Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-103)-378/2026 19.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X4 qızının katibliyi ilə, İddiaçı “Azeriqaz” İstehaslat Birliyinin cavabdehlər X1 və Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcu ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azeriqaz” İstehaslat Birliyi cavabdehlər X1 və Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcu ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehler X2 (Gülman Əligöməg) və Cavabdeh tərəfindən iddiaçı Azəriqaz" İB-ye İB-yə vurulmuş 11591,06 (on bir min beş yüz doxsan bir manat, altı qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3061,28 (üç min altmış bir manat, iyirmi səkkiz qəpik) manat və 133,96 (bir yüz otuz üç manat, doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 14 786,3 (on dörd min yeddi yüz səksən altı manat, üç qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz" İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÕEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, ΙΒΑN AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Azeriqaz” İstehaslat Birliyinin nümayəndəsi X5 məhkəməyə yazılı ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılaraq baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinin tələblərinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materiallarına əlavə edilmiş **********74 nömrəli xx.xx.2026-cı il tarixli mədaxil qəbzinə əsasən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsində iddia qaldırmaq üçün “Azeriqaz” İstehaslat Birliyi tərəfindən 133.96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir (m. 114.2). Təsvir olunanlara əsasən, məhkəmə hesab edir ki, “Azeriqaz” İstehaslat Birliyinin cavabdehlər X1 və Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcu ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, əlavə olunmuş sənədlərlə və ödənilmiş dövlət rüsumu ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Azeriqaz” İstehaslat Birliyinin cavabdehlər X1 və Cavabdeh, qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcu ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ödəniş sistemində **********74 nömrəli xx.xx.2026-cı il tarixli mədaxil qəbzi ilə məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 133.96 manat dövlət rüsumu tam olaraq bu ödənişi həyata keçirən “Azeriqaz” İstehaslat Birliyinə büdcədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(5-103)-378/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-103)-378/2026
19.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver