Məhkəmə qərarları › İş №e-2(5-101)-991/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-101)-991/2026

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-101)-991/2026 19.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan evin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, ipoteka predmetinin satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğinin cavabdehlərdən tutulması" tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 8722,11 manat əsas borc, 1537,81 manat faiz borcu olmaqla, cəmi 10259,92 manat məbləğin, dövlət rüsumu kimi ödənilmiş 120,78 manat, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat, 72 manat xidmət haqqı olmaqla, cəmi 10259,92 manat borcun və 207,78 manat pulun tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında 0,028356 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 278,9 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərracda satılması və satışdan əldə olunan pul hesabına 10259,92 manat kredit üzrə borcun və 207,78 manat pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti olan ev satıldıqdan sonra ən geci 1 ay müddətində həmin torpaq sahəsinin və üzərində yerləşən evin boşaldılması, evin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləğinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. "Elektron məhkəmə" informasiya sistemindən əldə olunan məlumatdan görünür ki, cavabdehlərdən Cavabdeh1 qeydiyyat ünvanı Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi A.Rzayev küçəsi ev 15 mənzil 1, Cavabdeh2 və Cavabdeh3 isə Zəngilan rayonu Üdgün kəndidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Cavabdehlər Bakı şəhəri Suraxanı rayonu və Zəngilan rayonunda qeydiyyatda olduğundan və hazırkı işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı olmadığından hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəyə əlavə edilmiş xx.xx.2026-cı il tarixli **********82 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 120,78 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ərizə geri qaytarıldığından hesab edirəm ki, ödənilmiş dövlət rüsumu da qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 266-267, 284-3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan evin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, ipoteka predmetinin satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğinin cavabdehlərdən tutulması" tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2026-cı il tarixli **********82 nömrəli qəbzlə ödənilmiş 120,78 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar