Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-709/2026 06.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Iddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakları ilə, Işin halları: Iddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh Cavabdeh 23.600 (iyirmi üç min altı yüz) manat məbləğində pulun, hüquqi yardımla bağlı vəkilə ödənilən 520 (beş yüz iyirmi ) manat və dövlət rüsumu olaraq ödədiyi 167(yüz altmış bir) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh X1 əvvəlcədən tanımış, və yaxın dostluq münasibətləri olmuşdur. Təxminən bir il əvvəl cavabdeh taxıl alveri etdiyini bildirib ondan 10.400 manat borc pul istəmişdir. Cavabdeh borcunu bir neçə aya qaytaracağına söz vermişdir. Bir neçə gün sonra cavabdeh yenidən onun yaşadığı evə gələrək ondan əlavə olaraq 2700 ABŞ dolları borc pul almışdır. Cavabdeh həmin borcunun da yaxın vaxtlarda qaytaracağına söz vermişdir. Aydın ona 2025-ci ilin dekabr ayının 11-də pul götürüb borcunu qaytaracağın da demişdir. Lakin indiyə kimi dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh borcunu qaytarmamışdır. Cavabdehə 10.600 manat və 2.700 ABŞ dolları və satmaq üçün azot gübrəsi vermişdir. Həmin gübrələri çıxdıqdan sonra cavabdehin ona 23.600 manat borcu qalmışdır. Cavadehin barəsində Ağcabədi rayon polis şöbəsinə ərizə yazaraq muraciət etmiş, cavabdeh Ağcabədi rayon polis şöbəsində verdiyi izahatda ona olan borcunu tam olaraq etiraf etmişdir. Lakin buna baxmayaraq ona olan borcunu hələ də ödəməmişdir. O, da məcbur olub məhkəməyə müraciət etmişdir. Əslində onların arasında ümumi borc, yəni cavabdehə verdiyi azot və karbonit gübrələr də daxil olmaqla 40400 manat olmuşdur. Cavabdehin qaytardığı məbləğdən sonra borc 23600 manat olmuşdur. Həmin borcdan cavabdeh ona heç nə qaytarmamışdır. Bu barədə aralarında telefon danışıqları olmuş, cavabdeh həmin məbləğdə borclu olduğunu, hətta Bakı şəhərinə pul gətirməyə getdiyini, onun pulunu qaytaracağını göstərmişdir. Lakin buna əməl etməmişdir. Odur ki, Cavabdeh 23600 (iyirmi üç min altı yüz) manat məbləğində pulun, hüquqi yardımla bağlı vəkilə ödənilən 520 (beş yüz iyirmi) manat və dövlət rüsumu olaraq ödədiyi 167(yüz altmış bir) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddianı etdi və izahatında göstərdi ki, təxminən bir il əvvəl taxıl alveri edərkən iddiaçıdan 10.400 manat borc pul almışdır. Bir neçə gündən sonra İddiaçı əlavə 1800 ABŞ dolları borc almışdır. Bundan əlavə iddiaçıdan satıb pulunu ödəməsi üçün azot gübrəsi götürmüşdür. Müxtəlif vaxtlarda iddiaçıya borcundan qaytarmışdır. Ümumilikdə iddiaçıya 23.600 manat borcu yaranmışdır. Satdığı məhsullarını pulunu yığa bilmədiyindən iddiaçıya olan borcunu ödəyə bilməmişdir. Borcunun qarşılığında iddiaçıya 2025-ci ilin mart ayında hər biri 27 manatdan 500 kisə azot, 120 kisə karbonit vermişdir. Iddiaçıya 19.500 manat dəyərində mal vermişdir. Lakin həmin azot və karboniti sənədlə verməmişdir. Həmin gübrələri 23.600 manat borcundan çıxmaq üçün vermişdir. 2026-cı ildə iddiaçıya pul verməmişdir. Bir neçə dəfə iddiaçıya xəbər göndərmişdir ki, gəlsin aralarında olan borcla bağlı dəqiqləşdirmə aparsınlar. Lakin iddiaçı bundan mitina etmişdir. O, polis şöbəsində verdiyi izahatında və iddiaçı ilə telefon danışığında 23.600 manat borcu etiraf etmişdir. Lakin iddiaçıya verdiyi gübrələrin pulunu çıxdıqda onun iddiaçıya təxminən 5.000 manata qədər borcu qalmışdır. Odur ki, iddianı qismən qəbul edir. Qanuni qərar qəbul edilməsini məhkəmədn xahiş etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi (Hakim: Ramiz Nurullayev) ilə, iddianın təmin edilməsi, cavabdeh Cavabdeh borcla bağlı 23.600 (iyirmi üç min altı yüz)manat, hüququ yardıma görə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 167 (yüz altmış yeddi) manatın alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin 5000 manat hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin uyğun çıxış edərək, Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin 5000 manat hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə ## ###### 2025-ci il tarixli qərardan görünür ki, İddiaçı ## ###### 2025-ci ildə Ağcəbədi RPŞ-nə ərizə yazaraq Cavabdeh tərəfindn dələduzluq yolu ilə pulunun ələ keçirilməsini göstərmişdir. Lakin toplanmış material üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı pul tələbi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Həmin qərardan görünür ki, Aydən Cəfərov iddiaşə İddiaçı 23.600 manat borclu olmasını etiraf etmişdir. Iş materiallarında olan CD diskdə tərəflər arasındakı telefon danışığında cavabdeh Cavabdeh iddiaçı İddiaçı 23.600 manat borclu olduğunu, pula görə Bakı şəhərinə getdiyini, onun pulunu gətirib verəcəyini göstərmişdir. Tərəflər arasında həmin telefon danışıqları ## ###### 2025-ci il tarixə təsadüf edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Iş materiallarından müəyyən edilir ki, cavabdeh Cavabdeh taxıl alveri edərkən iddiaçı İddiaçı 10400 manat borc, bir neçə gündən sonra 1800 ABŞ dolları borc almışdır. Bundan əlavə iddiaçıdan satıb pulunu ödəməsi üçün azot gübrəsi götürmüşdür. Ümumilikdə iddiaçıya 23600 manat borcu yaranmışdır. Cavabdeh iddiaçıya 2025-ci ilin mart ayında hər biri 27 manatdan 500 kisə azot, 120 kisə karbonit verdiyini və iddiaçıya 19500 manat dəyərində mal verdiyini, iddiaçıya ümumilikdə 5000 manat borcu qaldığını bildirir. Kollegiya qeyd edir ki, mülki dövriyyədə ən çox müraciət edilən müqavilə növlərindən biri borc müqaviləsidir ki, bu müqaviləyə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). Mülki Məcəllənin 739.2-ci maddəsi ilə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsinin yazılı formada bağlanılmalı olduğu təsbit edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2026-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bərabər hüquqlu subyektlər arasında yaranan münasibətləri tənzimləyən və əsasən dispozitivlik prinsipinə əsaslanan Mülki Məcəllənin 6.3-cü maddəsinə müvafiq olaraq ictimai mənafenin və şəxsiyyətin qorunması zərurəti olduğu halda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Odur ki, sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır. Konstitusiya Məhkəməsinin Plenumunu qeyd etmişdir ki, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır. Göründüyü kimi hazırkı işdə də cavabdeh cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda 23600 manat borcunun olduğunu etiraf etmiş, həmin borcun 19500 manatını qaytarması, təxmini 5000 manat borcunun qalmasına dair sübutları təqdim etməmişdir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Birinci instansiya məhkəməsində məhkəmə iclasında cavabdeh Cavabdeh iddiaçı ilə danışıqdakı səs yazısının ona məxsus olduğunu, iddiaçıya 23.600 manat borclu olduğunu danmadığını, lakin həmin borcun müqabilində iddiaçıya təxminən 19.500 manat məbləğində gübrə verdiyini, iddiaçı İddiaçı isə cavabdehin ona 23.600 manat borcunu etiraf etdikdən sonra ona hər hansı bir məbləğdə pul qaytarmadığını və gübrə vermədiyini bildirmişdir. Belə olan halda sübutetmə yükü aldığı pulu qaytardığını iddia edən cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən 19.500 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması barədə sübutlar təqdim edilməmişdir. Belə olan halda da, 23.600 manat pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı və yolverilən hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ziyan tələbinə dair mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 88–ci maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən etmiş olur ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iddiaçı tərəfin gətirdiyi dəlilləri iddia tələbinin təmin olunmasına yönələn hərəkət kimi qiymətləndirməklə haqlı və düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “cavabdeh Cavabdeh 23.600 manat pul alınaraq iddiaçı İddiaçı verilməlidir” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-9)-709/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-709/2026
06.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver