Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-466/2026 27.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər İsmayılov Şəhriyar Asif oğluna, İsmayılov Nicat Nicat oğlunun və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızına qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsindən cavabdeh İsmayılov Şəhriyar Asif oğlu (nümayəndəsi və vəkili X1) tərəfindən verilmiş şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq, cavabdehlər İsmayılov Şəhriyar Asif oğlundan, İsmayılov Nicat Nicat oğlunun və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızından müştərək qaydada 16.000 manat əsas, 1.971,80 manat faiz, 403,20 manat cərimə borcu və ödənilmiş 145,12 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi (hakim İlqar Əliyev) ilə iddia təmin edilmiş, cavabdehlər İsmayılov Şəhriyar Asif oğlundan, İsmayılov Nicat Nicat oğlunun və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızından müştərək qaydada 16.000 manat əsas, 1.971,80 manat faiz, 403,20 manat cərimə borcu və ödənilmiş 145,12 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh İsmayılov Nicat Nicat oğlunun və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızı (nümayəndəsi və vəkili olan vəkil2) elektron məhkəmə sistemi vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Xocavənd Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh İsmayılov Nicat Nicat oğlunun və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızı (nümayəndəsi və vəkili olan vəkil2) elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, Xocavənd Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən tərəflərindən verilmiş apellyasiya şikayətinin baxılması üçün buraxılmış prosessual müdətin bərpa edilməsini və apellyasiya şikayətini baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilmiş, cavabdeh İsmayılov Nicat Nicat oğlunun və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızının apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan cavabdeh İsmayılov Şəhriyar Asif oğlu (nümayəndəsi və vəkili X1) elektron məhkəmə sistemi vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Xocavənd Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə cavabdeh İsmayılov Şəhriyar Asif oğlunun nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Xocavənd Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadından narazı qalan iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 elektron məhkəmə sistemi vasitəsi ilə şikayət ilə məhkəməyə müraciət edərək, Xocavənd Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadının ləğv edilməsi, cavabdehlər İsmayılov Nicat Nicat oğlunun və İsmayılova Nuray Nicat qızının qanuni nümayəndəsi İsmayılova Günay Zöhrab qızının nümayəndəsi və vəkili olan vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin rədd edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, Xocavənd Rayon Məhkəməsinin ## ######## 2025ci il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılması və şikayət mülki işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, Xocavənd Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)****/**** saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və iş apellyasiya icraatına qəbul edilmişdir. ##.##.2025-ci il tarixdə cavabdeh İsmayılov Şəhriyar Asif oğlu (nümayəndəsi və vəkili X1) tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi məhkəməyə daxil olmuş, bununla əlaqədar *(***)-***/**** saylı mülki işin Xocavənd Rayon Məhkəməsinə qaytarılması Şirvan Apellyasiya Məhkəməsindən xahiş olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)****/**** saylı qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə *(***)****/**** saylı, ## ###### 2025-ci il tarixli qərardadı ləğv edilmiş, mülki iş materiallarının Xocavənd Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Xocavənd Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, Xocavənd Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh İsmayılov Şəhriyar Asif oğlunun buraxdığı apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi və cavabdeh İsmayılov Şəhriyar Asif oğlunun nümayəndəsi və vəkili olan X1 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə Xocavənd Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh İsmayılov Şəhriyar Asif oğlu (nümayəndəsi və vəkili X1) tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesаb edilmişdir. Qərardad qanuni qüvvəsini aldıqdan sonra mülki iş materialları Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməsi üçün ## #### 2026-cı il tarixli məktubla Xocavənd Rayon Məhkəməsinə qaytarılmamışdır. Məhkəmə tərkibi hesаb edir ki, cavabdeh İsmayılov Şəhriyar Asif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, mülki iş apellyasiya instansiyasından birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri prosessual hərəkətlər həyata keçirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.3-cü maddəsinin imperativ tələbinə görə, buraxılmış müddətin bərpası haqqında ərizə ilə eyni vaxtda buraxılmış prosessual hərəkət-yəni müvafiq qaydada tərtib edilmiş apellyasiya şikayəti təqdim edilməlidir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən əvvəl təqdim olunmuş apellyasiya şikayəti geri qaytarıldıqdan sonra yalnız müddətin bərpası barədə ərizə verilmiş, lakin həmin ərizəyə qanunvericiliyin tələblərinə uyğun yeni apellyasiya şikayəti əlavə edilməmişdir. Bu hal isə müddətin bərpası institutunun mahiyyətinə zidd olmaqla, apellyasiya şikayətinin mümkün hesab edilməsini istisna edir. Bununla yanaşı, iş birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra da bu prosessual çatışmazlıq aradan qaldırılmamış, cavabdeh tərəfindən nə yeni apellyasiya şikayəti təqdim edilmiş, nə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir. Nəticədə, qanunvericiliyin tələblərinə əməl olunmadan işin yenidən apellyasiya instansiyasına göndərilməsi əsassız olmuşdur. Hazırda belə bir mənzərə mövcuddur ki, məhkəmə cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizəyə hüquqi qiymət verərək onu apellyasiya instansiyasına göndərmiş, lakin Apellyasiya məhkəməsində cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mövcud deyildir. Çünki həmin apellyasiya şikayəti Cəlilabad Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 363.1.1-1-ci mаddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə tərkibi hesаb edir ki, Xocavənd Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh İsmayılov Şəhriyar Asif oğlu (nümayəndəsi və vəkili X1) tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesаb edilməlidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263- 264, 363, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə tərkibi Qərаrа аldı: Xocavənd Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh İsmayılov Şəhriyar Asif oğlu (nümayəndəsi və vəkili X1) tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesаb edilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetinə yerləşdirildiyi) gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-9)-466/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-466/2026
27.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver