Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-103)-108/2026 11.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, İddiaçı X1 Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı X2 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli 36 025 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 107 manat əsas borc, xx.xx.2020-ci il tarixli 39 880 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 544 manat əsas borc, xx.xx.2020-ci il tarixli 39 967 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 373 manat əsas borc olmaqla, ümumilikdə 1024 manat borcun və 30.64 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X2 iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh qarşı iddia tələbinin əsaslandırma və xahiş etdi hissəsində xx.xx.2020-ci il tarixli 39 967 nömrəli müqavilənin 29 fevral 2020-ci il tarixli, 39 967 nömrəli müqavilə kimi nəzərə alınmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı X2 iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 36 025 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 524 manat dəyərində «X5 A207 Black” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun alınması üçün 70 manat məbləğində ilkin ödəniş etmiş və qalıq məbləği 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 36 025 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli, 36 025 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 107 manat təşkil edir. Həmçinin onunla Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 39 880 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 699 manat dəyərində “Televizor Zimmer ZM-S43F00” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun alınması üçün 95 manat məbləğində ilkin ödəniş etmiş və qalıq məbləği 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, 39 880 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli, 39 967 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 513 manat dəyərində “Soy.Stinol STS 150” təşkil edir. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun alınması üçün 70 manat məbləğində ilkin ödəniş etmiş və qalıq məbləği 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, 39 967 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli, 39 967 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 373 manat təşkil edir. İş materialları. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, B-19/05 nömrəli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixli müqavilələr üzrə yaranmış borc barədə məlumat verilmiş, borcu 3 iş günü müddətində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan X2 və Cavabdeh arasında bağlanmış 36 025 nömrəli xx.xx.2019cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, dəyəri 524 manat olan “X5 A207 Black” 70 manat ilkin ödəniş edilməklə 12 ay müddətinə nisyə satılmışdır. Müqavilənin 5.4-cü bəndinə görə, bu müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə müraciət edilməklə həll edilir. İş materiallarında olan 36 025 nömrəli xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin əlavəsində qeyd olunan ödəniş cədvəlindən görünür ki, cavabdeh X4 6 yanvar 2020-ci il tarixində 36 manat, 6 fevral 2020-ci il tarixindən 6 dekabr 2020-ci il tarixinədək hər ay 38 manat ödəniş etməlidir. İş materiallarında olan X2 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 36 025 saylı müqavilə üzrə 107 manat qalıq borcu vardır. İş materiallarında olan X2 tərəfindən tərtib edilmiş sənədin surətindən görünür ki, Cavabdeh “X5 A207 Black” üçün 420 manat ödəmiş və onun 107 manat borcu qalmışdır. İş materiallarında olan X2 və Cavabdeh arasında bağlanmış 39 967 nömrəli xx.xx.2020ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, dəyəri 513 manat olan “Soy.Stinol STS 150” 70 manat ilkin ödəniş edilməklə 12 ay müddətinə nisyə satılmışdır. Müqavilənin 5.4-cü bəndinə görə, bu müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə müraciət edilməklə həll edilir. İş materiallarında olan 39 967 nömrəli xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin əlavəsində qeyd olunan ödəniş cədvəlindən görünür ki, cavabdeh X4 29 mart 2020-ci il tarixində 36 manat, 29 aprel 2020-ci il tarixindən 28 fevral 2021-ci il tarixinədək hər ay 37 manat ödəniş etməlidir. İş materiallarında olan X2 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 39 967 saylı müqavilə üzrə 373 manat qalıq borcu vardır. İş materiallarında olan X2 tərəfindən tərtib edilmiş sənədin surətindən görünür ki, Cavabdeh “Soy.Stinol STS 150” üçün 144 manat ödəmiş və onun 373 manat borcu qalmışdır. İş materiallarında olan X2 və Cavabdeh arasında bağlanmış 39 880 nömrəli xx.xx.2020ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, dəyəri 699 manat olan “Televizor Zimmer ZM-S43F00” 95 manat ilkin ödəniş edilməklə 12 ay müddətinə nisyə satılmışdır. Müqavilənin 5.4-cü bəndinə görə, bu müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.11ci maddəsinə əsasən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə müraciət edilməklə həll edilir. İş materiallarında olan 39 880 nömrəli xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin əlavəsində qeyd olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 27 mart 2020-ci il tarixində 54 manat, 27 aprel 2020-ci il tarixindən 27 fevral 2021-ci il tarixinədək hər ay 50 manat ödəniş etməlidir. İş materiallarında olan X2 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 39 880 saylı müqavilə üzrə 544 manat qalıq borcu vardır. İş materiallarında olan X2 tərəfindən tərtib edilmiş sənədin surətindən görünür ki, Cavabdeh “Televizor Zimmer ZM-S43F00” üçün 160 manat ödəmiş və onun 544 manat borcu qalmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 524-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4. Əşyanı təhvil almış alıcı onu Alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, Alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 954. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 954.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu Məcəllənin 23-1 fəslinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5. Ərizəyə baxılması qaydası 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30.64 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Maddə 284-6. Ərizə üzrə məhkəmə qətnaməsi 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə, iddiaçı X1 Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmaqla həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, qüsuru olmayan malı müştəriyə təqdim etmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bununla da, iddiaçı Cavabdeh alınmış malların ödənişini tələb etməkdə haqlı olmuşdur. İddia tələbinin 30.64 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş ərizədə qeyd edilən dövlət rüsumunun hesablaşma qaydası düzgün göstərilməmişdir və məhkəmə tərəfindən dövlət rüsumunun məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sənədlərə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh xx.xx.2019-cu il tarixli 36 025 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 107 manat əsas borc, xx.xx.2020-ci il tarixli 39 880 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 544 manat əsas borc, xx.xx.2020-ci il tarixli 39 967 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 373 manat əsas borc olmaqla, ümumilikdə 1024 manat borc iddiaçı X1 xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30.24 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 233.1, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 36 025 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 107 manat əsas borc, xx.xx.2020-ci il tarixli 39 880 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 544 manat əsas borc, xx.xx.2020-ci il tarixli 39 967 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 373 manat əsas borc olmaqla, ümumilikdə 1024 manat borc və 30.24 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı X1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(5-103)-108/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-103)-108/2026
11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver