Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-412/2026 17.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) “pul” tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Işdə olan Azərbaycan Beynəlxalq Bankı ASC-nin Ağsu filialının BPM************ nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh maddi yardım məqsədi ilə 4999.88 (dörd min doqquz yüz doxsan doqquz manat səksən səkkiz qəpik) pul köçürmüşdür. Işdə olan 25 avqust və ## ###### 2023-cü il tarixli qəbzlərdən görünür ki, Mus** Ay** Aq** oğlunun hesabına 3000 manat və 2000 manat olmaqla, ümumilikdə 5000 manat pul köçürülmüşdür. Iş üzrə qəbul edilmiş məhkəmə aktı: Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı 4999,88 manat pulun və ödənilmiş 70 manat dövlət rüsumunun alınması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Iddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehə ##.##.2023-cü il tarixdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan, öz istehlak xərclərini və borclarını ödəmək üçün Azərbaycan Beynəlxalq Bankı ASC-nin Ağsu filialından BPM************ nömrəli mədaxil qəbzi ilə göndərməklə 4999.88 (dörd min doqquz yüz doxsan doqquz manat səksən səkkiz qəpik) manat borc pul vermişdir. Cavabdeh həmin pulu 2 ay ərzində ona qaytarmalı idi, lakin cavabdeh hazırki vaxtadək müxtəlif bəhanələrlə borcu qaytarmamışdır. O da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, cavabdeh Cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-nin Ağsu filialından BPM************ nömrəli mədaxil qəbzi ilə cavabdehə borc verdiyi 4999.88 (dörd min doqquz yüz doxsan doqquz manat səksən səkkiz qəpik) manat pul məbləğinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Iddiaçı İddiaçı iddiaçı qismində izahat vermək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən məhkəmə iclasına iki dəfə şəxsən çağırılsa da, o məhkəmə iclaslarında iştirak etməmişdir. Iddiaçı İddiaçı məhkəməyə ünvanladığı ərizədən görünür ki, onun cavabdeh Cavabdeh qarşı pul tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh izahatında göstərdi ki, iddianı qəbul etmir. Belə ki, onun iddiaçı ilə nə bir qohumluq, nə də dostluq əlaqəsi olmamışdır. O, ümumiyyətlə iddiaçını 2-3 dəfə bibisinin oğlu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yanında görmüşdür. Sözügedən pulu, yəni 5000 manatı o Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs borc istəmişdir. Daha sonra, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ona pulun bankda olduğunu, gedib götürə biləcəyini demişdir. O, Sabirabad şəhərindəki “Asan Xidmət” Mərkəzində yerləşən “ABB” bankdan pulu götürmüşdür. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sinif yoldaşı İddiaçı vasitəsi ilə həmin pulu göndərmişdir. Iddiaçı sadəcə pulu göndərərkən vasitəçi olmuş, o, iddiaçıdan borc pul almamışdır. Bu hadisədən bir ay keçməmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ona təcili pul lazım olduğu üçün pulu qaytarmalı olduğunu bildirmişdir. O, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsus kart hesabına 3000 manat və 2000 manat olmaqla, ümumilikdə 5000 manat pul köçürmüşdür. Onların Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə aralarında subicarə müqaviləsinin pozulması və ferma mübahisəsinə dair digər məhkəmə işi də vardır. Həmin mübahisədən sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs belə bir addım ataraq ona qarşı əsassız iddia qaldırmışdır. Bununla yanaşı, iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Ona görə də, iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini məhkəməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə cavabdeh Cavabdeh izahatı ilə eyniməzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəməsini xahiş etdi. Saatlı Rayon Məhkəməsinin (Hakim: Ixtiyar Abuşov) e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankı ASC-nin Ağsu filialından BPM************ nömrəli mədaxil qəbzi ilə göndərməklə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan, maddi yardım məqsədi ilə 4999.88 (dörd min doqquz yüz doxsan doqquz manat səksən səkkiz qəpik) manat pul köçürmüşdür. ddiaçı İddiaçı iddia ərizəsində həmin məbləği cavabdehə borc verdiyini və iki ay ərzində qaytarılmalı olduğunu göstərsə də, Azərbaycan Beynəlxalq Bankı ASCnin Ağsu filialının BPM************ nömrəli mədaxil qəbzi ilə sübuta yetirilir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh 4999.88 (dörd min doqquz yüz doxsan doqquz manat səksən səkkiz qəpik) pulu maddi yardım məqsədi ilə köçürmüşdür. Tərəflər arasında borc münasibətləri yaranmamışdır. Qanunvericilikdə maddi yardımın geri qaytarılması nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçı İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə cavabdehin yazılı etirazında göstərdikləri ilə (cavabdehin həmin pulu əslində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs alması, iddiaçının sadəcə vasitəçi olması, sözügedən pulu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qaytarması və pulun Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs göndərilməsini təsdiq edən qəbzləri iş materiallarına əlavə etməsi) bağlı qeyd edir ki, cavabdehin etdiyi köçürmələr başqa şəxsin, yəni Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bank hesabına köçürülmüşdür və həmin köçürmələrin hazırki tələblə əlaqəsi yoxdur. Məhkəmə cavabdeh Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməli olduğundan həmin ərizə nəzərə alınmamalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini aşağıdakı kimi əsaslandırmışdır: “Hazırki işdə mənim həqiqətən də cavabdehə iddiada qeyd edilən pul məbləğini göndərməyim işin mübahisəsiz halıdır.Cavabdehin həmin pul məbləğinin əldə etməsi faktı da işin mübahisəsiz halıdır.Cavabdeh həmin pul məbləğini maddi yardım yox, borc kimi alması da işin mübahisəsiz halıdır. Hazırki işdə mübahisəli hal yəni cavabdehin iddia üzrə qəbul etmədiyi hal isə yalnız guya həmin pulun mənə yox başqa şəxsə aid olması və mən guya bu işdə vasitəçi olmağımdır. Sübutların belə çoxluğu fonunda birinci insstansiya məhkəməsinin mənim iş üzrə sübutumun yetərsiz olması səbəbindən iddianın rədd edilməsi qanunsuzdur. Halbuki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin qızıl-zinət əşyalarının alınıb verilməsi hissəsi üzrə sübutetmə yükünün bölüşdürülməsində prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etməyərək,mübahisələndirdiyim qətnaməni çıxarmışdır. Göründüyü kimi burada cavabdeh MPMnin 106.3-cü maddəsinə əsasən göndərilmiş pulun borc pul olması faktını etiraf edir və bu barədə məhkəməyə yazılı etiraz ərizəsi vermişdir.Həmçinin Məhkəmə iclası fasiləsiz audio-video qeydiyyata alınmışdır. Lakin birinci instansiya məhkəməsi qətnamə çıxararkən səhv mövqe sərgiləmiş və qanunsuz qətnamə çıxarmışdı”. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz (ərizə) daxil olmuş, etirazını aşağıdakı kimi əsaslandırmışdır: “Mənimlə iddiaçı İddiaçı arasında nə yazılı, nə də şifahi formada hər hansı borc müqaviləsi, öhdəlik münasibəti və ya başqa mülki-hüquqi əlaqə mövcud olmamışdır. Mən iddiaçını əvvələr tanımamış, onunla hər hansı işgüzar, qohumluq və ya digər hüquqi münasibətdə olmamışam. Bank köçürməsi borc münasibətinin yaranmasını sübut etmir. Iddiaçı öz tələbinin əsası kimi yalnız 4999,88 manat məbləğində pul vəsaitininmənim hesabıma köçürülməsini təsdiq edən bank sənədinə istinad edir. Lakin pul vəsaitinin köçürülməsi faktı həmin vəsaitin borc kimi verildiyini sübut etmir. Borc münasibətinin mövcudluğu üçün tərəflər arasında belə razılaşmanın olmasını təsdiq edən digər sübutlar təqdim edilməlidir. Iddiaçı pulun borc kimi verilməsi, qaytarılma müddəti, şərtləri və tərəflər arasındarazılaşmanın mövcudluğu barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Köçürülmüş vəsaitin faktiki sahibi iddiaçı deyil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmuşdur. Iş üzrə müəyyən edilmiş halardan görünür ki, mən ##.##.2023-cü il tarixində qohumum Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs borc pul istəmişəm. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin vəsaitin bank vasitəsilə göndəriləcəyini bildirmiş, sonradan onun sinif yoldaşı olan iddiaçı İddiaçı vasitəsilə 4999,88 manat məbləğind əpul vəsaiti mənim hesabıma köçürülmüşdür. Beləliklə, iddiaçı yalnız vasitəçi qismində çıxış etmiş, vəsaitin faktiki sahibi və mənim qarşısında öhdəliyim olan şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmuşdur. Mən üzərimə düşən öhdəliyi tam həcmdə icra etmişəm. Aldığım vəsaiti Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs alınmış borc kimi qəbul etmiş və həmin borcu tam şəkildə geri qaytarmışam. Belə ki, ##.##.2023-cü il tarixində 3000 manat, ##.##.2023-cü il tarixində isə 2000 manat olmaqla, ümumilikdə 5000 manat məbləğində pul vəsaitini Pay ödəniş sistemi vasitəsilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bank kartına köçürmüşəm. Həmin ödənişlər qəbzlərlə təsdiq olunur və iş materialarında mövcuddur. Iddiaçı tələb hüququnun mövcudluğunu sübut edə bilməmişdir. Iddiaçının tələbi vicdanlılıq prinsipinə ziddir. Mən aldığım vəsaiti faktiki borc verən şəxs hesab etdiyim Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tam şəkildə qaytarmışam. Bu halda eyni məbləğin ikinci dəfə tələb olunması qanunun məqsədinə və vicdanlılıq prinsipinə uyğun deyildir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Saatlı Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 88-cimaddəsinə uyğun olaraq sübutlara hüquqi qiymət vermiş və iddianın sübuta yetirilmədiyi nəticəsinə gəlmişdir. Apellyasiya şikayətində həmin nəticələri təkzib edən yeni və mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə də, İddiaçı apelyasiya şikayəti təmin edilməsin, Saatlı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı iş üzrə ##.##.2026-cı iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın”. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, iddiaçını tanımırlar. Iddiaçı ilə hər hansı qohumluq, tanışlıq və ya münasibətləri yoxdur. Iddiaçı onun bacısı oğlu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tanışıdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Həmçinin iddiaçıya işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması, habelə iddia tələbinin əsasını təşkil edən hallara dair izahatlarının dinlənilməsi məqsədilə onun məhkəmə iclasında şəxsən iştirakının zəruri olduğu da bildirilmişdir. Buna baxmayaraq, iddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərmiş olduğu ərizədə məhkəmə iclasını iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs da məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, Saatlı rayon ##.##.2026-cı il, e-*(***)- ****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən, Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. 372.1.-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını, birinci instansiya məhkəməsinin gəldiyi nəticələri və apellyasiya şikayətinin dəlillərini qarşılıqlı surətdə qiymətləndirərək hesab edir ki, Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2(055)-1720/2025 saylı qətnaməsi qanuni və əsaslıdır, onun ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsas mövcud deyildir. Işin hallarından görünür ki, mübahisənin predmeti olan 4999,88 manat məbləğində pul vəsaiti Azərbaycan Beynəlxalq Bankı ASC-nin Ağsu filialının BPM************ nömrəli mədaxil qəbzi ilə köçürülmüş, həmin qəbzdə vəsaitin təyinatı açıq şəkildə “maddi yardım” kimi göstərilmişdir. Eyni zamanda, işdə olan digər qəbzlərdən görünür ki, ## ###### 2023-cü il və ## ###### 2023-cü il tarixlərində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hesabına 3000 manat və 2000 manat olmaqla ümumilikdə 5000 manat köçürülmüşdür. Bu sənədlər iş üzrə maddi-hüquqi münasibətin mahiyyətinin müəyyən edilməsində həlledici əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə müqavilə azadlığı prinsipi təsbit edilmişdir. Həmin prinsipə əsasən şəxslər öz iradələrinə uyğun olaraq mülki hüquq və vəzifələr yarada, o cümlədən qanunla qadağan olunmayan formada müqavilələr bağlaya bilərlər. Bu baxımdan tərəflər arasında borc münasibətinin yazılı müqavilə bağlanmadan, o cümlədən şifahi razılaşma əsasında yaranması da istisna edilmir. Lakin müqavilə azadlığı prinsipi tərəfləri mübahisə yarandıqda həmin münasibətin mövcudluğunu sübut etmək vəzifəsindən azad etmir. Tərəflər arasında borc münasibətinin yaranması iddia olunduğu halda, həmin münasibətin mövcudluğu, pul vəsaitinin məhz borc qismində verilməsi, qaytarılma öhdəliyinin və müddətinin razılaşdırılması qanunvericiliyin müəyyən etdiyi sübutetmə qaydalarına uyğun olaraq təsdiq edilməlidir. Hazırkı iş üzrə iddiaçı pul vəsaitinin cavabdehə məhz borc kimi verildiyini bildirsə də, bu halı təsdiq edən hər hansı yazışma, qəbz, müqavilə, elektron məlumat daşıyıcısında saxlanılan məlumat, tərəflər arasındakı razılaşmanı təsdiq edən digər sübutlar və ya işin hallarından belə nəticəyə gəlməyə imkan verən hər hansı mötəbər dəlil təqdim etməmişdir. Əksinə, iş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ASC-nin Ağsu filialının BPM************ nömrəli mədaxil qəbzində pul vəsaitinin təyinatı "maddi yardım" kimi göstərilmişdir. Iddiaçı tərəfindən həmin təyinatın səhv göstərilməsi, həqiqi iradəni əks etdirməməsi və ya tərəflər arasında əslində borc münasibətinin mövcud olması barədə hər hansı sübut təqdim edilməmişdir. Kollegiya nəzərə alır ki, qüvvədə olan qanunvericilikdə maddi yardımın verilməsi və sonradan onun geri qaytarılmasının tələb olunması ilə bağlı ayrıca hüquqi mexanizm nəzərdə tutulmamışdır. Buna görə də köçürülmüş vəsaitin sonradan geri tələb edilməsi üçün həmin vəsaitin borc, yaxud digər qaytarılmalı hüquqi əsas üzrə verildiyi etibarlı sübutlarla müəyyən edilməlidir. Belə olan halda, təkcə pul vəsaitinin cavabdehin hesabına köçürülməsi faktı, xüsusilə də köçürmə sənədində vəsaitin təyinatı "maddi yardım" kimi göstərildiyi halda, tərəflər arasında borc münasibətinin mövcudluğu və cavabdehin həmin məbləği iddiaçıya qaytarmaq öhdəliyinin yaranması barədə nəticəyə gəlmək üçün kifayət etmir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçı həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında şəxsən iştirakının zəruri olması barədə xəbərdar edilmiş, Mülki Prosessual Məcəllənin 69.1-ci maddəsinə əsasən məhkəmə iclasına iki dəfə şəxsən çağırılsa da, məhkəmə iclaslarında iştirak etməmişdir. Iddiaçının özü də məhkəməyə müraciət edərək iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Lakin bu hal onun sübutetmə vəzifəsini aradan qaldırmır. Məhkəmə tərəfindən tərəfin şəxsən çağırılması həmin tərəfə öz mövqeyini dəqiqləşdirmək və əlavə izahat vermək imkanı yaratsa da, iddiaçının iclaslarda iştirak etməməsi onun iddiasının sübuta yetirilməmiş qalması nəticəsini dəyişmir. Cavabdehin izahatı isə işin faktiki və hüquqi mənzərəsinə fərqli aydınlıq gətirir. Cavabdeh bildirir ki, iddiaçı ilə nə qohumluq, nə tanışlıq, nə də hər hansı mülki-hüquqi əlaqəsi olmuşdur; o, sözügedən pulu iddiaçıdan borc almamış, məbləği Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs istəmiş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs göstərişi ilə həmin pul bank vasitəsilə iddiaçı tərəfindən köçürülmüşdür. Cavabdeh həmçinin həmin məbləği sonradan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bank kartına 3000 manat və 2000 manat olmaqla geri qaytardığını, bunun qəbzlərlə təsdiqləndiyini göstərmişdir. Kollegiya qeyd edir ki, iddiaçının tələb etdiyi pulun Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bank kartına qaytarılmış pul vəsaiti olması da iş materialları ilə təsdiqini tapmır, sadəcə cavabdehin mülahizəsidir. Qeyd olunan izahatlar iddiaçının “mən cavabdehə borc pul verdim” məzmunlu iddiasını təsdiq etmir; Birinci instansiya məhkəməsi məhz bu səbəbdən düzgün olaraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmamışdır. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur: iddiaçı pul vəsaitini cavabdehə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan, maddi yardım məqsədi ilə köçürmüşdür; iddia ərizəsində isə həmin vəsaitin borc olduğu bildirilsə də, qəbzin məzmunu bunu təsdiqləmir. Qanunvericilikdə maddi yardımın geri qaytarılması nəzərdə tutulmadığından, bu halda borcun mövcudluğu barədə nəticəyə gəlmək üçün ayrıca sübutlar tələb olunur. Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya digər əmlak verən bir kəsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse). Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilən pulun borc olmasını) iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Bu prezumpsiya hüquqi dövriyyənin sabitliyini və münasibətlərin müəyyənliyini təmin etmək məqsədi daşıyır. Əks yanaşma qəbul edilsəydi, könüllü verilmiş hər bir əmlak (pul) sonradan subyektiv münasibətlərin dəyişməsi əsasında mübahisələndirilə bilərdi ki, bu da mülki dövriyyənin təhlükəsizliyini ciddi şəkildə zədələyərdi. Beləliklə, əgər iddiaçı verilmiş pulu borc olaraq köçürdüyünü iddia edirsə, bu halın sübut yükü də məhz onun üzərinə düşür. Iddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bu nəticə MPMin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinin məntiqinə tam uyğundur. Apellyasiya şikayətində iddiaçı əsas etibarilə belə mövqe sərgiləmişdir ki, pulun göndərilməsi və cavabdehin həmin vəsaiti alması mübahisəsizdir, mübahisəli qalan yalnız pulun guya başqa şəxsə aid olub-olmaması məsələsidir; onun fikrincə, cavabdeh MPM-in 106.3-cü maddəsinə uyğun olaraq borcun mövcudluğunu etiraf etmişdir. Lakin iş materiallarının məzmunu bu arqumenti təsdiqləmir. Cavabdehin izahatı iddiaçıdan borc almağın etirafı kimi deyil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə bağlı başqa bir maliyyə münasibətinin izahı kimi çıxış edir. Üstəlik, iddiaçının iş üzrə dediklərinin əksinə olaraq, bank qəbzində “maddi yardım” ifadəsi var və bu sənədin məzmunu borc münasibətini özü-özlüyündə təsdiqləmir. Belə olduqda, iddiaçının apellyasiya şikayətindəki mövqeyi hazırkı mülki işin yazılı sübut bazası ilə uzlaşmır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə qarşı etirazını da əsaslı hesab edir. Cavabdeh etirazında açıq şəkildə göstərmişdir ki, iddiaçı ilə arasında borc müqaviləsi, öhdəlik münasibəti və ya başqa mülki-hüquqi əlaqə olmamışdır; bank köçürməsi borc münasibətinin yaranmasını sübut etmir, iddiaçı tərəflər arasında belə razılaşmanın mövcudluğunu təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir; Nəticə etibarilə, cavabdehin etirazı iddiaçının apellyasiya dəlillərini zəiflədən, birinci instansiya qətnaməsinin qanuniliyini təsdiqləyən məzmundadır. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, bu işdə həlledici olan məsələ pul vəsaitinin köçürülməsi faktı deyil, həmin köçürmənin hüquqi təbiətidir. Işin yazılı sübutları, tərəflərin izahatları və məhkəmə iclasında elan edilmiş sənədlər göstərir ki, vəsait “maddi yardım” qismində köçürülmüş, iddiaçı isə bunun əksini sübut edən kifayət qədər dəlil təqdim etməmişdir. Cavabdehin pulu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə bağlı münasibət çərçivəsində aldığını və sonradan həmin şəxsə qaytardığını bildirən izahatı da iddiaçı ilə cavabdeh arasında birbaşa borc münasibətinin olmadığını təsdiqləyir. Bu səbəbdən, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət vermiş, sübutetmə yükünü qanuna uyğun bölüşdürmüş və iddianı təmin etməməklə qanuni nəticəyə gəlmişdir. Apellyasiya şikayətində bu qənaəti sarsıdan yeni və mötəbər sübutlar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin e-2(055)-1720/2025 saylı ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfə aid edilsin. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-412/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-412/2026
17.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver