Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-102)-45/2026 23.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə əsas borc üzrə 4379.76 manat, faiz borcu üzrə 574.23 manat, dəbbə borcu üzrə 228.44 manat olmaqla üm umilikdə 5224.50 manat məbləğində kredit borcun və 72.25 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı əvvəlki adı "xxxx" MMC ilə Cavabdeh arasında 30 dekabr 2023-cü il tarixli BAKU1-81147-24321 saylı kredit müqaviləsinə əsasən, illik 20% faiz dərəcəsi olmaqla, 36 ay müddətinə qaytarılması şərti ilə 7200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış ödəniş qrafikinə əsasən, borclu hər ay 265 manat ödəniş etməli idi. Lakin borclu müqavilədə nəzərdə tutulan ödənişləri vaxtında yerinə yetirməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli xəbərdarlıqla kredit müqaviləsinə xx.xx.2025-ci il tarixdən etibarən xitam vermiş və borcun tam şəkildə qaytarılmasını tələb etmişdir. Qanunvericiliyə uyğun olaraq, öhdəliklər yerinə yetirilmədikdə kreditor birtərəfli qaydada müqaviləyə xitam verərək borcun, hesablanmış faizlərin və gecikmə cərimələrinin ödənilməsini tələb edə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «TBC Kredit” Məhdud Məsuliyyətli Cəmiyyəti əvvəlki adı "xxxx" MMC ilə Cavabdeh arasında 30 dekabr 2023-cü il tarixli BAKU1-81147- 24321 saylı kredit müqaviləsinə əsasən, illik 20% faiz dərəcəsi olmaqla, 36 ay müddətinə qaytarılması şərti ilə 7200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdeh iddiaçıya olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Əsaslandırıcı hissə: Müəyyən edilmişdir ki, «TBC Kredit” Məhdud Məsuliyyətli Cəmiyyəti əvvəlki adı "xxxx" MMC ilə Cavabdeh arasında 30 dekabr 2023-cü il tarixli BAKU1-81147-24321 saylı kredit müqaviləsinə əsasən, illik 20% faiz dərəcəsi olmaqla, 36 ay müddətinə qaytarılması şərti ilə 7200 manat məbləğində kredit verilmişdir. Cavabdehin ümumilikdə 5224.50 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən 30 dekabr 2023-cü il tarixli BAKU1-81147-24321 saylı kredit müqaviləsinə əsasən, illik 20% faiz dərəcəsi olmaqla, 36 ay müddətinə qaytarılması şərti ilə 7200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış ödəniş qrafikinə əsasən, borclu hər ay 265 manat ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC Cavabdeh əsas borc üzrə 4379.76 manat, faiz borcu üzrə 574.23 manat yaranmış borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “228.44 (iki yüz iyirmi səkkiz manat qırx dörd qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə işin hallarını, müqavilələrdən irəli gələn 4379.76 manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 228.44 (iki yüz iyirmi səkkiz manat qırx dörd qəpik) manat dəbbə pulunun azaldılaraq 20 (iyirmi) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 72.25 (yetmiş iki manat iyirmi beş qəpik) manat dövlət rüsumunun 69.74 (altmış doqquz manat yetmiş dörd qəpik) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4379.76 manat əsas, 574,23 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 4973,99 (dörd min doqquz yüz yetmiş üç manat doxsan doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69.74 (altmış doqquz manat yetmiş dörd qəpik) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4379.76 manat əsas, 574,23 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 4973,99 (dörd min doqquz yüz yetmiş üç manat doxsan doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69.74 (altmış doqquz manat yetmiş dörd qəpik) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(5-102)-45/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-102)-45/2026
23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver