Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-862/2026 14.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsindən İsmiyev Emin Əli oğlu tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünü yoxlayıb MÜƏYYƏN ETDİ: İddiaçı Mədud Məsuliyyətli Cəmiyyəti (MMC) İsmiyev Emin Əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 8820 manat 49 qəpik, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 59 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İsmiyev Emin Əli oğlundan vurulmuş ziyana görə 3161,66 manat borcun, mediasiya xərci olaraq ödənilmiş 60 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 29,50 manatın alınaraq İddiaçı MMC-yə verilməsi, dövlət rüsumu üçün ödənilmiş qalıq məbləğin iddiaçının özünə aid ediməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İsmiyev Emin Əli oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə tərkibi apellyasiya şikayəti üzrə bildirir ki, o, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə əməl edilməklə tərtib edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. MPM-in 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Məhkəmə tərkibi müəyyən edir ki, İsmiyev Emin Əli oğlu apellyasiya şikayəti verərkən 29,60 manat dövlət rüsumu ödəmişdir. Lakin iş üzrə iddianın qiyməti 8820 manat olduğundan, iddia ərizəsi verilərkən ödənilməli dövlət rüsumu 108,20 manat təşkil edir. Qanuna əsasən isə apellyasiya şikayəti verilərkən bu məbləğin 50 faizi, yəni 54,10 manat ödənilməlidir. Beləliklə, ödənilməli olan 54,10 manat əvəzinə yalnız 29,60 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilməlidir ki, MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən İsmiyev Emin Əli oğlu tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh edilənlərə əsasən və MPM-in 263-264, 366, 402.2.1-ci və 403-cü maddələrinin tələblərini rəhbər tutub QƏRAR VERDİ: Apellyasiya qeyri-mümkün hesab edilsin. İsmiyev Emin Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in 363.1.2-ci maddəsinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Şirvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-9)-862/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-862/2026
14.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver