Məhkəmə qərarları › İş №e-2(3-9)-867/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-867/2026

13.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-867/2026 13.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov, (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, iddiaçı “xxxx” X1 Kredit Təşkilatı MMC-nin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s. tələbinə mülki işə dair Laçın Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 vəkili və nümayəndəsi vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq müəyyən etdi: “xxxx” X1 Kredit Təşkilatı MMC cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Laçın Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən cavabdeh cavabdeh1 vəkili və nümayəndəsi vəkil1 ##.##.2026-ci il tarixdə elektron infirmasiya sistemi vasitəsilə apellyasiya şikayəti vermişdir. Məhkəmə Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşin hallarından görünür ki, məhkəmənin qətnaməsi cavabdeh cavabdeh1 vəkili və nümayəndəsi vəkil1 elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş, cavabdehin elektron kabineti mövcud olmadığından qətnamənin surəti onun qeydiyyat ünvanına poçt vasitəsilə ##.##.2026-cı il tarixdə göndərilmişdir. Cavabdeh cavabdeh1 vəkili və nümayəndəsi vəkil1 apellyasiya şikayətini ##.##.2026-cı ildə, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin elektron kabinetə yerləşdirildiyi tarixdən 1 ay 07 gün keçdikdən sonra elektron məhkəmə informasiya sistemi vasitəsilə elektron formada məhkəməyə təqdim etmiş, bununla da apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. İddiaçı tərəf müddətin ötürülməsinin bərpa edilməsini xahiş etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının MPM-nin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. İş materiallarından görünür ki, iddia qiymətləndirilən iddiadır. Laçın Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 vəkili və nümayəndəsi vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmişdir. Şikayətə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilsə də, həmin qəbzdən görünür ki, dövlət rüsumu müəyyən edilmiş miqdarda ödənilməmişdir. MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Hazırkı halda birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməsini yoxlamadan işi apellyasiya qaydasında baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinin tələbinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması üçün əsas olmadığından apellyasiya qeyri-mümkün hesab edilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün apellyasiya şikayəti mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 365, 366, 400 və 402ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qərara aldı: Laçın Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 vəkili və nümayəndəsi vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Laçın Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar