Məhkəmə qərarları › İş №e-2(3-9)-554/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-554/2026

22.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-554/2026 22.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı ASC İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Balayeva Səbirə Fikrət qızının iştirakı ilə, İddiaçı ASC İddiaçı cavabdeh Balayeva Səbirə Fikrət qızına qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı ASC İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı “xxxx” İddiaçıəhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ##.##.2022-ci il tarixli DKM/***N**A******** №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə cavabdeh Balayeva Səbirə Fikrət qızına məxsus olan Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi ünvanında 0.127050 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 390,1 kv.m ümumi 108,9 kv.m yaşayış 281,2 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan vəsait hesabına borc alan Maraqlı şəxs ##.##.2022-ci il tarixli DKM/***N**A******** №-li kredit müqaviləsi üzrə iddiaçı ASC İddiaçı qarşısındakı 23 352,70 (iyirmi üç min üç yüz əlli iki manat 70 qəpik) manat vaxtı keçmiş əsas borcu, ##.##.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 13 % (on üç faiz) dərəcəsi ilə hesablanmış 1 658,30 (bir min altı yüz əlli səkkiz manat 30 qəpik) manat məbləğində adi faizlər üzrə borc və ##.##.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 192,80 (bir yüz doxsan iki manat 80 qəpik) manat məbləğində penya olmaqla, cəmi 25 203,80 (iyirmi beş min iki yüz üç manat 80 qəpik) məbləğində pul vəsaiti və ##.##.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 13 % (on üç faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə cəmi 51 (əlli bir) manat məbləğində çəkilmiş xərcin ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 165,61 (bir yüz altmış beş manat 61 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələblərini onunla əsaslandırmışdır ki, (kreditor) ASC "Xalq" Bankı ilə Maraqlı şəxs (Borcalan) arasında bağlanmış ##.##.2022-ci il tarixli DKM/***N**A******** №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) əsasən, iddiaçı tərəfindən borcalana 72 (yetmiş iki) ay müddətinə, kreditdən istifadəyə görə illik 13 % (on faiz) ödənilməsi şərtilə, 35 000 (otuz beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "Xalq" Bankı, Borcalan Maraqlı şəxs və ipoteka qoyan Balayeva Səbirə Fikrət qızı arasında sonuncunun Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi ünvanında mülkiyyətində olan 0,127050 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 390,1 kv.m ümumi, 108,9 kv.m yaşayış, 281,2 kv.m yardımçı sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin (bundan sonra "Ipoteka predmeti" adlandırılacaq) ipoteka qoyulması barədə ##.##.2022-ci il tarixli DKM/014N04A01276322 №o-li ipoteka müqaviləsi (bundan sonra "İpoteka müqaviləsi" adlandırılacaq) bağlanmışdır. Qeyd edilən İpoteka predmetinə dair ipoteka hüququnun qeydiyyata alınması barədə ASC "Xalq" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il tarixli 2222007228 qeydiyyat №-li Çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, Borcalan həmin müqavilə üzrə bütün ödənişləri vaxtı-vaxtında və həmin müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin borc alan Maraqlı şəxs öz öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, Kredit müqaviləsi üzrə əsas borc məbləğini tam şəkildə banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin mühüm hissəsini ödəməmişdir. Kredit müqaviləsi üzrə Borc alan Maraqlı şəxs tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən, əsas borc məbləğinin qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək və öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. Beləliklə, ##.##.2025-ci il tarixinə Borcalanın İddiaçı qarşısında 25 011 (iyirmi beş min on bir) manat məbləğində gecikdirilmiş borcu yaranmışdır ki, bunun da 23 352,70 (iyirmi üç min üç yüz əlli iki manat 70 qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 1 658,30 (bir min altı yüz əlli səkkiz manat 30 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Habelə, Borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, ##.##.2025-ci il tarixinə bu məbləğ 192,80 (bir yüz doxsan iki manat 80 qəpik) manat təşkil edir. İddiaçı tərəfindən «İpoteka haqqında» Qanunun 36-cı maddəsinə uyğun olaraq, ipoteka qoyana "İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında" ##.##.2025-ci il tarixli LKN-XO-#.#.****-*** saylı Bildiriş göndərilmiş və İddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmeti hesabına ödənilməsi üçün bu əmlak obyektlərinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. Daha sonra iddiaçı tərəfindən ipoteka qoyulmuş əmlak obyektinə tutmanın yönəldilməsi haqqında ##.##.2025-ci il tarixli LKN-XO-#.#.****-*** saylı Bildirişin qeydiyyata alınması barədə ##.##.2025-ci il tarixli LKN-XO-#.#.****-*** saylı ərizə ilə AR Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR Publik Hüquqi Şəxsi ** saylı Lənkəran Ərazi İdarəsinə müraciət edilmiş və həmin idarə tərəfindən bildirişin qeydə alınması həyata keçirilmişdir. Beləliklə, iddiaçı tərəfindən cavabdehə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Borcalan arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: "Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə "öhdəliklər vicdanla yerinə yetirilməlidir" (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir". Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair" ## #### 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya Məhkəməsinin həmin qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində onun qəbul olunduğu günədək faizlərin və penyanın hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmənin qətnaməsi ilə tərəflər arasındakı müqavilə münasibətlərinə müəyyənlik gətirildiyi üçün (müqavilənin ləğv edilibedilməməsi ilə bağlı) Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edirlər ki, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən etibarən qətnamə qəbul edilənədək kredit müqaviləsi üzrə əsas borc məbləğinə illik 13 % (on üç faiz) dərəcəsi ilə hesablanan adi faizlərin və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın tutulması barədə İddiaçının irəli sürdüyü iddia tələbi əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də, məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Daha sonra iddiaçı "xxxx” ASC iddia tələbi üzrə cavabdeh - Balayeva Səbirə Fikrət qızına qarşı «##.##.2022-ci il tarixli DKM/***N**A******** №-li kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında» iddiasına dəyişiklik edilməsinə dair ərizə təqdim etmiş, həmin ərizədə iddiaçı "xxxx” ASC göstərmişdir ki, ВО-ХО-##.#.****-*** saylı iddia ərizəsinin məhkəməyə təqdim edilməsindən 03 (üç) aydan çox müddət keçdiyini, bununla da borcun artdığını və qeyd edilən müddət ərzində cavabdeh tərəfindən kredit üzrə hər hansı bir ödənişlərin həyata keçirilməməsini nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərini rəhbər tutaraq iddia ərizəsində göstərilmiş tələblərinin 1-ci və 2-ci bəndlərinə müvafiq dəyişikliyi edib, aşağıdakı məzmunda təqdim edir: 1) ##.##.2022-ci il tarixli DKM/***N**A******** №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə cavabdeh Balayeva Səbirə Fikrət qızına məxsus olan Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi ünvanında 0,127050 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 390,1 kv.m ümumi, 108,9 kv.m yaşayış, 281,2 kv.m yardımçı sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə tutma yönəldilsin, ipoteka predmeti açıq hərracda satılsın və həmin əmlakın satışından əldə olunan vəsait hesabına borc alan Maraqlı şəxs ##.##.2022-ci il tarixli DKM/***N**A******** №-li kredit müqaviləsi üzrə iddiaçı ASC İddiaçı qarşısındakı 23 352,70 (iyirmi üç min üç yüz əlli iki manat 70 qəpik) manat vaxtı keçmiş əsas borcu, ##.##.2026-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 13 % (on üç faiz) dərəcəsi ilə hesablanmış 2 619,65 (iki min altı yüz on doqquz manat 65 qəpik) manat məbləğində adi faizlər üzrə borc və ##.##.2026-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 1302,05 (bir min üç yüz iki manat 05 qəpik) manat məbləğində penya olmaqla, cəmi 27 274,40 (iyirmi yeddi min iki yüz yetmiş dörd manat 40 qəpik) məbləğində pul vəsaiti və ##.##.2026-cı il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 13% (on üç faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə cəmi 51 (əlli bir) manat məbləğində çəkilmiş xərc ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı xeyrinə tutulsun. 2) İddia ərizəsinin verilməsinə görə 171,82 (bir yüz yetmiş bir manat 82 qəpik) məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə etdiyini bildirib və məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının digər nümayəndəsi X1 ipoteka predmetinin likvid dəyərinin qiymətləndirilməsi üçün ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri tərəfindən əmlakın dəyərinin müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh Balayeva Səbirə Fikrət qızı məhkəmə iclasına gəlməməmiş, gəlməməsinin səbəbləri barədə də məlumat verməmişdir. Lakin iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, borcları əvvəllər vaxtı-vaxtında ödəmişlər, daha sonra problemlər olduğundan borcu ödəyə bilməmişlər. Borclu olduqlarını qəbul edir. Qətnamə üzrə müəyyən ediləcək məbləği hissə-hissə ödəyə bilər. Məhkəmədən göstərdiklərini nəzəərə almağı xahiş edir Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmış üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasına gəlməməmiş, gəlməməsinin səbəbləri barədə də məlumat verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi (Elvin Ələsgərov) ilə, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Balayeva Səbirə Fikrət qızına məxsus olan Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi ünvanında 0.127050 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 390,1 kv.m ümumi 108,9 kv.m yaşayış 281,2 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 68000 (altmış səkkiz min) manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına “xxxx” İddiaçıəhmdar Cəmiyyəti ilə Maraqlı şəxs arasında bağlanmış ##.##.2022-ci il tarixli DKM/***N**A******** №-li kredit müqaviləsi üzrə 23 352,70 (iyirmi üç min üç yüz əlli iki manat 70 qəpik) manat vaxtı keçmiş əsas borc, 1 658,30 (bir min altı yüz əlli səkkiz manat 30 qəpik) manat məbləğində faiz borc, 192,80 (bir yüz doxsan iki manat 80 qəpik) manat məbləğində penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə cəmi 51 (əlli bir) manat məbləğində çəkilmiş xərc, cəmi 25 254,80 (iyirmi beş min iki yüz əlli dörd manat 80 qəpik) məbləğində pul vəsaitinin və 165,61 (bir yüz altmış beş manat 61 qəpik) manat məbləğində dövlət rüsumunun “xxxx” İddiaçıəhmdar Cəmiyyətinin hesabına tutulması, satışdan əldə olunacaq məbləğ borcun miqdarından artıq olarsa, artıq məbləğin cavabdeh Balayeva Səbirə Fikrət qızına qaytarılması, məhkəməyə müraciət etmək üçün ödənilən 171,82 manat dövlət rüsumu məbləğinin 6,21 manatdan ibarət hissəsinin iddiaçı “xxxx” İddiaçıəhmdar Cəmiyyətinin özünə aid edilməsi, iddia tələbinin digər hissələrinin təmin edilməməsi, Azərbaycan Respublikası "xxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən rəy verilməsi üçün çəkilmiş 300,00 manat xərcinin 150,00 manatdan ibarət hissəsinin cavabdeh Balayeva Səbirə Fikrət qızından, 150,00 manatdan ibarət hissəsinin isə iddiaçı “xxxx” İddiaçıəhmdar Cəmiyyətindən tutularaq "xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı ASC İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı ASC İddiaçı Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin iddia tələblərinin təmin edilməyən və ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edən hissələrində ləğv edilməsini, iddianın tam təmin edilməsini və ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı ASC İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin iddia tələblərinin təmin edilməyən və ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edən hissələrində ləğv edilməsini, iddianın tam təmin edilməsini və ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməsini xahiş etdi. Cavabdeh Balayeva Səbirə Fikrət qızı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsini iddiaçı ASC İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər 308.1-ci maddəsinə görə ümumi ipoteka elə ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilə bilər. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, işdə olan ##.##.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Maraqlı şəxs "xxxx" ASC-dən 72 ay müddətinə, illik 13% dərəcəsi ilə 35.000 (otuz beş min) AZN məbləğində kredit götürmüşdür. İşdə olan Nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Balayeva Səbirə Fikrət qızı ##.##.2009-cu il tarixində rəsmi nikaha daxil olmuşlar. İşdə olan ##.##.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Maraqlı şəxs həyat yoldaşı Balayeva Səbirə Fikrət qızının mülkiyyətində olan daşınmaz əmlakın (ev və torpaq sahəsinin) onun bankdan götürəcəyi kreditin təminatı kimi ipotekaya qoyulmasına rəsmi razılıq vermişdir. İşdə olan ##.##.2022-ci il tarixli İpoteka müqaviləsindən görünür ki, Balayeva Səbirə Fikrət qızı, həyat yoldaşı Maraqlı şəxs kredit öhdəliyini təmin etmək məqsədilə Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən 0,12705 ha torpaq sahəsini və 390,1 kv.m sahəsi olan fərdi yaşayış evini "xxxx" ASC-yə girov qoymuşdur. İşdə olan Lənkəran Şəhər İcra Hakimiyyəti nümayəndəliyinin ##.##.2022-ci il tarixli arayışından görünür ki, ipoteka predmeti olan Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsindəki fərdi yaşayış evində heç kim qeydiyyatda deyil. İşdə olan Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Daşınmaz əmlakın reyestr nömrəsi 802013131845-10301 olan 0.12705 ha ölçüdə torpağ sahəsi üzrə Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən 390,1 kv.m sahəsi olan fərdi yaşayış evi Balayeva Səbirə Fikrət qızının mülkiyyətindədir. İşdə olan ##.##.2022-ci il tarixli müqavilə əsasında fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, borcalan kredit ödənişlərini gecikdirdiyi üçün "xxxx" ASC borcun ödənilməsini tələb etmiş, əks halda 30 gün müddətində ipoteka predmetinin (evin) satılmasına başlanacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ##.##.2022-ci il tarixli müqaviləyə əsasən mövcud borc hesablanmasına dair cədvəldən görünür ki, ##.##.2025-ci il tarixinə Maraqlı şəxs "xxxx" ASC qarşısında əsas borc, faizlər və cərimələr daxil olmaqla cəmi 25.203,80 AZN məbləğində ödənilməmiş borc öhdəliyi qalmışdır. İşdə olan ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi vermək üçün 165,61 AZN m əbləğində dövlət rüsumu ödəmişdir İşdə olan Azərbaycan Respublikasi "xxxx” MMC qiymətləndirmə şirkəti rəyində göstərmişdir ki, Lənkəran rayonu, Aşağı Nüvədi kəndində 0.127050 ha torpaq sahəsi üzərində yerləşən 390.1 kv.m ümumi, 108.9 kv.m yaşayış, 281.2 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin ## ###### 2025-ci il tarixə bazar dəyəri 80 000 (səksən min), likvid dəyəri 68 000 (altmış səkkiz min) manat təşkil edir. Torpaq sahəsi (ha) əsasən 32 000 manat, likvid dəyəri 24 800 manat təşkil edir. Tikilinin bazar dəyəri 48 000 manat, likvid dəyəri 43 200 manat təşkil edir. Qiymətləndirmə tarixinə valyuta kursu 1USD=1.70 manat olmaqla qiymətləndirmə valyutası: Azərbaycan manatı üzərindən aparılmışdır. Əmlaka baxış tarixi: ## ###### 2025-ci il tarixdə keçirilmiş, Bazar və likvid dəyəri ## ###### 2025-ci il tarixə nisbətdə qiymətləndirilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Maraqlı şəxs ilə "xxxx" ASC arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsi əsasında Maraqlı şəxs 72 ay müddətinə, illik 13% dərəcəsi ilə 35.000 (otuz beş min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı ASC "Xalq" Bankı, borcalan Maraqlı şəxs və ipoteka qoyan Balayeva Səbirə Fikrət qızı arasında sonuncunun Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi ünvanında mülkiyyətində olan 0,127050 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 390,1 kv.m ümumi, 108,9 kv.m yaşayış, 281,2 kv.m yardımçı sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin (bundan sonra "Ipoteka predmeti" adlandırılacaq) ipoteka qoyulması barədə ##.##.2022-ci il tarixli DKM/014N04A01276322 №o-li ipoteka müqaviləsi (bundan sonra "İpoteka müqaviləsi" adlandırılacaq) bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından üçüncü şəxs Maraqlı şəxs hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi və müqaviləni əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir. Üçüncü şəxs müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq iddiaçı təşkilata ödəməli olduğu ödənişləri etməmişdir. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin mülki iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Lakin iddiaçı ASC "Xalq" Bank apelyasiya şikayətinin dəlillərində faiz borcu və cərimə borcunun birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmədiyini bildirərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cərimə borcuna və faiz borcuna münasibətdə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər. Kollegiya qeyd edir ki, qeyd edilən hüquqi mövqeyə əsasən hesab edir ki, iddiaçının cavabdehə müqavilə üzrə yaranmış bütün borcun ödənilməsi ilə müqaviləyə xitam verilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə xəbərdarlıq müddəti verməsi və cavabdehin bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə onlar arasında olan müqavilə münasibətləri iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış faiz və cərimə borcunu tələb etməyə hüququ olmuşdur. Belə ki, iddiaçının ##.##.2025-ci il tarixdə cavabdehə və üçüncü şəxsə göndərdiyi bildirişdə kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun göndərildiyi, yəni ##.##.2025-ci il tarixdən müqavilə xitam verilmişdir. Belə ki, həmin bildirişdə qeyd edilmişdir ki, borc alanın ##.##.2025-ci il tarixə ASC "Xalq" Bankı qarşısında ümumi borcu 23670,25 AZN təşkil edir ki, bunun 21790,47 manatı əsas borc, 1562,23 manatı vaxtı keçmiş əsas borc məbləği, 296,14 manat əsas borc məbləğinə hesablanmış adi faizlər, 21,41 manatı isə vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə faizləri üzrə borc məbləği təşkil edir. Belə olan halda iddia tələbi məhz həmin məbləğ həddində əsaslı olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddianı məhz həmin həddə təmin etmişdir. İddiaçının nümayəndəsi apellyasiya icraatı zamanı verdiyi izahatında, eyni zamanda apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı tərəf ipoteka predmetinin ilkin satış qiymətinin ziddiyyətli mütəxəssis rəyi əsasında 68 000 manat müəyyən edildiyini, həmin məbləğin həddindən artıq yüksək olduğunu bildirərək, ekspertiza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı “xxxx” ASC-nin nümayəndəsi məhkəməyə ##.##.2026-cı il tarixdə təkrar ekspertiza təyin olunması barədə göndərdiyi vəsatətlə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təkrar qiymətləndirmə prosessinin aparılması lüzumsuzdur. Belə ki, MPM-in 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. xxxx ASC ilə Maraqlı şəxs arasında bağlanmış ##.##.2022-ci il tarixli DKM/***N**A******** nömrəli ipoteka müqaviləsində göstərilmişdir ki, müqavilənin məqsədləri üçün tərəflər müstəqil, obyektiv və səriştəli hesab etdikləri daşınmaz əmlak qiymətləndiriciləri olaraq «Roveks Konmark», «Veto-Consulting» və «xxxx» MMC razılaşmışlar. Göründüyü kimi, tərəflərin müqavilədə razılaşması üzrə göstərilən «xxxx» MMC-yə fərdi yaşayış evinin qiymətləndirilməsi tapşırılmış, buna uyğun öz rəyini vermişdir. Məhkəmə qiymətləndiricinin rəyində anlaşılmazlıq yaxud da ziddiyyət müəyyən edilməmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlmişdir ki, təkrar qiymətləndirmə prosesinin aparılması işə baxılmasının lüzumsuz uzadılmasına səbəb olacaqdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəf birinci instansiya məhkəməsində ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən edilməsi barədə ekspertiza təyin edilməsi üçün vəsatət versə də, vəsatətdə ilkin ekspert rəyinin əsassızlığının nədən ibarət olması, həmin rəylə razılaşmamağın səbəblərini izah etməmişdir. Halbuki birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi hazırkı iş üzrə rəy vermiş qiymətləndirici təşkilat da tərəflərin müqavilə üzrə razılığı əsasında müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəf ekspert rəyinin əsassızlığına dair birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsində verilməli olan sübutların (ekspertiza təyin edilməsi barədə) təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edilənləri əsasən apelyasiya şikayətinin formal mülahizə hesab edir, bu isə tərəflərin azad iradəsi əsasən bağlanmış müqavilə əsasında öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsi əsası hesab etmir. Həmçinin apelyasiya şikayətinin dəlilləri qanunauyğun və əsaslı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinin hüquqi əsasını təşkil edə bilməməsi qənaətinə gəlir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi iddiaçının apellyasiya şikayəti üzrə qətnamənin faiz borcu və cərimə borcuna münasibətdə mübahisələndirilən hissəsinin qiyməti 5000 manatdan az təşkil etdiyindən həmin hissədən kassasiya şikayəti verilə bilməz, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı ASC İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar