Məhkəmə qərarları › İş №e-2(5-102)-542/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-102)-542/2026

18.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-102)-542/2026 18.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi və ekspert rəyində etibarsız qeydlərin təkzib olunmasının təmin edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi və ekspert rəyində etibarsız qeydlərin təkzib olunmasının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, iddianın yolverilməzliyi dedikdə iddia ərizəsinin mümkünlüyünü istisna edən elə halların mövcud olması başa düşülür ki, həmin halların aradan qaldırılması mümkün olmur və buna görə də iddia ərizəsi üzrə məhkəmə icraatına başlanılması və həyata keçirilməsi istisna edilir. AR MPM-nin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 2(009)425/2025 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “İçərişəhər” Qoruq və Memarlıq İdarəsi Publik Hüquqi Şəxsi 3-cü şəxs kimi cəlb edilməklə) cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küç., ev 94, 9 saylı mənzildə arxiv surətinə əsasən dəhlizdə çatmayan otaqlararası 6 metr uzunluğunda, 20 sm enində yükdaşıyan arakəsmə divarın mənzildə sürüşmənin qarşısı alınması məqsədi ilə sonuncu tərəfindən mişar daşı ilə yerinə bərpa olunması, 9 saylı mənzilin müstəqil tavanı digər 3 mənzil tavanın üzərindən götürülərək 20 sm aşağı düşürülərək aşağı köhnə yerinə cavabdeh tərəfindən salınması, ilkin iddiaya görə 100 manat, apellyasiya şikayətinə görə 50 manat, Ali Məhkəmə rüsumuna görə 50 manat dövlət ödənişi, ekspertiza rəyinə görə 200 manat, mütəxəssis rəylərinə görə 2000 manat, vəkil ilə Ali Məhkəmə şikayəti tələbi ilə müqavilə bağlamaq üçün minimum 350 manat xərclərin labüd olması səbəbindən cavabdehdən cəmi 2750 manat pulun alınaraq ona ödənilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin edilməmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 2(009)425/2025 saylı qətnaməsi qanuni qüvvəsini almamış, həmin qətnamədən İddiaçı apellyasiya şikayəti əsasında mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş Apellyasiya Məhkəməsinin icraatındadır. Hakim qeyd edir ki, iddiaçının 1-ci tələbi cavabdeh tərəfindən mülkiyyətində olan mənzillərin istinad divarlarının sökülməsi ilə əlaqədar ona vurulmuş maddi ziyanın ödənilməsi, 2-ci tələbi isə yuxarıda qeyd edilən mülki iş üzrə təyin edilmiş ekspert rəyində etibarsız qeydlərin təkzib olunmasının təmin edilməsi ilə bağlıdır. Hakim qeyd edir ki, iddiaçının 1-ci tələbi üzrə Səbail rayon Məhkəməsinin icraatında olmuş 2(009)425/2025 saylı mülki işə baxılmış, iddiaçının hazırki tələbi araşdırılmış, cavabdehin mənzillərində hər hansı rekonstruksiya işlərinin, iddiaçının hazırda mübahisələndirdiyi istinad divarlarının sökülməsi müəyyən edilmədiyindən iddiaçının tələbi təmin edilməmişdir, yəni iddiaçının birinci tələbi qeyd edilən mülki işin predmeti olmuş və ona hüquqi qiymət verilmişdir. Hakim digər 2-ci tələbi üzrə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla işə baxılan zaman məhkəmə tərəfindən qiymətləndirilir. Sübut növü kimi ekspert rəyinin ayrıca icraatda mübahisələndirilməsi yolverilməzdir. Qeyd edilənləri nəzərə alaraq hakim hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməli və geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152-153-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi və ekspert rəyində etibarsız qeydlərin təkzib olunmasının təmin edilməsi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar