Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-908/2026 31.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Lerik Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadından Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X1 Mərkəzi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: * saylı X1 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, meşə fondu sahəsində torpağın üst münbit qatının aparılması nəticəsində dövlətə dəymiş zərərin əvəzi olan 290 manat məbləğdə pul vəsaitinin Cavabdeh tutulub Mərkəzə ödənilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fiziki və hüquqi şəxslərin ödəməli olduğu ziyanın miqdarı ilə bağlı qərar (hesabat sənədi ilə birlikdə) qəbul edərək onu həmin subyektə təqdim etməli, subyekt müvafiq qaydada ziyanı ödəmədikdə və ya ödəməkdən imtina etdikdə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin aktı icra sənədi kimi məcburi qaydada icra olunmaq üçün aidiyyəti icra məmuruna (qurumuna) göndərə bilər. Meşə təsərrüfatına dəymiş ziyanın ödənilməsi təqsirkar fiziki və hüquqi şəxslər isə sözügedən inzibati aktla razılaşmadıqıda, onu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Qərardaddan * saylı X1 Mərkəzi şikayət verərək onun ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2018-ci il tarixli *** nömrəli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı təsdiq edilmişdir. Həmin Siyahıda * saylı RMTM büdcədən maliyyələşdirilən qurum kimi göstərilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 17.2.2-ci maddəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında regional ekologiya və təbii sərvətlər idarələri inzibati orqanlar kimi göstərilmişlər. Məhkəmə yanlış nəticəyə gələrək, regional ekologiya və təbii sərvətlər idarələri ilə X1 mərkəzlərini səhv qiymətləndirərək sonuncunu inzibati orqan kimi nəzərə almışdır. X1 Mərkəzləri siyahıda nəzərdə tutulmadığından * saylı RMTM inzibati orqan kimi hesab edilə bilməz. Həmçinin * saylı RMTM inzibati orqan kimi müəyyən (təsnif) edilmədiyindən “İnzibati icraat haqqında” Qanunun müddəaları (inzibati aktın qəbul edilməsi və ona əsasən pul tələblərinin məcburi icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi) onun fəaliyyətinə şamil olunmur. “İnzibati icraat haqqında” Azərbaycan RespublikasınınQanununun 3.1-ci maddəsinin tələblərinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Lerik Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərkibi apellyasiya şikayətinin meşə təsərrüfatı mərkəzinin inzibati orqan olmadığı, bu səbəbdən inzibati akt qəbul etmək səlahiyyətinə malik olmadığı barədə dəlilini əsaslı hesab etmir. Belə ki, hazırkı mübahisə üzrə hüquqi qiymətləndirilməli olan məsələ meşə təsərrüfatı mərkəzinin inzibati orqan hesab edilib-edilməməsi deyil, meşə təsərrüfatına vurulmuş ziyanın ödənilməsi prosedurunun qanunvericilikdə hansı qaydada müəyyən edilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ####### 1999-cu il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydası”nın 5-ci hissəsinə görə bu Qaydanın 4-cü hissəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilərə görə hesablanmış məbləğin təqsirkar fiziki və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ziyanın miqdarı ilə bağlı qərar (hesabat sənədi ilə birlikdə) təqsirkar olan fiziki və hüquqi şəxslərə şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Göründüyü kimi, qanunvericilik meşə təsərrüfatına vurulmuş ziyanın ödənilməsi ilə bağlı məcburi prosedur müəyyən etmiş və bu prosedurun həyata keçirilməsi səlahiyyətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə etmişdir. Buna görə də, meşə təsərrüfatı mərkəzinin inzibati orqan olub-olmaması və ya inzibati akt qəbul etmək səlahiyyətinin mövcudluğu hazırkı mübahisənin həlli üçün hüquqi əhəmiyyət daşımır. Əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, qanunvericilikdə nəzərdə tutulmuş qərar səlahiyyətli orqan - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qəbul edilmədən ziyanın birbaşa məhkəmə qaydasında tələb olunması qeyrimümkündür. Beləliklə, məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını hərtərəfli, obyektiv və qərəzsiz şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayətdə irəli sürülmüş dəlillər mübahisələndirilən məhkəmə qərardadının ləğv edilməsi üçün hüquqi əsas təşkil etmir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi yuxarıda şərh edilənlərə əsasən və MPM-in 157, 158, 159, 160, 263, 264 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Lerik Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*- ***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-908/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-908/2026
31.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver