Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-102)-71/2026 16.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün olmayaraq Səbail rayon Məhkəməsinə verilmişdir. İddia ərizəsində Cavabdeh1 qeydiyyat ünvanını Bakı şəhəri, Z.Xəlilov küçəsi, ev 74, mənzil 21, digər Cavabdeh2 qeydiyyat ünvanını isə ünvan 2mə tərəfindən “Elektron Məhkəmə” sistemi vasitəsilə Cavabdeh1 qeydiyyat ünvanının Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 74, mənzil 21, digər Cavabdeh2 qeydiyyat ünvanının isə ünvan 4i qeydiyyata alınması müəyyən edilmişdir. Hakim qeyd edir ki, cavabdehlərin qeydiyyat ünvanının aid olduğu yer Səbail rayonu deyil, Yasamal və Xətai rayonlarına aiddir. AR MPM-nin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsaəsən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. AR MPM-nin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hakim hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbinin ərazi üzrə məhkəmə aidiyyəti AR MPM-nin 35.1-ci maddəsinə əsasən müəyyən edildiyinə görə, cavabdehlərin isə rəsmi qeydə alındığı yer Xətai və Yasamal rayonları olduğuna görə, hazırki iddia tələbinə Səbail rayon Məhkəməsinə baxıla bilməz və bu səbəbdən iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Hakim həmçinin hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından ödənilmiş dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Göstərilən Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və AR MPM-nin 35.1, 152.1.3 maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi ərazi üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından iddiaçıya geri qaytarılsın. İddiaçı ASC tərəfindən “X1” vasitəsilə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə xx.xx.2026-cı il tarixdə ödənilmiş dövlət rüsumu – 33 (otuz üç) manat geri qaytarılsın. Qeyd: İddiaçı ASC-nin bank rekvizitləri: İddiaçı ASC-nin Yasamal rayon filialı, Kod: 506322, M/H **********944, Vöen: **********, SWİFT: JBBKAZ22, ödəniş qəbzinin nömrəsi:**********. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(5-102)-71/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-102)-71/2026
16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver