Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-615/2026 29.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh1, cavabdeh5, cavabdeh6, Axundova İradə Ağarza qızı və cavabdeh4 qarşı «kreditin borcunun qaytarılması» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı ASC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1, cavabdeh5, cavabdeh6, Axundova İradə Ağarza qızı və cavabdeh4 ## ### 2013- cü il tarixli, BAL*******/** saylı müqaviləyə əsasən 380,64 manat əsas borc, 171,36 manat faiz borc, 39,5 manat cərimə borcu olmaqla cəmi 591,5 manat, ## ###### 2013-cü il tarixli, LS*******/** saylı müqaviləyə əsasən 5.086,12 manat əsas borc, 2.229,16 manat faiz borc, 90,25 manat cərimə borcu olmaqla cəmi 7.345,53 manat, ## ###### 2013- cü il tarixli, DK*******/** saylı müqaviləyə əsasən 150 manat əsas borc, 5 manat faiz borc, 120 manat cərimə borcu olmaqla cəmi 275 manat, məbləğində borcun və 95 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış ## ### 2013-cü il tarixli, BAL*******/** saylı müqaviləyə əsasən 400 manat məbləğlərində ## ###### 2013-cü il tarixli, LS*******/** saylı müqaviləyə əsasən 4160 manat məbləğlərində ## ###### 2013-cü iI tarixli, DK*******/** saylı müqaviləyə əsasən 150 manat məbləğlərində kredit verilmişdir. Mərhum cavabdeh2 8.292,03 manat İddiaçı ASC-yə borcu vardır. cavabdeh2 ## ### 2016-ci il tarixdə vəfat etmişdir. Lənkəran rayon * saylı notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdehlər borclu cavabdeh2 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. Sonradan İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər cavabdeh1, cavabdeh5 qızından, cavabdeh6, Axundova İradə Ağarza oğlundan və cavabdeh4 ## #### 2012-ci il tarixli "Dostlar klubu məhsulu üzrə müqaviləyə əsasən 150 manat əsas, 5 manat faiz, 120 manat cərimə cəmi 275 manat, əsas ## #### 2012-ci il tarixli Baş Saziş müqaviləsinin tərkibi hissəsinin şərtləri üzrə 5086,12 manat əsas, 2229,16 manat faiz borc, 90,25 manat cərimə borcu olmaqla cəmi 7405,53, ## ### 2013-cü il tarixli "Bolkart" lahiyyə üzrə müqaviləyə əsasən 380,64 manat əsas borc, 171,36 manat faiz borcu, 39,5 manat cərimə borcu olmaqla cəmi 591,5 manat ümumilikdə: 8272,03 məbləğində borc 95 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər cavabdeh1, cavabdeh5, cavabdeh6, Axundova İradə Ağarza qızı və cavabdeh4 tərəfindən məhkəməyə vəsatət təqdim edərək, bildirmişlər ki, onların mərhum anası cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış ## ### 2013- cü il tarixli, BAL*******/** saylı (tələb 591.5 azn.), ##.##.2013-cü il tarixli LS*******/** saylı (tələb 7345.53 azn) və ##.##.2013-cü il tarixli, DK*******/** saylı (tələb 275 azn) müqavilələr üzrə ümumilikdə 8212.03 manat kredit borcu tələbi ilə iddia qaldırılmışdır. Onların mərhum anası cavabdeh2 ##.##.2016-ci il tarixdə vəfat etdikdən sonra ##.##.2017-ci il tarixdə “X2 X7” əsasında ondan miras qalan payı qəbul edərək qanuni vərəsələrə çevrilmişlər. Cavabdeh qismində cəlb olunduqları e-*(***)-****/**** saylı iş üzrə materiallarla tanış olarkən aydın görmək olur ki, onların mərhum anası cavabdeh2 verilmiş kreditin müddətindən 12 il, eyni hal üzrə vərəsəliyinin qəbul edilməsindən 8 ildən artıq müddət ötmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən müqavilə tələbləri eləcə də vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Qanunun aliyinə və məhkəmə ədlətinə sığınaraq icraatda olan e-*(***)-****/**** saylı iş üzrə “idda müddətini” tətbiq etməklə iddaçı İddiaçı ASC-nin onlara qarşı olan iddasının rədd edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə iddiaçı qismində iştirak edən İddiaçı ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, X4 ##.##.2016- cı il tarixində vəfat etmişdir və ##.##.2017-ci il tarixdə “X2 X7’’ vərəsələr tərəfindən əldə olunmuşdur. Şəhadətnamə üzrə verilən miras əmlak DTXK Lənkəran rayon Şöbəsi tərəfindən ##.##.1998-ci il tarixində cavabdeh2 verilmiş, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,58 ha olan torpaq sahəsi vərəsələrdən cavabdeh1, cavabdeh5 qızına, cavabdeh6, Axundova İradə Ağarza qızına və cavabdeh4 məxsus hissələrdən ibarətdir. Mərhum X4 vərəsələrinin olması barədə onlarda heç bir məlumat olmamışdır. Halbuki, vərəsələr mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Bu hal X4 X2 hüququ haqqında ## ##### 2025-ci il tarixli Ədliyyə Nazirliyinin Lənkəran Regional Asan Xidmət Mərkəzində Notariat ofisinin *** saylı məktubuna əlavə edilmiş şəhadətnamədən məlum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1309-cu maddəsində göstərilmişdir: Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmçinin həmin Məcəllənin 377.1.-ci maddəsində İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İddiaçı ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir, məhkəməyə ərizə yazaraq işə onun iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər cavabdeh1, cavabdeh5, cavabdeh6, Axundova İradə Ağarza qızı və cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi (hakim Anar Pənahov) ilə, iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı İddiaçı ASC apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı İddiaçı ASC Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçının apellyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər keçirilən iclasda iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat vermişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı İddiaçı ASC-nin apellyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikas Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarında olan aşağıdakı sübutları müəyyəb etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış ## #### 2012-ci il tarixli, BS-DK*******/** saylı Baş sazişə əsasən, cavabdeh2 bank tərəfindən kredit xətti açılmış və ona kredit kartı verilmişdir. Müqavilədə kartdan istifadə müddəti həmin tarixdən 60 ay müddətinə təqdim edilmişdir. Müəyyən olunur ki, həmin kartdan istifadə müddəti ## #### 2017ci il tarixdə bitmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış ## #### 2012ci il tarixli, R-BS-DK*******/** saylı Razılaşmaya əsasən, cavabdeh2 bank tərəfindən kredit xətti açılmışdır. Müqavilədə nağd kreditin Dilbər Cahangirovaya 12 ay müddətinə verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan bank hesabından çıxarışdan görünür ki, ##.##.2013-cü il tarixdə iddiaçı İddiaçı ASC tərəfindən cavabdeh2 bank hesabına ayrılmış kredit məbləği üzrə Dostlar kartının hesabına 5.155,33 manat vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış ## ### 2013cü il tarixli, BAL*******/** saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh2 12 ay müddətinə, 400 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, öhdəliyin icrası müddəti ## ### 2016-cı il tarixdə bitmişdir. İş materiallarında olan balansdankənar məxaric orderindən görünür ki, cavabdeh2 ##.##.2013-cü il tarixdə bir ədəd “BalCards” plastik kartı İddiaçı ASC-dən təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon * saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilmiş 2-V-01-*** reyestr nömrəli, ##.##.2017-ci il tarixli “X2 hüququ haqqında” şəhadətnamədən görünür ki, cavabdeh2 qanun üzrə vərəsələri Lənkəran şəhəri Nəsimi küçəsi ev 90-da yaşayan övladlarıcavabdeh1, cavabdeh5, cavabdeh6, Axundova İradə Ağarza qızı və cavabdeh4 miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnaməyə əsasən verilən miras əmlak DTXK Lənkəran rayon şöbəsi tərəfindən ##.##.1998-ci il tarixində verilmiş JN-*** №li torpağa mülkiyyət hüququna dair dövlət aktı və Azərbaycan Respublikasının ƏMDK yanında DƏRDX-nin Lənkəran Ərazi İdarəsinin ##.##.2017-ci ildə verilmiş 22-51-1730 sayılı arayışına əsasən ünvan 1 ünvanında yerləşən 0.58 ha torpaq sahəsinin mərhuma məxsus hissəsindən ibarətdir. İş materiallarına əlavə olunmuş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış ## ### 2013- cü il tarixli, BAL*******/** saylı müqaviləyə əsasən 380.64 manat əsas borc, 171.36 manat faiz borc, 39.5 manat cərimə borcu olmaqla cəmi 591.5 manat, ## ###### 2013-cü il tarixli, LS*******/** saylı müqaviləyə əsasən 5086.12 manat əsas borc, 2229.16 manat faiz borc, 90.25 manat cərimə borcu olmaqla cəmi 7345.53 manat, ## ###### 2013-cü il tarixli, DK*******/** saylı müqaviləyə əsasən 150 manat əsas borc, 5 manat faiz borc, 120 manat cərimə borcu olmaqla cəmi 275 manat borcu vardır. Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh2 Nayib qızı ##.##.2016-cı il tarixində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ********** №-li ödəniş qəbzindən görünür ki, hazırki iddia tələbinin məhkəməyə təqdim edilməsi üçün İddiaçı ASC tərəfindən 95,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası iş də olan sübutlardan müəyyən etmişdir ki, mərhum cavabdeh2 ilə İddiaçı ASC arasında ##.##.2012-ci il tarixdə bağlanmış BS-DK0020216/12 Baş sazişə əsasən, ona iddiaçı bank tərəfindən 60 aylıq kredit xətti acılmışdır. Sözügedən müqavilənin icra müddəti ## #### 2017-ci il tarixdə bitmişdir. Cavabdehlər mərhum anaları cavabdeh2 ##.##.2016-ci il tarixdə vəfat etdikdən sonra ##.##.2017-ci il tarixdə “X2 X7” əsasında ondan miras qalan payı qəbul edərək qanuni vərəsələrə çevrilmişlər. Hazırda iddiaçı da cavabdehlər cavabdeh1, cavabdeh5, cavabdeh6, Axundova İradə Ağarza qızı və cavabdeh4 # #### 2012-ci il tarixli "Dostlar klubu məhsulu üzrə müqaviləyə əsasən 150 manat əsas, 5 manat faiz, 120 manat cərimə cəmi 275 manat, əsas ## #### 2012-ci il tarixli Baş Saziş müqaviləsinin tərkibi hissəsinin şərtləri üzrə 5086,12 manat əsas, 2229,16 manat faiz borc, 90,25 manat cərimə borcu olmaqla cəmi 7405,53, ## ### 2013-cü il tarixli "Bolkart" lahiyyə üzrə müqaviləyə əsasən 380,64 manat əsas borc, 171,36 manat faiz borcu, 39,5 manat cərimə borcu olmaqla cəmi 591,5 manat ümumilikdə: 8272,03 məbləğində borc 95 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini tələb edir. Cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddia müddətinin ötməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişlər. Lakin qanunvericiliyin normalarından da göründüyü kimi iddiaçı ilə cavabdeh arasında pul tələbinə dair öhdəliklər üzrə yaranan mübahisələrə tətbiq olunmalı və qanunvericiliklə nəzərdə tutulmuş üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmış, həmin müddətin üzürlü səbəbdən buraxılmasına dair iddia ərizəsinə heç bir rəsmi sübut növü, həmçinin buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa olunması barədə ərizə və ya vəsatət əlavə edilməmiş və cavabdehlər isə məhkəməyə iddiaçı tərəfindən müddətin ötürülməsi ilə əlaqədar iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə vermişdir. İddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi mərhum cavabdeh2 ilə İddiaçı ASC arasında ##.##.2012-ci il tarixdə bağlanmış BS-DK0020216/12 Baş sazişə əsasən, ona iddiaçı bank tərəfindən 60 aylıq kredit xətti açılmış, sözügedən müqavilənin icra müddəti ## #### 2017-ci il tarixdə bitmişdir. Göründüyü kimi iddia müddətinin axımı ## #### 2017-ci il tarixdə başlamış, ## #### 2020-ci il tarixdə başa çatmışdır. İddiaçı müqavilə tələbləri üzrə iddia müddətini keçirməklə, yəni müqavilə üzrə son icra müddətinin bitməsindən beş il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçı xxxx ASC tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, İddiaçı ASC-ə mirasın açılması və miras əmlakın qəbul edilməsi barədə hər hansı məlumat verilməmiş, cavabdehlər qəbul edilmiş miras əmlakın passivinə münasibətdə öhdəliklərin icrasından qəsdən yayınaraq daha sonradan iddia müddətinin tətbiqi ilə bağlı ərizə ünvanlamaqla iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadə etməyə cəhd göstərmişdir. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir. Vərəsəliyə gəldikdə, bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu baxımdan vərəsəlik hüququ mülki dövriyyənin iştirakçıları olan fiziki şəxslərin ölməsi hallarında onların sağ ikən qurmuş olduqları hüquqi münasibətlərdən əmələ gəlmiş olan hüquq və öhdəliklərin təyinatı üzrə həyata keçirilməsinə hüquqi şəraiti təmin etmək, həmçinin vərəsəliyin qəbulu öz hüquqi mahiyyəti etibarı ilə vərəsəliyin qətiləşməsi və ondan imtina imkanının aradan qalxması nəticəsində miras qoyanın kreditorları baxımından hüquqi müəyyənliyin imtina müddətindən daha erkən təmin edilməsi üçündür. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradə ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəliyin qəbulu isə iki üsulla yəni miras qoyanın ölümündən sonra qanunla müəyyən olunmuş müddətdə notariat orqanına yazılı ərizə ilə müraciət etməsi və miras əmlakı faktiki idarə etməyə başlaması halında mümkün olması müəyyən edilmişdir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzürlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında (Mülki Məcəllə maddə 1246;1256) rəsmiləşdirilməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsi ilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli qərar). Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip X2 zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. “Mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur. Bu mənada, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş əşyanın mülkiyyətçisi vəfat edərsə, bu əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun zamansız olması, başqa sözlə, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Beləliklə mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu vərəsələrə qarşı da irəli sürə bilər. Vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2020-ci il tarixli qərarı) Göstərilənlərə əsasən məhkəmə kollegiyası yekun dəyərləndirmə apararaq hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdehlər iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-9)-615/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-615/2026
29.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver