Məhkəmə qərarları › İş №e-2(3-9)-444/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-444/2026

13.05.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-444/2026 13.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi İddiaçı vəkili, eyni zamanda nümayəndəsi nümayəndə2, cavabdehlər cavabdeh1 və cavabdeh2 Maksim oğlunun iştirakları ilə, Işin halları: Iddiaçıllar İddiaçı, X2, X6 və X4 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “mənzildən istifadə hüququ tanınmaqla həmin evdə yaşamalarına cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi” tələbinə dair iddia əriəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, X2, X6 və X4 adlı uşaqların cavabdehlərə məxsus Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində yerləşən mənzilindən istifadə hüququ tanınmaqla, həmin evdə yaşamalarına cavabdehlər tərəfindən yaradılan manaeələrin qadağan edilməsi və uşaqların qanuni nümayəndəsi olaraq onların hüquqlarının realizə edilməsi ilə bağlı həmin evdə yaşadıqları müddətdə onlara qulluq qayğı göstərməsi ilə əlaqədar olaraq uşaqlarla yetkinlik yaşına çatanadək İddiaçı evdə yaşamasına cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçılar tələblərini dəqiqləşdirərək, X2, X6 və X4 adlı uşaqların cavabdehlərə məxsus Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində yerləşən mənzilindən istifadə hüququ tanınmaqla həmin evdə yaşamalarına cavabdehlər tərəfindən yaradılan manaeələrin onlara qadağan edilməsi və uşaqların qanuni nümayəndəsi olaraq hüquqlarının realizə edilməsi ilə bağlı onların həmin evdə yaşadığı müddətdə onlara qulluq-qayğı göstərməsi ilə əlaqədar olaraq uşaqlar yetkinlik yaşına çatanadək İddiaçı həmin evə giriş-çıxışına cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslanmışdır ki, İddiaçı cavabdeh cavabdeh2 ilə nikaha daxil olmuş və onun da ailə üzvü olduğu evdə yaşamışlar. Birgə nikahdan onların X2, X6, X4 adlı uşaqları doğulmuşdur. Nikahı pozulduqdan sonra cavabdehlər onu və uşaqlarını həmin evdən çıxarmağa cəhd edirlər. Hətta Füzuli Rayon Məhkəməsinin # #### 2021-ci il tarixli qətnaməsi ilə onun həmin evdən çıxarılmağı qət edilmiş, icra şöbəsinin qərarı ilə həmin evdən çıxsa da, cavabdeh cavabdeh2 uşaqları və digər cavabdeh cavabdeh1 nəvələri həmin evdə yaşamağa davam edərək, həmin kənddə qalmaqla təhsillərini davam etdirirlər. Onun uşaqları saxlayacaq başqa evi yoxdur. Hesab edir ki, uşaqlar cavabdehin birinci növbə vərəsələri olmaqla, həmin uşaqları saxlamaq cavabdehin vəzifəsidir. Iddiaçı qismində uşaqları iştirak etsə də o, uşaqlarının öz ata və babalarının evində yaşamasına etirazı yoxdur. O, həmin evdən çıxarılsa da, gələcəkdə uşaqların həmin evə hər hansı hüququ təsbit olunarsa, uşaqlara qulluq etmək üçün heç bir şəxsi hüququ təsbit edilmədən həmin evdə yaşamaq istəyir. Əslində onun nikahı 2009-cu ildə bağlanılmış, onun həmin evdən kompensasiya almaqla çıxmaq hüququ olsa da, məhkəmə buna qiymət verməmişdir. Artıq məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və həmin evdən çıxarılsa da, bu qış günlərinin yaxınlaşdığı zamanda onun uşaqlarını aparacaq yeri yoxdur. Uşaqlar doğulandan həmin evdə yaşamışlar və həmin ev onların atası və babalarının evidir. Ona görə məhkəməyə müraciət etməli olmuşdur. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Iddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi İddiaçı vəkili, eyni zamaneda nümayəndəsi nümayəndə2 iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının uşaqları doğulduğu gündən hal-hazıradək mübahisəli evdə yaşayır. Iddiaçı İddiaçı məhkəmə qətnaməsi ilə mübahisəli evdən çıxarılan tarixədək, yəni 2025-ci ilədək başqa yaşayış yeri olmadığından uşaqları ilə birlikdə mübahisəli evdə yaşamışdır. Uşaqları və atası cavabdeh2 mübahisəli evdə qeydiyyatdadırlar. Iddiaçı İddiaçı həmin evdən çıxarılsa da, gələcəkdə uşaqların həmin evə hər hansı hüququ təsbit olunarsa, uşaqlara qulluq etmək üçün heç bir şəxsi hüququ təsbit edilmədən həmin evə gedib gəlmək istəyir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər məhkəmədə iştirak etməmişlər. Füzuli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 56.1, 58.2, 59.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, uşaqların analarının yaşayış yeri olmadığından, atalarının isə yaşayış yeri mübahisəli ev sayıldığından, ata babalarına məxsus, ataları və anaları ilə birlikdə doğulduqları gündən mübahisəli yaşayış sahəsində yaşamaqla oradan istifadə hüquqları yarandığından iddia təmin edilməli, uşaqların cavabdeh, uşaqların ata babası cavabdeh1 məxsus Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində yerləşən mənzilindən istifadə hüququ tanınmaqla həmin evdə yaşamalarına cavabdehlər tərəfindən yaradılan manaeələr onlara qadağan edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən cavabdeh1 və onun vəkili, eyni zamanda nümayəndəsi nümayəndə1 apellyasiya şikayəti verərək ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə əsassız və qanunsuzdur. Belə ki, iddiaçı İddiaçı 2009-cu ildə nikah bağadıqdan sonra qaylnatasına atasından miras qalmış evə gəlin köçmüş, qeyd edilən mənzildə isə 2013-cü ildən yaşamağa başlamışdır. Uşaqlardan ikisi həmin mənzildə deyil, əvvəl gəlin köçdüyü mənzildə doğulmuşlar. Belə ki, İddiaçı həmin yaşayış evindən istifadə edilməmklə həmin evə köıürülmə barədə 2022-ci il tarixdə Füzuli Mayon Məhkəməsinə müraciət etmiş, Füzuli Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli, 2(064)- 515/2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** saylı, ## ###### 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iddia rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsi Ali Məhkəmənin Mülki kollegiyasının *(***)-****/**** saylı, ## ####### 2013-cü il tarixli qərarı ilə qüvvədə saxlanmışdır. Göründüyü kimi eyni məsələ ilə bağlı apellyasiya və Ali məhkəmələrin qüvvəyə minmiş qərarları olduğu halda, Füzuli Rayon Məhkəməsi işi icraata götürmüş və əsassız olaraq iddianı təmin etmişdir. Həmçinin qeyd edilən yaşayış evindən iddiaçının çıxarılması ilə bağlı birinci, apellyasiya və kasassiya instansıyalarının qətnamələri vardır. Həmin qətnamələr qəbul edilərkən iddiaçının nikahı artıq pozulmuşdur və məhkəmə qətnaməsi ilə uşaqlar da iddiaçının yanında saxlanılmışdır. Məhkəmənin gəldiyi yanlış qənaət nəticəsində hazırda mülkiyyətci cavabdeh1 yaşayış yerindən məhrum olub qardaşının evində yaşayır. Mülkiyyətçinin hüquqqları qanunverici tərəfindən daha çox qorunaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququ tələb edən şəxslə mülkiyyətçi arasında notarial qaydada təsdiq edilmiş müqavilənin olmasını nəzərdə tutur ki, belə bir müqavilə də mövcud deyil. Hesab edir ki, məhkəmə iddianı təmin edərkən qanunun tələblərinə düzgün riayət etməmişdir. Məhkəmə düzgün və hərtərəfli araşdırma aparmamış, işə birtərəfli yanaşmışdır. Mülki Prossesual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmalıdır. Məhkəmə nə iş üzrə həqiqi halları müəyyən etməmiş, nədə qətnaməni düzgün əsaslandıra bilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi İddiaçı vəkili, eyni zamanda nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçılar və cavabdehlər arasında illərdir məhkəmə mübahisələri davam edir. Məlikəmə mübahisələri o qədər çoxdur ki, iddia tələblərinin konkret hansı əmlaka yönəldilməsi qarışdıq yaradır. Hazırki ərizəmlə əvvəlcə hazırki iş üzrə cavabdehlər Cahid və cavabdeh1ların hazırki iddiaçı İddiaçı (Misirova) qarşı mənzildən çıxarma tələbinə dair hissəinin izahını vermək istərdim. Belə ki, həmin evdən iddiaçı Bahar Misirova keçmiş həyat yoldaşı cavabdeh2la 2013-cü ildən nikah pozulanadək birgə, ondan sonra isə uşaqları ilə hazırki dövrdək yaşamaqdadır. Əlavə etdiyim Ali Məhkəmənin ## ###### 2022-ci il qərarında və evin kənardan çəkilmiş şəkilində hazırki iddia predmeti olan əmlakdan bəhs edilir. Hansı ki, Füzuli Rayon Məhkəməsinin # #### 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh1 iddiası təmin edilməklə evdən yalnız Bahar Misirovanın çıxarılması qərara alınmış, uşaqlar həmin evdə yaşamasına baxmayaraq onların hüquqlarının xitam verilməsi ilə bağlı heç bir hüquqi qiymət verilməmişdir. Həmin qərarın 2-ci səhifəsində həmin evin 2005-ci ildə tikilməsi, 3 otaqdan ibarət olması, 1124.9 (texniki səhf olaraq bəzi yerlərdə 1224.9 göstərilib) olan torpaq sahəsində yerləşməsi, həmin evdə 2013-cü ildən yaşamağa başlanılması kimi fərqləndirici hallara diqqət yetirilməlidir. Belə ki, məhkəmə qərarı ilə həmin ev hazırki iddia predmeti olan ev olmaqla orada yalnız İddiaçı yaşama hüququna xitam verilmişdir. Uşaqlar barədə heç bir hüquqi qiymət verilməməklə həmin evdə fasiləsiz yaşamışlar. Icraatınızda olan mülki iş üzrə birinci instansiya məhkəməsi uşaqların həmin evə hüquqlarını tanınmaqla, ananın həmin evə heç bir yeni hüququ tanınmadan uşaqların qayğısına qalması evə giriş çıxışına cavabdehlər tərəfindən yaranan manelər onlara qadağan olunmuşdur. Evin yerləşdiyi torpaq sahəsi həm uşaqların atalarının, həm nənələrinin, həmdə babalarının paylı mülkiyyətində olmaqla, onların həmin evdə yaşama, istifadə hüquqlarının olmasını şərtləndirir. Onalr ailənin keçmiş deyil hazırki üzvləridir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli qərarına əsasən ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Həmin qərarın qərara aldı hissəsi belə tərtib edilmişdir:

1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Göründüyü kimi iddiaçıların Ailə Məcəlləsinə əsasən öz atasından, babasınbdan və nənəsindən özlərini saxlılmaq tələbi qanuni olmaqla, onlara qeyri şərtsiz yaşayış sahəsinin verilməsinin hazırki icraatda olan işlə birbaşa əlaqəsi vardır. Hazırki ərizəsinə əlavə etdiyi Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı və digər evin fotoşəkili ilə bəzi məsələlərə izah vermək istəyir. Belə ki, hazırki cavabdehlər Yaşar və cavabdeh2ların iddia tələbinə əsasən Bahar Misirova hazırki iddia predmeti olan evdən Füzuli Rayon Məhkəməsinin # #### 2021-ci il tarixli qətnaməsi ilə çıxarıldıqdan sonra Bahar Misrova onlara qarşı 2009-cu ildə gəlin köçdüyü yəni, 2013-cü ilədək yaşadığı digər evə köçürmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Füzuli Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilsədə, Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsinə əsasən həmin qətnamə tamamilə ləğv edilməklə iddia tələbi rədd edilmişdir. Diqqətə çatdırmaq istəyir ki, həmin ev hazırda iddia tələbi olan ev deyildir. Belə ki, ərizəyə əlavə etdiyi qətnaməyə əsasən evdə iddiaçı və cavabdehlərin 2013-ilədək birlikdə yaşamaları (iddia predmeti olan evdə isə 2013-cü ildən hazırki tarixədək), həmin evin1224.9 kv.metr deyil, 1400.58 kv.metr torpaq sahəsində inşa edilməsi, evin 2005-ci ildə deyil, 1984-cü ildə inşa edilməsi fərqləndirilir. Qətnamənin 5-ci səhifəsində işin mübahisəsiz halı kimi qeyd olunan hissədə konkret evlər fərqləndirilməklə Aqrar Islahatı Komissiyasının # #### 1998-ci il tarixli qərarı ilə cavabdeh cavabdeh1 və digər ailə üzvlərinin adlarına qeydiyyata alınmış 2 ayrı, 1224.9 kv.metr və 1400.58 kv.metr torpaq sahələrində inşa edilmiş 2 ayrı evdən bəhs edilməsi tam aydın olur. Yuxarıda göstərilənləri və ərizəyə əlavə edilmiş snədləri nəzərə çatdıraraq bildirmək istəyir ki, iddiaçıların tələbləri köçürlmə tələbinin rədd edildiyi əmlak deyil, yalnız keçmiş ailə üzvünün çıxarılması qərara alınmış cavabdehlərə məxsus digər əmlakdır. Hər iki ev həmin kənddə yerləşməklə müxtəlif kordinatlarda yerləşsədə, cavabdehlər və onların ailə üzvlərinin mülkiyyətindədir.

ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh cavabdeh1 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, qətnamədə qeyd olunub ki, uşaqların evdə yaşamağına mən razılıq vermişəm. Bununla razı deyiləm, uşaqların evdə yaşamağına razılıq verməmişəm. Ev və torpaq sahəsi mənimdi, lakin mən öz evimə gedə bilmirəm. Uşaqların və iddiaçı İddiaçı evdə yaşamasına etiraz edirəm. Çünki biz hazırda qardaşımın evində qalırıq. Hazırda işləmək qüvvəm yoxdu və qardaşımın evində qalmışıq. Qardaşımla da, buna görə söz-söhbətimiz olur. Qardaşımın evi ilə mənim evimin təxminən 300-400 metr məsafəsi var. Uşaqların biri Sumqayıt şəhərində, ikisi isə həmin evdə yaşayır. Iddiaçı evdən çıxıb və hazırki qərar əsasında gəlib evdə yaşayır. 2009-2013cü illərdə oğlum Cahid iddiaçı İddiaçı ilə birlikdə qardaşımın evində yaşayırdılar. 2013-cü ildən sonra isə köçüb mənim evimdə yaşayıblar. Həmin evi mənim üçün xarici təşkilat tikmişdir. Sonradan evə bir otaq və bir balkon artırmışam. Mənim beş nəfər ailə üzvüm var. Digər oğlum uşaqları ilə birlikdə mənimlə birlikdə yaşayır. 2013-cü ildən bugünə qədər İddiaçı və uşaqlar həmin evdə yaşayırlar. Mən evi müvəqqəti vermişdim ki, yaşasınlar. Həmin evə gedəndə İddiaçı mənə şər atır, ona görə də evə gedib yaşaya bilmirəm. Məhkəmədə cavabdeh cavabdeh2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirib təmin olunmasını xahiş etdi, izahatında göstərdi ki, ## ###### 2009-cu il tarixində İddiaçı ilə ailə həyatı qurmuşam. Ailə həyatı qurduğumuz vaxtda əmimin adına olan evdə yaşamağa başladıq. 2013cü ildə Norveç təşkilatı tərəfindən tikilən evə köçdük. Həmin vaxt atam qardaşının evində yaşayırdı. Əvvəlki qətnamə icra olunan gün İddiaçı evdən çıxdı, daha sonra gəldi evdə yaşamağa başladı. Uşaqların biri Sumqayıt şəhərində ana nənəsiylə bir yerdə qalır. Iki uşaq və İddiaçı isə mübahisəli evdə yaşayırlar. Məhkəmədə iddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi İddiaçı vəkili, eyni zamanda nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, apellyasiya şikayətinin dəlillərinə qarşı təqdim etmiş olduğu yazılı etirazın yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddianın rəddini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və X12 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsinə sübut kimi təqdim edilmiş sənədlərlə tarix ardıcıllığı ilə aşağıdakılar müəyyən olunur. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X16, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı Idarəsi tərəfindən ## ###### 2005-ci ildə verilmiş ***/** nömrəli qeydiyyat vəsiqəsinə əsasən Füzuli rayonu Kürdmahmudlu kəndində yerləşən ümumi sahəsi 25,0 kv.metr olan yaşayış evi mülkiyyət hüququ əsasında cavabdeh1 məxsusdur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən dövlət torpaq kadastrı kitabında ## ###### 2009-cu il tarixdə qeyd edilməklə verilmiş A № ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, plan və ölçü Füzuli rayon Aqrar Islahatı Komissiyasının 1998-ci il # #### tarixli ** nömrəli qərarı ilə Yuxarı Kürdmahmudlu kəndi ərazisindən cavabdeh1 ayrılmış 1224,9 kv.metr həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Iddiaçı cavabdeh2 cavabdeh X3 qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə qanuni qüvvəyə minmiş Füzuli Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən görünür ki, iddia təmin olunaraq tərəflər arasında # ###### 2009-cu ildə bağlanmış nikah poulmuş, tərəflərin birgə nikahlarından doğulmuş # ####### 2010 təvəllüdlü X2, ## #### 2013 təvəllüdlü X4 və ## ###### 2017-ci il təvəllüdlü X5 adlı uşaqların anaları X3 yanında qalmaları müəyyən edilmiş, # #### 2020-ci il tarixindən başlayaraq yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, hər ay 300 manat sabit pul məbləğində alimentin cavabdeh2 tutularaq X3 ödənilməsi qət edilmişdir. Iddiaçı cavabdeh1 cavabdeh X3 qarşı “torpaq sahəsindən və evdən çıxarılması” tələbinə dair iddiası üzrə qanuni qüvvəyə minmiş Füzuli Rayon Məhkəməsinin # #### 2021-ci il tarixli *(***)- ***/**** saylı qətnaməsindən görünür ki, iddia təmin olunaraq, cavabdeh X3 Iüzuli rayonu yuxarı Kürdmahmudlu kəndində yerləşən, Füzuli rayon Aqrar Islahat Komissiyasının 1998-ci il # #### tarixli ** nömrəli qərarı ilə cavabdeh1 verilmiş 1224.9 kv.metr həyətyanı torpaq sahəsindən və onun üzərində inşa edilmiş 3 otaqdan ibarət fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçı Y. Misirovun mülkiyyətində olan 1224.9 kv.metr torpaq sahəsində inşa olunmuş və 2005-ci ildə şəxsi mülkiyyət hüququ əsasında adına qeydə alınmışdır. Cavabdeh B. Misirova iddiaçının oğlu ilə ailə qurduqdan sonra 2013-cü ildə həmin evə köçməklə hazırda orada 3 uşağı ilə yaşamaqda davam edir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Insan Hüquqlarının və X12 Haqqında Konvensiyaya dair ## #### 1952-ci il tarixli * saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. # ####### 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” # ####### 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, # ####### 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa, bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, iddiaçı İddiaçı qızı ## ###### 2009-cu ildə cavabdehlərdən cavabdeh2 ilə faktiki ailə quraraq, sonuncunun əmisinə məxsus olmaqla Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində yerləşən 1400.58 kv.metr torpaq sahəsində 1984cü ildə inşa edilmiş evə köçmüş, nikahları # ###### 2009-cu ildə rəsmiləşdirilmiş və 2013-cü ildədək həmin evdə yaşamışlar. Sonradan isə xüsusi mülkiyyət hüququ əsasında cavabdeh olan qaynatası cavabdeh1 məxsus olmaqla Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində yerləşən 1224.9 kv.metr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə sonuncunun razılığı əsasında köçərək yaşamağa başlamışlar. Birgə nikahdan üç uşaqları olmuşdur. Füzuli Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqların anaları X3 yanında qalmaları müəyyən edilmişdir. Füzuli Rayon Məhkəməsinin # #### 2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə X3 hazırki mübahisənin obyektini təşkil edən Füzuli rayonu yuxarı Kürdmahmudlu kəndində yerləşən, Füzuli rayon Aqrar Islahat Komissiyasının 1998-ci il # #### tarixli ** nömrəli qərarı ilə cavabdeh1 verilmiş 1224.9 kv.metr həyətyanı torpaq sahəsindən və onun üzərində inşa edilmiş 3 otaqdan ibarət fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin arasındakı hüquq münasibətləri # ###### 2009-cu il tarixdə, rəsmi nikahlarının qeydə alındığı vaxtdan yarandığından, mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» # ####### 2013-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə uyğun olaraq 2009-cu ilin #######ın #-dən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. İddiaçı mübahisəli fərdi yaşayış evindən çıxarılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğuna baxmayaraq, hazırki tələbində uşaqların qanuni nümayəndəsi kimi çıxış edərək, iddiasını uşaqların həmin evdə yaşamaqda davam etməsi, istinad olunan qətnamədə onların hüquqlarına xitam verilməməsi ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, qanunvericiliyə görə valideyinin yaşayış yeri uşaqların yaşayış yerinə görə deyil, uşaqların yaşayış yeri valideyinlərin yaşayış yerinə görə müəyyən olunur və bu xüsusda ananın evdən çıxarılması, onun yanında qalması müəyyən olunan uşaqların da çıxarılmalarını ehtiva edir. Odur ki, iddiaçı İddiaçı mülkiyyətçinin oğlu ilə nikahı ## #### 2020-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuş olduğundan, qüvvədə olan məhkəmə qətnaməsinə əsasən mübahisəli fərdi yaşayış evindən çıxarıldığından hazırki tələbi mülkiyyətçinin iradəsi əleyhinə təmin oluna bilməz. Bu qənaətə gələrkən Kollegiya onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair ## ######## 2020-ci il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti təmin olunaraq qətnamə ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 382, 384.0.2, 385.1., 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Füzuli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçıllar İddiaçı, X2, X6 və X4 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “mənzildən istifadə hüququ tanınmaqla həmin evdə yaşamalarına cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.

Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid Imanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar