Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-952/2026 25.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X8 və X12 ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, iddiaçının nümayəndəsi nümayəndə3 və cavabdehin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Laçın Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı ASC İddiaçı cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc məbləğinin vərəsədən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: ASC İddiaçı ilə borcalan Həsənov Fazil İdris oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli, DKM/***N**A******** nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 36 (otuz altı) ay müddətinə, illik 12 faiz ödənilməsi şərtilə 20.000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. ASC İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 İdris oğlunun vərəsəsi cavabdeh Cavabdeh, ##.##.2024-cü il tarixli, DKM/***N**A******** nömrəli kredit müqaviləsi üzrə 13.562,30 manat məbləğində əsas borcunun, ##.##.2026-cı il tarixinə qədər kreditdən istifadəyə görə illik 12 faiz dərəcəsi ilə hesablanmış 189,87 manat məbləğində adi faizlər üzrə borc məbləğinin və ##.##.2026-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 18,15 manat məbləğində penyanın, cəmi 13.770,32 (on üç min yeddi yüz yetmiş manat otuz iki qəpik) manat məbləğində pul vəsaitinin, ödənilmiş 131,40 (bir yüz otuz bir manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Həsənov Fazil İdris oğlu (borc alan) ilə aralarında bağlanmış ##.##.2024-cü il tarixli, DKM/***N**A******** nömrəli kredit müqaviləsinə borc alana 36 (otuz altı) ay müddətinə, illik 12 faiz ödənilməsi şərtilə 20.000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun * №-li əlavəsi olan annuitet ödəniş cədvəlinə əsasən cavabdeh F.Həsənov hər ay bərabər məbləğdə ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Borc alan ##.##.2025-ci il tarixində vəfat etmişdir. Bu hal * saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, AZ-II № ****** nömrəli ölüm haqqında şəhadətnamə ilə təsdiq edilmişdir. Borc alanın vəfatından sonra bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş qalmış, kredit üzrə əsas borc məbləğinin mühüm hissəsi banka qaytarılmamış və əsas borc məbləğində hesablanmış faizlərin müəyyən hissəsi ödənilməmişdir. Borc alan Həsənov Fazil İdris oğlu vəfat etdikdən sonra cavabdehin xeyrinə bank tərəfindən kredit müqaviləsi üzrə adi faizlərin və penyanın hesablanması 6 ay müddətinə (##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixinədək) dayandırılmışdır. Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Borc alan F.İ.Həsənovun vəfat etməsi rəsmi şəkildə təsdiqləndikdən sonra tərəflərindən mərhumun vərəsələrinin dairəsinin müəyyən edilməsi istiqamətində müvafiq orqana rəsmi sorğu edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən ##.##.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə banka təqdim edilmiş və həmin şəhadətnaməyə əsasən ##.##.2025-ci il tarixdə vəfat etmiş Həsənov Fazil İdris oğlunun vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh miras əmlakdan tam hissədə pay hüququna malik olduğu bildirilmişdir. Miras onun vərəsəsi tərəfindən qəbul edilmişdir. Kredit müqaviləsi üzrə cavabdeh Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlikləri pozduğuna görə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair ##.##.2025-ci il tarixli, CLD-XO-#.##.2025-*** №-li xəbərdarlıq məktubu təqdim edilmişdir. Cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi nümayəndə2 məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, mərhum X2 İdris oğlu ilə ASC İddiaçı arasında bağlanılan müvafiq kredit müqaviləsinə əsasən müəyyən edilmiş ödəniş cədvəli üzrə gecikdirilmədən tam vaxtında atası tərəfindən vəfat etdiyi günə qədər ödənilmişdir. X2 İdris oğlu səhhətində yaranmış problemlə bağlı ##.##.2025-ci il tarixdə vəfat etmişdir. İş üzrə təqdim edilmiş sənədlərdən də göründüyü kimi mərhum X2 İdris oğlunun vəfatından sonra onun vərəsəsi Cavabdeh heç bir miras əmlak qalmamışdır. X3 İdris oğlunun adına heç bir əmlak mövcud olmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, anası Cavabdeh X2 İdris oğlunun işlədiyi qurumdan, yəni Azərbaycan Respublikası Baş Prokurorluğundan atasının vəfatı ilə bağlı ödənilmiş dəfn pulu üçün vərəsəlik şəhadətnaməsinin təqdim edilməsi zərurəti yarandığından vərəsəliyi qəbul etmişdir. Yəni mərhum X2 İdris oğlunun heç bir əmlakı mövcud olmadığından vərəsəsi anası Cavabdeh hər hansı miras əmlak qalmamışdır və prokurorluq tərəfindən ödənilən məbləğ isə dəfn pulu və digər ehtiyaclar üçün xərclənmişdir. Anası Cavabdeh heç bir fəaliyyətlə məşğul olmur, hər hansı kateqoriyadan pensiya ödənişi almır və heç bir yerdən gəliri yoxdur. Laçın Rayon Məhkəməsinin (hakim C.İbrahimov) ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 13562,30 manat əsas borc, 63,40 manat faiz borcu, cəmi 13625,70 (on üç min altı yüz iyirmi beş manat yetmiş qəpik) manat borc pul və 131,40 (bir yüz otuz bir manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulub iddiaçı ASC İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissələrdə isə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ödənilən müavinət məbləğinin mirasa aid edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, istinad edilən Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun * №-li əlavəsi olan annuitet ödəniş cədvəlinə əsasən cavahdeh F.İ.Həsənov hər ay bərabər məbləğdə ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Borc alan F.İ.Həsənov ##.##.2025-ci il tarixində vəfat etmişdir. İş üzrə sənədlərdən də görünür ki, mərhum X2 vəfat tarixinə qədər mütəmadi olaraq ödənişləri ödəmişdir. Məhkəmə baxışı zamanı məhkəmənin sorğusuna Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-*-***/*-**/**** nömrəli cavab məktubuna əsasən ##.##.2025-ci il tarixdə vəfat etmiş X2 İdris oğlunun vəfatı ilə əlaqədar olaraq qanun üzrə vərəsəsi Cavabdeh sabiq prokurorluq işçisi Həsənov Fazil İdris oğlunun istifadə edilməmiş məzuniyyət günlərinə görə 25.046,02 manat kompensasiya məbləğindən və işçinin vəfatı ilə əlaqədar 15.351,48 manat müavinət məbləğindən ibarət olmaqla cəmi 40.397,50 manat pul məbləğinin ##.##.2025-ci il tarixdə vəfat edənin vərəsəsi Cavabdeh məxsus bank hesabına ödənildiyi müəyyən edilmişdir. Sözügedən məhkəmə qətnaməsində atası X4in vəfatı ilə bağlı ödənilən müavinət məbləği də miras payı kimi göstərilmiş və ümumi 40397,50 manat miras payı qəbul edildiyi vurğulanmışdır. Bu hissədə qətnaməni əsassız sayır. İzahatlar Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, iddia edilən borc məbləğinə etirazı yoxdur. X4 İdris oğlundan cavabdeh Cavabdeh heç bir miras qalmamışdır. Yalnız mərhumun iş yerindən verilən son haqq-hesab - 25046 manat məbləğində pul vəsaiti qalmışdır. Dəfn xərci olan 15350 manat mirasa daxil deyil. Ödənilən 40.397,50 manat pulun bir hissəsi- dəfn pulu olan 15350 manat hissəsi miras əmlaka aid edilməməlidir. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, ASC İddiaçı ilə Həsənov Fazil İdris oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 36 (otuz altı) ay müddətinə, illik 12 faiz ödənilməsi şərtilə 20.000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. * saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş AZ-II seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamə ilə təsdiq olunur ki, Həsənov Fazil İdris oğlu ##.##.2025-ci ildə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2025-ci il tarixdə 281 nömrə ilə qeydiyyat aparılmışdır. Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” ##.##.2025-ci il tarixdə 2V-66 nömrə ilə qeydə alınmış şəhadətnamədən müəyyən edilir ki, ##.##.2025-ci il tarixdə vəfat etmiş Həsənov Fazil İdris oğlunun vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almış və şəhadətnamə üzrə verilən miras əmlakı isə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-*-***/*- ***/**** nömrəli məktuba əsasən pul vəsaitindən ibarət olmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun ##.##.2026-cı il tarixli, *-*-***/*-**/**** nömrəli məktubundan görünür ki, sabiq prokurorluq işçisi Həsənov Fazil İdris oğlunun istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya məbləği 25.046,02 manat və işçinin vəfatı ilə əlaqədar müavinət məbləği 15.351,48 manat olmaqla cəmi 40.397,50 manat ##.##.2025-ci il tarixdə vəfat edənin vərəsəsi Cavabdeh məxsus bank hesabına ödənilmişdir Maliyyə arayışından görünür ki, Həsənov Fazil İdris oğlunun vəfat etdiyi tarixə, yəni ##.##.2025-ci il tarixə əsas borcu 14629,65 manat, hesablanmış adi faiz borcu 63,40 manat, cərimə üzrə 0 manat, ümumilikdə borcu 14693,05 manat təşkil edir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinin tələbinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. 1159.1.1-ci maddəsinə görə birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.5-ci maddəsi mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2018-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya qeyd edir ki, borclu tərəfindən müqavilə şərtlərinin pozulmasına yol verildiyi halda iddiaçının tələbi keçərlidir. İşin hallarından görünür ki, kredit borcu qrafikə uyğun olaraq vaxtında ödənilməmişdir. X5 İdris oğlu ##.##.2025-ci il tarixində vəfat etdikdən sonra borc öhdəlikləri yerinə yetirilməmişdir. Təqdim edilmiş sənədlərə görə, borcun ödənilməsində pozuntular olduğuna, müqavilə şərtlərinə əməl edilmədiyinə görə, Bank müqavilənin ləğv edildiyini bildirməklə cavabdehdən borcunu tələb etmiş, borcun ödənilməsi təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. İddiaçı borcunu vaxtından əvvəl tələb etmiş, bununla da iddiaçı müqavilə şərtlərinə vaxtından əvvəl xitam verilməsini istəmişdir. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş arayışdan da göründüyü kimi, ##.##.2025-ci il tarixdə vəfat etmiş X5 İdris oğlunun vəfatı ilə əlaqədar qanun üzrə vərəsəsi olaraq Cavabdeh sabiq prokurorluq işçisi Həsənov Fazil İdris oğlunun istifadə edilməmiş məzuniyyət günlərinə görə 25.046,02 manat kompensasiya məbləğindən və işçinin vəfatı ilə əlaqədar 15.351,48 manat müavinət məbləğindən ibarət olmaqla cəmi 40.397,50 manat pul məbləğini almışdır. Cavabdehin şikayəti ondan ibarətdir ki, məhkəmə qətnaməsində borcalan X4in vəfatı ilə bağlı ödənilən müavinət məbləği də səhvən miras payı kimi göstərilmişdir. 15.351,48 manat müavinət məbləği mirasa daxil edilməməlidir. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə razılaşır və hesab edir ki, borcalanın vəfatı ilə əlaqədar onun ailəsinə ödənilmiş müavinat məbləği miras kütləsinə daxil deyil. Belə ki, Qanunun tələbinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (Mülki Məcəllə, maddə 1151.1). Bununla yanaşı, bu hal məhkəmə qətnaməsinin nəticə hissəsinə təsir etmir və bu, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Beləliklə, Kollegiyanın qənaətinə görə, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №e-2(3-9)-952/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-952/2026
25.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver