Məhkəmə qərarları › İş №e-2(3-9)-382/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-382/2026

26.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-382/2026 26.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh2 və cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Xəzər filialı ilə cavabdeh1 arasında bağlanmış ## #### 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə “Şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 28% dərəcəsi ilə 7645 ABŞ dolları məbləğində kredit verilmişdir. Ödəniş cədvəlindən görünür ki, “Kreditor" "Borcalan"a 36 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 7645 ABŞ dolları məbləğində kredit vermiş Borcalan isə aldığı krediti ## #### 2024-cü il tarixdən ## #### 2017-ci il tarixləri ərzində ayda 316.28 ABŞ dolları, ## #### 2017-ci il tarixdə isə 316.03 ABŞ olmaqla, ümumilikdə 11385.83 ABŞ dolları pulu Kreditora ödəməyi öhdəsinə götürmüşdür. ## #### 2014-cü il tarixli *********/ZM saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə cavabdeh2 ilə İddiaçı ASC-nin Xəzər filialı arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. ## #### 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə ## #### 2017-ci il tarixli ** saylı Əlavə Sazişdən görünür ki, dəyşikliyin məxmununa görə kredit Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalıq məbləği 1 ABŞ dolları 1.4 manat məzənnəsi ilə ödənilmək şərtilə 9569.5 ABŞ dolları olmaqla, saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulmaq və restrukrizasiya edilmiş kreditin müddəti ## #### 2022-ci il tarixədək olmaqla güzəşt müddəti 20 ay təşkil etmişdir. Bakı Apelyasiya Məhkəməsinin *-*(***)-****/** saylı ## ###### 2017-ci il tarixli qərarının surətindən görünür ki, "xxxx” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən icra olunmuş ## ##### 2025-ci il tarixli **-*/*-Y-**-****/**** saylı məktubdan görünür ki, İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış ## #### 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə ## ##### 2025-ci il tarixinə 6186.03 ABŞ dolları əsas, 2498 ABŞ dolları faiz, 4297.68 ABŞ dolları cərimə və ## ###### 2021-ci il tarixdən ## #### 2024-cü il tarixə kimi illik 5 faiz ilə əsas məbləğə hesablamış faiz məbləği 825.56 ABŞ dolları məbləğində borcu yaranmışdır. Poçt qəbzləri və ## ##### 2025-ci il tarixli **/*/*-Y-****/**** saylı xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlərə ## ##### 2025-ci il tarixədək gecikdirilmiş ödəniş məbləğlərini banka qaytarmayacaqları təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliklərinin icrası istiqamətində heç bir addım atmamışdır. ## #### 2025-ci il tarixli ************ nömrəli Mədaxil qəbzindən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin 160.78 manat dövlət rüsumu ödəmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli */**** saylı ekspert rəyindən görünür ki, cavabdeh1 müqavilə bitən müddətə, yəni ## #### 2024cü il tarixədək əsas borc üzrə 5655.65 ABŞ dolları, faiz borcu üzrə 2217.66 ABŞ dolları və ## ###### 2021-ci il tarixdən ## #### 2024-cü il tarixə kimi illik 5 faiz ilə əsas məbləğə hesablamış faiz məbləği 825.56 ABŞ dolları borcu müəyyən olunmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən borcalan müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı, hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti ## #### 2014- cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısnda öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürməsidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı ASC cəmi borcu 13878.69 (on üç min səkkiz yüz yetmiş səkkiz dollar, 69 sent) ABŞ dolları - bundan 6186.03 (altı min yüz səksən altı dollar, 03 sent) ABŞ dolları əsas, 2498 (iki min dörd yüz doxsan səkkiz) ABŞ dolları faiz, 4297.68 (dörd min iki yüz doxsan yeddi dollar, 68 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 896.98 (səkkiz yüz doxsan altı dollar, 98 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 160.78 (yüz altmış manat, 78 qəpik) manat dövlət rüsumunun cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Xəzər rayon filialı ilə cavabdeh1 arasında bağlanmış ## #### 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə “Şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 28% dərəcəsi ilə 7645 ABŞ dolları məbləğdə kredit verilmişdir. cavabdeh1 kredit verilərkən cavabdeh2 ilə bank arasında eyni tarixli ZM-********* nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış ## #### 2015-ci il tarixli *** saylı Əlavə sazişlərə əsasən kreditin qalıq məbləği 6279.07 ABŞ dolları hesablanmış və kreditin müddəti ## #### 2019cu il tarixədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış ## #### 2017-ci il tarixli * saylı Əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 9569.05 (doqquz min beş yüz altmış doqquz dollar, 05 sent) ABŞ dolları hesablanmış və kreditin müddəti ## #### 2022-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu Əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. ## ##### 2025-ci il tarixə cavabdeh1 kredit üzrə cəmi borcu 13878.69 ABŞ dolları təşkil edir. BİRİNCİ İNSTANSİYA MƏSHKƏMƏSİNDƏ İCRAAT: Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Səbuhi Səfərov) iddianın qismən təmin edilməsi, cavabdeh1 və cavabdeh2 müştərək qaydada əsas borc üzrə 9614.60 (doqquz min altı yüz on dörd manat, 60 qəpik) manat, faiz borcu üzrə 3770.02 (üç min yeddi yüz yetmiş manat, 02 qəpik) manat, müqavilə bitdikdən sonra Konstitusiya məhkəməsinin ## ###### 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan faiz borcu üzrə 1403.45 (min dörd yüz üç manat, 45 qəpik) manat və cərimə olaraq 480.72 (dörd yüz səksən manat, 72 qəpik) manat, cəmi 15268.79 (on beş min iki yüz altımış səkkiz manat, 79 qəpik) manat məbləğində borcun və 160.78 (yüz altımış manat, 78 qəpik) manat dövlət rüsumunun 135.80 (yüz otuz beş manat, 80 qəpik) manatı olmaqla, ümumilikdə 15404.59 (on beş min dörd yüz dörd manat, 59 qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci, 386-cı, 427.3-cü, 442-ci, 443.1-ci, 448.1-ci, 462.1-ci, 465.2-ci, 739.1-ci, 739.2-ci, 470.1-ci, 472.1-ci, 472.2-ci maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2014-cü il tarixli hesab nömrəsi ********* saylı kredit müqaviləsinin 36 aylıq müddətinin ##.##.2017-ci il tarixində bitəndən sonra faizin hesablanmasının qanuna zidd olması halına heç bir əhəmiyyət verilməmişdir. ##.##.2014-cü il tarixli hesab nömrəsi ********* saylı kredit müqaviləsinin şərtlərinə düzgün riayət olunmaması, ekspert rəyinin qabaqcadan məhkəmə üçün hüquqi qüvvəyə malik olmaması halı, iş üçün əhəmiyyətli olan halların araşdırılması, 3 (üç) illik müqavilənin əvəzindən 8 (səkkiz) illik müqavilədə saxtalaşdırılmış rəqəmlərdən istifadə edilməsi, faiz və cərimələrin müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün qanunsuz olaraq hesablanması, ən başlıcası da Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli *** saylı Fərmanına əsasən Problemli Kreditlərin Kompensasiyasına uyğun olaraq ## ###### 2015-ci il tarixinə 6.537.77664716357 ABŞ dollarına 1634.44 manat kompensasiya və ## ###### 2015-ci il tarixinə isə 6192.43737498809 ABŞ dollarına 3715.46 manat olmaqla kompensasiya hesablanmış, güzəştə görə kompensasiyanın məbləğinin azaldılan hissəsinin isə 40.82 manat olmasının qeyd olunmasına, Restrukturizasiya məbləğinin 0.00 manat, qalıq borcunun olmasının göstərilmədiyi kimi hallar məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv olaraq araşdırlmamışdır. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin əsaslandırıcı hissəsində iddia tələbinin hansı hissəsinin qismən təmin edildiyi və hansı hissəsinin rədd edildiyi konkret, aydın və hüquqi baxımdan əsaslandırılmış şəkildə göstərilməmişdir. Bu qeyridəqiqlik, tərəflərin hüquqlarının tam və düzgün şəkildə müəyyən olunmasına mane olur və iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsini çətinləşdirir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə həm prosessual, həm də maddi hüquq normalarının kobud pozuntusu ilə qəbul edilmişdir. Belə ki, iddia tələbi açıq və konkret şəkildə ABŞ dolları (USD) ilə irəli sürülmüş, lakin məhkəmə heç bir hüquqi əsas göstərmədən, tərəflərin mövqeyini və müqavilə şərtlərini qiymətləndirmədən, tələb olunan məbləği Azərbaycan manatı ilə təmin etmişdir. Belə bir əsaslandırılmamış dəyişiklik məhkəmənin iş üzrə obyektiv və hərtərəfli araşdırma aparmadığını, qətnamənin qanuni və əsaslı olmadığını göstərir və hesab edirik ki, qeyd edilən hallar apellyasiya instansiyası tərəfindən qətnamənin ləğv edilməsi üçün əsas yaradır. Məhkəmə tələb predmetini dəyişdirməklə faktiki olaraq iddiaçının iradəsinə müdaxilə etmiş və tərəflərin dispozitiv hüquqlarını pozmuşdur. Belə ki, iddiaçı tərəfindən tələb xarici valyutada (ABŞ dolları) irəli sürülmüş, öhdəliyin predmeti konkret olaraq həmin valyuta ilə müəyyən edilmişdir. Bu hal tərəflər arasında yaranmış maddi hüquq münasibətinin mahiyyətindən və müqavilə şərtlərindən irəli gəlir. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə almamış, iddia tələbinin predmetini dəyişdirməklə ABŞ dolları əvəzinə AZN ilə təmin etmə barədə qətnamə qəbul etmişdir. Məhkəmə bununla faktiki olaraq: tərəflərin müqavilə azadlığı prinsipini pozmuş, dispozitivlik prinsipinə müdaxilə etmiş, iddiaçının iradəsini dəyişdirmiş və tələb predmetini öz təşəbbüsü ilə transformasiya etmişdir. Halbuki, məhkəmə iddia tələblərinin hüdudlarından kənara çıxa bilməz və tələb predmetini dəyişdirmək səlahiyyətinə malik deyildir. Tələb yalnız iddiaçının müəyyən etdiyi həddə və formada araşdırıla və həll edilə bilər. Bundan başqa, məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə iddiaçı tərəfindən təqdim olunmuş və məhkəmə iclasında araşdırılmış sübutlara hərtərəfli və obyektiv qiymət verilməsinə rast gəlinmir. Eyni zamanda həmin sübutların hansı əsasla qəbul və ya rədd edildiyi göstərilməmiş, onların iş üzrə əhəmiyyəti və sübutedici qüvvəsi təhlil edilməmişdir. Bununla da, məhkəmə tərəfindən qətnamənin həm iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılması, həm də yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edilməsi tələbləri təmin edilməmişdir. TƏRƏFLƏRİN İZAHATLARI: cavabdeh1 nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən cavabdehin borcuna kompensasiya tətbiq olunsa da, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Restrukturizasiya olunmuş məbləğ ## ###### 2015-ci il tarixinə 1634,44 manat təşkil etmişdir. # #### 2019-cu il tarixinə qalıq borc 57,48 manat göstərilsə də, restrukturizasiya və tətbiq edilmiş kompensasiya nəzərə alındıqda həmin məbləğ faktiki borc hesab edilə bilməz. Birinci instansiya məhkəməsində iştirak etmiş və qeyd olunan fərmanla bağlı müvafiq portaldan əldə edilmiş çıxarışı məhkəməyə təqdim etmiş, lakin bu məhkəmə tərəfindən lazımi qaydada qiymətləndirilməmişdir. İddiaçı ASC və cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qətnamənin İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və cavabdeh1 apellyasiya şikayətlərinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASI: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 470-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. MM-in 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in əvvəllər qüvvədə olmuş 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə, qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi apellyasiya qaydasında yoxlanılarkən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normalarının düzgün tətbiq olunmaması müəyyən edilmişdir. Məhkəmə tərkibi bütün iş materiallarını araşdıraraq və sübutlara hərtərəfli qiymət verərək dispozitivlik prinsipini rəhbər tutaraq hesab edir ki, iddia əsassız olmuş, lakin birinci instansiya məhkəməsi tərəflər arasında cərəyan edən mövcud münasibətlərə yanlış qiymət verərək iddianı qismən təmin etmişdir. Məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, cavabdeh1 apellyasiya şikayəti təmin edilməli və qətnamə ləğv edilərək iddia tələbi rədd edilməlidir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosialiqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ## ###### 2019-cu il tarixdə *** nömrəli Fərman imzalanmışdır. Həmin Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir; 2015-ci il ######ın ##-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) kimi. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Adıçəkilən Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli; bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Habelə Fərmanın 5-ci bəndinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki: bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682000000,0 manat məbləğədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215000000,0 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Bundan başqa, həmin Fərmanın 6-cı bəndinə əsasən banklara tövsiyə edilmişdir ki: bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə rəsmi portaldan edilmiş çıxarışdan görünür ki, cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış adıçəkilən kredit müqaviləsi üzrə qalıq borc məbləği Fərmanın təsiri altına düşmüş və restrukturizasiya olunması təklif olunan kredit borcu mövcud olmamışdır (səh. 131). MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmçinin MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq cavabdeh1 tərəfindən dövlət rüsumu qismində ödənilmiş 81 (səksən bir) manat məbləğdə pul vəsaiti İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq cavabdeh1, ##.##.2025-ci il tarixli */**** saylı ekspert rəyinin verilməsi üzrə tədqiqatın dəyəri qismində 100 (yüz) manat məbləğdə pul vəsaiti İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14, 77, 217, 372, 384, 385, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏT ETDİ: cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin və iddia tələbi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq cavabdeh1 tərəfindən dövlət rüsumu qismində ödənilmiş 81 (səksən bir) manat məbləğdə pul vəsaiti İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq cavabdeh1 ödənilsin. ##.##.2025-ci il tarixli */**** saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 100 (yüz) manat məbləğdə pul vəsaiti İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar