Məhkəmə qərarları › İş №e-2(5-103)-201/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-103)-201/2026

16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-103)-201/2026 16.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, İddiaçı cavabdehlər X1, X3 və Cavabdehnə qarşı “pul vəsaitin tutulması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X1, X3 və Cavabdehnə qarşı “pul vəsaitin tutulması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər – "xxxx" MMC, X1 və X3 tərəfindən müştərək qaydada 38600 AZN pul vəsaitinin onun xeyrinə tutulmasına qərar verilməsini (ehtiyac yaranarsa görülən işlərin həcmini hesablamaq üçün yoxlama təşkil olunması ilə), ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutulub ona qaytarılmasını, iş üzrə məhkəmə xərcləri cavabdehlərin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən, onun məhkəmə icraatı mümkün deyildir. Ona görə də, iddia ərizəsi icraata qəbul edilməməli və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı rayonu e-2(5-103)-85/2026 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər X1, X3 və Cavabdehnə qarşı “pul vəsaitin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarımışdır. Həmin eyni məzmunlu iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci və 149.2.3-cü maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı tərəfindən e-2(5-103)-85/2026 saylı xx.xx.2025-ci il qərardadında qeyd edilmiş nöqsanlar aradan qaldırılmamışdır. Həmçinin, təqdim edilmiş iş materialları ilə cavabdehlər X1 və X2 rəsmi qeydiyyat ünvanlarını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sitemində digər Cavabdeh ünvanı “Bakı şəh., Nərimanov rayonu..” kimi görünür. Belə olan halda iddiaçı hazırki iddia tələbi ilə Suraxanı rayon Məhkəməsinə müraciət etməklə ərazi aidiyyat qaydalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci və 35.2-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, Cavabdeh rəsmi qeydə alındığı ünvan Bakı şəh., Nərimanov rayonu ərazisində yerləşdiyindən, cavabdehlər X1 və X2 rəsmi qeydiyyat ünvanları isə məlum olmadığından həmin işə ərazi aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsində baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla ərizə, ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər X1, X3 və Cavabdehnə qarşı “pul vəsaitin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar