Məhkəmə qərarları › İş №e-2(5-102)-48/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-102)-48/2026

02.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-102)-48/2026 02.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Kərimova Nəzrin Asim qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabeh Cavabdeh MMC-yə qarşı “zərər” tələbi barədə iddiası ərizəyə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabeh Cavabdeh MMC-yə qarşı “zərər” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 9507 manat zərərin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. İş materiallarını araşdırarkən məlum olmuşdur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 115,07 manat dövlət rüsumu ödənilməli olduğu halda, 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci bəndinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddiaçı tərəfindən ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən hakim ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabeh Cavabdeh MMC-yə qarşı “zərər” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar