Məhkəmə qərarları › İş №e-2(3-9)-534/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-534/2026

19.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-534/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit limit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada 14089.84 manat məbləğində əsas kredit borcunun, 627.30 manat faiz borcunun, 13.07 manat cərimənin, cəmi 14730.21 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 134.19 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (Hakim Şahəddin Kələntərov) iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəflər arasında barışıq əldə olunması üçün vaxt verilməsini xahiş etmiş, ##.##.2026-cı il tarixli apellyasiya baxış iclasında elektron kabinet vasitəsilə ərizə göndərərək iddiaçının cavabdehlə razılıq əldə etməsini və banka oln borcun bağlanmasını göstərmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Iddiaçı tərəf elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, icraatda olan iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair e-*(*-*)-***/**** saylı mülki iş üzrə cavabdehlər tərəfindən banka olan borcun bir qismi ödənilmiş, qalıq borc məbləğini isə iddiaçı tərəfindən bağışlanmışdır. Bu səbəbdən də cavabdehlərin hal-hazırda iddiaçı İddiaçı ASC-nə borcu qalmamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddiadan imtina etdiyini qəbul edərək e-2(3-9)- ***/**** saylı mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyinin onlara aydın olduğunu məhkəmənin diqqətinə çatdırır. Məhkəmə kollegiyası iddiaçı İddiaçı ASC-nin iddiadan imtina barədə ərizəsinin dəlillərini iş materialları üzrə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, Iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiasından imtinası Mülki Prosessual Məcəllənin 370-ci maddəsinin tələblərinə uyğun olduğundan iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə iddiaçı İddiaçı ASC-nin iddiadan imtinası qəbul edilməli, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 263, 264, 370, 384.0.5 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. Iddiaçı İddiaçı ASC-nin iddiadan imtinası qəbul edilsin. Iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar