətini azaltmışdır. Məhkəmə nəzərə almamışdır ki, prosessual qanunvericilikdə cavabdeh iddia tələbinin yönəldiyi fiziki və ya hüquqi şəxs olmaqla bir növ iddiaya cavab verməli olan şəxs kimi göstərilmişdir. Mülki məhkəmə icraatında ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilərkən, hər iki tərəfin də qanunla müəyyən edilmiş hüquqları bərabər səviyyədə tanınır və bərabər səviyyədə qorunur. Cavabdehin mülki məhkəmə icraatında “qanunla müəyyən edilmiş rolu” iddiaçının haqlı hesab etdiyi tələbə qarşı öz müdafiəsini həyata keçirərkən ya həmin iddianı rədd etməli, ya onu etiraf etməli, yaxud da verilmiş tələbə qarşı qarşılıqlı tələblə çıxış etməlidir. Hazırkı işdə isə cavabdehin iddiaya münasibətini öyrənməyən məhkəmə, nəinki üzərinə düşən vəzifəni yerinə yetirməmiş, əksinə verilmiş iddia tələbi üzrə təqdim edilən sübutları o cümlədən cavabdehlə iddiaçı arasında borcla bağlı səs danışıqlarını olmasını şübhə altına almaqla iddia tələbini rədd etməklə prosessual məcəllənin tələblərini pozmuşdur. MPM-in 76.2-ci maddəsi səs və video yazılarını birbaşa sübut vasitəsi kimi tanıyır. Məhkəmə isə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq qiymətləndirməlidir; heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya icraatı zamanı cavabdehin iddia tələbinə etirazı ilə bağlı verdiyi izahatı ilə müəyyən olundu ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında həm də Cəmilə arasında ##.##.2022-ci il tarixdə aparılan danışıq səsləri ona məxsusdur. Həmin danışıqlarda ilk öncə tələb olunan pulun geri qaytarılması Cəmilə ilə Xəyalə arasında olmuş və həmin danışıqlarda Cavabdeh Cəmiləyə onun qarşısında pul öhdəliyinin olmamasını, ona pulun hazırki iddiaçı İddiaçı tərəfindən verildiyini və o, Azərbaycan gəldikdən sonra Zemfira ilə hesablaşacağını bildirmişdir. Elə həmin gün İddiaçı ilə telefon danışıqları olmuş və həmin danışıqlarda iddiaçı İddiaçı cavabdeh Cavabdeh 18500 ABŞ dolları borcunun olduğunu ona xatırlatmış və tələb etmiş, cavabdeh X. Əliyeva isə hazırda Azərbaycan Respublikasında olmadığından Azərbaycana gələndən sonra onunla hesablaşacağını bildirmişdir. Cavabdeh Cavabdeh apellyasiya icraatı zamanı həmçinin göstərmişdir ki, həqiqətən iddiaçı İddiaçı 2021-2022-ci illər ərzində müxtəlif vaxtlarda müvafiq olaraq 100 -200-500 ABŞ dolları hissə-hissə borc almış və həmin borcu faizə aldığından faizi ilə birlikdə iddiaçıya qaytarmış, lakin telefonu xarab olduğundan iddiaçı ilə əlaqə yarada bilməmiş, aralarında olan borc məbləğinin hansı məbləğdə olduğunu müəyyən edə bilməmişlər. Göründüyü kimi cavabdeh danışıq səslərinin ona məxsus olduğunu açıq şəkildə qəbul etmiş, yəni bu fakt, səs yazısının kimə məxsus olması barədə mübahisəni faktiki olaraq aradan qaldırır. Ona görə də, hüquqi baxımdan məsələ artıq “bu səs cavabdehə məxsusdurmu?” sualından daha çox “cavabdeh həmin danışıqda hansı məzmunu təsdiqləyib və həmin məzmun borc münasibətini sübut edirmi?” sualına aydınlıq gətirilməlidir. Belə ki, cavabdeh Cavabdeh izahatı ilə səs yazısının məzmunu arasında ciddi ziddiyyət var. Cavabdeh səs yazısında borcun mövcudluğunu inkar etmir, Lakin o, hazırda Türkiyədə müalicə aldığını, Azərbaycan gələndən sonra onunla yəni iddiaçı ilə Zemfira Əliyeva ilə hesablaşacağını bildirir. Cavabdeh həmçinin iddiaçının borcun 18500 ABŞ dolları olduğu barədə dediklərinə etiraz etmir. Başqa sözlə cavabdeh iddiaçıdan hissə-hissə borc aldığını qəbul edir, lakin borcu sonradan faizi ilə birlikdə qaytardığını bildirir. Əgər cavabdeh həqiqətən 18500 ABŞ dolları borcu qaytarmışdırsa, həmin ödənişlərin nə vaxt, hansı məbləğdə, hansı üsulla və kimə edildiyini konkret göstərməlidir. Çünki “borcu qaytarmışam borcum yoxdur” ümumi ifadədir. Bu ifadənin hüquqi nəticə doğurması üçün onun faktiki ödənişlərlə əsaslandırılması mümkündür. Məsələn bank köçürməsi, kartdan-karta köçürmə, nağd ödənişə dair qəbz, yazışma, borcun bağlanmasını təsdiq edən başqa sənəd, iddiaçının borcu aldığını təsdiqləyən hər hansı sənəd. Əgər belə sübut yoxdursa və əksinə, cavabdeh sonrakı telefon danışığında borcu qaytaracağını bildirirsə, bu hal onun “borcu artıq qaytarmışam” mövqeyi ilə açıq ziddiyyət təşkil edir. Belə olan halda iddianın təmin edilməsi üçün hüquqi əsasların mövcud olduğu müəyyən edilir. Xüsusilə də işin apellyasiya mərhələsində cavabdehin özü səs yazılarındakı şəxsin məhz özü olduğunu etiraf etməsi birinci instansiyanın məhkəməsinin əsaslandırmasının əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb olur. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2021-ci il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. Insanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən kollegiya hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut, yəni iddiaçı tərəfindən cavabdehə borc verilməsi səs yazısı ilə təsdiq olunduğundan və həmin səs yazısı cavabdeh tərəfindən ona məxsus olması təsdiq edildiyindən səs yazısı sübut kimi qəbul edilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək, yekun olaraq qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdeh Cavabdeh 30.855 manat (18150 ABŞ dolları) məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı tələbində cavabdehdən tələb etdiyi məbləği həm manatla, yəni 30.855 manat həm də xarici valyuta ilə, yəni 18150 ABŞ dolları göstərdiyindən cavabdehdən tutulmalı olan məbləğ 30.855 manat (18150 ABŞ dolları) müəyyən edilməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Iddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia təmin edilsin. Cavabdeh Cavabdeh 30.855 manat (18150 ABŞ dolları) məbləğində pul və 183 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçılar tərəfindən Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar