Məhkəmə qərarları › İş №e-2(3-9)-727/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-727/2026

16.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-727/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı "borc" tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: borc tələbi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlu (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Əhmədli Murad İlham oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı "borc" tələbinə dair mülki iş üzrə Imişli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən (hakim. Mahmud Orxan) cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ċavabdeh Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20599,05 manat əsas, 2111,50 manat faiz, 181,91 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 22892,46 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 158,68 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli ərizə-anketi imzalamaqla fiziki şəxslərə kredit xəttinin verilməsi üzrə standart şərtlər ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Standart şərtlərin 1.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə illik 17,90% olmaqla 22900 manat məbləğində kredit xətti açılmışdır. Standart şərtlərə əsasənkredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh мüqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kreditmüqaviləsi üzrə ## ###### 2026, çərşənbə tarixinə «xxxx» KB ASC-yə 20599,05 manat əsas, 2111,50 manat faiz, 181,91 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 22892,46 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini və İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İmişli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-2(5-131)-324/2026 qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə ##.##.2024-cü il tarixli, *****nkBRDb/** saylı kredit müqaviləsinə əsasən 20599.05 (iyirmi min beş yüz doxsan doqquz maat, beş qəpik) manat əsas borc, 1558 (bir min beş yüz əlli səkkiz) manat faiz borcu, 181.91 (yüz səksən bir manat, doxsan bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 22338.96 (iyirmi iki min üç yüz otuz səkkiz manat, doxsan altı qəpik) manat borcun və ödənilmiş dövlət rüsumuna görə 157.01 (yüz əlli yeddi manat, bir qəpik) manat hissəsinin tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi, alternativ olaraq, faiz və cərimə hissəsinin azaldılması, cavabdehin ağır onkoloji xəstəliyi və maddi vəziyyətinin nəzərə alınması, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki halları tam və obyektiv araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Bildirilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə yalnız bankın təqdim etdiyi birtərəfli maliyyə arayışına istinad etmiş, borcun hesablanmasının düzgünlüyünü təsdiq edən ilkin maliyyə sənədlərini tam araşdırmamış, kredit üzrə tam hesabdan çıxarışlar, faktiki ödənişlər, faizlərin hesablanma qaydası, gecikmə müddətləri və cərimənin necə hesablanması tam müəyyən edilməmişdir. Həmçinin qeyd edilmişdir ki, məhkəmə işə onun iştirakı olmadan baxmış, etirazlarını, sosial vəziyyətini, sağlamlıq durumunu və öhdəliyin icrasına mane olan halları araşdırmadan yekun nəticəyə gəlmişdir. Şikayətdə göstərilmişdir ki, o, onkoloji xəstəlikdən əziyyət çəkir, uzun müddətdir davamlı müalicə alır, ağır xəstəliyi maddi vəziyyətinə və əmək qabiliyyətinə ciddi təsir göstərmiş, müalicə xərcləri kredit öhdəliklərini vaxtında yerinə yetirməsinə obyektiv maneələr yaratmışdır. Bundan əlavə, məhkəmənin 181,91 manat cərimənin tutulmasını qanuni hesab etməsinə baxmayaraq, onun ağır xəstəliyi və sosial vəziyyəti nəzərə alınmadan cərimənin tətbiq edilməsinin ədalətlilik və mütənasiblik prinsiplərinə uyğun olmadığı, həmçinin məhkəmənin öz qətnaməsində faiz və cərimə borcunun pretenziya məktubundan hesablanmalı olduğunu göstərməsinə baxmayaraq, faizlərin hansı tarixədək və hansı mexanizmlə hesablanmasının tam əsaslandırılmadığı, faiz hesablamalarının ayrıca maliyyə sənədləri ilə yoxlanılmadığı bildirilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı işdə cavabdeh apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi, alternativ olaraq: faiz və cərimə hissəsinin azaldılması, cavabdehin ağır onkoloji xəstəliyi və maddi vəziyyətinin nəzərə alınması, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının apellyasiya şikayətinə münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740- cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 746-2.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir. Mülki Məcəlləni 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin qətnaməsini, apellyasiya şikayətinin dəlillərini birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır və qətnamə cərimə borcunun müəyyən edilməsinə dair hissədə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış *****nkBRDb/** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 17,90% olmaqla 22900 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı ASC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Cavabdeh *****nkBRDb/** saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 20599.05 manat məbləğində əsas bоrc, 2111.50 manat faiz borcu, 181.91 manat cərimə borcu, 0 komisyon haqqı borcu оlmaqla, cəmi 22892.46 manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdeh Cavabdeh *****nkBRDb/** saylı kredit müqaviləsi üzrə İddiaçı ASCyə yə 20599.05 manat məbləğində əsas bоrc, 1558 manat faiz borcu, 90.29 manat cərimə borcu, cəmi 22247.34 manat borcu yaranmışdır. Həmin bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə bütün borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Göründüyü kimi iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki halları tam və obyektiv araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Bildirilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə yalnız bankın təqdim etdiyi birtərəfli maliyyə arayışına istinad etmiş, borcun hesablanmasının düzgünlüyünü təsdiq edən ilkin maliyyə sənədlərini tam araşdırmamış, kredit üzrə tam hesabdan çıxarışlar, faktiki ödənişlər, faizlərin hesablanma qaydası, gecikmə müddətləri və cərimənin necə hesablanması tam müəyyən edilməmişdir. Həmçinin qeyd edilmişdir ki, məhkəmə işə onun iştirakı olmadan baxmış, etirazlarını, sosial vəziyyətini, sağlamlıq durumunu və öhdəliyin icrasına mane olan halları araşdırmadan yekun nəticəyə gəlmişdir. Şikayətdə göstərilmişdir ki, o, onkoloji xəstəlikdən əziyyət çəkir, uzun müddətdir davamlı müalicə alır, ağır xəstəliyi maddi vəziyyətinə və əmək qabiliyyətinə ciddi təsir göstərmiş, müalicə xərcləri kredit öhdəliklərini vaxtında yerinə yetirməsinə obyektiv maneələr yaratmışdır. Bundan əlavə, məhkəmənin 181,91 manat cərimənin tutulmasını qanuni hesab etməsinə baxmayaraq, onun ağır xəstəliyi və sosial vəziyyəti nəzərə alınmadan cərimənin tətbiq edilməsinin ədalətlilik və mütənasiblik prinsiplərinə uyğun olmadığı, həmçinin məhkəmənin öz qətnaməsində faiz və cərimə borcunun pretenziya məktubundan hesablanmalı olduğunu göstərməsinə baxmayaraq, faizlərin hansı tarixədək və hansı mexanizmlə hesablanmasının tam əsaslandırılmadığı, faiz hesablamalarının ayrıca maliyyə sənədləri ilə yoxlanılmadığı bildirilmişdir.

Kollegiya şikayətin dəlilləri ilə bağlı aşağıdakıları bildirir.

1. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında ##.##.2024cü il tarixli, *****nkBRDb/** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdehə istehlak məqsədləri üçün illik 17,90 faiz dərəcəsi ilə 22.900 manat məbləğində kredit xətti ayrılmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərə əsasən, cavabdeh aldığı kredit vəsaitini müəyyən edilmiş müddətlərdə geri qaytarmalı, hesablanmış faizləri və müqavilə şərtlərindən irəli gələn digər ödənişləri həyata keçirməli idi.

2. İş materiallarında olan maliyyə arayışı və digər yazılı sübutlardan görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən onun iddiaçı banka qarşı borcu yaranmışdır. Belə ki, kredit müqaviləsi üzrə ##.##.2024-cü il tarixdən yaranmış borc hesablamasına əsasən cavabdehin 20.599,05 manat əsas borcu, 2.111,50 manat faiz borcu və 181,91 manat cərimə borcu mövcud olmuşdur.

3. Lakin iş materiallarında olan ##.##.2025-ci il tarixli müqavilənin ləğv olunması barədə bildirişdən müəyyən olunur ki, bank tərəfindən cavabdehə kredit müqaviləsinə xitam verilməsi, yaranmış borcun ödənilməsi və müqavilə münasibətlərinə son qoyulması barədə iradə ifadəsi göndərilmişdir. Həmin bildirişdə cavabdehin kredit müqaviləsi üzrə borcu 20.599,05 manat əsas borc, 1.558 manat faiz borcu və 90,29 manat cərimə borcu olmaqla, ümumilikdə 22.247,34 manat məbləğində göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor müqavilədən imtina etməklə müqaviləyə xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş hesab olunur. Bu baxımdan, kreditor tərəfindən müqavilənin ləğv olunması barədə bildiriş cavabdehə çatdırıldığı andan kredit müqaviləsi üzrə gələcək dövr üçün əsas, faiz və cərimənin hesablanması dayandırılmalıdır.

5. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin kredit müqaviləsi üzrə əsas borcunun mövcudluğu və məbləği ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, 20.599,05 manat əsas borcun yaranması iş materiallarında olan maliyyə sənədləri və digər sübutlarla təsdiq olunur. Cavabdeh tərəfindən də həmin borcun mövcudluğunu və ya kredit vəsaitinin alınmasını təkzib edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin cavabdehdən 20.599,05 manat əsas borcun tutulması barədə nəticəsi qanuni və əsaslı hesab edilməlidir.

6. Həmçinin məhkəmə kollegiyası faiz borcunun müəyyən edilməsi hissəsində də birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. Belə ki, kredit müqaviləsi qüvvədə olduğu müddətdə cavabdehin müqavilə üzrə əsas borca görə faiz ödəmək öhdəliyi mövcud olmuş, ##.##.2025-ci il tarixli bildirişə əsasən həmin tarixədək hesablanmış 1.558 manat faiz borcu iş materialları ilə təsdiq edilmişdir. Müqaviləyə xitam verildikdən sonrakı dövr üçün faiz hesablanması mümkün olmadığından, faiz borcunun məhz bildirişdə göstərilən məbləğdə müəyyən edilməsi əsaslıdır.

7. Bununla yanaşı, məhkəmə kollegiyası cərimə borcunun müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdehə ##.##.2025-ci il tarixli müqavilənin ləğv olunması barədə bildiriş göndərilmiş, həmin məktubda müqavilə üzrə bütün borcun dərhal ödənilməsi tələb edilmiş və bununla da müqaviləyə xitam verilməsi barədə iradə ifadəsi cavabdehə çatdırılmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2023-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən ikitərəfli müqavilələr üzrə kreditorun müqavilədən imtina etməsi barədə iradə ifadəsi qarşı tərəfə bildirildiyi andan müqaviləyə xitam verilmiş hesab olunur və faizlə cərimənin hesablanması həmin hüquqi mövqe nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhz bu hüquqi mövqeyi tətbiq edərək məhkəmə əvvəlcə iddiaçı tərəfindən tələb edilən 2111,50 manat faiz məbləğini qəbul etməmiş, ##.##.2025-ci il tarixli bildirişə qədər hesablanmış 1558 manat faiz borcunun tutulmasını əsaslı hesab etmişdir.

8. Lakin eyni hüquqi yanaşma cərimə tələbinə münasibətdə ardıcıl tətbiq edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, ##.##.2025-ci il tarixli bildirişdə cavabdehə qarşı hesablanmış cərimə borcu 90,29 manat göstərildiyi halda, məhkəmə son nəticədə 181,91 manat cərimənin tutulmasına qərar vermiş, həmin fərqin hansı hüquqi və faktiki əsaslarla yarandığını, ##.##.2025-ci il tarixli bildirişdən sonrakı dövr üçün cərimənin hansı əsasla hesablandığını qətnamədə əsaslandırmamışdır. Halbuki məhkəmənin özünün istinad etdiyi Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2023-cü il tarixli hüquqi mövqeyinə əsasən müqaviləyə xitam verilməsi barədə iradə ifadəsi cavabdehə bildirildikdən sonra müqavilə münasibətlərindən irəli gələn öhdəliklərin mahiyyəti dəyişdiyindən cərimənin hesablanması da həmin hüquqi yanaşmaya uyğun qiymətləndirilməli idi. Birinci instansiya məhkəməsi faiz hissəsində bu hüquqi mövqeyi tətbiq etsə də, cərimə hissəsində eyni hüquqi nəticəyə gəlmədən tam məbləğin tutulmasını əsaslı hesab etmişdir ki, bu da qətnamənin həmin hissədə ziddiyyətli olmasına səbəb olmuşdur.

9. Bundan əlavə, apellyasiya şikayətində cavabdeh cərimənin mütənasib olmadığını, ağır onkoloji xəstəlikdən əziyyət çəkdiyini, uzunmüddətli müalicə aldığını, sosial və maddi vəziyyətinin ağır olduğunu göstərərək Mülki Məcəllənin 467-ci maddəsinə istinad etməklə dəbbə pulunun azaldılmasını xahiş etmişdir. Şikayətdə xüsusi olaraq göstərilmişdir ki, 181,91 manat məbləğində cərimə onun maddi vəziyyəti və işin konkret halları nəzərə alınmadan müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 467-ci maddəsinin mənasına görə məhkəmə dəbbə pulunun öhdəliyin pozulmasının nəticələrinə açıq-aşkar qeyri-mütənasib olduğu hallarda onun məbləğini azaltmaq səlahiyyətinə malikdir. Hazırkı işdə cərimənin məbləği müəyyən edilərkən həm Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2023-cü il tarixli hüquqi mövqeyi, həm də Mülki Məcəllənin 467-ci maddəsində nəzərdə tutulmuş meyarlar nəzərə alınmalıdır.

10. Kollegiya nəzərə alır ki, birinci instansiya məhkəməsi artıq bildiriş məktubundan sonrakı dövr üçün hesablanmış faizlərin tutulmasını rədd etməklə müqaviləyə xitam verilməsi barədə iradə ifadəsinin hüquqi nəticələrini qəbul etmişdir. Belə olan halda cərimənin də Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməsi zəruridir. İş üzrə müəyyən edilmiş hallar, cavabdehin apellyasiya şikayətində göstərdiyi ağır sağlamlıq və sosial vəziyyəti birlikdə qiymətləndirildikdə, 181,91 manat məbləğində cərimənin öhdəliyin pozulmasının nəticələrinə mütənasib olmadığı qənaətinə gəlinir. Buna görə də kollegiya Mülki Məcəllənin 467-ci maddəsini tətbiq edərək cərimənin 20 manat məbləğində müəyyən edilməsini ədalətli və qanuni hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun və faiz borcunun tutulması hissəsində qanuni və əsaslı olduğundan həmin hissələrdə dəyişdirilmədən saxlanılmalı, cərimə borcunun tutulması hissəsində isə dəyişdirilməli və cavabdehdən tutulmalı olan cərimə məbləği 181,91 manat deyil, 20 manat müəyyən edilməlidir. Nəticə etibarilə, apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin qətnaməsi cərimə borcunun müəyyən edilməsi hissəsində dəyişdirilməli, digər hissələrdə isə qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Mülki və Kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.3-cü, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-2(5-131)-324/2026 saylı qətnaməsi cərimə borcunun müəyyən edilməsinə dair hissədə dəyişdirilərək X2” ASC ilə Cavabdeh arasında ##.##.2024-cü il tarixli, *****nkBRDb/** saylı kredit müqaviləsindən irəli gələn cərimə borcu 181,91 manat deyil, 20 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar