Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-630/2026 24.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əsədov Ilham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsindən (hakim Zeynal Zeynalov) cavabdehlərdən cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə LPO İddiaçı ASC) cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, 5889.35 ABŞ dolları əsas, 1837.66 ABŞ dolları faiz, 3299.58 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 834.76 ABŞ dolları faiz borcu olmaqla cəmi 11861.35 ABŞ dolları borcun və 150.50 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ********* nömrəli, ##.##.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə 36 ay müddətinə illik 20% dərəcəsi ilə 10200 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh cavabdeh2 kredit verilərkən cavabdeh1 ilə bank arasında *********/ZM nömrəli, ##.##.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış ** nömrəli, ##.##.2015-ci il tarixli əlavə sazişlərə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 9113 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti 48 ay təyin olunmuşdur. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış ** nömrəli, ##.##.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 8815.46 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022 ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. ##.##.2025-ci il tarixə cavabdeh2 kredit üzrə cəmi borcu 11861.35 ABŞ dolları təşkil edir. Bundan 5889.35 ABŞ dolları əsas, 1837.66 ABŞ dolları faiz, 3299.58 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 834.76 ABŞ dolları faiz borcu təşkil edir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Iddiaçının nümayəndəsi iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Cavabdeh cavabdeh2 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, hansı ekspertiza keçirildiyini bilmir. 2014-cü ildə iddiaçıdan 8000 manat pul götürmüşdür. Razılaşmaya əsasən pul ABŞ dolları ilə hesablanmalı idi. Həmin vaxt kredit mütəxəssislərinə öz iradıni bildirmişdir. Razılaşmışlar ki, pul ona manatla verilsin, müqavilədə isə ABŞ dolları ilə göstərilsin. Devalevasiya vaxtı onu çağırmışlar və demişlər ki, ödənişi dayandırsın, devalevasiyaya görə borc yenidən hesablanacaq. Razılaşmayaraq onlara bildirmişdir ki, ona aidiyyəti yoxdur. 6 ay sonra onu yenidən çağırmışlar ki, müqaviləni təzələsinlər. Razılaşmamışdır. Sonradan gəldikdə eyni şey təkrarlanmışdır. Ödənişləri etmişdir, qəbzləri var. 2017-ci ildə yeni müqavilə imzalamışlar və ona bildirmişlər ki, ona heç bir təsiri olmayacaq və qalıq pulu ödəyəcək. O, 8200 manat pul ödəmişdir. 10200 manat ödəməliydi. Banka 2000 manat borcu vardır. Hazırda pulu ABŞ dolları ilə tələb edirlər. Heç bir qanunda belə bir şey yoxdur. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 5863.32 ABŞ dolları əsas bоrc, 1757.69 ABŞ dolları faiz bоrcu, 100 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanış 817.61 ABŞ dolları məbləğində faiz olmaqla, cəmi 8538.62 ABŞ dolları məbləğində bоrcun ödəniləcək gün Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun 133.54 manat hissəsinin cavabdeh cavabdeh2 tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması, cavabdeh cavabdeh2 ekspertiza tədqiqatının dəyərinə görə 100 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, Masalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə razı deyil və hesab edir ki, həmin qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam və hərtərəfli araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı ASC ilə arasında bağlanmış ##.##.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən iddiaçıdan kredit götürmüşdür. Bildirir ki, 2014-cü ildə bankdan faktiki olaraq təxminən 8000 manat məbləğində vəsait almışdır. Lakin kredit müqaviləsində kredit məbləği ABŞ doları ilə göstərilmişdir. Halbuki kredit vəsaiti ona faktiki olaraq manatla verilmişdir. Kredit müqaviləsi rəsmiləşdirilən zaman bu hal ilə bağlı bank əməkdaşlarına öz etirazını bildirmişdir. Buna baxmayaraq məhkəmə bu mühüm faktı araşdırmadan, yalnız iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsaslanaraq nəticəyə gəlmişdir ki, bu da işin halarının birtərəfli araşdırılması deməkdir. 2015-ci ildə baş vermiş devalvasiya dövründə bank əməkdaşları onu banka çağıraraq ödənişləri müvəqqəti dayandırmağı və kredit üzrə borcun yenidən hesablanacağını bildirmişlər. Bu səbəbdən kredit ödənişlərinin vəziyyəti bankın öz təşəbbüsü ilə dəyişdirilmişdir. Lakin sonradan bank tərəfindən kredit üzrə yeni sənədlər imzalatdırılmağa çalışılmışdır. Bu halar məhkəmə tərəfindən lazımi qaydada araşdırılmamış və onlara hüquqi qiymət verilməmişdir. Bundan əlavə bildirir ki, o kredit üzrə təxminən 8200 manat məbləğində ödəniş etmiş və həmin ödənişləri təsdiq edən qəbzlər mövcuddur. Buna baxmayaraq məhkəmə qətnaməsində bu ödənişlərin tam şəkildə nəzərə alındığı görünmür. Faktiki olaraq onun banka olan real borcu təxminən 2000 manat civarında olmuşdur. Lakin məhkəmə qərarında borc məbləği əsassız olaraq şişirdilmiş şəkildə müəyyən edilmişdir. Iş üzrə aparılmış ekspertiza ilə bağlı da qeyd edir ki, rəylə razı deyil. Ekspertiza rəyinin hansı sənədlərə və hansı hesablamalara əsaslandığı məhkəmə iclasında tam və aydın şəkildə izah edilməmişdir. Ekspertiza rəyi əsassızdır və düzgün deyildir. Rəyin düzgünlüyü və əsaslılığı məhkəmə tərəfindən lazımi qaydada yoxlanılmamışdır. Bu isə məhkəmə araşdırmasının tam və obyektiv aparılmadığını göstərir. Bundan başqa, kredit vəsaiti faktiki olaraq manatla verildiyi halda məhkəmə qərarında borcun ABŞ dolları ilə tutulması qət edilmişdir. Bu isə həm ədalətlilik prinsipinə, həm də tərəflər arasında mövcud olmuş faktiki münasibətlərə uyğun deyildir və onun üçün ağır maliyyə nəticələri yaradır. Eyni zamanda bildirir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən iddia müddəti məsələsi də nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcələsinin 373.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyən edilmiş müddət bitdikdən sonra kreditor öz hüququnun müdafiəsi üçün məhkəməyə yalnız qanunla müəyyən edilmiş iddia müddəti ərzində müraciət edə bilər. Həmin Məcələnin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə ümumi iddia müddəti 3 ildir. Iş materialarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə son restrukturizasiya sazişinə əsasən kredit öhdəliyinin son icra müddəti ##.##.2022-ci il tarixədək müəyyən edilmişdir. Bu tarixdən etibarən kreditor öz hüququnun pozulduğunu bilmiş və ya bilməli idi. Lakin iddiaçı uzun müddət ərzində məhkəməyə müraciət etməmişdir. Iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi ilə bağlı iş materialarında hər hansı sübut mövcud deyildir. Bu səbəbdən iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman artıq qanunla müəyyən edilmiş 3 ilik iddia müddəti keçmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən iddia müddətinin tətbiqi məsələsi araşdırılmamış və bu hala hüquqi qiymət verilməmişdir. Həmçinin hesablanmış faizlərin məbləği də əsassız və şişirdilmişdir. Iddiaçı tərəfindən faizlərin hansı dövr üçün və hansı qaydada hesablanması məhkəmə araşdırması zamanı tam və aydın şəkildə əsaslandırılmamış, təqdim edilmiş hesablamalar məhkəmə tərəfindən hərtərəfli yoxlanılmamışdır. Bu isə sübutların obyektiv qiymətləndirilməsi prinsipinin pozulması deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin tələblərinə əsasən məhkəmə iş üzrə bütün haları tam, hərtərəfli və obyektiv araşdırmalı və sübutlara düzgün hüquqi qiymət verməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu tələblərə əməl edilməmişdir. Nəticə etibarilə hesab edir ki, Masalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki haları tam araşdırılmamış və hüquqi cəhətdən əsassız qərardır. Bu səbəbdən həmin qətnamə ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdehlər məhkəmədə üzürlü səbəbini bildirmədən iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini və yeni qətnamə qəbul edilməsini xahiş etsə də, məzmun etibarı ilə tutulan borcun məbləğini mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən borc məbləği hissədə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. ## ####### 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC cavabdeh2 istehlak məqsədi ilə 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 10200 ABŞ dolları məbləğində kredit verilmişdir. ## ####### 2014-cü il tarixli, *********/ZM saylı zaminlik kredit müqaviləsindən görünür ki, cavabdeh1 ## ####### 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. ## ##### 2015-ci il tarixli, ** saylı kredit və zaminlik müqavilələrinə əlavə sazişlərdən görünür ki, borcalanın kreditor qarşısındakı borc öhdəliyinin qalıq məbləği 9113 ABŞ dolları təşkil edir və kreditin müddəti 48 ay təyin edilir. ## ######## 2017-ci il tarixli, ** saylı kredit və zaminlik müqavilələrinə əlavə sazişlərdən görünür ki, borcalanın kreditor qarşısındakı borc öhdəliyinin qalıq məbləği 8815.46 ABŞ dolları restrukturizasiya edilmiş və kreditin müddəti ## ######## 2022-ci il tarixədək uzadılmışdır. Maliyyə arayışından görünür ki, ## ####### 2014-cü il tarixli müqaviləyə görə ## #### 2025ci il tarixə cavabdehin 5889.35 ABŞ dolları məbləğində kredit bоrcu, 1837.66 ABŞ dolları məbləğində faiz bоrcu, 3299.58 ABŞ dolları cərimə və MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan faiz borcu 834.76 ABŞ dolları olmaqla, cəmi 11861.35 ABŞ dolları borcu vardır. Iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunan məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2026-cı il tarixli, */**** saylı ekspert rəyindən görünür ki, ## ####### 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi, ## ##### 2015-ci il tarixli, ** saylı və ## ######## 2017-ci il tarixli, ** saylı əlavə sazişlərdə qeyd olunan şərtlər nəzərə alınaraq cavabdeh2 ## ######## 2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) əsas borc 5863.32 ABŞ dolları, faiz borc 1757.69 ABŞ dolları müəyyən edilmişdir. Həmçinin ## #### 2025-ci il tarixə müqavilə müddəti bitdikdən sonra illik fazi dərəcəsi 5% hesablanmaqla 817.61 ABŞ dolları faiz borcu müəyyən edilir. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh2 və cavabdeh1 xəbərdarlıq edilməklə banka olan kredit borclarını qaytarmadığı halda yaranmış borcun tam şəkildə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 150.50 manat dövlət rüsumu ödəmişdir. Problemli kreditlərin kompensasiyası üzrə rəsmi portaldan edilən çıxarışdan görünür ki, hazırki kredit Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ## ###### 2019-cu il tarixdə *** nömrəli Fərmanının təsiri altında düşməmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli südüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Bununla belə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun # #### 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, "Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur". Konstitutsiya Məhkəməsinin qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə, həminçinin qanunvericiliyin tələbinə görə kredit müqaviləsi müddətli olmaqla müəyyən vaxt çərçivəsi ilə məhdudlaşır. Hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən bu hərəkətlərin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. O cumlədən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, kreditin qaytarılması üçün razılaşdırılmış müddətin ##.##.2022-ci il tarixində bitməsini, bankın yalnız həmin tarixə mövcud əsas borcun qalığının və müqavilədə nəzərdə tutulan qaydada hesablanmış faizin, müqavilə müddəti bitəndən sonra isə 5%-lə hesablanan əldən çıxmış faydanın tutulmasını tələb etməsini nəzərə alan birinci instansiya məhkəməsinin yuxarıda sadalanan maddi hüquq normaları baxımından mübahisənin həllinə yanaşması doğru olmuş, təyin etmiş olduğu mühasibatlıq ekspertizası qarşısında da, məhz həmin hallar üzrə suallar qoymuş, ekspert rəyini nəzərə alaraq borc alanın icra edilməmiş kredit öhdəliyini müəyyən etmişdir. Cavabdeh apellyasiya şikayətində ekspert rəyi ilə razı olmadığını, hesablanmış əsas borcun qalığının və faiz məbləğinin əsassız, şişirdilmiş olduğunu bildirsə də, ekspert rəyinin əsaslılığını şübhə altına alacaq hər hansı sübutunu təqdim etməmiş, ekspert rəyini şübhə altına ala biləcək hesablama metodikasına istinad etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair ## ### 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Kredit müqaviləsi ilə verilməli olan kreditin ABŞ dolları ilə razılaşdırılmasına baxmayaraq, kassadan manatla məxaric edilməsinə aid hissədə apellyasiya şikayətinin dəlilinə münasibət bildirən kollegiya qeyd etməyi zəruri hesab edir ki, kreditin verilməsinə əsas olan sənəd kimi tərəflər arasında bağlanan kredit müqaviləsi çıxış etdiyindən və tərəflər krediti verilən valyutada qaytarılmasını razılaşdırdıqlarından, kreditin kassadan Azərbaycan manatı ilə, yaxud istənilən digər valyutada məxaric edilməsinin müqavilə münasibətlərinə heç bir aidiyyəti yoxdur. Kostitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan qərarında formalaşan mövqeyə uyğun olaraq kredit mülkiyyət kimi verilir və mülkiyyət kimi qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; Iddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlıdır. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Bu baxımdan kollegiya 3299,58 ADŞ dolları cərimə məbləğinin azaldılaraq 100 ABŞ dolları məbləğində müəyyən edilməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı sayır. Iddia müddətinin tətbiqinə aid hissədə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddətləri üç ildir; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi, məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Iddia müddətinin məqsədi ilə bağlı Insan Hüquqları üzrə Avropa Məhkəməsi "Stanyo Belçikaya qarşı" iş üzrə # #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquq müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi və ona sonradan edilmiş əlavə sazişlərdəki dəyişikliklərə əsasən öhdəliklərin tam icrası üçün müəyyən olunan müddət ##.##.2022-ci ildə bitir. Iddiaçı hazırki iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə ##.##.2025-ci ildə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən müqavilə tələbləri üzrə üç illik iddia müddəti ötürülmədən məhkəmədə iddia qaldırılmışdır. Bundan başqa hətta iddiaçı tərəfindən həmin müddət ötürülməklə məhkəmədə iddlia qaldırılmış olsaydı belə, iddia müddəti mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edildiyindən, cavabdeh tərəfindən isə belə bir ərizə verilmədiyindən, iddia müddətinin tətbiqindən söhbət gedə bilməz. Apellyasiya baxışında isə iddia müddətinin tətbiqi birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdehin bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamasından və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməməsindən asılıdır. Hazırki işdə isə cavabdehə münasibətdə belə bir hal yoxdur. Bütün bunlarla yanaşı kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə ilə cavabdehdən tutulmalı olan borc məbləğini öhdəlik icra olunan zaman üçün Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə tutulmasını müəyyən etməklə, tərəflər arasında ##.##.2017-ci ildə bağlanmış ** nömrəli əlavə sazişin 1.1-ci bəndinin tələbini pozmuşdur. Belə ki, tərəflər arasında ##.##.2017-ci ildə bağlanmış ** nömrəli əlavə sazişin 1.1-ci bəndinə əsasən (iş vərəqi 41) borc alan tərəfindən manatla edilən ödənişlərin kreditor tərəfindən 1 USD = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilməsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi deyil, dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsi “cəmi 8538.62 ABŞ dolları məbləğində borc ödəniləcək gün Azərbaycan manatı məzənnəsi ilə ödənilməsi” hissədə dəyişdirilərək, “cəmi 8538.62 ABŞ dolları məbləğində borc ödəniləcək gün 1 ABŞ dolları bərabərdir 1.4 Azərbaycan manatı məzənnəsi” ilə ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Ilham Əsədov Cahid Imanov
Məhkəmə qərarları › İş №e-2(3-9)-630/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-630/2026
24.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver