Məhkəmə qərarları › İş №e-2(3-9)-851/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-851/2026

17.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-851/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçının nümayəndəsi nümayəndə1 İsmayıl oğlunun iştirakı ilə, İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər cavabdeh2 və İbadov Rahim Oqtay oğluna qarşı “iddiaçı ilə X2 arasında bağlanmış ## ###### 2020-ci il tarixli, **/R saylı kredit müqaviləsi üzrə 1138,67 manat əsas borc, 56,05 manat faiz borcu olmaqla, cəmi 1194,72 manat borcun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən iddiaçı “xxxx» Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlərə qarşı cavabdehlər cavabdeh2 və İbadov Rahim Oqtay oğlundan əsas borc üzrə 1138,67 manat, faiz borcu 56,05 manat olmaqla, cəmi 1194,72 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 31,94 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı QSC-nin İmişli filialı ilə X2 arasında bağlanmış ## ###### 2020-ci il tarixli, **/R saylı güzəştli kredit müqaviləsinə əsasən 1150,75 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 il müddətində bu müqaviləyə * nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Güzəştli borc müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSCnin İmişli filialı ilə İbadov Rahim Oqtay oğlu arasında ## ###### 2020-ci il tarixli, **/R saylı zaminlik müqaviləsi bağlanmışdır. X2 ##.##.2025-ci il tarixə kredit təşkilatına olan əsas borcu 1138,67 manat, faiz borcu 56,05 manat olmaqla, cəmi 1194,72 manat borc təşkil edir. İmişli rayon İcra Hakimiyyəti başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ## #### 2025-ci il tarixli, *-**-**-*/*-**/**** saylı arayışına əsasən X2 vəfat etdikdən sonra ona məxsus fərdi yaşayış evində mərhumun arvadı cavabdeh2 yaşayır. Həmin məktubdan göründüyü kimi cavabdeh2 mərhum əri X2 qanunla müəyyən edilmiş müddət ərzində mirasından imtina etməmişdir. Cavabdeh onunla bağlanmış müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün 1194,72 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməlidir. Bu səbəbdən bu iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı tərəflərindən ödənilmiş 31,94 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsində icraat İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia rədd edilmiş, ödənilmiş 32,34 manat dövlət rüsumunun iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının özünə aid edilməsi, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatından 1,8 manat məhkəmə xərcinin tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə X2 arasında ##.##.2020-ci il tarixli, **/R saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı tərəfindən X2 5 il müddətinə, 1 il güzəşt müddəti müəyyən edilməklə illik 1 faiz dərəcəsi ilə 1150,75 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi və ödəniş cədvəli tərəflərin imzası və bankın möhürü ilə təsdiq olunmuşdur. Eyni zamanda X2 öhdəliyinin təminatı olaraq iddiaçı ilə İbadov Rahim Oqtay oğlu arasında ## ###### 2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. X2 ölmüş, iddiaçı tərəfindən cavabdeh2 qarşı onun vərəsəsi kimi iddia verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddianın borcun cavabdeh cavabdeh2 tələb edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsinə cavabdeh2 İmişli şəhəri N.Nərimanov küçəsi ev 55 ünvanında qeydiyyatda olmaqla X2 ilə yaşadığı və ailə üzvü olduğu qeyd edilən sənəd əlavə edilmiş, həmin sənəd əsasında cavabdeh2 vərəsə olduğu irəli sürülmüşdür. İddiaçının irəli sürdüyü məntiqdən çıxış edilərsə, qeyd edilən sənəddə X2 yetkinlik yaşına çatmış övladları X4, X3 və X1 da, onunla birlikdə yaşaması qeyd edilmiş, lakin iddiaçı tərəfindən həmin şəxslərə qarşı iddia irəli sürülməməsi səbəbləri göstərilməmişdir. Bundan başqa, qeyd edilən sənəd həmin əmlakın X2 miras aktivinə daxil olmasını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, idddiaçının təqdim etdiyi arayışdan evin hər hansı şəxsin mülkiyyətində olması, ümumiyyətlə həmin evin üzərində mülkiyyət hüququnun qeydə alınması müəyyən olunmur. Qeyd edilənlərə əsasən İmişli rayon İcra Hakimiyyəti başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli arayışı X2 miras aktivinin mövcudluğu və həmin aktivin cavabdeh cavabdeh2 tərəfindən alınmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa məhkəmə araşdırması zamanı X2 barəsində vərəsəlik işinin açılmadığı və vəfat edənin vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədiyi müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı X2 miras əmlakının olması, vərəsələrinin dairəsi, vərəsələrinin miras əmlakı qəbul etməsi, miras aktivi, habelə vərəsələrinin payları barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iddianın İbadov Rahim Oqtay oğluna qarşı olan hissəsinə münasibətdə qeyd edir ki, müqavilənin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məhkəmə qeyd etmişdir ki, zaminlik müqaviləsində xitam verilmə müddəti dəqiq müəyyən edilməmişdir. Çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. İddiaçı ilə X2 arasında bağlanmış ##.##.2020-ci il tarixli **/R saylı kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən tərəflər razılaşdırmışlar ki, kredit beş il müddətinə verilir. Beləliklə, X2 iddiaçı qarşısında ##.##.2025 ci il tarixdən ödənilməmiş borcları yaranmışdır. Məhkəmə hesab etmişdir ki, həmin vaxtdan müqavilə üzrə pozuntu yarandığından zaminlik müqaviləsi üzrə də məsuliyyət yaranmışdır və həmin vaxtdan da, zamin İbadov Rahim Oqtay oğlu borclu ilə birgə məsuliyyət daşımalıdır. Lakin iddiaçı tərəfindən əsas öhdəliyin icrası vaxtının çatdığı ##.##.2025-ci il tarixdən müqavilənin icrası ilə bağlı bir il müddətində zamin İbadov Rahim Oqtay oğluna qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də kreditorun zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 448.1, 470.1, 472.1, 477.0, 477.0.4, 739.1, 739.2, 1306.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 107¸ 218.3, 220.5-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı təşkilat apellyasiya şikayəti verərək İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və cavabdehlər cavabdeh2 və İbadov Rahim Oqtay oğlundan 1194,72 (bir min bir yüz doxsan dörd manat 72 qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 31.94 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İmişli rayon İcra Hakimiyyətinin İmişli şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ## #### 2025-ci il tarixli, 5-53-12 */*-**/**** saylı arayışına əsasən X2 vəfat etdikdən sonra ona məxsus fərdi yaşayış evində mərhumun arvadı cavabdeh2 yaşayır. Həmin məktubdan göründüyü kimi faktiki varis cavabdeh2 mərhum əri X2 qanunla müəyyən edilmiş müddət ərzində mirasından imtina etməmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 İsmayıl oğlu apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.4-cü maddəyə əsasən mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 1306.5-ci maddəyə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2020-ci il tarixli Qərar; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırda mübahisələndirilən qətnamə ilə iddia rədd edilmiş, iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçının iddia tələbindən müəyyən edilir ki, iddiaçı cavabdehlər cavabdeh2 və İbadov Rahim Oqtay oğlundan əsas borc üzrə 1138,67 manat, faiz borcu üzrə 56,05 manat olmaqla, cəmi 1194,72 manat məbləğində kredit borcunun, habelə ödənilmiş 31,94 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini tələb etmişdir. İddia tələbinin əsası kimi X2 ilə ##.##.2020-ci il tarixdə bağlanmış **/R saylı kredit müqaviləsi, habelə İbadov Rahim Oqtay oğlu ilə həmin tarixdə bağlanmış zaminlik müqaviləsi göstərilmişdir. Məhkəmə tərkibi işin mübahisəsiz halı kimi müəyyən edir ki, iddiaçı ilə X2 arasında ##.##.2020-ci il tarixli **/R saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncuya 5 il müddətinə, illik 1 faiz dərəcəsi ilə 1150,75 manat məbləğində kredit verilmiş, kredit öhdəliyinin təminatı kimi isə iddiaçı ilə İbadov Rahim Oqtay oğlu arasında ##.##.2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin X2 vəfat etdiyi və iddiaçı tərəfindən onun arvadı cavabdeh2 vərəsə kimi tələb irəli sürüldüyü iş materialları ilə müəyyən edilir. Məhkəmə iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı X2 miras əmlakının olması, vərəsələrinin dairəsi, vərəsələrinin miras əmlakı qəbul etməsi, miras aktivi, habelə vərəsələrinin payları barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Hazırda tərəflər arasında olan mübahisə öhdəlik hüquq münasibəti olduğundan və öhdəliyin müqavilə üzrə tərəfi olan borclu müqavilə üzrə vəzifələr yerinə yetirilmədən vəfat etdiyindən, öhdəliyin digər tərəfi olan iddiaçı təşkilat Mülki Məcəllənin 1159.1.1, 1306.1, 1146ci maddələrinə istinad edərək öhdəliyin borclunun vərəsəsi tərəfindən tam şəkildə icra olunmasını tələb edir. Birinci instansiya məhkəməsi diqqətdən yayınmışdır ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2020-ci il tarixli Qərarına əsasən formal üsulla şəhadətnamənin alınmaması və digər qeyd etdiyi halların olmaması həmin şəxsin mirası qəbul etməməsinə dəlalət etmir. Həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən: Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il ## #### tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. İş materiallarından göründüyü kimi, cavabdeh2 miras qoyan X2 vəfatından sonra ona məxsus olduğu göstərilən fərdi yaşayış evində yaşamağa davam etmişdir. Bu hal miras əmlaka faktiki sahiblik etmə və ondan istifadə etmə halı kimi qiymətləndirilə bilər. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün vərəsənin miras əmlaka sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlaması kifayətdir. Bu baxımdan, vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmaması və notariat qaydasında vərəsəlik işinin açılmaması mirasın qəbul edilmədiyi barədə nəticəyə əsas vermir. Mirasın qəbul edilməsi ilə birlikdə miras qoyanın ölümü ilə xitam olunmayan öhdəlikləri də vərəsələrə keçir. Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları ilə yanaşı vəzifələri, yəni miras passivi də daxildir. Həmin Məcəllənin 1306-cı maddəsinə görə vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Məhkəmə tərkibi qeyd edir ki, mirası qəbul etmiş vərəsənin miras qoyanın borcları üzrə məsuliyyətinin həddi ilə bağlı sübutetmə yükü də qanunla müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı hal istisna olmaqla, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Eyni məzmun Mülki Məcəllənin 1306.5-ci maddəsində də ifadə olunaraq, mirasın notarius tərəfindən siyahıya alınmadığı halda vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etdiyi təqdirdə onun kreditorlar qarşısında məsuliyyətinin mirasdan alınmış aktiv həddində olduğu müəyyən edilmişdir. Göründüyü kimi, qanunvericilikdə mirasın notarius tərəfindən siyahıya alınmadığı halda miras qoyanın borclarının mirasın aktivindən çox olması barədə halın sübut edilməsi birbaşa vərəsənin üzərinə qoyulmuşdur. Hazırkı iş üzrə isə cavabdeh2 tərəfindən miras qoyanın borclarının mirasdan çox olmasını, yaxud qəbul edilmiş miras əmlakın dəyərinin iddiaçı tərəfindən tələb olunan 1194,72 manat məbləğindən aşağı olduğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. İş materiallarında da cavabdeh tərəfindən bu halın sübut edilməsinə dair sənədin mövcudluğu müəyyən edilmir. Bu halda Mülki Məcəllənin 1307-ci maddəsində nəzərdə tutulmuş sübutetmə vəzifəsinin yerinə yetirilməməsi cavabdehin məsuliyyətinin miras aktivinin dəyəri ilə məhdudlaşdırılması üçün əsasların müəyyən edilməməsi ilə nəticələnir. İddiaçı tərəfindən isə kredit borcunun mövcudluğu və məbləği barədə sübutlar təqdim edilmişdir. Məhkəmə tərkibi həmin sübutları MPM-in 77.1 və 88-ci maddələrinin tələbləri baxımından qiymətləndirərkən nəzərə alır ki, tərəflər istinad etdikləri halları sübut etməli, məhkəmə isə təqdim edilmiş sübutları hərtərəfli və obyektiv dəyərləndirilməlidir. Bununla əlaqədar, birinci instansiya məhkəməsinin miras əmlakının mövcudluğu və onun dəyəri barədə iddiaçı tərəfindən ayrıca sənəd təqdim edilməməsini iddianın rəddinə əsas kimi qəbul etməsi Mülki Məcəllənin 1307-ci maddəsində müəyyən edilmiş sübutetmə qaydası ilə uyğun gəlmir. Çünki borcun mirasdan çox olması barədə halı sübut etmək vəzifəsi həmin normaya əsasən kreditorun deyil, vərəsənin üzərinə düşür. Cavabdeh isə qanunda nəzərdə tutulmuş bu sübutetmə vəzifəsini yerinə yetirərək miras aktivinin borc məbləğindən az olduğunu təsdiq edən sübut təqdim etməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, iddiaçının vərəsəlik hüququ haqqında şəhadətnamə almamış vərəsəyə qarşı tələb irəli sürməsi həmin şəxsin miras qoyanın hüquq və vəzifələrinin hüquqi varisi kimi çıxış etməsinə mane olmur. Mirasın faktiki qəbul edilməsi müəyyən edildiyi halda vərəsənin hüquqi varis kimi statusu yaranır və miras qoyanın ölümü ilə xitam olunmayan borc öhdəliyi də mirasın passivinin tərkibində həmin hüquqi varisliyə daxil olur. Bu baxımdan, hazırkı iş üzrə cavabdeh2 mirası faktiki qəbul etməsi barədə iş materiallarında olan məlumatlar, onun miras qoyanın arvadı olması, ölümündən sonra mərhuma məxsus olduğu göstərilən yaşayış evində yaşamağa davam etməsi və mirasın qəbul edilmədiyini təsdiq edən sübutların müəyyən edilməməsi Mülki Məcəllənin 1243-cü maddəsi baxımından nəzərə alınmalıdır. İş materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, X2 ##.##.2025-ci il tarixə kredit təşkilatına olan borcu əsas borc üzrə 1138,67 manat, faiz borcu üzrə 56,05 manat olmaqla, cəmi 1194,72 manat təşkil etmişdir. Həmin borc məbləğinin kredit müqaviləsi üzrə yaranması və borcalan tərəfindən ödənilməməsi iş materiallarında olan sənədlərlə təsdiq olunur. Odur ki, iş materiallarında müəyyən edilmiş 1138,67 manat əsas borc və 56,05 manat faiz borcundan ibarət olmaqla cəmi 1194,72 manat kredit borcunun cavabdeh2 tutularaq iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilməsi üçün əsaslar mövcuddur. Digər vərəsələrin mövcudluğu və onların cavabdeh qismində göstərilməməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, vərəsələr dairəsinin müəyyən edilməsi və onlardan hansına qarşı tələb irəli sürülməsi ilə bağlı riski kreditor daşıyır. Kreditorun vərəsələrdən birinə qarşı tələb irəli sürməsi onun prosessual hüququdur. Məhkəmə tərkibi zamindən kredit müqaviləsi üzrə borcun tutulması tələbinə münasibətdə qeyd edir ki, X2 öhdəliyinin təminatı olaraq iddiaçı ilə İbadov Rahim Oqtay oğlu arasında ## ###### 2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ilə X2 arasında bağlanmış ##.##.2020-ci il tarixli **/R saylı kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən tərəflər razılaşdırmışlar ki, kredit beş il müddətinə verilir. Beləliklə, X2 iddiaçı qarşısında ##.##.2025-ci il tarixdən ödənilməmiş borcları yaranmışdır. Göründüyü kimi iddiaçı tərəfindən əsas öhdəliyin icrası vaxtının çatdığı ##.##.2025-ci il tarixdən müqavilənin icrası ilə bağlı bir il müddətində zamin İbadov Rahim Oqtay oğluna qarşı heç bir tələb irəli sürülməmiş, məhkəməyə ##.##.2026-cı il tarixdə müraciət edilmişdir. Ona görə iddia zaminə münasibətdə təmin edilə bilməz. İddiaçının cavabdehlərdən tələb etdiyi dövlət rüsumuna münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi cavabdeh2 münasibətdə tam təmin edildiyindən ödənilmiş 31,94 manat məbləğində dövlət rüsumu cavabdeh cavabdeh2 alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə maddi və prosessual hüquqi əsaslar düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı “xxxx» Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi cavabdeh2 münasibətdə təmin edilsin. Cavabdeh cavabdeh2 əsas borc üzrə 1138,67 manat, faiz borcu 56,05 manat olmaqla, cəmi 1194,72 manat məbləğində kredit borcu, həmçinin ödənilmiş 31,94 manat məbləğində dövlət rüsumu alınıb iddiaçı “xxxx» Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar