Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-443/2026 20.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh Füzuli rayonu, Horadiz şəhəri, 20 yanvar küçəsi, 3-cü dalanda yerləşən * saylı evin *-cı saylı, 3 otaqlı 62,44 kv.m mənzilə görə dəymiş 34.000 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Cavabdeh Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, dalan 3, bina 7, mənzil 6-da yerləşən 3 otaqlı, 62,44 kvadrat mənzil sahəsində gördürdüyü təmir işlərinə və həmin mənzildən əlavə * nömrəli binanın kanalizasiya xəttinin çəkilməsinə görə hazırkı bazar qiyməti ilə çəkdiyi 34.000 manat pulun və vəkil xidmətinə görə ödədiyi 400 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Səkinəxanım Məmmədli) iddia təmin edilməmişdir. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərək qeyd edir ki, qətnamədən verilmiş apellyasiya şikayəti üzrə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ödənilməli dövlət rüsumu tam həcmdə ödənilməmiş, eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmun tələblərinə uyğun olmamışdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda ödənilməli dövlət rüsumunun məbləği 120 manat və 10.000 manatdan yuxarı olan hissənin 0,3 faizi həcmində müəyyən edilir. Hazırkı iş üzrə iddia qiyməti 34.000 manat təşkil etdiyindən, həmin maddəyə əsasən ödənilməli dövlət rüsumu 192 manat olmuşdur. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya şikayətinin verilməsinə görə ödənilməli dövlət rüsumu 8.1-ci maddədə nəzərdə tutulmuş dövlət rüsumunun 50 faizi həcmində müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilməli dövlət rüsumu 96 manat təşkil etmişdir. Lakin iddiaçı tərəfindən cəmi 14,60 manat dövlət rüsumu ödənilmişdir ki, bu da qanunla müəyyən edilmiş məbləğdən əhəmiyyətli dərəcədə azdır. Bundan əlavə, apellyasiya şikayətinin forması və məzmunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmişdir və apellyasiya şikayəti verilərkən həmin formanın tələblərinə ciddi riayət olunması zəruridir. Apellyasiya şikayətinin forması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin * nömrəli Əlavəsində müəyyən edilmiş qaydada verilməmiş, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilsə də, müəyyən edilmiş formada tərtib (təqdim) edilməmiş, müəyyən edilmiş ardıcıllığa riayət edilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmiş və orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar müəyyən edilmişdir. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi isə qətnamədən verilmiş apellyasiya şikayəti üzrə “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə uyğun olaraq ödənilməli dövlət rüsumunun tam həcmdə ödənilib-ödənilmədiyini, habelə apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi-də nəzərdə tutulmuş forma və məzmun tələblərinə uyğun olub-olmadığını yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Odur ki, Füzuli Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apelyasiya şikayəti geri qaytarılması üçün Füzuli Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə uyğun olaraq isə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.4.-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. 402.2.1-ci maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267-269, 397 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Füzuli Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialları sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün (apelyasiya şikayəti geri qaytarılması üçün) Füzuli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-9)-443/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-443/2026
20.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver