Məhkəmə qərarları › İş №e-2(3-9)-784/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-784/2026

16.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-784/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X2 ibarət tərkibdə Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı QSC tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı İddiaçı QSC cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə (hakim Elmir İsmayılov) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı İddiaçı QSC şikayət verərək qərardadın ləğv edilib, iddia ərizəsinin icraata qəbul edilərək işə baxılmasının təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadın məzmunundan belə nəticə çıxır ki, məhkəmə cavabdehin müvəqqəti yaşama icazəsinin etibarlılıq müddətinin bitməsini iddia ərizəsinin qəbul edilməməsi üçün əsas hesab etmişdir. Bu yanaşma nə Mülki Prosessual Məcəllədə, nə də hər hansı digər normativ hüquqi aktda nəzərdə tutulmuşdur. Əks təqdirdə belə bir absurd nəticə yaranır ki, iddiaçı məhkəməyə müraciət etmək üçün əvvəlcə borclunu tapmalı, onun yaşayış yerini müəyyən etməli, daha sonra isə onun miqrasiya sənədlərini yeniləməsinə nail olmalıdır. Aydın məsələdir ki, iddiaçının belə səlahiyyəti yoxdur. Belə çıxır ki, borclu şəxs yaşayış yerini dəyişdikdə, telefon nömrəsini söndürdükdə, ölkəni tərk etdikdə və ya miqrasiya sənədlərinin müddətini yeniləmədikdə kreditor artıq məhkəməyə müraciət edə bilməməlidir. Bu isə hüququn fundamental prinsiplərinə zidd olmaqla yanaşı, borclunun öz hərəkətləri ilə məhkəmə müdafiəsindən yayınmasına şərait yaradır. Hüquqi dövlət prinsipi belə nəticəni qəbul etmir. Əksinə, qanunvericiliyin məqsədi borclunun gizlənməsi və ya məlumatlarının dəyişməsi səbəbindən kreditorun məhkəmə müdafiəsi hüququnun aradan qaldırılması deyil, həmin hüququn təmin edilməsidir. Məhkəmənin mövqeyi qəbul edilərsə, istənilən borclu yaşayış yerini dəyişməklə, qeydiyyat sənədlərini yeniləməməklə və ya əlaqə vasitələrini gizlətməklə məhkəmə araşdırmasından yayınmaq imkanı əldə etmiş olar. Bu isə nə MPMin məqsədinə, nə Konstitusiyanın 60-cı maddəsinə, nə də ədalət mühakiməsinin mahiyyətinə uyğun gəlir. İddiaçı iddia ərizəsinə cavabdehlə bağlı özündə olan son rəsmi məlumatları əlavə etmişdir. Qanun iddiaçıdan mövcud olmayan məlumatları təqdim etməyi tələb etmir. Məhkəmə isə qanunda nəzərdə tutulmayan məlumatların təqdim edilməməsini iddianın geri qaytarılması üçün əsas hesab etməklə MPM-in 152.1.1-ci maddəsini genişləndirici və qanunsuz şəkildə tətbiq etmişdir. Bundan başqa, cavabdehin son məlum yaşayış yerinin Füzuli rayonu olması iş materialları ilə təsdiq edilir. Məhkəmə həmin məlumatı etibarsız hesab edən heç bir sübut göstərməmişdir. Müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi həmin sənəddə göstərilən son məlum ünvanın avtomatik olaraq mövcudluğunu itirməsi anlamına gəlmir. Məhkəmə yalnız ehtimallara əsaslanaraq cavabdehin başqa ünvanda ola biləcəyi fərziyyəsini irəli sürmüşdür Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, iş şikayətlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ləğv edilməli, mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün Füzuli Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia tələbi Cavabdeh qarşı irəli sürülsə də, cavabdehin məlumatları iddia ərizəsində mülki prosessual qanunvericiliyin tələb etdiyi həcmdə göstərilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş “müvəqqəti yaşamaq üçün icazə vərəqəsi” araşdırılarkən müəyyən olunur ki, cavabdeh Türkiyə Respublikasının vətəndaşıdır. Yaşayış yeri Füzuli rayonu, Kənd Horadizdə yerləşən 14 hektarlıq fərdi yaşayış sahəsi (düşərgə) qeyd olunsa da, həmin hüquqmüəyyənedici sənədin etibarlılıq müddəti ##.##.2025-ci il tarixdə bitmişdir. İddia ərizəsinin mövcud sənədlər əsasında icraata qəbul edilməsi gələcəkdə ərazi aidiyyətinin pozulmasını, həmçinin qətnamənin icrasının mümkünsüz olmasını şərtləndirmiş olar. Cavabdehin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri dəqiq müəyyən edilmədən ona qarşı iddianın sürülməsi mümkün deyil. Belə ki, bu halda digər məsələlərlə yanaşı məhkəmə tərəfindən məhkəmə aidiyyətinin müəyyən edilməsi də mümkünsüzdür. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni hazırkı əsasla geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsinin Plenumu “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il # ####### tarixli Qərarında göstərmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X4rşı iş üzrə 1975-ci il ## ###### tarixli Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36). Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (X7rşı iş üzrə 1985-ci il ## ### tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X3rşı iş üzrə 1994-cü il ## ######## §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il # ###### tarixli §31 Qərarlar). İş materiallarından müəyyən edilir ki, iddiaçı İddiaçı QSC cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərkibi hesab edir ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı ərizəni geri qaytarmaq əvəzinə məhkəməyə müraciət edən şəxsin məhkəməyə əlçatanlılıq imkanın realizə edilməsi, habelə prosessual qənaət prinsipini nəzərə alaraq işin icraata götürülməsi barədə məsələyə baxa bilərdi. Belə olan halda məhkəməyə müraciət edən iddiaçıya məhkəmə müdafiəsi hüququnun realizəsi baxımından geniş imkanlar yaranmış olar, habelə şəxsdə məhkəmə hakimiyyətinə olan inam və etimadın daha da möhkəmlənməsinə yol açmış olardı. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. İş materiallarından görünür ki, cavabdeh Cavabdeh Türkiyə vətəndaşıdır, onun Azərbaycanda sonuncu məlum yaşayış yeri Füzuli rayonu, Kənd Horadizdə yerləşən 14 hektarlıq fərdi yaşayış sahəsidir. Bu halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi cavabdehin sonuncu məlum yaşayış yerinə uyğun məhkəməyə verilə bilər. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqla iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır. Halbuki, məhkəmə cavabdehin sonuncu məlum yaşayış yerinə bildiriş göndərməklə və ya zəruri sorğuları verərək işin icraata qəbulunu təmin edə bilərdi. İddiaçının sırf cavabdehin ünvanını (və digər məlumatları) bilməməsi onun hüquqlarının pozulmasına səbəb ola bilməz. Həmçinin məhkəmə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş “müvəqqəti yaşamaq üçün icazə vərəqəsi”nə istinad edərək qeyd etmişdir ki, həmin hüquqmüəyyənedici sənədin etibarlılıq müddəti ##.##.2025-ci il tarixdə bitmişdir. İddia ərizəsinin mövcud sənədlər əsasında icraata qəbul edilməsi gələcəkdə ərazi aidiyyətinin pozulmasını, həmçinin qətnamənin icrasının mümkünsüz olmasını şərtləndirmiş olar. Lakin MPM-in iddia ərizəsinin geri qaytarılmasını nəzərdə tutan normalarında cavabdehin yaşayış yeri barədə təqdim edilmiş məlumatların sonradan aktuallığını itirməsi və ya müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi iddia ərizəsinin geri qaytarılması üçün əsas kimi müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi qanunda nəzərdə tutulmayan halı iddianın geri qaytarılması üçün əsas hesab etməklə prosessual normaları genişləndirici qaydada tətbiq etmişdir ki, bu da qanunçuluq prinsipinə uyğun deyildir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı cavabdeh barədə özündə mövcud olan son rəsmi məlumatları iddia ərizəsinə əlavə etmişdir. Prosessual qanunvericilik iddiaçıdan əldə etməsi obyektiv mümkün olmayan məlumatların təqdim edilməsini tələb etmir. Cavabdehin hazırkı yaşayış yerinin müəyyən edilməsinin zəruriliyi yarandıqda, məhkəmə MPM-də nəzərdə tutulmuş prosessual səlahiyyətlərindən istifadə etməklə müvafiq dövlət orqanlarına sorğular göndərmək, son məlum ünvana məhkəmə bildirişləri göndərmək və digər prosessual tədbirləri həyata keçirməklə həmin məsələni araşdıra bilərdi. Bu hallar isə iddia ərizəsinin qəbul mərhələsində məhkəməyə müraciət hüququnun məhdudlaşdırılması üçün əsas təşkil etmirdi. Eyni zamanda, birinci instansiya məhkəməsinin iddia ərizəsinin qəbul edilməsinin gələcəkdə ərazi aidiyyətinin pozulmasına və qətnamənin icrasının mümkünsüzlüyünə səbəb ola biləcəyi barədə nəticəsi ehtimala əsaslanır. Prosessual qərarlar isə yalnız ehtimallara deyil, iş materialları ilə təsdiq olunmuş konkret hallara əsaslanmalıdır. Hazırkı işdə cavabdehin başqa yaşayış yerinə malik olması, ərazi aidiyyətinin dəyişməsi və ya qətnamənin icrasının mümkünsüzlüyünü təsdiq edən hər hansı sübut mövcud deyildir. Konstitusiyanın 60-cı maddəsi, MPM-in 4.1-ci maddəsi, habelə Konstitusiya Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqelərinə əsasən məhkəməyə müraciət hüququna qoyulan prosessual tələblər həddindən artıq formalizmə səbəb olmamalı və şəxsi məhkəmə müdafiəsi hüququndan faktiki olaraq məhrum etməməlidir. Birinci instansiya məhkəməsi isə iddia ərizəsinin mahiyyətinə baxılmasına mane olmayan formal xarakterli halları əsas gətirməklə iddiaçının məhkəməyə çıxış hüququnu əsassız olaraq məhdudlaşdırmışdır. Beləliklə, məhkəmə tərkibi mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı: İddiaçı İddiaçı QSC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Füzuli Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar