Məhkəmə qərarları › İş №e-2(3-9)-620/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-620/2026

11.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-620/2026 11.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Tağızadə Lalə Kazım qızının katibliyi, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 və cavabdeh1 ## ####### 2011-ci il tarixli BAL*****/** saylı müqaviləyə görə 881.21 manat əsas, 1409.92 manat faiz 44.64 manat cərimə borcu, # #### 2012-ci il tarixli DK*****/** saylı müqaviləyə əsasən 150 manat əsas, 5 manat faiz, 112.46 manat cərimə borcu, ## ###### 2014-cü il tarixli LS*****/** saylı müqaviləyə əsasən 2936.75 manat əsas, 3884.16 manat faiz, 205.09 manat cərimə borcu olmaqla, cəmi 9629.23 manat məbləğdə borc və ödənilmiş 121 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 ilə İddiaçı ASC arasında bağlanmış ## ####### 2011-ci il tarixli BAL*****/** saylı müqaviləyə əsasən 900 manat, # #### 2012-ci il tarixli DK*****/** saylı müqaviləyə əsasən 150 manat, ## ###### 2014-cü il tarixli LS*****/** saylı müqaviləyə əsasən 5319 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X1 9629.23 manat banka borcu vardır. X1 ## ######## 2015-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri ** saylı notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən borclu X1 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. İddiaçı ASC-nin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh2 və cavabdeh1 ## ###### 2011-ci il tarixli “Bol kart” məhsulu üzrə müqaviləyə əsasən 881.21 manat əsas, 1409.92 manat faiz, 44.64 manat cərimə borcu, ## ######## 2012-ci il tarixli “Dostlar klubu” məhsulu üzrə müqaviləyə əsasən 150 manat əsas, 5 manat faiz, 112.46 manat cərimə borcu və ## ######## 2012-ci il tarixli Baş saziş müqaviləsi üzrə 2936.75 manat əsas, 3884.16 manat faiz, 205.09 manat cərimə borcu olmaqla, cəmi 9629.23 manat məbləğdə borc və ödənilmiş 121 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsini xahiş etmişdir. cavabdeh1 iddiaya qarşı məhkəməyə ünvanladığı iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində göstərmişdir ki, *(***)-****/**** saylı iş üzrə İddiaçı ASC-nin 9629,23 manat məbləğdə kredit borcunun geri qaytarılması barədə iddiasına etirazını bildirir. İddia müddətinin keçmiş olması səbəbindən tələb baxılmadan rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə üzrə tələblər üçün iddia müddəti 3 ildir və hüquq pozulduğu gündən işləyir. Borcun icrası dayandığı tarix - ## ######## 2015-ci il (X1 öldüyü gün) iddia müddətinin başlanma anıdır. ## ######## 2015 + 3 il = ## ######## 2018-ci il - iddia müddəti bitmişdir. Qeyd olunanları nəzərə alıb keçmiş müddətə əsasən tələb rədd olunmalıdır. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Nicat Ağabəyov) iddia rədd edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, X1 ##.##.2015-ci il tarixdə vəfat etməsi, mərhumun öhdəlik götürdüyü kredit müqavilələrinə əsasən banka ödəniş edilməməsi, ##.##.2018-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə tərtib edilməsi və ##.##.2015-ci il tarixdə vəfat etmiş mərhum X1 vərəsələrinin müəyyən edilməsinə baxmayaraq bank iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi üçün heç bir zəruri tədbirlər görməmiş, həmin tədbirlərin görülməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, yalnız mərhum borcalanın vəfatından təqribən 9 il 7 ay sonra notariat ofisinə sorğu verməklə müvafiq informasiyanı əldə etmiş və bundan da, təqribən 5 ay sonra ##.##.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçının mərhum borcalanla bağladığı ## ###### 2011 ci il tarixli, “Bol kart” müqaviləsi üzrə müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin sonu ##.##.2014-cü il, ## ######## 2012-ci il tarixli “Dostlar klubu” və ## ######## 2012-ci il tarixli Baş saziş müqavilələri üzrə müqavilələrdə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin sonu hər iki müqavilə üzrə ##.##.2017-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı ## ###### 2011-ci il tarixli “Bol kart” müqaviləsi üzrə ## ####### 2017-ci il tarixədək, ## ######## 2012-ci il tarixli “Dostlar klubu” və ## ######## 2012-ci il tarixli, Baş saziş müqavilələri üzrə isə ## ######## 2020-ci il tarixədək məhkəmədə iddia qaldıra bilərdi. Lakin iddiaçı həmin kredit müqavilələri üzrə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunla müəyyən olunmuş iddia müddətini buraxmışdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2, 373, 375, 377 və 506.3.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 ölümü və vərəsəlik işinin açılaması barədə ##.##.2025-ci il tarixdə Lənkəran Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə № *** saylı sorğusu verilmişdir. 14 May 2025-ci il tarixdə № *** saylı məktubla həmin sorğuya rəsmi cavab verilərək, ##.##.2015-ci il tarixdə vəfat etmiş X1 vərəsələri oğlu cavabdeh2 və cavabdeh1 onlar miras əmlakdan bərabər (1/2) hissədə irs almaları müəyyən edilmişdir. V2-72 reystr nömrəli Vərəsəlik hüququ haqqında şəhadətnamə verilən miras əmlak DTXK Lənkəran rayon şöbəsi tərəfindən ##/##/2004 tarixdə X1 verilmiş seriya nömrəsi JN927A Kod 80200058 olan torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Lənkəran rayonu Sutəmurdov kəndində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarətdir. ##.##.2025-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almalarını təsiq edən sənəd təqdim edilmiş və onlara məlum olan tarixdən beş ay ərzində iddia ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Bu səbəbdən də, iddia müddəti ötrülməmişdir. Məhkəmə kredit müqaviləsinə əsasən borcalan X1 ##.##.2015-ci il tarixdə vəfat etməsi, mərhumun öhdəlik götürdüyü kredit müqavilələrinə əsasən banka ödəniş edilməməsi, ##.##.2018-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə tərtib edilməsi və ##.##.2015-ci il tarixdə vəfat etmiş mərhum X1 vərəsələrinin müəyyən edilməsinə baxmayaraq, bank iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi üçün heç bir zəruri tədbirlər görməməsi, həmin tədbirlərin görülməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməməsini, yalnız mərhumun borcalının vəfatından təqribən 9 il 7 ay sonra notariat ofisinə sorğu verməklə müvafiq informasiyanı əldə etməsi və bundan da təqribən 5 ay sonra ##.##.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etməsini əsas gətirərək iddianı rədd edərək yanlış nəticəyə gəlmişdir. İddiaçı ASC ilə X1 arasında bağlanılmış ## ###### 2011-ci il tarixli “Bol kart” məhsulu üzrə müqaviləyə əsasən ona ##.##.2014-cü il tarixədək qaytarılmaq şərti ilə 900 manat məbləğində kredit ayrılmışdır. İddiaçı ASC ilə X1 arasında bağlanılmış ## ######## 2012-ci il tarixli “Dostlar klubu” məhsulu üzrə müqaviləyə əsasən 60 ay müddətinə (##.##.2017-ci il tarixədək) 150 manat məbləğində kredit ayrılmışdır. İddiaçı ASC ilə X1 arasında bağlanılmış ## ######## 2012-ci il tarixli, Baş saziş müqaviləsinə əsasən 60 ay müddətinə (##.##.2017-ci il tarixədək) 5319 manat məbləğində kredit ayrılmışdır. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X1 ## ####### 2011-ci il tarixli, BAL*****/** saylı müqaviləyə əsasən 881.21 manat əsas, 1409.92 manat faiz, 44.64 manat cərimə borcu, 0# #### 2012-ci il tarixli, DK*****/** saylı müqaviləyə əsasən 150 manat əsas, 5 manat faiz, 112.46 manat cərimə borcu, ## ###### 2014-cü il tarixli, LS*****/** saylı müqaviləyə əsasən 2936.75 manat əsas, 3884.16 manat faiz, 205.09 manat cərimə borcu vardır. Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış ##.##.2025-ci tarixli məlumatdan görünür ki, bankın ##.##.2025-ci il tarixli *** nömrəli sorğusuna əsasən Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən ##.##.2018-ci il tarixdə 2V-72 reyestr nömrəsi ilə təsdiq edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti təqdim edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2015-ci il tarixdə kəskin ürək çatışmazlığı səbəbindən Bakı şəhərində ölmüşdür. ##.##.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, ##.##.2015-ci il tarixdə ölmüş X1 vərəsələri - oğlu cavabdeh2 və qızı cavabdeh1dır. Şəhadətnamə verilən əmlak DƏDRX Lənkəran Ərazi İdarəsi tərəfindən ##.##.2004-cü il tarixdə X1 verilmiş seriya nömrəsi JN:927A, kod:80200058 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən ibarətdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376cı maddəsinə əsasən tərəflərin iştirakları olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. MM-in 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilməlidir ki, MM-in mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsində göstərilirdi ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. MM-in 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. MM-nin 375-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MM-nin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Eyni zamanda, işdə iddia müddətinin buraxılmasının üzrlü səbəblərini təsdiq edən hər hansı sübut, habelə buraxılmış müddətin bərpasına dair vəsatət mövcud deyildir. Digər tərəfdən, cavabdeh məhkəmə qarşısında iddia müddətinin tətbiqi barədə müvafiq ərizə vermişdir. Bu halda məhkəmə iddia müddətinin tətbiqinə dair qanunvericiliyin tələblərini nəzərə almaqda haqlı olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddia müddəti institutunun mahiyyətinə, hüquqi müəyyənlik prinsipinə və mülki qanunvericiliyin tələblərinə tam uyğundur. İddiaçının qanunla müəyyən edilmiş üç illik müddətdə öz tələbini məhkəmə qaydasında irəli sürməməsi, müddətin buraxılmasının üzrlü səbəblərini sübut etməməsi və cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verməsi nəzərə alındıqda, iddianın rədd edilməsi qanuni və əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsaslanıb, MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar