Məhkəmə qərarları › İş №e-2(3-9)-408/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-408/2026

13.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-408/2026 13.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X5 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində ona dəyən 300000 (üç yüz min) manat pulun, həmçinin 100000 (yüz min) manat əldən çıxmış faydanın, ümumilikdə 400000 (dörd yüz min) manat pulun və ödənilmiş 690 (altı yüz doxsan) manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lerik rayonu, Kəlvəz kəndində yerləşən 2,35 ha torpaq sahəsi artıq 23 ildən çoxdur ki, onun sahibliyində və istifadədir. Qeyd edilən torpaq sahəsini ölkədə aqrar islahat həyata keçirilməzdən əvvəl o, kənd təsərrüfatı ilə məşğul olmaq niyyəti ilə götürmüşdür. O, torpaq sahəsini götürərkən həmin torpaq sahəsi tam əkinə yararsız olmuş, sahədə iri daşlar olduğu üçün kəndlilər buranı heç vaxt əkib becərə bilməmişlər. Hətta o, özü də bu torpaq sahəsini götürüb əkinə yararlı hala salmaq istəyərkən çox ciddi problemlərlə qarşılaşmış və buranı əkinə yararlı hala gətirmək çox böyük xərc və əziyyət tələb edirdi. Torpaq sahəsində yerləşən daşları parçalamaq istədikdə, əraziyə gətirilən ağır texnika yararsız hala düşdüyündən o, əlacsız qalaraq bu daşları torpaq sahəsində yük maşınları vasitəsi ilə insan əməyindən istifadə edib təmizləyə bilmişdir. Torpaq iri daşlardan təmizləndikdən sonra isə məlum olmuşdur ki, burada normal təsərrüfatın qurulması üçün arteziyan quyuları qazılmalıdır və bu ərazidə su həddindən artıq dərində yerləşdiyindən arteziyan quyularını da xüsusi texnika vasitəsi ilə dərin qazmaq lazımdır. O, bu maneəni də aradan qaldırmış və Bakı şəhərindən artezian quyularının qazılması üçün xüsusi qazma qurğuları gətizdirib ərazidə artezian quyularını qazdırmışdır. Quyular qazılıb hazır olandan sonra əraziyə yüksək gərginlikli elektrik xətti çəkilmiş və transformator qoyulmuşdur ki, bu torpaq sahəsi ilə yanaşı, ətraf ərazilərdə yerləşən torpaq sahələrində də normal təsərrüfatla məşğul oluna bilinsin. Bundan əlavə, payız və qış aylarında yağan yağıntılardan səmərəli istifadə məqsədi ilə ərazidə süni göl yaradılaraq yağış və qar sularından da təsərrüfatda səmərəli istifadəyə nail olunmuşdur. Yalnız qeyd edilən bütün zəruri infrastruktur işləri görüldükdən sonra ərazi əkinə yararlı hala gətirilmiş və bundan sonra ərazidə kənd təsərrüfatı məhsullarının əkininə başlanılmışdır. Qeyd edilən torpaq sahəsinin əkinə yararlı hala gətirilməsi üçün bu günədək o, həmin sahəyə 300.000 (üç yüz min) manatdan artıq xərc çəkmişdir. Maraqlıdır ki, artıq 23 ildir ki, qeyd edilən torpaq sahəsi mübahisəsiz onun sahibliyində və istifadəsində olsa da, bu günədək bir nəfər də olsun bu torpaq sahəsinin cavabdehə aid olduğunu bildirməmişdir. Lakin, ötən il hazırki iş üzrə cavabdeh ona qarşı məhkəmədə iddia qaldıraraq 23 ildən çoxdur ki, onun sahibliyində olan torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş və torpaq sahəsindən çıxarılmağını və “qanunsuz hərəkətlərə son verilməsi” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Görünən odur ki, cavabdeh Cavabdeh torpaq sahəsinin əkinə yararlı hala gətirilməsini səbrlə gözləmiş, torpaq sahəsindəki əkinlər məhsul verməyə başladıqda isə torpaq sahəsinin ona aid olduğunu bildirməklə rahat yoldan varlanmaq fikrinə düşmüşdür. Məhz cavabdehin bu fikrini bildikdən sonra o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “torpaq sahəsi üzərində aparılmış qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında JN-**** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 2,3775 ha torpaq sahəsində qazılmış süni gölün cavabdeh İddiaçı tərəfindən onun hesabına torpaqla doldurulması, torpaq sahəsinin onun tərəfindən və onun hesabına hamarlaşdırılması, yerə basdırılmış armaturlara bərkidilmiş metal tor hasarın onun tərəfindən və onun hesabına sökülməsi və onun hesabına ərazinin təmizlənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lerik rayon Aqrar istehsalat Komissiyasının qərarı ilə onun ailəsinin 6 nəfər üzvünə Lerik rayonu Kəlvəz kəndi ərazisində ümumi sahəsi 43642,34 kv.m. torpaq sahəsi ayrılaraq verilmişdir. Torpağa aid dövlət aktı da təsdiq edilmişdir. Bu torpaq sahələrinin qanuni olaraq mülkiyyətlərində olmasına baxmayaraq, torpaqların 23775,11 kv.m. yəni (2,38 ha) hissəsi cavabdeh Əliyev Füzuli Şahverən oğlu tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdeh Əliyev Füzuli Şahverən oğlu həmin torpaq sahəsində qanunsuz olaraq daxil olaraq ot sahəsinə çevirmiş və təsərrüfat işləri aparmışdır. Cavabdeh həmin sahədə 4 ilə yaxın müddətdir ki, əkir-biçin işləri görür. Cavabdehə dəfələrlə 23775,11 kv.m. torpağın zəbtdən azad edilməsi barədə xəbərdarlıq edilsə də, cavabdeh buna heç bir məhəl qoymamışdır. Hətta, cavabdeh şəxsə yaxın insanlar vasitəsilə, qanunsuz hərəkətlərindən çəkinməyi xəbərini göndərsə də, bir nəticəsi olmamışdır. Lakin, cavabdeh tələblərinə əhəmiyyət verməyərək, qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdeh barədə yerli icra hakimiyyəti nümayəndələrinə və iki dəfə Lerik rayon Icra Hakimiyyətinə də məlumat verilmişdir. Sonda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona və ailəsinə məxsus Lerik rayonu Kəlvəz kəndində yerləşən Lerik rayon Aqrar istehsalat Komissiyası tərəfindən verilmiş 2,38 hektar torpaq sahəsinin cavabdeh Əliyev Füzuli Şahverən oğlu tərəfindən geri alınması, eyni zamanda həmin 2,38 ha torpaq sahəsi üçün 2018-2022-ci il üçün əldən çıxmış faydaya görə Əliyev Füzuli Şahverən oğlundan 15000 manat məbləğində maddi ziyan alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin *(***)-***/**** saylı, 04.12.20223-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Lerik rayonu, Kəlvəz kəndində yerləşən JN-**** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə onun və ailə üzüvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 2,3775 ha torpaq sahəsinin cavabdeh İddiaçı alınaraq onun mülkiyyətinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Lerik Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən Ali Məhkəməyə kassasiya şikayəti versə də, şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək əsassız varlanma nəticəsində ona dəyən 300000 manat pulun, həmçinin 100000 manat əldən çıxmış faydanın, ümumilikdə 400000 manat pulun və ödənilmiş 690 manat dövlət rüsumunun ondan tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Baxılmış işlər üzrə məhkəmə aktları və İddiaçı izahatları, o cümlədən iddia ərizəsi ilə müəyyən edilir ki, onun mülkiyyətində olan sözügedən torpaq sahəsi İddiaçı tərəfindən özbaşına tutulmaqla yanaşı erroziya və dəyişikliklərə məruz qalmışdır. Belə ki, İddiaçı torpaq sahəsini məftil çəpərə salmaqla yanaşı orada guya süni göl düzəltmək adı ilə texnikadan istifadə etmiş çox kobud qazıntı işləri aparmış, torpaq sahəsinin hamarlığını pozmuş, torpağın münbit qatını məhv etmiş, torpaq sahəsindən məqsədli təyinat üzrə istifadə etməyinə açıq-aşkar maneəçilik yaratmışdır. Bu hal iş materialları ilə müəyyən edilir. İddiaçı heç bir qanuni əsas olmadan torpaq səhəsinə sahiblənməklə və heç bir qanuni əsas olmadan torpaq sahəsinin hamarlığını pozmaqla onun mülkiyyət hüququna qəsd etmiş sayılır. Lerik Rayon Məhkəməsinin *(***)-***/**** saylı mülki iş üzrə ## #### 2022-ci il tarixli saylı qərardadına əsasən iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş ## ####### 2023-cü il tarixli **/**** saylı ekspert rəyindən görünür ki, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, Lerik rayonu Aqrar Islahat Komissisyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında JN-**** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin dörd hissədən ibarət olması müəyyən edilmişdir. Həmin 4,66 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 2,3775 ha hissəsi yerləşir və 2,3775 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində araşdırma zamanı JN-**** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 2,3775 ha hissəsinin bütövlüklə cavabdeh İddiaçı tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Bu hal qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilmişdir və mübahisə edilmir. Iş materiallarında olan ekspert rəyi və işin digər halları ilə müəyyən edilmiş mübahisəsiz hal odur ki, hazırkı Lerik rayon Aqrar Islahat Komissiyasının ## ####### 1998-ci il tarixli, ** saylı qərarı əsasında JN-**** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin mübahisə predmeti olan mübahisəli ərazidə yerləşən 2,3775 ha hissəsi bütövlükdə cavabdeh İddiaçı tərəfindən istifadə edilir. Iş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2024-cü il tarixli məhkəmə texniki-tikinti ekspertizasının rəyi ilə müəyyən edilir ki, onun mülkiyyətində olan 2,3775 ha torpaq sahəsi də daxil olmaqla mübahisəli 6 ha torpaq sahəsi cavabdeh İddiaçı tərəfindən yerə basdırılmış armaturlara bərkidilməklə metal torla hasara alınmışdır. Indiki halda həmin hasarın sökülməsi və qazılmış süni gölün doldurulmaqla hamar vəziyyətə salınması, ərazinin boşadılması cavabdehin vəzifəsidir. Cavadehə qadağan edilmiş hərəkətlərə son qoymasını, ona məxsus torpaq sahəsində qazılmış süni gölün doldurulmasını, sahənin hamarlaşdırılmasını, çəpər hasarın sökülməsini, ərazinin təmizlənməsini tələb etsə də bunun heç bir faydası olmamışdır. Artıq bu qadağan edilmiş özbaşınalıq uzun müddətdir ki, davam etməkdədir. Lerik Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “torpaq sahəsi üzərində aparılmış qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair *(***)-**/**** saylı və iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair *(***)-**/**** saylı mülki işlərə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi, birləşdirilmiş işlər üzrə icraatın 2(048)-28/2025 №-si ilə aparılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı (cavabdeh) İddiaçı etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X6 iddia tələbini müdafiə edərək, Cavabdeh İddiaçı qarşı olan iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı 6 ha torpaq sahəsində yaxşılaşdırma işləri görmüşdür. Belə ki, İddiaçı həmin torpaq sahəsində artezian quyuları qazdırmış, süni göllər yaratmış, metal tor hasar çəkdirmiş, su xətləri çəkdirmiş, eləcə də transformator quraşdırmışdır. Transformator bu ərazidə olan göllərin doldurulması üçün nasosları işlətməkdən ötrü lazımdır, eləcə də su quyularından suyun çəkilərək ərazinin suvarılması üçün istifadə edilir. Belə ki, həmin torpaq sahəsində kartof əkilirdi və bu da su tələb edir. Tor hasarın həmin ərazidən götürülməsi mümkündür, lakin götürülən zaman həmin tor hasar yararsız hala düşəcəkdir. Belə ki, həmin tor hasar uzun müddətdir ki, açıq havada qaldığından öz keyfiyyətini itirmiş, eləcə də Cavabdeh həmin torpaq sahəsindən istifadə edərkən də onu yarasız hala salmışdır. Cavabdeh 23 il gözləmiş, torpaq sahəsi hazır vəziyyətə gətiriləndən və bəhrə verəndən sonra gələrək ərazinin ona məxsus olduğunu bildirmişdir. Transformator və su quyuları cavabdehin torpaq sahəsinə xidmət etmək üçün çəkilmişdir. Həmin artezian quyularının qazılması ilə bağlı bir neçə sübut təqdim edilmiş, lakin həmin artezian quyularının qazılması ilə bağlı smetası sənədləri onlarda qalmamışdır. Həmin quyular təxminən 20 il əvvəl qazılmış və eləcə də ərazidə transformator qoyulmuşdur. Həmin dövrdə ödənilmiş vəsait hazırda dəyişmiş, smeta dəyəri indeksasiya edilərsə böyük fərq yaranacaqdır. Iddiaçı İddiaçı həmin torpaq sahəsindən aqrar islahat komissiyasının islahatı getməmişdən əvvəl yəni 1998-ci il tarixdən istifadə edirdi. Iddiaçı həmin torpaq sahəsinin daşdan-çınqıldan təmizləmiş, yararlı hala salmışdır. Aqrar islahat komissiyası ancaq kağız üzərində getmiş, konkret olaraq torpaq sahəsinin kimə məxsus olması yerində bildirilməmişdir. Iddiaçı bələdiyyəyə müraciət etmiş və bələdiyyə ödənişlərini ödəməklə həmin torpaq sahəsini 26 il istifadə etmişdir. Daha sonra 2019-cu ildə Cavabdeh gələrək 6 ha torpaq sahəsinin onun və ailə üzvlərininin (atası, qardaşı və özünün) olduğunu iddia etmiş, əvvəlki məhkəmə araşdırmasında 2,34 ha torpaq sahəsinə hüququ tanınmış və həmin torpaq sahəsi ona qaytarılmışdır. Sonda iddiaçı (cavabdeh) İddiaçı etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbinin təmin edilməsini, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “torpaq sahəsi üzərində aparılmış qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, həm mövsümi xarakterli xəstəlik, həm də daimi sağlamlıq problemi ilə əlaqədar səhhətində yaranmış narahatlıq səbəbindən iş üzrə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bununla əlaqədar olaraq, işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini, eyni zamanda təqdim etdiyi iddia tələbini tam həcmdə müdafiə etdiyini, qarşı tərəfin ona qarşı irəli sürdüyü əsassız iddianı isə tam şəkildə rədd etdiyini bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.4-cü maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh (iddiaçı) Cavabdeh iddia tələbini müdafiə edərək, İddiaçı ona qarşı olan iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin İddiaçı tərəfindən zəbt olunması ilə bağlı ilk öncə 2019-cu il tarixdən cavabdehin özü ilə məsələni həll etmək istəmiş, lakin aralarında olan mübahisə həll olunmamışdır. Daha sonra o, 2021-ci il tarixdən bələdiyyə sədrinə şikayət etmiş, kənd icra nümayəndəsinin də qəbulunda olunmuşdur. Lakin məsələ həll olunmamış, ona məxsus olan torpaq sahəsi ona qaytarılmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmiş və ona məxsus torpaq sahəsi məhkəmə qərarına əsasən ona qaytarılmışdır. İddiaçı tərəfindən ona məxsus torpaq sahəsində heç bir iş görməmiş, artezian quyuları da İddiaçı məxsus torpaq sahəsində yerləşir. Transformator da ümumi kəndin sakinlərinə məxsusdur, orada 20 ədəd sayğac vardır. Bundan əlavə ona və ailə üzvlərinə məxsus torpaq sahəsində İddiaçı 2 ədəd süni gölü və tor hasarı vardır. 4 ədəd arteziyan quyularından 3 ədədi İddiaçı məxsus torpaq sahəsində, 1 ədədi bələdiyyə ərazisində yəni atasına məxsus ərazinin yaxınlığında yerləşir. Həmin ərazidə qazılmış quyulardan suyun çəkilməsi məqsədi ilə dövlət hesabına transformator quraşdırılmışdır. Həmin transformatordan kənd əhalisi sayğac qoymaqla ərazidə olan əkinlərini suvarmaq üçün istifadə edir. Özü həmin transformatordan istifadə etmir. Transformator Famil adlı şəxsin ərazisində yerləşir. Quraşdırılmış transformator İddiaçı torpaq sahəsindən 25 metr uzaqlıqda, onun sahəsindən isə 500-600 metr uzaqlıqda yeləşir. Hazırda həmin transformator işləyir. Ona məxsus 2,3775 ha torpaq sahəsində yalnız İddiaçı məxsus çəkilmiş metal tor və 2 ədəd qazılmış süni göl vardır, qazılmış göllərdə su yoxdur. O, özünə məxsus torpaq sahəsində taxıl əkir, lakin qazılmış göllərə görə təxminən 0,3 ha torpaq sahəsini itirmişdir. Həmin torpaq sahəsi mülkiyyətində olsa da, 2018-ci ilədək həmin torpaq sahəsi otlaq sahəsi kimi istifadə etmişlər. 2018ci ildən etibarən torpaq sahəsinin əkilməsinə görə dövlət tərəfindən subsidiya ayrıldığı üçün əkin əkmək qərarına gəlmişdir. Ona məxsus torpaq sahəsi 2018-ci ildən etibarən zəbt olunmuşdur. 2018-ci ildə o, kəndə qayıtdığı zaman İddiaçı ona məxsus torpaq sahəsində əkin işləri apardığını görmüş, Füzuli Əliyevdən torpaq sahəsini niyə əkdiyini soruşduqda İddiaçı ona artıq əkdiyini, növbəti il torpaq sahəsini özünə qaytaracağını demiş və razılaşmışlar. Həmin tarixdə Füzuli Əliyev qeyd olunan ərazidə qazıntı işləri aparmamışdır. Növbəti il isə o, Füzuli Əliyevin həmin torpaq sahəsini təkrar əkdiyini görmüş və ona belə etməməsini bildirmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona və ailə üzvlərinə məxsus təxminən 5 ha torpaq sahəsi vardır. Onun 2,3775 ha hissəsi mübahisəli ərazidə, digər hissəsi başqa ərazidə yerləşir. Qeyd olunan mübahisəli torpaq sahəsi aqrar islahat zamanı 1998-ci ildə onların (onun və ailə üzvlərinin) mülkiyyətinə verilmişdir. Onlar həmin torpaq sahəsindən əvvəllər də otlaq sahəsi kimi istifadə etmişlər. Qazılmış quyulara cavabdehin qeyd edildiyi məbləğdə pul vəsaiti sərf edilməmişdir. Sonda cavabdeh (iddiaçı) onun cavabdeh İddiaçı qarşı “torpaq sahəsi üzərində aparılmış qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia tələbinin təmin edilməsini, iddiaçı İddiaçı ona qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Baxşıyev Zəfər Yüzbaşı oğlu izahavtında bildirmişdir ki, 2004-2019-cu illərdə ərazinin bələdiyyə sədri vəzifəsində işləmişdir. Kəlvəz kəndi onların ərazisinin tərkibindədir. Prosesdən məlumatı olmuşdur. İddiaçı qeyd olunan ərazini neçə illərdi əkirdi, lakin Cavabdeh ona bununla bağlı heç nə bildirməmiş və həmin dövrdə kənddə yaşamırdı, gedib-gəlirdi. Daha sonra 2018-ci ildə Cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu ona bildirmiş, o da İddiaçı bunu demiş, İddiaçı isə ərazinin Cavabdeh deyil ona məxsus olduğunu bildirmişdir. Sözügedən torpaq sahəsinin suvarılması ilə əlaqədar illər əvvəl ərazidəki transformator İddiaçı tərəfindən quraşdırılmış, həmçinin ərazidəki quyular da onun tərəfindən qazılmış və suni göllər yaradılmışdır. Hazırda həmin ərazidə Cavabdeh əkin işləri aparır. Qazılmış quyulardan biri Cavabdeh torpaq sahəsinin içində, digərləri isə yaxınlığında yerləşir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lerik Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə (Hakim: Yusif Zeynalov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “torpaq sahəsi üzərində aparılmış qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiasının təmin edilməsi, Lerik rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında JN-**** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 2,3775 ha torpaq sahəsində qazılmış su saxlanc göllərinin cavabdeh İddiaçı hesabına torpaqla doldurularaq hamarlaşdırılması, yerə basdırılmış armaturlara bərkidilmiş metal tor hasarının (140 metr) onun hesabına sökülməsi, iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizalarının dəyəri olan 200 (iki yüz) manatın cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Lerik Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilərək birinci iddia üzrə iddiaçı İddiaçı birinci iddia üzrə cavabdeh Cavabdeh qarşı iddiasının təmin olunmasına, ikinci iddia üzrə iddiaçı Cavabdeh, ikinci iddia üzrə cavabdeh İddiaçı qarşı iddiasının rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini Lerik Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilərək birinci iddia üzrə iddiaçı İddiaçı birinci iddia üzrə cavabdeh Cavabdeh qarşı iddiasının təmin olunmasına, ikinci iddia üzrə iddiaçı Cavabdeh, ikinci iddia üzrə cavabdeh İddiaçı qarşı iddiasının rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə hər hansı məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində Lerik Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lerik Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPMnin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Iş materiallarında olan Lerik Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “zəbt olunmuş pay torpaq sahəsindən çıxarma və 15000 manat maddi ziyanın tutulması” tələbinə dair iddiası qismən təmin edilərək Lerik rayonu, Kəlvəz kəndində yerləşən JN-**** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 2,3775 ha torpaq sahəsinin cavabdeh İddiaçı alınaraq Cavabdeh mülkiyyətinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh tərəfindən kadastr və yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzinə ödənilmiş 109 manatın, dövlət rüsumunun əvəzi olan 200 manatın cavabdeh İddiaçı Şahşverən oğlundan alınaraq iddiaçı Cavabdeh verilməsi, əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- ***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Lerik Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- ****/**** saylı, ##.##.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2024-cü il tarixli, *-**-**/*-**/**** saylı rəyindən görünür ki, İddiaçı istifadəsində olan 6,0 ha torpaq sahəsinin suvarılması məqsədi üçün artezian quyularının qazıldığı, torpaq sahəsini (artezianları) elektrik enerjisi ilə təmin etmək üçün işıq xəttinin və transformatorun texniki tikintisinin aparıldığı müəyyən edilmişdir. Qeyd olunur ki, bu artezianların tikintisi (qazılması və texniki quraşdırılması), eləcə də torpaq sahəsini (artezianları) elektrik enerjisi ilə təmin etmək üçün işıq xəttinin və transformatorun texniki tikintisi xüsusi növ işlərə aid olduğundan və quraşdırılması müvafiq şirkət(lər) (təşkilat) tərəfindən aparıldığından, həmin işlərə çəkilmiş xərclərin dəyəri sifarişçi ilə podratçı şirkət(lər) (təşkilat) arasında bağlanmış müqavilələr və smeta sənədləri əsasında müəyyən oluna bilər. Baxış zamanı əldə olunmuş məlumatlar əsasında tərtib olunmuş smeta üzrə aparılmış hesablamalara əsasən İddiaçı istifadəsində olan 6,0 ha torpaq sahəsində suyu toplamaq, suvarmada təyziq yaratmaq üçün su saxlanc göllərinin yaradılmasına və borularla suvarma xəttlərinin çəkilməsinə, o cümlədən torpaq sahəsini heyvanlardan qorumaq məqsədi ilə hasarlanmasına (metal torla) çəkilmiş xərcin dəyəri 40830 (qırx min səkkiz yüz otuz) manat məbləğində müəyyən edilmişdir. İddiaçı istifadəsində olan 6,0 ha torpaq sahəsində görülən işlər vahid kompleks işlər şəklində icra olunduğundan və ayrılması mümkün olmadığından həmin torpaq sahəsinin Cavabdeh verilmiş 2,3775 ha hissəsinə çəkilmiş xərcin miqdarını təyin etmək mümkün olmamışdır. İddiaçı istifadəsində olan torpaq sahəsini suvarmaq üçün qazılmış artezian quyulardan başqa yaxınlıqda alternativ su mənbəyinin və torpaq sahəsinə yaxın çəkilmiş elektrik xəttindən başqa alternativ elektrik xəttinin mövcud olmadığı müəyyən edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2025-ci il tarixli, **/**** saylı rəyindən görünür ki, Lerik rayonu, Kəlvəz kəndində yerləşən ümumilikdə 6,0 ha sahənin (mübahisəli 2,3775 ha torpaq sahəsi daxil olmaqla) təsərrüfat (əkin) üçün yararlı hala salınmasından ötrü ərazidə artezian quyuları qazılmış, suyu toplamaq, suvarmada təyziq yaratmaq üçün su saxlanc gölləri yaradılmış, borularla suvarma xəttləri çəkilmiş, torpaq sahəsini heyvanlardan qorumaq məqsədi ilə hasarlama işləri aparılmış (metal torla), o cümlədən təxminən 140 metr aralıda transformator quraşdırılaraq elektrik xətlərinin çəkildiyi müəyyən edilmişdir. Qeyd olunur ki, artezianların tikintisi (qazılması və texniki quraşdırılması), eləcə də torpaq sahəsini (artezianları) elektrik enerjisi ilə təmin etmək üçün işıq xəttinin və transformatorun texniki tikintisi xüsusi növ işlərə aid olduğundan və quraşdırılması müvafiq şirkət(lər) (təşkilat) tərəfindən aparıldığından, eləcə də sözügedən 6,0 ha torpaq sahəsində görülən işlər vahid kompleks işlər şəklində icra olunduğundan və ayrılması mümkün olmadığından həmin torpaq sahəsinin 2,3775 ha hissəsində görülmüş işlərin dəyərini təyin etmək mümkün olmamışdır. Lerik rayonu, Kəlvəz kəndində yerləşən ümumilikdə 6,0 ha sahənin (mübahisəli 2,3775 ha torpaq sahəsi daxil olmaqla) daxilində bir ədəd, xaricində isə üç ədəd artezian su quyusu qazılmışdır. Artezian quyulara elektrik xəttləri cəkilmiş və su nasosları quraşdırılmışdır. Artezian quyularından (daxildə və xaricdə yerləşən quyulardan) sahədə olan göllərə 50 mm diametrli borularla xətlər çəkilmişdir. Lerik rayonu, Kəlvəz kəndində yerləşən 6,0 ha (mübahisəli 2,3775 ha torpaq sahəsi daxil olmaqla) torpaq sahəsindən təxminən 140 metr aralıda quraşdırılmış elektrik transformatorundan və elektrik xətlərinin başqa alternativ elektrik xəttinin mövcud olmadığını, həmin transformatordan artezian quyularında olan su nasoslarına və mübahisəli torpaq sahəsinə elektrik xətti çəkilmişdir. Çəkilmiş elektrik xətləri vasitəsilə elektrik təchizatlı avadanlıqlar fəaliyyət göstərmişdir. Hal-hazırda həmin elektrik xətlərinin qırıldığı müşahidə edilmişdir. Lerik rayonu, Kəlvəz kəndində yerləşən 6,0 ha (mübahisəli 2,3775 ha torpaq sahəsi daxil olmaqla) torpaq sahəsini suvarmaq üçün qazılmış artezian quyulardan başqa yaxınlıqda alternativ su mənbəyi mövcud deyil. Cavabdehin mülkiyyətindəki torpaq sahəsində olan süni göllərə su təchizatı nasoslar vasitəsi ilə həyata keçirilmiş və bu nasosların elektrik təchizatı sahədən 140 metr məsafə kənarda quraşdırılmış transformatordan olmuşdur. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli, **/**** saylı rəyindən görünür ki, Lerik rayonu, Kəlvəz kəndində yerləşən ümumilikdə 6,0 ha sahədə (mübahisəli 2.3775 ha torpaq sahəsi daxil olmaqla) təsərrüfat (əkin) üçün yararlı hala salınmasından ötrü ərazidə artezian quyuları qazılmış, suyu toplamaq, suvarmada təyziq yaratmaq üçün su saxlanc gölləri yaradılmış, borularla suvarma xətləri çəkilmiş, torpaq sahəsini heyvanlardan qorumaq məqsədi ilə hasarlama işləri aparılmış (metal torla), o cümlədən təxminən 140 metr aralıda transformator quraşdırılaraq elektrik xətlərinin çəkildiyi müəyyən edilmişdir. Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 2,3775 ha torpaq sahəsində süni göllərin torpaq sahəsi ilə doldurulması texniki cəhətdən mümkündür. Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 2,3775 ha torpaq sahəsində yaxşılaşdırma işləri görüldüyündən, o cümlədən torpağın yararlı hala salınmasından ötrü ərazidə artezian quyuları qazılması, suyu toplamaq və suvarmada təzyiq yaratmaq üçün su saxlanc göllərinin yaradılması, borularla suvarma xəttləri çəkilməsi, torpaq sahəsini heyvanlardan qorumaq məqsədi ilə hasarlama işləri aparılması (metal torla) müəyyən edildiyindən qərardadın üçüncü və dördüncü sualları üzrə tədqiqat aparılmamışdır. Iş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-**** nömrəli, Kod 80306158 olan Dövlət Aktından görünür ki, Cavabdeh və ailə üzvlərinin adına Lerik rayon Aqrar Islahat komissiyasının 1998-ci il ## ####### tarixli qərarı ilə Lerik rayonu, Kəlvəz kəndində 4,66 ha torpaq sahəsi ayrılmışdır. Iş materiallarında olan Lerik Rayon Icra Hakimiyyəti Başçısının Kələxan kənd Ərazi Icra nümayənədəliyinin ## ###### 2025-ci il tarixli, *-**-**/*-**/**** saylı arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında mübahisə predmeti olan ərazidə Kəlvəz kəndində yerləşən torpaq sahəsinin daxilində olan 1 ədəd, xaricində isə 3 ədəd subartezian su quyusunun kim tərəfindən qazılması tərəflərindən araşdırılmış və araşdırma zamanı Kəlvəz kənd ağsaqqallarının və kənd sakinlərinin verdiyi məlumata görə bir neçə il öncə sözügedən subartezian quyuları İddiaçı öz hesabına qazdırdığı məlum olmuşdur. Həmin subartezian quyuları biri İddiaçı ilə Cavabdeh arasında mübahisə predmeti olan torpaq sahəsində, biri Kəlvəz kəndində Kəhrizlər adlanan ərazidə təyinatı məlum olmayan torpaq sahəsində, digər ikisi isə İddiaçı Kəlvəz kəndində meyvə bağı saldığı torpaq sahəsində yerləşir. Məlumat üçün bildirilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında mübahisə predmeti olan torpaq sahəsindən təxmini 140 metr aralıda Kəlvəz kəndinin qeydiyyatında olan X2 pay torpaq sahəsində yerləşən elektrik transformatoru 2008-ci ildə dövlət hesabına qazılmış subartezian quyusunun su nasosunu işlətməkdən ötrü 2008-ci ildə dövlət hesabına quraşdırılmışdır. Iş materiallarında olan X9 tərəfindən İddiaçı ##.##.2207-ci il tarixli sorğusuna cavab olaraq verilmiş arayışdan görünür ki, Kəlvəz kəndindən dördüncü Sərhəd Postuna gedən yolun üstündə yerləşən torpaq sahəsində öz şəxsi vəsaiti hesabına X9 tərəfindən Lerik 35/10 kv-luq y/stansiyadan qidalanan * saylı hava xəttindən Kəlvəz kəndi ərazisində həmin X18 budaqlanma götürməklə 10 kv-luq hava xətti dəmir dayaqlarla çəkərək 160 kva transformator quraşdırılmışdır. Mütəxəssislərin hesablanmasına əsasən 29500 manat vəsait İddiaçı tərəfindən xərclənmişdir. Həmin 10 kv-luq hava xətti və 160 kv-t transformator X9 balansında deyil xətt və 160 kv-t transformator Kəlvəz kənd sakini İddiaçı məxsusdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya qeyd edir ki, birləşdirilmiş birinci iş üzrə İddiaçı cavabdeh Cavabdeh qarşı tələbinin əsası maddi ziyanın ödənilməsi, birləşdirilmiş ikinci iş üzrə Cavabdeh cavabdeh İddiaçı qarşı tələbinin əsası torpaq sahəsi üzərində aparılmış qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasıdır. Birinci instansiya məhkəməsi İddiaçı iddiasını təmin etməmiş, Cavabdeh isə iddiasını təmin etmişdir. İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində birinci iddianın təmin edilməsini, ikinci iddianın rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi bütöv şəkildə mübahisələndirildiyindən qətnamənin qanuniliyi və əsaslılığı tam həcmdə yoxlanılmalıdır. Kollegiya əlavə olaraq qeyd edir ki, Cavabdeh iddiası mülkiyyətin müdafiəsinə yönəldiyindən ilk əvvəl həmin iddia tələbi üzrə dəyərləndirmə aparılmalı, daha sonra İddiaçı iddiasına hüquqi qiymət verilməlidir. Iddiaçı Cavabdeh iddia tələbi üzrə hüquqi dəyərləndirmə: Kollegiya qeyd edir ki, Cavabdeh iddia tələbi mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Baxılan işdə də birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Lerik rayonu, Kəlvəz kəndində yerləşən mübahisəli torpaq sahəsi JN-**** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətindədir. Iddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz hərəkətlərin edilibedilməməsinin müəyyən edilməsindən ibarətdir. Kollegiya qeyd edir ki, əşyanın geri qaytarılması və ya pozuntuya son qoyulması barədə iddialar aşağıdakı növlərdə ola bilər: a) hüquq haqqında mübahisələr – vindikasiya iddiası (MM, m.157.2), neqator iddia (MM, m.157.4) və sair; b) sahibliyin özbaşınalıqdan müdafiəsinə dair iddialar – geriqaytarma tələbi (MM, m.164.2) və pozuntuya son qoyulması tələbi (MM, m. 165.1). Bu iddia növləri mahiyyəti və təyinatı etibarilə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Hüquq haqqında mübahisələrdə iddiaçı mübahisənin obyektinə münasibətdə özünün mülki hüquqlarını - mülkiyyət haqqını, qanundan və ya müqavilədən irəli gələn əmlak hüquqlarını sübuta yetirməyə borcludur. Bu səbəbdən vindikasiya iddiasını irəli sürən şəxs MM-in 157.2-ci maddəsinə əsasən ilk növbədə özünün mülkiyyətçi olduğunu, yaxud MM-in 288.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanı özgəsinin qanunsuz sahibliyindən, o cümlədən girov qoyanın sahibliyindən tələb edən girov saxlayan özünün girov hüququnu sübut etməlidir. Əks halda həmin normalara söykənən tələblər təmin edilə bilməz. Cavabdeh iddia tələbi Lerik Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar üzərində qurulmuş və o, İddiaçı zəbt etdiyi 2,3775 ha torpaq sahəsində qazılmış süni gölün cavabdeh İddiaçı tərəfindən onun hesabına torpaqla doldurulması və yerə basdırılmış armaturlara bərkidilmiş metal tor hasarın onun mülkiyyət hüquqlarının pozulmasını iddia etmişdir. Qeyd edilən halların, yəni süni gölün yaradılması və yerə basdırılmış armaturlara bərkidilmiş metal tor hasarın çəkilməsinin mövcudluğu İddiaçı tərəfindən inkar edilməmişdir. Lakin qeyd edilən qətnamə icra edilərək mübahisəli torpaq sahəsi Cavabdeh qaytarılsa da, göstərilən göl və tor hasar həmin ərazidə qalmış və buna görə də o qazılmış süni gölün cavabdeh İddiaçı tərəfindən onun hesabına torpaqla doldurulması, torpaq sahəsinin onun tərəfindən və hesabına hamarlaşdırılması, yerə basdırılmış armaturlara bərkidilmiş metal tor hasarın onun tərəfindən və hesabına sökülməsi, ərazinin təmizlənməsini iddia etmişdir. Kollegiya qeyd edir ki, İddiaçı torpaq sahəsini məftil çəpərə salmaqla, orada süni göl düzəltməsi zamanı təbii ki, texnikadan istifadə edilmiş və bu da iddia edildiyi kimi torpaq sahəsinin hamarlığının pozulmasına və torpağın münbit qatına öz təsirini göstərməyə bilməz. Bütün bu işlər mülkiyyətçinin razılığı ilə görülmədiyi üçün və İddiaçı heç bir qanuni əsas olmadan Cavabdeh məxsus torpaq səhəsindən istifadə edərək torpaq sahəsinin hamarlığını pozması kimi hərəkətləri sonuncunun mülkiyyət hüququna qəsd kimi qiymətləndirilir. Buna görə də, o hazırki iddia ilə müraciət etməkdə haqlıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh iddiasının təmin edilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Iddiaçı İddiaçı iddia tələbi üzrə hüquqi dəyərləndirmə: Işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Lerik rayon Aqrar Islahat Komissiyasının ## ####### 1998-ci il tarixli, ** saylı qərarı ilə Lerik rayonu, Kəlvəz kəndində cizgidə göstərilən sərhəd daxilində yerləşən 4,66 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Mirzəyev InIqilab Sahil oğlunun və onun ailə üzvləri X10, X7, X8, X12 və X13 mülkiyyətinə verilmişdir. Həmin Dövlət aktı üzrə torpaq sahəsi 4 massivdən ibarətdir: **** nömrəli (2951 kv.m.), **M nömrəli (23775,11 kv.m.), **N nömrəli (18679,23 kv.m.) və **V nömrəli (1188 kv.m.). Həmçinin Lerik rayon Aqrar Islahat Komissiyasının ## ####### 1998-ci il tarixli, ** saylı qərarı ilə Lerik rayonu, Kəlvəz kəndində cizgidə göstərilən sərhəd daxilində yerləşən 1,59 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvü X14 mülkiyyətinə verilmişdir. Həmin Dövlət aktı üzrə torpaq sahəsi 2 massivdən ibarətdir: **** nömrəli (982,56 kv.m.) və **M nömrəli (14891 kv.m.). Həmin 43642,34 kv.m olan torpaq sahəsinin 23775,11 kv.m. (2,38 ha) hissəsi İddiaçı tərəfindən qanunsuz olaraq zəbt edildiyi üçün Cavabdeh ona və ailəsinə məxsus Lerik rayonu, Kəlvəz kəndində yerləşən Lerik rayon Aqrar Islahat Komissiyası tərəfindən verilmiş 2,38 hektar torpaq sahəsində cavabdeh İddiaçı tərəfindən zəbt olunmuş torpaq sahəsinin geri alınması, eyni zamanda həmin 2,38 ha torpaq sahəsi üçün 2018-2022-ci illərdə əldən çıxmış faydaya görə İddiaçı 15000 manat məbləğində maddi ziyanın tutularaq ona və ailə üzvlərinə verilməsi barədə iddia ilə məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddianı qismən təmin edən birinci instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticəsində iddiaçı Cavabdeh məxsus olan Lerik rayon Kəlvəz kəndində yerləşən 2,3775 ha hissəsinin İddiaçı tərəfindən çəpərə alınaraq istifadə edildiyi müəyyən olunmuşdur. Lerik Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “zəbt olunmuş pay torpaq sahəsindən çıxarma və 15000 manat maddi ziyanın tutulması” tələbinə dair iddiası qismən təmin edilərək Lerik rayonu, Kəlvəz kəndində yerləşən JN**** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 2,3775 ha torpaq sahəsinin cavabdeh İddiaçı alınaraq Cavabdeh mülkiyyətinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh tərəfindən kadastr və yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzinə ödənilmiş 109 manatın, dövlət rüsumunun əvəzi olan 200 manatın cavabdeh İddiaçı Şahşverən oğlundan alınaraq iddiaçı Cavabdeh verilməsi, əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya və kasassiya şikayətləri versə də, şikayətləri təmin edilməmiş, İddiaçı isə qeyd edilən qətnamədən şikayət verməmiş, başqa sözlə zəbt faktını mübahisələndirməmiş, qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Hazırda isə İddiaçı Lerik rayonu, Kəlvəz kəndində yerləşən 2,35 ha torpaq sahəsi artıq 23 ildən çoxdur ki, onun sahibliyində və istifadə olmasını göstərərək qeyd edilən torpaq sahəsinin əkinə yararlı hala gətirilməsi üçün bu günədək o, həmin sahəyə 300.000 (üç yüz min) manatdan artıq xərc çəkməsini, həmin müddətdə mübahisəsiz onun sahibliyində və istifadəsində olsa da, bu günədək bir nəfər də olsun bu torpaq sahəsinin cavabdehə aid olduğunu bildirməməsini göstərməklə göstərilən məbləği əsassız varlanma nəticəsində ona dəyən zərər kimi qiymətləndirmiş və həmçinin əldən çıxmış fayda kimi cavabdehdən 100.000 (yüz min) manat pulun tutulmalı olmasını iddia etmişdir Işin materiallarından görünür ki, Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 2,3775 ha hissəsi bütövlüklə İddiaçı tərəfindən istifadə edilmiş, o zəbt etdiyi sahəni öz sahəsi ilə birlikdə istifadəsi zamanı həmin sahədə xüsusi qazma qurğuları gətizdirib ərazidə artezian quyularını qazdırmasını, quyular qazılıb hazır olandan sonra əraziyə yüksək gərginlikli elektrik xətti çəkməsini və transformator qoymasını göstərsə də, bu işlərin hər biri üçün sərf edilmiş vəsaiti ayrılıqda deyil, bütün zəruri infrastruktur işləri görüldükdən sonra ərazini əkinə yararlı hala gətirilərək ərazidə kənd təsərrüfatı təyinatlı məhsulların əkininə başlanılması üçün ümumilikdə 300.000 (üç yüz min) manatdan artıq xərc çəkməsini iddia etmişdir. Iddiaçının cavabdehin mülkiyyətində olan torpaq sahəsindən uzun müddət istifadə edən zaman gördüyü işlər:

1. Cavabdehin mülkiyyətində olan torpaq sahəsi 6 hektardır. Iddiaçı tərəfindən istifadə olunan mübahisəli ərazi 2.3775 ha-dır.

2. 4 ədəd artezian quyusu. Onlardan biri cavabdehin mülkiyyətində olan torpaq sahəsinə düşür, üçü isə kənarda yerləşir

3. Elektrik xətti çəkilmiş və transformator quraşdırılmış, transformator cavabdehin mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşir

4. Suni göl və suvarma sistemi: Cavabdehin mülkiyyətində olan sahədə 2 ədəd süni göl var. Sahə daxilində yerləşən artezian quyusundan 1-ci gölə kimi 200 metr, 2-ci gölə kimi 335 metr uzunluğunda boru çəkilmişdir. Borunun hər metri 7 manatdan hesablanır. Araşdırma zamanı müəyyən edilmişdir ki, ekspertiza əsasında İddiaçı istifadəsində olan 6,0 ha torpaq sahəsində suyu toplamaq, suvarmada təzyiq yaratmaq üçün su saxlanc göllərinin yaradılmasına və borularla suvarma xətlərinin çəkilməsinə, o cümlədən torpaq sahəsini heyvanlardan qorumaq məqsədi ilə hasarlanmasına (metal torla) çəkilmiş xərcin dəyəri 40830 (qırx min səkkiz yüz otuz) manat məbləğində müəyyən edilmiş, həmçinin 6,0 ha sahənin (mübahisəli 2,3775 ha torpaq sahəsi daxil olmaqla) daxilində 1 ədəd, xaricində isə 3 ədəd artezian su quyusu qazılmışdır. Başqa sözlə, mübahisəli sahədə, yəni Cavabdeh aid sahədə 1 ədəd artezian quyusunun olması müəyyən edilmişdir. Işin bu halı Lerik Rayon Icra Hakimiyyəti Başçısının Kələxan kənd Ərazi Icra nümayənədəliyinin ## ###### 2025-ci il tarixli, *-**-**/*-**/**** saylı arayışı ilə də təsdiq edilir. Lerik Rayon Icra Hakimiyyəti Başçısının Kələxan kənd Ərazi Icra nümayəndəliyi mübahisə predmeti olan torpaq sahəsindən təxmini 140 metr aralıqda yerləşən elektrik transformatoru 2008ci ildə dövlət hesabına qazılmış subartezian quyusunun su nasosunu işlətməkdən ötrü 2008-ci ildə dövlət hesabına quraşdırılmasını göstərsə də, X9 X18 budaqlanma götürməklə 10 kv-luq hava xətti dəmir dayaqlarla çəkərək 160 kv-luq transformator quraşdırılmasına 29500 manat vəsaitin İddiaçı tərəfindən xərclənməsini göstərmişdir. Iş materiallarından müəyyən edilir ki, Cavabdeh iddia etdiyi elektrik transformatoru quraşdırılması ilə bağlı ziddiyyətli məqamlar olsa da, onun bu transformator vasitəsilə işlətməsinə istinad etdiyi qazılmış subartezian quyuların biri istisna olmaqla qalanları zəbt etdiyi torpaq sahəsindən kənarda olmuşlar. Yəni, başqa sözlə, o özünə məxsus sahələri suvarmaq üçün mübahisəli sahədə olan quyunun da elektrik təminatını bu tranformator vasitəsilə həyata keçirmişdir. İddiaçı zəbt etdiyi sahədə qazdırdığı artezian quyusuna konkret sərf edilmiş vəsaitlə bağlı dəfələrlə sübut növü təqdim edilməsi təklif edilsə də, belə bir sübut təqdim edilməmişdir. Şahid qismində dindirilmiş Baxşıyev Zəfər Yüzbaşı oğlu izahavtında bildirmişdir ki, 2004- 2019-cu illərdə ərazinin bələdiyyə sədri vəzifəsində işləmişdir. Kəlvəz kəndi onların ərazisinin tərkibindədir. Prosesdən məlumatı olmuşdur. İddiaçı qeyd olunan ərazini neçə illərdi əkirdi, lakin Cavabdeh ona bununla bağlı heç nə bildirməmiş və həmin dövrdə kənddə yaşamırdı, gedibgəlirdi. Daha sonra 2018-ci ildə Cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu ona bildirmiş, o da İddiaçı bunu demiş, İddiaçı isə ərazinin Cavabdeh deyil ona məxsus olduğunu bildirmişdir. Sözügedən torpaq sahəsinin suvarılması ilə əlaqədar illər əvvəl ərazidəki transformator İddiaçı tərəfindən quraşdırılmış, həmçinin ərazidəki quyular da onun tərəfindən qazılmış və suni göllər yaradılmışdır. Hazırda həmin ərazidə Cavabdeh əkin işləri aparır. Qazılmış quyulardan biri Cavabdeh torpaq sahəsinin içində, digərləri isə yaxınlığında yerləşir Kollegiya qeyd edir ki, Baxşıyev Zəfər Yüzbaşı oğlu izahatı İddiaçı iddia tələblərinin əsaslı olmasını təsdiq edən sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri). Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Işin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Baxşıyev Zəfər Yüzbaşı oğlunun fadəsində verdiyi məlumatlar həm İddiaçı maraq və mənafeyinə uyğun verilməsi kimi qiymətləndirilir, həm də bu məlumatlar işin digər araşdırılmış sübutları ilə öz təsdiqini tapmamışdır. Həmçinin onun ifadəsində hazırda həmin ərazidə Cavabdeh istifadəsində olması və qazılmış quyulardan biri onun torpaq sahəsinin içində, digərlərinin isə yaxınlığında yerləşməsi işin müəyyən edilmiş halları olmaqla bunun şahid ifadəsi ilə təsdiq edilməsinə zərurət olmamışdır. Kollegiya qeyd edir ki, İddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 2,3775 ha hissəsinin bütövlüklə istifadə edərkən iddia etdiyi yaxşılaşdırmaları zəbt etdiyi sahə ilə birlikdə öz sahəsi üçün də etməsini nəzərə alındıqda belə bu işlərə görə zəbt etdiyi sahə üzrə məhz 300.000 (üç yüz min) manatdan artıq xərc çəkməsinə, başqa sözlə, Cavabdeh ona ziyan vurulmasına dair məhkəməyə heç bir mötəbər və tutarlı sübut növü təqdim etməmişdir. Həmçinin də İddiaçı tələbinin əldən çıxmış faydaya görə pul tələbi hissəsində öz tələbi ilə bağlı hər hansı sübut təqdim etməməklə yanaşı, əldən çıxmış fayda kimi müəyyən edilmiş 100.000 (yüz min) manat məbləğin hansı gəlirlərdən ibarət olmasını, həmin gəlirin hansı qaydada hesablandığını, əgər hüququ pozulmasaydı, həmin məbləği adi mülki dövriyyə şəraitində əldə edə biləcəyini təsdiq edən hansı sübutlarının olduğunu güstərməmiş, onun həmin torpaq sahəsindən hər hansı gəlir götürüb-götürmədiyini, gəlir götürmüşdürsə, həmin gəlirin məbləğinin nə qədər olduğunu və onun hansı qaydada müəyyən edildiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən, vicdanlı sahib əşyanın ona məxsus olmadığını bilməyən və bilməməli olan şəxsdir. Vicdansız sahib bunu bilən və ya bilməli olan şəxsdir. İddiaçı mübahisəli torpaq sahəsindən istifadəsi üçün heç bir hüquqi əsas (müqavilə, icazə və s.) olmamış, bu halda isə iddiaçı hüquqi baxımdan qanunsuz sahib hesab edilməli və vicdansız sahib sayılmalıdır (çünki torpağın ona məxsus olmadığını bilməli idi.). Qanunvericiliyə görə vicdanlı sahib yaxşılaşdırma ilə bağlı çəkdiyi zəruri və faydalı xərcləri tələb edə bilər, lakin vicdansız sahib isə faydalı yaxşılaşdırmalar üçün kompensasiya tələb edə bilməz. Əgər yaxşılaşdırma ayrılabiləndirsə götürə bilər, ayrılmazdırsa mülkiyyətin tərkib hissəsinə çevrilir və mülkiyyətçiyə keçir bu halda iddiaçı cavabdehdən xərc tələb etməsi üçün hüquqi əsas olmur. Həmçinin nəzərə alınmalıdır ki, torpağın əvvəlki vəziyyətə gətirilməsi qismən mümkündür və ayrılan obyektlər götürə bilər, ayrılmaz yaxşılaşdırmalar torpaqda qalır. Başqa sözlə iddiaçı tərəfindən artezian quyuları qazılmış, su anbarı (göl) yaradılmış, nasos sistemi qurulmuşdur. Cavabdehin mülkiyyətində olan torpaq sahəsi 6 hektardır və iddiaçı tərəfindən istifadə olunan mübahisəli ərazi 2.3775 ha olmuş, iddiaçının həmin ərazidə 4 ədəd artezian quyusu mövcud olmuş, onlardan biri cavabdehin mülkiyyətində olan torpaq sahəsinə düşür, üçü isə kənarda yerləşir, Elektrik xətti çəkilmiş və transformator quraşdırılmış, transformator cavabdehin mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşir, Suni göl və suvarma sistemi, Cavabdehin mülkiyyətində olan sahədə 2 ədəd süni göl var. Sahə daxilində yerləşən artezian quyusundan 1ci gölə kimi 200 metr, 2-ci gölə kimi 335 metr uzunluğunda boru çəkilmişdir ki, hansı ki, birinci instansiya məhkəməsi birləşdirilmiş ikinci iş üzrə torpağın əvvəlki vəziyyətə gətirilməsi qənaətinə gəlməklə bunların cavabdeh tərəfindən sökülərək aparılması yolu ilə aradan qaldırmışdır. O, ki, qaldı torpaqla bağlı yaxşılaşdırmalara, nəzərə alınmalıdır ki, bu yaxşılaşdırma mübahisəli əraziyə düşən bir artezan (İddiaçı zəbt etdiyi sahədə qazdırdığı artezian quyusuna konkret sərf edilmiş vəsaitlə bağlı işin məhkəmə baxışına hazırlanması mərhələsində hər hansı bir sübut təqdim edə bilməmişdir.) quyusundan ibarət olmuşdur ki, bu yaxşılaşdırma torpaqdan ayrılması (torpağa ziyan vurmadığı halda) mümkün olduğu halda iddiaçı tərəfindən götürülə bilər. Birinci instansiya məhkəməsində araşdırma zamanı iddiaçının mübahisəli əraziyə düşən hissədə bir artezan quyusunun sökülərək aparılmasına cavabdeh tərəfindən etiraz edilməmişdir. Göründüyü kimi birləşdirilmiş birinci iş üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mübahisəli torpaq sahəsində aparılan yaxşıladırma ilə bağlı xərci tələb etməsi üçün hüquqi əsaslar mövcud olmamış, onun torpaq sahəsindən istifadəsi qanunsuz olmuş və o, mülki qanunvericiliyin tələblərinə görə vicdansız sahib olmuşdur. Qanunvericiliyə görə isə vicdansız sahib faydalı yaxşılaşdırmalar üçün kompensasiya tələb edə bilməz. Məhz bu səbəbdən də, birinci instansiya məhkəməsi haqlı olaraq birləşdirilmiş birinci iş üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mübahisəli torpaq sahəsində aparılan yaxşıladırma ilə bağlı tələbini təmin etməmişdir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Iddiaçı İddiaçı tərəfindən veriilmiş apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lerik Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar