Məhkəmə qərarları › İş №e-2(3-9)-750/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-750/2026

06.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Şirvan şәhәri İş № e-2(3-9)-750/2026 06.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apelyasiya Mәhkәmәsinin mülki kollegiyasının hakimlәri Heydәrov Tofiq Xudayar oğlu (sәdrlik edәn, mәruzәçi), Əsәdov Ilham Qoşunәli oğlu vә X1 ibarәt tәrkibdә, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı subroqasiya qaydasında zәrәrin ödәnilmәsi tәlәbi barәdә kiçik iddiaya dair mülki iş üzrә Ağcabәdi Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qәtnamәsindәn cavabdeh Cavabdeh tәrәfindәn verilmiş apelyasiya şikayәtinә Şirvan Apellyasiya Mәhkәmәsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı «xxxx» Açıq Sәhmdar Cәmiyyәti cavabdeh Cavabdeh qarşı «subroqasiya qaydasında zәrәrin ödәnilmәsi» barәdә iddia verәrәk, cavabdeh Cavabdeh 3626 manat mәblәğindә vurulmuş zәrәrin vә 56,26 manat dövlәt rüsumunun alınıb «xxxx» Açıq Sәhmdar Cәmiyyәtinә ödәnilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. Ağcabәdi Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qәtnamәsi (hakim Şahәli Musayev) ilә, iddianın tәmin edilmәsi, cavabdeh Cavabdeh 3626 manat mәblәğindә vurulmuş zәrәr vә 56,26 manat mәblәğindә ödәnilmiş dövlәt rüsumunun tutularaq «xxxx» Açıq Sәhmdar Cәmiyyәtinә ödәnilmәsi qәt edilmişdir. Qәtnamәdәn narazı qalan cavabdeh Cavabdeh apelyasiya şikayәti vermişdir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372.1-ci maddәsinә әsasәn apelyasiya instansiya mәhkәmәsi tam hüquqlu mәhkәmә kimi işә, işdә olan vә әlavә tәqdim olunmuş sübutlar әsasında mahiyyәti üzrә baxır. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372.7-ci maddәsinә әsasәn apelyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn aslı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Mәhkәmә kollegiyası iş materiallarını vә şikayәtin dәlillәrini hәrtәrәfli, tam vә obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya mәhkәmәsi iddia tәlәbini icraata qәbul edәrәk yekun hüquqi nәticәyә gәlәrkәn prosessual hüquq normasını sәhv tәfsir vә tәtbiq etmişdir. Bununla әlaqәdar mәhkәmә kollegiyası hesab edir ki, gәlinmiş nәticәlәrin daha aydın vә anlaşılan başa düşülmәsi üçün birinci instansiya mәhkәmәsi tәrәfindәn yol verilmiş pozuntular izah olunmalıdır. Azәrbaycan Respublikası Konstitusiyasının 26-cı maddәsinin İ hissәsinә görә hәr kәsin qanunla qadağan olunmayan üsul vә vasitәlәrlә öz hüquqlarını vә azadlıqlarını müdafiә etmәk hüququ vardır. Azәrbaycan Respublikası Konstitusiyasının 60-cı maddәsinin İ hissәsinә görә hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmәdә müdafiәsinә tәminat verilir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin; 4.1-ci maddәsinә әsasәn bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr.. 8.1-ci maddәsinә әsasәn Mülki işlәr vә kommersiya mübahisələri üzrә әdalәt mühakimәsi hamının qanun vә mәhkәmә qarşısında bәrabәrliyi prinsipi әsasında hәyata keçirilir. 9.1-ci maddәsinә әsasәn әdalәt mühakimәsi çәkişmә, tәrәflәrin bәrabәrliyi vә faktlar әsasında hәyata keçirilir. 24.1-ci maddәsinә әsasәn Azәrbaycan Respublikasının mәhkәmәlәri, bu Mәcәllәyә vә ya digәr qanunlara müvafiq olaraq onların müdafiәsi mәhkәmәdәn kәnar digәr qaydada hәyata keçirilmirsә, pozulmuş vә mübahisә edilәn hüquq vә azadlıqları müdafiә vә tәmin edir. 35.1-ci maddәsinә әsasәn qanunla başqa hal nәzәrdә tutulmamışdırsa, iddia cavabdehin rәsmi qeydә alındığı yerin mәhkәmәsinә verilir. 36.2-ci maddәsinә әsasәn rәsmi yaşayış yeri, olduğu yer vә ya hüquqi ünvanı müxtәlif olan bir neçә cavabdehә iddia cavabdehlәrdәn birinin rәsmi yaşayış yeri vә ya hüquqi ünvanı üzrә verilә bilәr. 36.13-cü maddәsinә әsasәn bu Mәcәllәnin 39-cu maddәsindә müәyyәn edilmiş aidiyyәt istisna olunmaqla, bu Mәcәllәnin 36.1-36.12-ci maddәlәrinә görә işin aid olduğu mәhkәmәlәrdәn birini seçmәk hüququ iddiaçıya mәxsusdur. Mәhkәmә kollegiyası qeyd edilәn prosessual hüquq normalarının hazırkı iddia tәlәbi üzrә müqayisәli tәhlilini apararaq qeyd etmәyi zәruri hesab edir ki, mәhkәmәyә müraciәt etmәk iddiaçının konstitusion hüququdur. Bu hüququndan istifadә edәrәk özünün pozulmuş vә ya pozulması ehtimal edilәn hüququnun bәrpası üçün mәhkәmәyә müraciәt edә bilәr. Iddiaçının hüquqlarını pozması ehtimal etdiyi şәxsә (fiziki vә ya hüquqi şәxs) qarşı iddiası hәmin şәxsin qeydiyyatda olduğu inzibati әrazi vahidinin daxil olduğu mәhkәmәyә verilmәlidir. Iş materiallarından görünür ki, cavabdeh Cavabdeh Sabunçu rayonunda qeydiyyatda olmasına baxmayaraq Ağcabәdi Rayon Mәhkәmәsi heç bir әsas gәtirmәdәn işi icraatına qәbul etmiş vә yekun qәrar qәbul etmişdir. Bu isә ona dәlalәt edir ki, birinci instansiya mәhkәmәsi iddia әrizәsini icraata qәbul edәrkәn prosessual qanunvericiliyin tәlәblәrinә әmәl etmәmiş, nәticәdә aidiyyat qaydalarına pozmaqla sәlahiyyәti olmayan (hüququ olmayan) hakim kimi işә baxmışdır. Halbuki Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәnin 387.2.1-ci maddәsinә әsasәn işә buna baxmağa hüququ olmayan hakim tәrәfindәn baxılması şikayәtin dәlillәrindәn asılı olmayaraq birinci instansiya mәhkәmәsinin qәtnamәsinin lәğv edilmәsi üçün әsasdır. Mәhkәmә kollegiyası iddia tәlәbinin mahiyyәtini, cavab verilmәli olan şәxslәrin dairәsini nәzәrә alaraq vә qeyd edilәnlәr üzrә yekun hüquqi dәyәrlәndirmә apararaq hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn prosessual hüquq normaları sәhv tәtbiq vә tәfsir edilmәklә iddia tәlәbi icraata qәbul edilmiş vә iddia tәlәbi üzrә yekun nәticәyә gәlinmişdir. Belәliklә, mәhkәmә kollegiyası yekun olaraq hesab edir ki, apelyasiya şikayәti birinci instansiya mәhkәmәsinin prosessual hüquq normalarının sәhv tәtbiq edilmәsi hissәsindә әsaslı olduğundan qismәn tәmin edilmәli, Ağcabәdi Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qәtnamәsi lәğv edilmәklә mülki iş cavabdeh Cavabdeh qeydiyyatda olduğu әrazi aidiyyәti üzrә Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinә göndәrilmәlidir. Mülki Prosessual Mәcәllәsinin 35.1-ci maddәsinә әsasәn qanunla başqa hal nәzәrdә tutulmamışdırsa, iddia cavabdehin rәsmi qeydә alındığı yerin mәhkәmәsinә verilir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 385.1.1-ci maddәsinә әsasәn birinci instansiya mәhkәmәsi tәrәfindәn maddi hüquq normalarının vә ya prossesual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsi mәhkәmә qәtnamәsinin apelyasiya qaydasında lәğv edilmәsi üçün әsasdır. Mülki Prosessual Mәcәllәsinin 384.0.4-cü maddәsinә әsasәn işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 400-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin bu Mәcәllәnin 402-ci maddәsindә nәzәrdә tutulmuş qәrardadlarından kassasiya şikayәti verilmәmişdirsә, hәmin qәrardadlar işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 gün sonra, qanunla şikayәt verilmәsi nәzәrdә tutulmayan qәrardadları isә çıxarıldığı andan qanuni qüvvәyә minir. Hәmin Mәcәllәnin 402.2-402.3-cü maddәlәrinә әasasәn apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında; kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayәti kassasiya instansiyası mәhkәmәsinin şikayәtin qeyri-mümkünlüyü barәdә qәrarına әsasәn qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә; iş üzrә icraata xitam verilmәsi barәdә; bu Mәcәllәnin 384.0.4-cü maddәsindә nәzәrdә tutulmuş işin aidiyyәti üzrә göndәrilmәsinә dair vә bu Mәcәllәnin 384.0.6-cı maddәsindә nәzәrdә tutulmuş apellyasiya şikayәtinin bu Mәcәllәnin tәlәblәrinә zidd olaraq icraata qәbul olunması әsası ilә icraata qәbul qәrardadının lәğv edilәrәk işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılması haqqında; birinci instansiya mәhkәmәlәrinin mәhkәmә aidiyyәti haqqında qәrardadlarından vә hәmin qәrardadlardan verilәn şikayәtin qaytarılması haqqında apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının qәrardadlarından kassasiya şikayәti verilә bilәr. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 35.1, 44.1, 263-264-cü 400 vә 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALDI: Cavabdeh Cavabdeh tәrәfindәn verilmiş apelyasiya şikayәti qismәn tәmin edilsin. Ağcabәdi Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qәtnamәsi lәğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı subroqasiya qaydasında zәrәrin ödәnilmәsi tәlәbi barәdә mülki iş baxılması üçün aidiyyәti üzrә Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinә göndәrilsin. Qәrardaddan işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 (on) gün müddәtindә Şirvan Apellyasiya Mәhkәmәsi vasitәsilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinә kassasiya şikayәti verilә bilәr. Qәrardaddan kassasiya şikayәti verilmәdikdә, qәrardad işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 gün sonra qanuni qüvvәyә minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar