Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-731/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı iddiaçı2 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddiaçı2 cavabdeh Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi tələbinə dair iddia ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzə borcuna görə 1259 manat, faiz borcuna görə 0 manat, cəmi 1259 (bir min iki yüz əlli doqquz) manat pulun və 33 (otuz üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Muxtar Muxtarov) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı iddiaçı2 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iddia tələbinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsini geri qaytararkən müqavilənin 7.1ci bəndində mübahisəyə “Abşeron Rayon Məhkəməsində baxılmasının mümkünlüyü qeyd edilmişdir.”cümləsini əsas gətirmişdir, bu da hüquqi baxımdan yanlışdır və işin mahiyyətinə adekvat qiymət verilmədiyini göstərir. Çünki, hüquqi baxımdan “mümkündür” ifadəsi imperativ və məcburi aidiyyət müəyyən etmir. Əgər tərəflər mübahisəyə konkret məhkəmədə baxılmasını nəzərdə tutmaq istəsəydilər “yalnız”, “müstəsna olaraq”, “başqa məhkəmədə baxıla bilməz” kimi imperativ hüquqi ifadələrdən istifadə olunardı. Məhkəmə isə bu fərqi nəzərə almadan alternativ xarakterli müddəanı müstəsna xarakterli müddəanı müstəsna aidiyyət kimi qiymətləndirmişdir ki, bu da MPM-in 40.2-ci maddəsninin hüquqi məzmununa ziddir. Əks yanaşma qəbul edilərsə, müqavilədə qeyd olunan hər bir alternativ ifadə iddiaçının konstitusion məhkəməyə müraciət hüququnun məhdudlaşdırılması ilə nəticələnir ki, bu da hüquqi müəyyənlik və ədalətli məhkəmə araşdırması prinsiplərinə ziddir. Lakin, məhkəmənin belə yanaşması, qanunun aliliyinə zidd olmaqla yanaşı, hüquqi sistemin ədalətli fəaliyyətinə kölgə salır. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, həmin şikayətin 07 (yeddi) gün müddətində mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinin məzmununa əsasən tərəflər arasında sözügedən müqavilə bağlanmış, lakin həmin müqavilənin 7.1-ci bəndində tərəflər arasında yaranmış mübahisələrə müqavilənin bağlandığı yer üzrə Abşeron Rayon Məhkəməsində baxıla bilməsinin mümkünlüyü qeyd edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyəti məhkəməyə verilməsi zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Müqavilə aidiyyəti”ndən bəhs edən tələbi pozulmuş və iş üzrə ərazi aidiyyəti qaydasında səhvə yol verilmişdir. Belə olan halda isə həmin işə Kürdəmir Rayon Məhkəməsində baxıla bilməz. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında ##.##.2023-cü il tarixli “SİNTRA” markalı su filterlərinin satışı ilə əlaqədar alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 7.1-ci bəndində qeyd edilmişdir ki, mübahisələrə Azərbaycan Respublikasının MPM-nin 40.2-ci maddəsinə əsasən və digər qanunvericilik aktlarına əsasən müqavilənin bağlandığı Abşeron Rayon Məhkəməsində baxıla bilər. Məhkəmə tərkibi qeyd edir ki, tərəflər öz aralarındakı sazişlə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Həmin normanın məzmunundan aydın olur ki, ərazi aidiyyətinin dəyişdirilməsi üçün tərəflərin iradəsi birmənalı, aydın və mübahisə doğurmayan şəkildə ifadə edilməlidir. Belə saziş tərəflərin ümumi ərazi aidiyyəti qaydasından imtina etmələrini və konkret məhkəməni mübahisəyə baxmağa səlahiyyətli yeganə məhkəmə kimi müəyyən etmələrini açıq şəkildə əks etdirməlidir. Hazırkı işdə isə tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 7.1-ci bəndində "mübahisələrə ... müqavilənin bağlandığı Abşeron Rayon Məhkəməsində baxıla bilər" ifadəsindən istifadə edilmişdir. Həmin müddəanın məzmunundan görünür ki, tərəflər Abşeron Rayon Məhkəməsinin mübahisəyə baxa bilməsini mümkün hesab etmiş, lakin həmin məhkəmənin müstəsna və yeganə səlahiyyətli məhkəmə olmasını razılaşdırmamışlar. "Mümkündür", "baxıla bilər" kimi ifadələr hüquqi mahiyyət etibarilə dispozitiv və alternativ xarakter daşıyır. Bu cür ifadələr tərəflərin seçim imkanını saxlayır və digər qanunla müəyyən edilmiş ərazi aidiyyəti qaydalarını istisna etmir. Əgər tərəflərin həqiqi iradəsi ümumi ərazi aidiyyəti qaydasından imtina etmək və yalnız müəyyən edilmiş məhkəməyə müraciət edilməsini razılaşdırmaq olsaydı, müqavilədə bunun birmənalı şəkildə ifadə edilməsi zəruri idi. Məsələn, "mübahisələrə yalnız Abşeron Rayon Məhkəməsində baxılır", "mübahisələr başqa məhkəmədə həll edilə bilməz", "tərəflər digər məhkəmələrin yurisdiksiyasını istisna edirlər" kimi imperativ məzmunlu ifadələrin istifadə edilməsi tərəflərin ümumi aidiyyət qaydasını dəyişmək iradəsini açıq şəkildə ortaya qoyardı. Lakin hazırkı müqavilədə belə məzmunda hər hansı müddəa nəzərdə tutulmamışdır. Müqavilənin 7.1-ci bəndində istifadə olunmuş "baxıla bilər" ifadəsi yalnız Abşeron Rayon Məhkəməsinin mümkün aidiyyət variantlarından biri olduğunu göstərir və bu, iddiaçının MPM-in 35.1ci maddəsində nəzərdə tutulmuş ümumi ərazi aidiyyəti qaydasına uyğun olaraq iddia qaldırmaq hüququnu aradan qaldırmamışdır. Məhkəmə tərkibi hesab edir ki, müqavilədə alternativ xarakterli ifadənin imperativ razılaşma kimi qiymətləndirilməsi müqavilə şərtlərinin genişləndirici təfsiri ilə nəticələnir. Halbuki mülki hüquqda müqavilə şərtləri onların həqiqi məzmunundan kənara çıxılmaqla təfsir edilə bilməz və tərəflərin açıq şəkildə ifadə etmədikləri iradə onlara aid edilə bilməz. Bundan başqa, məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikası Konstitusiyası ilə təmin olunan fundamental hüquqlardan biridir. Bu hüququn məhdudlaşdırılmasına səbəb olan müqavilə şərtləri dar və məhdudlaşdırıcı qaydada təfsir edilməlidir. Müqavilədə qeyri-müəyyən və alternativ məzmun daşıyan ifadələrdən çıxış etməklə şəxsin qanunla müəyyən edilmiş məhkəməyə müraciət hüququnun məhdudlaşdırılması yolverilməzdir. Belə olan halda, birinci instansiya məhkəməsinin müqavilənin 7.1-ci bəndini MPM-in 40.2-ci maddəsinə uyğun bağlanmış müstəsna aidiyyət barədə saziş kimi qiymətləndirməsi hüquqi cəhətdən əsaslı hesab edilə bilməz. Müqavilədə ərazi aidiyyətini imperativ qaydada dəyişdirən, ümumi aidiyyət qaydasını istisna edən birmənalı razılaşma mövcud olmadığından, iddia ərizəsinin MPM-in 152.1.3-cü maddəsinə istinad edilməklə geri qaytarılması üçün qanuni əsas olmamışdır. Buna görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nəticəsi olmaqla əsaslı hesab edilə bilməz. Ona görə də məhkəmə tərkibi hesab edir ki, şikayət qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilməli, mülki iş iddia ərizəsinin mümkünlük məsələlərinə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə tərkibi QƏRARA ALDI: İddiaçı iddiaçı2 şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin mümkünlük məsələlərinə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-731/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-731/2026
02.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver